Ramazan ayının gündəlik müstəhəb əməlləri

Ramazan ayının bir çox müstəhəb (savabı çox olan, amma vacib olmayan) əməlləri var ki, onların da bəzilərini bu məqalədə dəyərli oxucularımızın nəzərinə çatdırırıq.

Məlum olduğu kimi (bu barədə saytımızda dərc olunan digər məqaləmizdə məlumat vermişik), Ramazan günlərinin hər birinin ayrıca duaları var. Amma bunlarla yanaşı aşağıda diqqətinizə təqdim etdiyimiz duanı hər gün oxumaq da böyük savabdır:

“Bismillahir-Rəhmanir-Rəhim. Ya əliyyu, ya əzim. Ya ğəfuru, ya rəhim. Əntərrəbbul-əzim. Əlləzi ləysə kəmislihi şəy. Və huvəs-səmiul bəsir. Və haza şəhrun əzzəmtəhu və kərrəmtəhu və şərrəftəhu və fəzzəltəhu ələşşuhur. Və huvəş-şəhrulləzi fərəztə siyaməhu ələyy. Və huvə şəhru Rəməzan. Əlləzi ənzəltə fihil-Quran. Hudəl-linnasi və bəyyinati minəl-huda vəl-furqan. Və cəəltə fihi ləylətəl-qədr. Və cəəltəha xəyrən min əlfi şəhr. Fəyazəl-mənni və la yumənnu ələyk. Munnə ələyyə bifəkaki rəqəbəti minən-nar. Fimən təmunnu ələyh. Və ədxilnil-cənnəh. Birəhmətikə ya ərhəmər-rahimin”.

Tərcüməsi: Bağışlayan və mehriban Allahın adı ilə! Ey uca, ey əzəmətli, ey bağışlayan, ey rəhm edən! Sən böyük Allahsan. Elə Allah ki, Ona bənzəri yoxdur. O, eşidən və görəndir. Bu Ramazan ayı Sənin bütün aylardan böyük və kəramətli etdiyin, şərəfli və üstün tutduğun bir aydır. Elə bir ay ki, onda oruc tutmağı mənə vacib etmisən. O, Sənin insanların hidayəti üçün Quranı və haqqı batildən ayıran, doğru yola yönəldən aydın dəlilləri nazil etdiyin Ramazan ayıdır. O Ramazan ayında qədr gecəsini qərar verib, onu min aydan xeyirli etdin. Ey minnət sahibi, Sənə minnət qoyulmaz. Mənə, minnət göstərilən bəndələrinin dəstəsində əzabdan azad etməklə minnət qoy. Məni cənnətə daxil et, ey mərhəmətlilərin ən mərhəmətlisi!

Elektron poçtumuza daxil olan məktublarda izləyicilərimiz Ramazan ayının müstəhəb namazları haqqında suallar verirlər. Buna cavab olaraq aşağıda gündəlik müstəhəb namazları təqdim edirik.

1-ci gün: 4 rükət =1 Həmd, 15 İxlas (hər rükətdə)

2-ci gün: 4 rükət =1 Həmd, 20 Qədr (hər rükətdə)

3-cü gün: 10 rükət =1 Həmd, 50 İxlas (hər rükətdə)

4-cü gün: 8 rükət =1 Həmd, 20 Qədr (hər rükətdə)

5-ci gün: 2 rükət =1 Həmd, 50 İxlas (hər rükətdə).

6-cı gün: 4 rükət =1 Həmd, 1 Mülk (hər rükətdə)

7-ci gün: 4 rükət =1 Həmd, 13 Qədr (hər rükətdə)

8-ci gün: 2 rükət =1 Həmd, 10 İxlas (hər rükətdə) və namazdan sonra 1000 dəfə “Sübhanəllah”.

9-cu gün: 6 rükət (Şam və Xiftən namazlarından sonra) =1 Həmd, 7 Ayətəl-kürsi (hər rükətdə)  və namazdan sonra 50 salavat.

10-cu gün: 20 rükət =1 Həmd, 30 İxlas (hər rükətdə)

11-ci gün: 2 rükət = 1 Həmd, 20 Kövsər (hər rükətdə)

12-ci gün: 8 rükət =1 Həmd, 30 Qədr (hər rükətdə)

13-cü gün: 4 rükət =1 Həmd, 25 İxlas (hər rükətdə)

14-cü gün: 6 rükət =1 Həmd, 30 Zəlzələ (hər rükətdə)

15-ci gün: 4 rükət =1 Həmd, 100 İxlas (birinci rükətdə), 1 Həmd, 50 İxlas (ikinci rükətdə)

16-cı gün: 12 rükət =1 Həmd, 12 Təkasur (hər rükətdə)

17-ci gün: 2 rükət =1 Həmd, 1 İxlas (birinci rükətdə), 1 Həmd, 100 İxlas (ikinci rükətdə)

18-ci gün: 4 rükət =1 Həmd, 25 Kövsər (hər rükətdə)

19-cu gün: 50 rükət =1 Həmd, 1 Zəlzələ (hər rükətdə)

20-ci gün: 8 rükət = 1 Həmd, 1 istənilən surə (hər rükətdə)

21-ci gün: 8 rükət =1 Həmd, 1 istənilən surə (hər rükətdə)

22-ci gün: 8 rükət =1 Həmd, 1 istənilən surə (hər rükətdə)

23-cü gün: 8 rükət =1 Həmd, 1 istənilən surə (hər rükətdə)

24-cü gün: 8 rükət =1 Həmd, 1 istənilən surə (hər rükətdə)

25-ci gün: 8 rukət =1 Həmd, 10 İxlas (hər rükətdə)

26-cı gün: 8 rükət =1 Həmd, 100 İxlas (hər rükətdə)

27-ci gün: 4 rükət =1 Həmd, 1 Mülk (28 İxlas da oxuna bilər, hər rükətdə)

28-ci gün: 6 rükət = 1 Həmd, 100 Ayətəl-kürsi, 100 İxlas, 100 Kövsər (hər rükətdə) və namazdan sonra 100 dəfə salavat.

29-cu gün: 2 rükət =1 Həmd, 20 İxlas (hər rükətdə)

30-cu gün: 8 rükət =1 Həmd, 20 İxlas (hər rükətdə) və namazdan sonra 100 dəfə salavat.



Yerləşdirilib:10 İyul, 2013, Baxılıb:12688, Çap
 

Son şərhlər : 3
Müəllif: Ismayil | 13 İyul, 2013  07:23
# Ответить
0


]]>]]>

8 ruket=1 hemd sure ne nemekdi? hemiwe hemd sure oxumaq yoxsa 1 defe?
Müəllif: Rasim | 27 İyun, 2015  12:24
# Ответить
0


]]>]]>

Men basa dusmurem 20 ruket namaz subh namazimi kimode hee 2 -2 ruket qilib ve her ruketde 30 iclas oximaq lazimdi?
Müəllif: Rasim | 27 İyun, 2015  12:26
# Ответить
0


]]>]]>

Bilen varsa yazsinda,her ruketde 30 ixlas oxunsa cox deyil? Ya men basa duse bilmirem
Adınız |
Mətn
Captcha
|
Captcha
© 2017 Saytın materiallarından istifadə edərkən xahiş edirik www.ISLAM.az saytına istinad edəsiniz.
Copyright 2002-2016, Dini Araşdırmalar Mərkəzi, Bütün hüquqlar qorunur www.islam.az
Arzu və istəkləriniz üçün admin@islam.az
  SpyLOG Saytı düzəldib: 313wb.com