Cənnətə düşmək üçün nə edək?

Bu mübarək Ramazan günlərində hər kəsin – hətta üzürlü ya üzürsüz oruc tuta bilməyənlərin belə - məqsədi və məramı Allahın razılığını qazanmaq, Onun məhəbbətinə səbəb olan xeyir əməlləri etmək, günahlardan çəkinməkdir.

Əlbəttə, bu ayı Allah bəyənən şəkildə yaşamağa çalışanlar bunun müqabilində Ondan əvəz və mükafat da gözləyirlər. Mükafat isə iki qismdir: bu dünyaya aid olan və axitərə məxsus olan mükafat. Əsil dindar insan şübhəsiz ki, ən gözəl mükafatın, yəni cənnət nemətlərinin ona axirətdə veriləcəyini gözləyir. Amma unutmayaq ki, cənnəti qazanmağın yolu yalnız Ramazan ayında oruc tutmaqla məhdudlaşmır. Elə isə, gəlin, Quran məntiqi baxımından cənnətə getməyin yolları ilə tanış olaq.

1. İman və saleh əməl əməl sahibi olmaq.

“İman gətirən və yaxşı işlər görən kimsələrə müjdə ver: onlar üçün (ağacları) altından çaylar axan cənnətlər vardır...” (Bəqərə, 25).

“İman gətirənlər və yaxşı işlər görənlər isə behiştlikdirlər və orada əbədi olacaqlar” (Bəqərə, 82).

2. Təqvalı olmaq.

“Söylə: “Sizə bunlardan (dünya zinətlərindən) daha yaxşısını xəbər verimmi? Təqvalı olub pis əməllərdən çəkinənlər üçün Rəbbi yanında (ağacları) altından çaylar axan cənnətlər vardır ki, orada əbədi qalacaqlar...” (Ali-İmran, 15).

3. Allaha və Rəsuluna tabe olmaq.

“Bunlar Allahın hədləridir (hökmləridir). Hər kəs Allaha və Peyğəmbərinə itaət edərsə, Allah onu (ağacları) altından çaylar axan cənnətlərə əbədi olaraq daxil edər ki, bu da (möminlər üçün) böyük qurtuluşdur” (Nisa, 13).

“...Kim Allaha və Peyğəmbərinə itaət etsə, (Allah) onu (ağacları) altından çaylar axan cənnətlərə daxil edər...” (Fəth, 17).

4. Doğruculluq.

“Allah buyurdu: “Bu (qiyamət günü) elə bir gündür ki, düz danışanlara düzlükləri fayda verər. Onları (ağacları) altından çaylar axan cənnətlər gözləyir. Onlar orada əbədi qalacaqlar. Allah onlardan, onlar da Allahdan razıdırlar. Bu, (möminlər üçün) böyük qurtuluşdur” (Maidə, 119).

5. Daim yaxşılıq etmək.

“Allah da bu sözlərinə görə onlara (ağacları) altından çaylar axan cənnətlər əta etdi. Onlar orada əbədi qalacaqlar. Yaxşı işlər görənlərin mükafatı budur!” (Maidə, 85).

“Həqiqətən, yaxşı əməl və itaət sahibi olan möminlər Nəim cənnətlərində olacaqlar” (Mütəffifin, 22-23).

6. Səbrli olmaq.

“Və o kəslər ki, Rəbbinin razılığını qazanmaq üçün səbr edir, namaz qılır, onlara verdiyimiz ruzidən (yoxsullara, ehtiyacı olanlara) gizli və aşkar xərcləyir, pisliyin qarşısını yaxşılıq etməklə alırlar– məhz onları (gözəl) axirət yurdu ... Ədn cənnətləri gözləyir...” (Rəd, 22-23).

7. Namaz qılmaq.

“O kəslər ki, əmanətə xəyanət etməz, verdikləri sözü yerinə yetirərlər; o kəslər ki, düzgün şəhadət verərlər və o kəslər ki, namazlarını (layiqincə) hifz edərlər. Məhz onlar cənnətlərdə ehtiram olunacaq (əzizlənəcək) kimsələrdir” (Məaric, 34-35).

8. İnfaq etmək (ehtiyaclılara yardım göstərmək).

“Kim (malını Allah yolunda) versə, (Allahdan) qorxsa və ən gözəl sözü (la ilahə illallah kəlməsini) təsdiq etsə, Biz ona ən asan olanı (Cənnəti) müyəssər edəcəyik” (Leyl, 5-7) (Həmçinin bax: Ali-İmran, 134-136).

9. Çoxlu dua etmək.

“Onlar ibadət üçün yataqlarından qalxar (gecələr az yatar), qorxu və ümid içində Rəbbinə dua edər və onlara verdiyimiz ruzilərdən (ehtiyacı olanlara) sərf edərlər. Etdikləri əməllərin mükafatı olaraq (Allah dərgahında) onlar üçün göz oxşayan nə cür nemətlər gizlənib saxlandığını heç kəs bilməz” (Səcdə, 16-17).

10. Haqq yolda sabitqədəm və istiqamətli olmaq.

“Şübhəsiz, “Rəbbimiz Allahdır!” – deyən, sonra da (sözündə) düz olan kəslərə (ölüm ayağında) mələklər nazil olub (belə deyəcəklər): “Qorxmayın və kədərlənməyin! Sizə vəd olunan Cənnətlə sevinin!” (Fussilət, 30).

11. Allahdan qorxmaq.

“Şübhəsiz ki, Rəbbinin məqamından (hüzurunda haqq-hesab üçün durmaqdan) qorxanları iki cənnət (Ədn nə Nəim cənnətləri) gözləyir” (Rəhman, 46).

“Rəbbindən (Onu) görmədən qorxanları isə (günahlardan) bağışlanma və böyük bir mükafat gözləyir” (Mülk, 12).

12. Aram qəlbə sahib olmaq.

“Ey xatircəm olan nəfs! Dön Rəbbinə, sən Ondan razı olaraq, O da səndən! (Əməlisaleh) bəndələrimin zümrəsinə daxil ol! Cənnətimə varid ol!” (Fəcr, 27-30).

13. Təvəlla və təbərra etmək (Allahın dostları ilə dost, düşmənləri ilə düşmən olmaq).

“Allaha və axirət gününə inanan heç bir tayfanın Allah və Onun Peyğəmbəri əleyhinə çıxanlarla – öz ataları, oğulları, qardaşları, yaxın qohumları olsalar belə - dostluq etdiyini görməzsən. Onlar elə kimsələrdir ki, Allah onların qəlblərinə iman yazmış və Öz dərgahından onlara ruh (güc) vermişdir. (Allah) onları (ağacları) altından çaylar axan cənnətlərə daxil edəcəkdir. Onlar orada əbədi qalacaqlar...” (Mücadələ, 22).

islam.az

Yerləşdirilib:15 İyul, 2013, Baxılıb:4720, Çap
 

Son şərhlər : 6
Müəllif: Kamran | 16 İyul, 2013  03:04
# Ответить
+11


]]>]]>

Inshaallah butun momunlere gozel cennetler nesib olar! Her bir musalman baci ve qardashlara cennet arzu edirem.AMIN!!!!!!
Müəllif: zerintac | 17 İyul, 2013  11:28
# Ответить
+5


]]>]]>

Inwallah hamimiz Allahin sevdiyi qullardan olariq ve hec bir yalanin,pisliyin olmadigi,yalniz gozellikler ve pakliqla dolu cenneti qazanariq.AMIN
Müəllif: Ramil | 24 İyul, 2013  13:04
# Ответить
+3


]]>]]>

salam olsun butun baci qardaslara.dinle bagli suallari hara vere bilerem?tessekkurler
Müəllif: Cavab | 24 İyul, 2013  15:45 | Ответ на #1278
# Ответить
+2


]]>]]>

Ana sehufenin yuxari hissesinde sual-cavab rubrikasinda dinle baqli suallarinizi vere bilersiniz ve cavabinida tez bir zamanda alacaqsiniz.
Müəllif: Roza | 30 İyul, 2013  17:09
# Ответить
+2


]]>]]>

Allah butun muselmanlara gozel cenneti nesib etsin amin!Ya Allah
Müəllif: aytac | 2 Avqust, 2013  13:02
# Ответить
+2


]]>]]>

insan bezen gunahlar isledir ancaq bunun gunah oldugunu bilmir soradan bilir ve gunahlarini temizlemeye calisir gunah is gormur her seyi elememisden qabaq fikirlesir insallah uca rebbim onlari bagisliyar allah sizden razi olsun ki bulari yazirsiniz bu insanlar ucun cox onemlidir cox sagolun tesekkurler
Adınız |
Mətn
Captcha
|
Captcha
© 2017 Saytın materiallarından istifadə edərkən xahiş edirik www.ISLAM.az saytına istinad edəsiniz.
Copyright 2002-2016, Dini Araşdırmalar Mərkəzi, Bütün hüquqlar qorunur www.islam.az
Arzu və istəkləriniz üçün admin@islam.az
  SpyLOG Saytı düzəldib: 313wb.com