Kərbəladan səhnələr (yeddinci məqalə)

18. Qoca şəhid

İmam Hüseynin (ə) azsaylı dəstəsinin üzvlərindən biri də Peyğəmbərin səhabəsi olmaq şərəfini daşıyan Ənəs ibn Haris (Hərs) Kahili Əsədi idi. Ənəs Bədr və Hüneyn döyüşlərində iştirak etmişdi, Peyğəmbərdən hədis rəvayət edirdi. O, Peyğəmbərin dilindən İmam Hüseyn (ə) barə¬sində bu sözləri eşitdiyini deyirdi: “Bu balam Kərbəla torpağında qətlə yetiriləcək. Hər kim həmin günə çıxsa, gərək ona yardım etsin”.

Ənəs İmam Hüseynin (ə) Kufəyə tərəf gəldiyini eşidib, özünü gizlicə o həzrətə çatdırdı. Aşura günündə əmaməsini başından açıb belinə bağladı. O qədər qoca idi ki, qaşları uzanıb gözlərinin üzərini tuturdu. Rəvayət edirlər ki, qaşlarını yuxarı darayıb dəsmalla alnına sıxdı. İmam Hüseyn (ə) onun bu şəhadət hazırlığını görəndə qəlbi riqqətə gəlib ağladı və göz yaşları içində buyurdu: “Allah əvəzini versin, ey şeyx”. Ənəs qılıncını sıyırıb döyüş meydanına şığıdı. Yaşının çoxluğuna baxmayaraq, savaş meydanında hünər göstərdi, 14 və ya 18 nəfəri öldürəndən sonra şəhidlik məqamına nail oldu.

 

19. Peyğəmbərin bələdçisinin oğlu

 

Kərbəla şəhidlərindən biri də İmam Hüseynin (ə) nökəri Qarib idi. Onun atası Abdullah hicrət zamanı Həzrət Mühəmməd Peyğəmbərə (ə) bələdçilik etmişdi. Qaribin anası Fükeyhə İmam Hüseynin (ə) kənizi idi və Rübab xanıma (İmamın həyat yoldaşına) xidmət edirdi. İmam onu azad edib Abdullaha ərə vermişdi. Bu izdivacdan Qarib doğuldu, atası da minnətdarlıq əlaməti olaraq onu İmam Hüseynə (ə) xidmətə verdi. Qarib Mədinədən İmam Hüseynlə (ə) birlikdə çıxmışdı. Deyirlər ki, anası da Kərbəlaya gəlibmiş. Aşura günündə düşmənin ilk hücumunu dəf edərkən Qarib şücaət göstərib şəhid oldu.

 

20. “Dirilən” şəhid

 

Bəni-Haşimdən olmayan səhabələr arasında ən sonda döyüş meydanına çıxmış şəxs Suveyd ibn Əmr ibn Əbil-Müta Ənmari Xəsəmi idi. Suveyd abid və zahid bir şəxs kimi tanınırdı. Aşura günü xeyli vuruşandan sonra aldığı yaralardan huşunu itirib yıxıldı. Düşmən əsgərlə¬ri onu ölmüş bilib əl çəkdilər. Bəni-Haşim cavanları və nəhayət, İmam Hüseyn (ə) şəhid olandan sonra Suveydin huşu özünə qayıtdı. Gözlərini açıb, “Hüseyn öldü!” - deyə sevinən düşmənləri gördü. Qı¬lıncı yanında olmadığı üçün belindəki bıçağı sıyırıb, ayağa qalxdı və düşmənə hücum etdi. Ömər ibn Sədin əsgərləri əvvəlcə şəhidlərin dirildiyini zənn edib qorxuya düşdülər və elə bildilər ki, bütün şəhidlər dirilib döyüşə başlayacaqlar. Lakin az sonra Suveydin tək olduğunu görüb ürəkləndilər, onu mühasirəyə aldılar və hər tərəfdən üstünə zərbələr endirib şəhid etdilər. Beləliklə, Suveyd ibn Əmr aşura şəhid¬lərinin sonuncusu sayılır.

 

21. Gecikmiş şəhid

 

Həfhaf ibn Mühənnid Rasibi Bəsrədən idi. Vaxtilə Həzrət Əlinin (ə) silahdaşlarından olmuş, hətta o həzrətin tərəfində Cəməl, Siffeyn və Nəhrivan savaşlarının hər üçündə iştirak etmişdi. İmam Əli (ə) Siffeyn savaşında Həfhafı Bəni-Əzd qəbiləsindən olan döyüşçülərin sərkərdəsi təyin etmişdi İmam Hüseynin (ə) Kərbəlada mühasirədə olduğunu eşidəndə Həfhaf Bəsrədən çıxıb özünü o həzrətə yetirməyə tələsdi. Amma Kərbəlaya çatanda faciə artıq baş vermişdi. Həfhaf gördü ki, Ömər ibn Sədin əsgərləri şadlıq edib sevinirlər və Əhli-beytin çadırlarını soymaqla məşğuldurlar. Həfhaf onlara hücum edib şücaətlə təkbaşına döyüşdü və şəhid oldu.

islam.az

Yerləşdirilib:23 Dekabr, 2013, Baxılıb:4485, Çap
 

Son şərhlər : 2
Müəllif: Nazim | 23 Dekabr, 2013  23:02
# Ответить
+3


]]>]]>

Allahin salami olsun shehidlere!
Müəllif: Ruslan | 22 Yanvar, 2014  11:19
# Ответить
+1


]]>]]>

Allah yezidlere nehlet elsin
Adınız |
Mətn
Captcha
|
Captcha
© 2019 Saytın materiallarından istifadə edərkən xahiş edirik www.ISLAM.az saytına istinad edəsiniz.
Copyright 2002-2016, Dini Araşdırmalar Mərkəzi, Bütün hüquqlar qorunur www.islam.az
Arzu və istəkləriniz üçün admin@islam.az
  SpyLOG Saytı düzəldib: 313wb.com