Əcəl - əvvəlcədən təyin edilmiş zaman

Ölüm  insan həyatında qəflətən baş verən  hadisədir, onun nə zaman gələcəyini heç kəs bilmir. Ölümün kimi nə vaxt və harada haqlayacağının sirri yalnız bütün canlıları yoxdan yaradan Uca Allaha bəllidir.

Əcəl vaxtı yetişdikdə, heç bir vasitə ilə onun qarşısını almaq mümkün deyil.Əcəl sözünün lüğəvi mənası «əvvəlcədən təyin edilmiş zaman və müddət» deməkdir. Termin kimi insan həyatını, digər canlılar üçün müəyyənləşdirilmiş yaşayış müddətini və bu müddətin sonunu, yəni ölüm anını ifadə edir. Hər fərdin və cəmiyyətin öz əcəli vardır. Əcəl təkdir, Allahın qəza və qədəri ilə gəlir. İnsanları dirildən, ruzi verən və öldürən Allahdır; buna görə əcəli müəyyənləşdirən də Odur: “Sizin aranızda ölümü (kimin nə vaxt öləcəyini) əvvəlcədən biz müəyyən etdik...” (Vaqiə, 60).

Quran ayələrindən görünür ki, əcəl nə vaxtından əvvəl gələ bilər, nə də gecikdirilə bilər: “Hər bir ümmətin əcəl vaxtı (ölüm, tənəzzül və ya əzaba düçar olma çağı) vardır. Onların əcəli gəlib çatdıqda bircə saat belə, (ondan) nə geri qalar, nə də irəli keçə bilərlər” (Əraf, 34; Yunus, 49). “Və (bilin ki) Allah əcəli çatan heç kəsə möhlət verməz. Allah sizin nə etdiklərinizdən xəbərdardır” (Münafiqun, 11).

Öldürülən şəxs də bütün insanlar kimi öz əcəli ilə ölmüşdür. Çünki əcəli müəyyənləşdirən ilahi iradədir. “Allahın izni olmayınca heç kəsə ölüm yoxdur. O,(Lövhi-Məhvuzda)  vaxtı müəyyən edilmiş bir yazıdır.” (Ali İmran,145). Qatil bir adamı öldürməklə onun əcəlini tezləşdirmiş olmaz. Amma Allahın əmrini pozduğuna görə cəzaya düçar olar: “Açıq və gizlin pis işlərə yaxın düşməyin. Allahın (qətlini) haram buyurduğu cana qıymayın. (Allah) bunları sizə tövsiyə etmişdir ki, bəlkə, düşünüb anlayasınız!” (Ənam, 151).

Beləliklə əcəlimiz hər an yetişə bilər, odur ki, ölümə hər zaman hazır olmalı,əbədi həyat üçün tədarük görülməlidir.

islam.az

Yerləşdirilib:1 İyul, 2013, Baxılıb:5367, Çap
 

Son şərhlər : 3
Müəllif: bende | 1 İyul, 2013  14:01
# Ответить
+5


]]>]]>

bele bir sey esitmisem dogrulugun bilmirem yadimda qalan qederi ile yazacam bir oglan teyyare ile harasa getmek isteyir anasi yatir yuxuda gorurki teyyare partlayib ogluda olur,ana yuxunun qorxusundn oglunu yola salmaga oyatmir, cunki yuxu onu cox qorxuzmusdur ve seheri yuxu cin cixir teyyare partlayir sernisinler olur,ana oglunu oyatmaga gedende ise gorurki,ogluda yuxuda olub.ecelden qacmaq olmaz
Müəllif: murad | 18 İyul, 2013  21:37
# Ответить
0


]]>]]>

islam
Müəllif: Miryaqub | 29 İyul, 2016  13:50
# Ответить
0


]]>]]>

Öldürülən şəxs də bütün insanlar kimi öz əcəli ilə ölmüşdür :yazmısınız-O zaman bu beledirse o adamı öldürenin günahı nədir ki,ALLAH onun boynuna ezelden bunu yazib ??
Eger bu bu beledirse ,cüz"i iradə ne üçündür ??
Eger kimse kiminse əli ilə ölürsə ne üçün ALLAH Teala Qurani Kerimde öldürməyin deye buyurur-bir halda ki bu əzəldən təqdir edilib. Təqdir edilən və dəyişməyən bir şay barədə niyə etməyin buyurulsun ki.

Eger bir qatil edam edilirse və yaxud bir kafir öldürülürsə - onlar demezlermi ki,bizim ne üçün tövbə şansımız olmadı ???
Adınız |
Mətn
Captcha
|
Captcha
© 2019 Saytın materiallarından istifadə edərkən xahiş edirik www.ISLAM.az saytına istinad edəsiniz.
Copyright 2002-2016, Dini Araşdırmalar Mərkəzi, Bütün hüquqlar qorunur www.islam.az
Arzu və istəkləriniz üçün admin@islam.az
  SpyLOG Saytı düzəldib: 313wb.com