Orucu batil edən əməllər islam məzhəbləri baxımından

Orucu batil edən əməllərin sayı, növü və incəlikləri müxtəlif İslam məzhəbləri baxımından fərqli şəkillərdə izah edilir. Bunların arasında ümumi cəhətlər çox olduğu kimi, bəzi fərqliliklər də vardır.

Aşağıdakı məqalədə Şeyx Mühəmməd Cavad Müğniyənin “Beş məzhəb üzrə fiqh” kitabına əsasən bu fərqlilikləri ixtisarla diqqətinizə çatdırırıq. Məqsədimiz budur ki, əvvəla, müxtəlif məzhəb ardıcılları bir-birinin şəriət hökmlərinə bələd olsunlar və aradakı məlumatsızlıq qismən də olsa aradan qalxsın. İkincisi, ümid edirik ki, oruc hökmlərindəki bu fəqrlilikləri biləndən sonra hər bir müsəlman qarşı məzhəbin ardıcılı olan şəxsin ibadətinə və inancına daha hörmətlə yanaşar, onun orucunu batil edə biləcək əməllərdən çəkinər.

1 və 2. Yemək və içmək. Bütün İslam məzhəbləri baxımından, qəsdən yemək və içmək orucu batil edər. Həmin günün orucu qəza edilməlidir. Cəfəri və hənəfi məzhəblərində qəzadan əlavə kəffarə vermək də vacibdir, şafii və maliki məzhəblərində isə həmin orucun qəzasını tutmaq kifayət edər. Beş məzhəbin içindən yalnız malikilər hətta unutqanlıq üzündən də yeyib-içməyin orucu batil etdiyini söyləyirlər; bu zaman yalnız həmin günün qəzasını tutmaq vacibdir.

3. Qəsdən cinsi əlaqədə olmaq. Bütün məzhəblərdə cinsi əlaqə orucu batil edir, həmin günün qəzasını tutmaq və kəffarə vermək vacibdir. Unutqanlıq üzündən cinsi əlaqədə olmaq isə yalnız hənbəli və maliki məzhəblərində orucu batil edər.

4. İstimna (qəsdən bədəndən sperma çıxarmaq). Bütün məzhəblər bunun orucu pozduğuna inanır. Sünni məzhəblərində yalnız həmin günün qəzasını tutmaq lazımdır, cəfərilər həm də kəffarə verməyi vacib bilirlər. Spermadan əvvəl gələn, şəhvətli səhnələri seyr etmək və ya başqa yollarla bədəndən çıxan məzi adlı maye orucu batil etməz. Yalnız hənbəlilər məzinin də orucu batil etdiyini söyləyirlər.

5. Qəsdən qusmaq cəfəri, şafii və maliki məzhəblərində orucu pozar. Hənəfilər ağız dolusu qusmağı orucu pozan səbəb sayırlar. Hənbəli məzhəbində qusmaqla həm orucun pozulduğu, həm də pozulmadığı barədə fikir ayrılığı vardır. Bütün məzhəblərin fikrincə, qeyri-ixtiyari olaraq qusmaq orucu pozmaz.

6. Yalnız hənbəlilər qan aldırmaqla orucun pozulduğunu söyləyirlər. Bu zaman həm qan alanın, həm də qan aldıranın orucu batil olur.

7. Maye ilə imalə (klizma) etdirmək bütün məzhəblərə görə orucu pozar və qəza orucunu vacib edər. Şiə alimlərinin bir qismi zərurət üzündən bunun edilməsini istisna bilmişlər.

8. Yalnız cəfəri məzhəbində boğaza qatı toz və tüstü girməsi orucu batil edər.

9. Gündüz vaxtı gözə sürmə çəkmək yalnız malikilərə görə orucu pozar (sürmənin dadını boğazda hiss etmək şərti ilə).

10. Gün ərzində oruc niyyətini pozmaq cəfəri və hənbəli məzhəblərində orucun pozulmasına səbəb olar, qalan məzhəblərdə isə yox.

11. Cəfəri məzhəbinə mənsub əksər müctəhidlərin fikrincə, başı tamamilə suya batırmaq (bədən quru olsa belə) orucu batil edər. Bir qism müctəhidlər bunu çox məkruh bilirlər. Əhli-sünnə məzhəblərində belə hökm yoxdur.

12. Yalnız cəfəri məzhəbinə görə, sübh azanına kimi qəsdən cənabət halında qalıb qüsl almamaq da orucu pozar, üstəlik, qəza və kəffarəni vacib edər.

13. Yalnız cəfəri məzhəbinə görə, oruclu şəxsin Allah, Peyğəmbər və imamlar adından yalan danışması, yəni qəsdən onların buyurmadıqları  sözü onlara aid etməsi və ya buyurduqları sözü qəsdən danması orucu pozar. Həm həmin günün qəzası tutulmalı, həm də kəffarə verilməlidir.

islam.az


Yerləşdirilib:19 İyul, 2013, Baxılıb:11192, Çap
 

Son şərhlər : 9
Müəllif: tovbe | 20 İyul, 2013  17:32
# Ответить
+8


]]>]]>

Verdiyiniz her bir melumata gore ALLAH sizlerden razi olsun.
Müəllif: gulay | 29 İyul, 2013  11:00
# Ответить
+10


]]>]]>

salam aleykum allah ramazan ayindatutulan oruclarimizi qebul etsin/
Müəllif: fidan | 29 İyul, 2013  23:28
# Ответить
+5


]]>]]>

allah qebul etsin
Müəllif: gulay | 31 İyul, 2013  18:48
# Ответить
+7


]]>]]>

xahis edirem coxlu serhler yazin bu ele bele bir sey deyil
Müəllif: ilkin | 7 Avqust, 2013  17:16
# Ответить
+2


]]>]]>

Allah razi olsun sizlerden inşALLAH
Müəllif: gulay | 9 Avqust, 2013  13:27
# Ответить
+5


]]>]]>

Ramazan bayraminiz mubarek olsun muselman baci ve qardaslar
Müəllif: Orxan | 16 İyul, 2014  11:08
# Ответить
0


]]>]]>

çox sağ olun
Müəllif: adsiz | 17 İyun, 2016  12:18
# Ответить
0


]]>]]>

bilmek isterdim ki menim dostum heftenin 5-ci gunleri oruc tutur he heftenin 4 -cu gunu axsam saat 10 radelerin de cinsi eleqeye girmedencinsi mayeni ifraz edib ve seheri gunu yeni 5-ci gunu saat 4-isdeyen de oruc tutub bilmek isteyir ki indi onun orucu batil olar yoxsa yox
Müəllif: Tutu | 19 İyun, 2016  19:14
# Ответить
0


]]>]]>

Bezi saytlarda oxudum ki, cenabet quslu almadan oruc tutmaq olar. Bu ne derecede doqrudu?...
Adınız |
Mətn
Captcha
|
Captcha
© 2019 Saytın materiallarından istifadə edərkən xahiş edirik www.ISLAM.az saytına istinad edəsiniz.
Copyright 2002-2016, Dini Araşdırmalar Mərkəzi, Bütün hüquqlar qorunur www.islam.az
Arzu və istəkləriniz üçün admin@islam.az
  SpyLOG Saytı düzəldib: 313wb.com