Cahil adamdan uzaq ol

“İnsanların ən möhkəmi cahil adamlarla ünsiyyətdən qaçan şəxsdir”.

Həzrət Mühəmməd Peyğəmbər (s).

Səlcuqlar zamanında mühüm dövlət vəzifələrində çalışmış, eyni zamanda, “Siyasətnamə” kimi dəyərli bir əsəri qələmə almış Xacə Nizamülmülk bir ara sultanın qəzəbinə düçar olur. Hökmdarın əmri ilə onu zindana salırlar. Bir müddət keçdikdən sonra sultan öz əməlindən peşman olur, Nizamülmülkü bağışlayır və onu yenidən vəzirlik kürsüsünə qaytarmaq istəyir.

Sultannı adamları zindana gəlib Nizamülmülklə görüşür və sultanın sifarişini ona çatdırırlar. Lakin keçmiş vəzirin ürəyi artıq sınmışdı, bir daha saraya qayıtmaq fikrində deyildi. Buna görə də yanına gələnlərə rədd cavabı verur.

Sultan öz məqsədindən vaz keçmək fikrində deyildi, hər vasitə ilə alimi razı salıb saraya qaytarmağı düşünürdü. Müşavirləri ilə məsləhətləşdikdən sonra sultan çıxış yolunu tapır. Bir savadsız çobanı gətirib Nizamülmülkün saxlandığı həbsxana otağına salırlar. Çobanın elm və bilikdən xəbəri yox idi, yazıb-oxumağı da bacarmırdı. O zaman kimi yalnız heyvan otarmaqla gününü keçirmişdi.

Onu zindana gətirəndə Nizamülmülk Quran oxumaqla məşğul idi. Çoban yaxın gəlib alimin qarşısında oturur. Bir mddət Nizamülmülkün sifətinə gözlərini dikib baxır, qəfildən zar-zar ağlamağa başlayır. Nizamülmülk onun bu halını görəndə öz-özünə deyir: “Görəsən, bu hansı arifdir ki, mənim kimi o da sultanla yola getmədiyinə görə həbsə düşüb. Ürəyində nə qədər mərifət var ki, Quran ayələrinə bir az qulaq asan kimi göz yaşlarını saxlaya bilmədi”. Nizamülmülk qarşısındakı çobanın elm və irfan əhli olduğunu güman edib sevinir ki, nəhayət, özümə layiqli bir həmsöhbət tapa bildim.

Quran tilavətini başa vurandan sonra hələ də ağlamaqda olan çobandan soruşur: “Niyə ağlayırdın? Oxuduğum ayələrin mənası səni riqqətə gətirdi?” Çoban cavab verir: “Yox, canım. Sən mənim ürəyimin yarasının közünü qopardın”. Nizamülmülk təəccüblə soruşur: “Ürəyinin yarası nədir ki?” Çoban: “Mən yazıq bir çobanam. Sürümü otardığım yerdə məni tutub bura gətirdilər. Həmişə sürünün qabağında gedən bir keçim var. Sən bayaq yanıqlı səslə nə isə oxuyanda saqqalın tərpənirdi. Mənim keçim də otu ağzında çeynəyəndə saqqalı o cür əsib titrəyirdi. Bayaq sənə baxanda keçim yadıma düşdü, ürəyim ağrıdı, göz yaşlarımı saxlaya bilmədim”.

Nizamülmülk çobanın sözlərini eşidən kimi dərhal zindan gözətçisindən kağız-qələm istəyir. Sultana belə bir məktub yazıb göndərir: “Yüz il zindan küncündə qolubağlı yatmaq, yüz il kafirlərin əlində əsir qalmaq, yüz dəfə Qaf dağına ayaqla qalxıb-enmək nadan insanla bir an birlikdə olmaqdan daha yaxşıdır. Saraya qayıtmağa hazıram. Təki məni bu əziyyətdən xilas et”.

islam.az

Yerləşdirilib:12 Avqust, 2013, Baxılıb:4026, Çap
 

Son şərhlər : 2
Müəllif: 888888888 | 12 Avqust, 2013  12:09
# Ответить
+2


]]>]]>

Ele etmekdense o chobana nese oyretmeye cehd ede bilerdi....Kimse alim olaraq dunyaya gelmir....
Müəllif: Fatime | 12 Avqust, 2013  21:18
# Ответить
+1


]]>]]>

"oxuduguna emel etmeyen alim mashal gezdiren kora benzer"
Adınız |
Mətn
Captcha
|
Captcha
© 2019 Saytın materiallarından istifadə edərkən xahiş edirik www.ISLAM.az saytına istinad edəsiniz.
Copyright 2002-2016, Dini Araşdırmalar Mərkəzi, Bütün hüquqlar qorunur www.islam.az
Arzu və istəkləriniz üçün admin@islam.az
  SpyLOG Saytı düzəldib: 313wb.com