Hədis bağçasından bir neçə ətirli çiçək

Həzrət Mühəmməd Peyğəmbər (s) buyurub:

“Hər kim elmləri öyrənib hifz etmək istəyirsə, gərək bu beş xüsusiyyətə sahib olsun:

İki rükət də olsa, ardıcıl gecə namazı qılmaq;

Daim dəstəmazlı olmaq;

Həm aşkarda, həm də gizlində (yəni həm camaatın gözü qarşısında, həm də təklikdə) təqvaya riayət etmək (Allahın haram buyurduqlarından çəkinmək);

Şəhvəti artırmaq üçün yox, taqət əldə etmək üçün yemək;

Dişləri misvakla təmizləmək”.

(Seyyid Nemətullah Hüseyni. Mərdane-elm dər meydane-əməl, IV, 35).

 

“Elm öyrənmək istəyən adamda bu dörd canlının xüsusiyyətləri olmalıdır:

Qarğa kimi sübh tezdən yuxudan oyanmalı;

(Elmə qarşı) siçan kimi həris olmalı;

(Elm öyrənməyin çətinliklərinə qarşı) uzunqulaq kimi səbrli və dözümlü olmalı;

(Elm sahibləri və müəllimlərlə münasibətdə) pişik kimi qılıqlı olmalıdır”.

(yux. mənbə, V, 58).

 

“Ümmətimin kişilərindən hər kim bu dörd xasiyyətdən amanda qalsa, cənnətlik olar: dünyaya aludə olmaq, həvavü-həvəsə (nəfsin istəklərinə) uymaq, qarınqululuq və şəhvətpərəstlik. Ümmətimin qadınlarından da hər kim bu dörd xasiyyətdən amanda qalsa, cənnətlik olar: cinsiyyət üzvünü haramdan qorumaq, ərinə itaət etmək, gündə beş namazı qılmaq və orucluq ayında (Ramazanda) oruc tutmaq”.

(Kəlimətür-Rəsulil-əzəm, səh. 136).

 

“Qiyamət günündə bir neçə dəstəni hesab üçün Allahın hüzuruna gətirərlər. Onların savab əməlləri Tihamə dağları kimi bir-birinin üzərinə qalanmış olar. Amma onları cəhənnəmə aparmaq əmr edilər”. Bu yerdə səhabələr o həzrətdən soruşdular: “Ey Allahın Rəsulu! Məgər onlar namaz qılanlardan deyillərmi?” Həzrət buyurdu: “Bəli, onlar namaz da qılarlar, oruc da tutarlar, hətta gecənin bir hissəsini oyaq qalıb ibadət də edərlər. Amma onlara dünya malından bir şey göstəriləndə, onu qazanmaq üçün canfəşanlıq edib özlərini irəli atarlar”.

(Ləaliül-əxbar, səh. 465).

 

İmam Əli (ə) buyurub:

“Hər kim Allahın haqqını, Onun Peyğəmbərinin və Əhli-beytinin haqqını tanıyaraq öz yatağında (yəni öz əcəli ilə) ölsə, şəhid kimi sayılar. Onun əcr-savabı da Allahın öhdəsindədir. Niyyət etdiyi (amma yerinə yetirə bilmədiyi) saleh əməllərin savabı da onun üçün yazılar. Bu qəsd və niyyətinə görə o, (Allah yolunda) qılıncını sıyırmış adam məqamını qazanar”.

(Nəhcül-bəlağə, 234-cü xütbədən).

 

İmam Cəfər Sadiq (ə) buyurub:

“Ey Adəm oğlu! Sənin ürəyin o qədər kiçikdir ki, bir quş onu yesə doymaz. Gözünün görmə hüdudu o qədər məhduddur ki, əgər bəbəyinin üzərinə iynə ucu boyda zərrə düşsə, gözün pərdələnər və heç nə görməzsən. Bu imkanlarınla göylərin və yerin sirrini anlamaqmı istəyirsən?”

(Seyyid Nemətullah Hüseyni. Mərdane-elm dər meydane-əməl, IV, 35).

islam.az

Yerləşdirilib:29 İyul, 2013, Baxılıb:4840, Çap
 

Son şərhlər : 3
Müəllif: bende | 30 İyul, 2013  19:51
# Ответить
+4


]]>]]>

ALLAH razi olsun
Müəllif: zulfu | 28 Avqust, 2013  22:31
# Ответить
+1


]]>]]>

cox sag olun bu cur maqalalar daha cox olsun
Müəllif: Din | 29 Oktyabr, 2015  21:58
# Ответить
0


]]>]]>

İmam Cefer Sadiq(e.s.)ne gozel buyurub
Adınız |
Mətn
Captcha
|
Captcha
© 2019 Saytın materiallarından istifadə edərkən xahiş edirik www.ISLAM.az saytına istinad edəsiniz.
Copyright 2002-2016, Dini Araşdırmalar Mərkəzi, Bütün hüquqlar qorunur www.islam.az
Arzu və istəkləriniz üçün admin@islam.az
  SpyLOG Saytı düzəldib: 313wb.com