Kərbəladan səhnələr (ikinci məqalə)

4. Oğul üstündür yoxsa imam?

Kərbəla şəhidlərindən biri də Bişr ibn Əmr Həzrəmidir. Onun adını “Bəşir” kimi də qeyd etmişlər. Yəməndən, Həzrəmaut məntəqəsindən, Bəni-Kində qəbiləsindən idi. İmam Hüseyn (ə) Kərbəlaya çatdıqdan sonra Bişr ona qoşulmuşdu.

Aşura gecəsi Bişrə xəbər gətirdilər ki, oğlu Rey şəhəri uğrunda gedən cihadda iranlılara əsir düşüb, onu xilas etmək üçün canbahası vermək tələb olunur. İmam öz beyətini Bişrin üzərindən götürüb onu azad buraxdı ki, gedib oğlunu azad etsin. Lakin Bişr o həzrəti tərk etməyəcəyini bildirib, getməkdən imtina etdi. Onda İmam Hüseyn (ə) Bişrə bir neçə ədəd bahalı parçadan köynək bağışladı ki, heç olmazsa, oğlunun canbahası olaraq göndərsin. Bişr köynəkləri qulamı vasitəsilə göndərib, özü Kərbəla-da qaldı və Aşura günü şəhid oldu. Rəvayətə görə, İmam Hüseyn (ə) Bişrə getmək icazəsi verəndə o, belə demişdi: “Əgər Səndən ayrılsam və az adamla Səni tənha qoyub getsəm, qoy vəhşi heyvanlar məni parça¬layıb yesin! Ya Əba Əbdillah, bu, heç vaxt mümkün olan iş deyil!”

Geniş yayılmış rəvayətə görə, Bəzi düşmənin ilk kütləvi hücumunu dəf edərkən şəhid olmuşdur. Bəziləri isə onun təkbətək döyüşlərdə həlak olduğunu yazırlar. Bu nəzəriy¬yəyə əsasən, İmamın bütün səhabələri (Əhli-beytdən başqa) arasında ən sonda şəhid olan iki şəxsdən biri Bişr imiş.

5. Şikəst şəhid

Müslim ibn Küseyr Sədəfi Əzdi vaxtilə Həzrət Əlinin (ə) tərəfdarlarından olmuşdu. Bəzi tarixçilər onu hətta Peyğəmbərin səhabələrindən saymışlar. İslam fütuhatında, o cümlədən, Misrin fəthində fəallıq göstərmişdi. Müslim Həzrət Əlinin (ə) tərəfində vuruşduğu Cəməl müharibəsində ayağından yara almışdı və axsayırdı. Kərbəla səhrasında özünü İmam Hüseynə (ə) çatdırmışdı. Rəvayətə görə o, aşura günündə dizi üstə oturaraq, düşmənlə döyüşürdü. Düşmənin ilk kütləvi hücumunu dəf edərkən şəhid olmuşdur.

6. Həbsdə dünyasını dəyişmiş şəhid

Qəribə taleli şəhidlərdən biri də Süvar ibn Əbi Ümeyr Həmdanidir. Bəzi mənbələrdə adı Səvvar ibn Münim kimi qeyd edilib. İmam Hüseyn (ə) Kərbəlada köç saldıqdan sonra Süvar Kufədən gəlib Ona qoşuldu. Bir qisim tarixçilər onun ilk həmləni dəf edərkən şəhid olduğunu qeyd etmişlər. Lakin tarixçilərin əksəriyyətinin fikrincə, döyüşdə həlak olmamış, yaralanıb meydana yıxılmış və düşmən tərəfindən əsir götürülmüşdü. Onu Ömər ibn Sədin hüzuruna apardılar. Ömər qətlinə fərman vermək istəsə də, Süvarın həmqəbilələri şəfaət edib onu ölümdən xilas etdilər. Ömər ibn Səd onun qollarını zəncirlədib həbsə saldırdı (yaralı olmasına baxmayaraq), 6 aydan sonra Süvar həbsdə vəfat etdi.

7. Yaralı şəhid

Əmr ibn Abdullah Cündəi Bəni-Həmdan qəbiləsindən idi, İmam Hüseynə (ə) Kərbəlada qoşulmuşdu. Bəzi tarixçilər onu Əbu Sümamə Saidi adlı başqa bir Kərbla şəhidi ilə eyni adam hesab etsələr də, zənnimizcə, bu fikir həqiqətə uyğun deyil. Əmr aşura günündə mərdliklə döyüşüb, başından ağır yaralandı. Qohumları onu döyuş meydanından çıxarıb apardılar. Bir il ərzində müalicə olunsa da, faydası olmadı. Kərbəla faciəsindən düz bir il sonra həmin yaradan vəfat etdi.

islam.az

Yerləşdirilib:18 Noyabr, 2013, Baxılıb:3587, Çap
 

Son şərhlər : 1
Müəllif: Aysel | 27 Noyabr, 2013  13:22
# Ответить
+1


]]>]]>

Huseyn Asiqleridirler.Agam, AGAM
Adınız |
Mətn
Captcha
|
Captcha
© 2018 Saytın materiallarından istifadə edərkən xahiş edirik www.ISLAM.az saytına istinad edəsiniz.
Copyright 2002-2016, Dini Araşdırmalar Mərkəzi, Bütün hüquqlar qorunur www.islam.az
Arzu və istəkləriniz üçün admin@islam.az
  SpyLOG Saytı düzəldib: 313wb.com