Namazı bu cür qılmayın

Bir nəfər öz əməllərini riyadan heç cür təmizləyə bilmirdi. Bütün ibadətlərini, savab işlərini qeyri-səmimi şəkildə, ya kiminsə xoşuna gəlmək, ya mənfəət əldə etmək, ya da camaatın gözündə hörmət qazanmaq naminə edirdi.

Özü də bu xasiyyətdən əziyyət çəkirdi. Amma nə qədər çalışırdısa, riyakarlıq mərəzindən qurtula bilmirdi. Bir gün qət etdi ki, hamının nəzərindən uzaqda, tənha bir bucaqda ibadət edib Allaha yalvarsın, Allahdan ixlas və səmimiyyət diləsin. Qərara aldı ki, gecə şəhər kənarında yerləşən, heç kimin gedib-gəlmədiyi, baxımsız qalmış məscidə getsin və orada səhərə kimi ibadətlə məşğul olsun. Burada onu narahat edəcək, niyyətinə xələl gətirəcək kimsə olmamalı idi.

Gecəyarı heç kimə demədən həmin məscidə gəldi. Hava soyuq idi, yağış yağır, ildırım çaxırdı. Həmin adam özünü məscidə yetirib içəri girdi, düz mehrabın qabağında canamazını yerə sərib ibadətə başladı. Bir azdan qapının cırıltı ilə açıldığını eşitdi. Kimsə məscidə girmişdi. Qapı namaz qılanın arxasında yerləşdiyindən kimin gəldiyini görə bilmirdi; bunun üçün namazını pozub qiblədən dönməli idi. Əslində bu, ona heç lazım da deyildi. Məsciddə ondan başqa kiminsə olduğunu bilmək kifayət edirdi. Öz-özünə düşündü: “Yəqin ki, bu adam indi mənim namazımı seyr edir. Sabah bütün şəhərə xəbər yayılacaq ki, mən necə dindar adamam; bu havada, gecəyarı, kimsəsiz məsciddə ibadət edirəm. Sabah hamı məni tərifləyib alqışlayacaq”. Riyakar abid bunu düşünüb namazlarını daha artıq şövqlə qılmağa davam etdi. Qiraəti xüsusi bəlağətlə oxuyur, rüku və səcdələri qəsdən uzadır, zikr deyib təsbeh çevirir, dua edirdi. Xülasə, bildiyi bütün ibadətləri icra etməyə çalışırdı. Namaz qıldıqca xoşhal olur, sabah eşidəcəyi tərifləri düşündükcə sevinirdi...

Bu minvalla gecə keçdi, sübh açıldı. Hava işıqlananda məscidin içərisi də aydınlaşmağa başladı. Riyakar abid sübh namazını da bütün «dəsgahı» ilə qılıb qurtarandan sonra canamazını yığışdırıb ayağa qalxdı. Məscidin qapısına yaxınlaşanda nə qədər o tərəf-bu tərəfə boylandısa da, heç kimi görmədi. Lap qapının ağzına çatanda kandarda büzüşüb yatmış bir pişik balası ilə rastlaşdı. Anladı ki, gecə məscidin qapısını cırıltı ilə itələyib açan bu pişik balası imiş. Heyvancığaz yağışdan, ildırımın gurultusundan məscidə pənah gətiribmiş. Riyakar abid iki əli ilə başına vurub dedi: “Mən öz namazlarımın niyyətində insanları Allaha şərik edirdim, yalnız Allah üçün qılmalı olduğum namazı insanlardan ötrü qılırdım. Bundan xilas olmaq üçün bu məscidə gəldim. Amma sən demə, bütün gecə boyunca Allaha insanı yox, bir heyvanı şərik qoşmuşam”.

***

XVIII əsrdə yaşamış məşhur alim Seyyid Nemətullah Cəzairi belə bir əhvalat nəql edir:

Bir nəfər eşidir ki, əgər adamın xalis niyyətlə qıldığı iki rükət namaz qəbul olsa, o adam cəhənnəm alovundan amanda qalar. Həmin şəxs Kufə məscidinə gedir ki, orada iki rükət namaz qılsın, bununla da günahlarını bağışlatsın. Məscidə daxil olub namaz qılmağa başlayır. Əvvəlcə hər şey yaxşı gedirdi. Amma namazın ortasında ağlına belə bir fikir gəlir: Bu ətrafda yaşayan və mənim kimi səhərlər iki rükət sübh namazı qılan adamlar görəsən yuxudan necə oyanırlar? Axı, bu məscidin minarəsi yoxdur ki, müəzzin buradan azan verib camaatı oyatsın? (O zamanlar Kufə məscidi minarəsiz idi). Bunun ardınca düşünür ki, əgər burada minarə tikilsə, görəsən, onun daşını, qumunu, kəcini haradan gətirmək olar? Bunun xərci nə qədər olacaq? Başlayır minarənin hündürlüyünə uyğun olaraq, lazım olan daşın, qumun və sairənin miqdarını hesablamağa. Sonra fəhlələrin zəhmət haqqısını da bura əlavə edir. Minarəni hansı şəkildə tikməyi, gövdəsini hansı naxışlarla bəzəməyi, şərəfəni (müəzzinin durduğu meydançanı) necə hazırlamağı da fikirləşir. Bütün işə sərf ediləcək vaxtı da müəyyən etməyi unutmur. Bir də ayılır ki, artıq namazın salamını söyləyib qurtarıb. Öz-özünə deyir: “Mən bura namaz qılmaq üçün gəldiyimi düşünürdüm, amma sən demə, minarə tikmək üçün gəlmişəm”.

islam.az


Yerləşdirilib:26 İyul, 2013, Baxılıb:120573, Çap
 

Son şərhlər : 7
Müəllif: bende | 28 İyul, 2013  16:34
# Ответить
+10


]]>]]>

ALLAH RAZI OLSUN KAS BIZLERDE NAMAZI SIDQI UREKLE QILA BILEK VE ELBETDE BACARA BILERIK AMMA NEFSIMIZE UYMASAQ
Müəllif: maya | 1 Avqust, 2013  15:00
# Ответить
+9


]]>]]>

UCA ALLAH bizi seytanin vesvesinden uzaq elesin.Allahin saleh bendelerinden olaq.AMIN
Müəllif: maya | 1 Avqust, 2013  15:01
# Ответить
+9


]]>]]>

UCA ALLAH bizi seytanin vesvesinden uzaq elesin.Allahin saleh bendelerinden olaq.AMIN
Müəllif: sensiz | 4 Avqust, 2013  20:13
# Ответить
+10


]]>]]>

Allah ibadetlerimizi ONA XATIR edilenlerden qerar versin,AMIN
Müəllif: Anan | 20 Avqust, 2013  05:18
# Ответить
+6


]]>]]>

Allah razi olsun.
Müəllif: Mehin | 25 Avqust, 2013  20:37
# Ответить
+5


]]>]]>

Allah razi olsun men de namaz qiliram bezen namazi mukemmel bezen ise fikrim basqa yere gedir ama cox kecmir fikrimi namaza toplayiram insallah mende namazi sidq urekden qilaram. Insallah tek men yox butun muselmanlar namazi sidq uekden qilsinlar,Amin
Müəllif: vinera1982 | 17 Sentyabr, 2013  10:38
# Ответить
+2


]]>]]>

hər kəsə salam. məndə namazda fikrimin yayımnasından əziyyət məkirəm, bunu düzəltmək ümün neyləmək lazımdır?
Adınız |
Mətn
Captcha
|
Captcha
© 2019 Saytın materiallarından istifadə edərkən xahiş edirik www.ISLAM.az saytına istinad edəsiniz.
Copyright 2002-2016, Dini Araşdırmalar Mərkəzi, Bütün hüquqlar qorunur www.islam.az
Arzu və istəkləriniz üçün admin@islam.az
  SpyLOG Saytı düzəldib: 313wb.com