“Mənə naqis salavat göndərməyin...”

Qurani-kərimdə buyurulur: “Həqiqətən, Allah və Onun mələkləri Peyğəmbərə salavat göndərirlər. Ey iman gətirənlər! Siz də Ona salavat göndərib, layiqincə salamlaym!” (Əhzab, 56).

Hər iki məzhəbin mötəbər saydığı hədislərdən bu aydın olur ki, yuxarıdakı ayə nazil olduqdan sonra səhabələr Həzrət Peyğəmbərə müraciət edərək, Ona necə salavat göndərmək barədə soruşmuş, Peyğəmbər də bunun qaydasını onlara başa salmışdı. Salavatın qaydası barədə Əli ibn Əbu Talib (ə), Təlhə ibn Übeydullah, Əbu Səid Xüdri, Əbu Hüreyrə, Büreydə, Abdullah ibn Məsud və başqa səhabələrdən çoxlu sayda hədislər rəvayət olunur. Bu, həmin hədislərin mütəvatir olduğunu söyləməyə əsas verir.

Səhihül-Buxaridə tabeinin böyük simalarından olan Əbdürrəhman ibn Əbi Leylidən belə bir hədis rəvayət edilib:

“Kəb ibn Ücrəni gördüm. Dedi: “Sənə (bir hədis) hədiyyə edimmi? Peyğəmbər bizimlə görüşməyə gəlmişdi. Ona dedik: “Ey Allahın elçisi! Sənə salam verməyin qaydalarını bizə öyrətmisən. Bəs, Sənə salavatı necə göndərək?” Buyurdu: “Belə deyin: “Allahım! İbrahimə və İbrahimin nəslinə salavat göndərdiyin kimi, Mühəmmədə və Mühəmmədin nəslinə də salavat göndər! Həqiqətən, Sən öyülməyə layiq və şərəflisən. Allahım! İbrahimi və İbrahimin nəslini mübarək etdiyin kimi, Mühəmmədi və Mühəmmədin nəslini də mübarək et! Həqiqətən, Sən öyülməyə layiq və şərəflisən” (Səhihül-Buxari, 6357-ci, 3370-cı, 4797-ci hədislər).

İmam Buxari “Əl-Ədəbül-müfrəd” kitabında Peyğəmbərə salavat göndərmək qaydalarını daha ətraflı formada təqdim edir. Hədis Əbu Hüreyrədən rəvayət olunur:

Peyğəmbər buyurub: “Hər kim: “Allahım! İbrahimə və İbrahimin nəslinə salavat göndərdiyin kimi, Miihəmmədə və Mühəmmədin nəslinə də salavat göndər! İbrahimi və İbrahimin nəslini mübarək etdiyin kimi, Mühəmmədi və Mühəmmədin nəslini də mübarək et! İbrahimə və İbrahimin nəslinə mərhəmət göstərdiyin kimi, Mühəmmədə və Mühəmmədin nəslinə də mərhəmət göstər!» - söyləsə, qiyamət günündə onun (imanı) haqqında şəhadət verəcək və ondan ötrü şəfaət edəcəyəm” (İmam Buxari. Əl-Ədəbül-müfrəd, I, 333-334, 641-ci hədis).

Səhihü Müslimin “Səlat” kitabında, “Təşəhhüddən sonra Peyğəmbərə salavat göndərmək” babında bu mövzuya aid olan hədislərin bir neçə fərqli variantı qeyd edilib. Başqa mənbələrdə də Həzrət Mühəmməd Peyğəmbərə və Onun pak nəslinə (s) salavat göndərmək barədə çoxlu hədisə rast gəlmək mümkündür (bax: Əbu Davud, 976-982-ci hədislər; İbn Macə, 903-906-cı hədislər; Tirmizi, 3220-ci hədis; Nəsai, 1286-1295-ci hədislər; Müvətta, 243-cü və 244-cü hədislər; Əl-Müstədrəkü ələs-Səhiheyn, 990-cı, 993-cü, 4773-cü hədislər; Müsnədü İmam Şafıi, səh. 15; Sünənüd-Darimi, II, 847-848; Müsnədüt-Təyalisi, 1157-ci hədis; Əs-Sünənül-kübra, II, 146-148 və 378-379; Sünənü Darqutni, II, 167-171; Məcməüz-zəvaid, X, 254). Süyuti “Əd-Dürrül-mənsur” təfsirində salavat zamanı Peyğəmbərin nəslini də yad etmək haqqında 20-dən artıq hədis nəql edib.

islam.az

Yerləşdirilib:27 Avqust, 2013, Baxılıb:4318, Çap
 

Son şərhlər : 1
Müəllif: bende | 28 Avqust, 2013  11:56
# Ответить
0


]]>]]>

ALALHUMME SALLI ELA MUHAMMEDIN VE ALI MUHAMMED
Adınız |
Mətn
Captcha
|
Captcha
© 2018 Saytın materiallarından istifadə edərkən xahiş edirik www.ISLAM.az saytına istinad edəsiniz.
Copyright 2002-2016, Dini Araşdırmalar Mərkəzi, Bütün hüquqlar qorunur www.islam.az
Arzu və istəkləriniz üçün admin@islam.az
  SpyLOG Saytı düzəldib: 313wb.com