Ehsan - Allahın razılığına səbəb olan əməllər

Dini anlamda Allahın razılığına səbəb olan bütün əməllər, xüsusilə, insanın başqalarına münasibətdə göstərdiyi xeyirxahlıq ehsan sayılır. Ehsan sözünün ərəb dilindən tərcüməsi “yaxşılıq” deməkdir.

Qurani-kərimdə Allah-təala öz bəndələrinə müraciətlə buyurur: “Həqiqətən, Allah ədalətli olmağı, yaxşılıq etməyi, qohumlara (haqqını) verməyi buyurur, zina etməyi, pis işlər görməyi və zülm etməyi isə qadağan edir...” (Nəhl, 90). İslamda ehsan  həm Allah-taala tərəfindən öz bəndələrinə ünvanlanmış sonsuz nemətlər mənasında, həm də insanların bir-birinə münasibətdə nümayiş etdirdikləri qarşılıqlı yardım və qayğı anlamında başa düşülür: “...Allah sənə yaxşılıq etdiyi kimi, sən də yaxşılıq et...” (Qəsəs, 77).

Dinimiz tövsiyə edir ki, insanlar həmişə bir-birinə qarşı diqqət və sayğı ilə davransınlar, bir kəsin çətinliklərini həll etmək üçün bütün cəmiyyət səfərbər olsun, insanlararası münasibətlərdə xeyirxahlıq, dözümlülük və məhəbbət hökm sürsün. İslam dini yaxşılığa pisliklə cavab verməyi böyük nankorluq sayır: “Yaxşılığın əvəzi ancaq yaxşılıqdır” (Rəhman, 60). Hətta pislik müqabilində də yaxşılıq etməyə, səhvləri bağışlamağa çalışmaq müsəlman əxlaqının özəl xüsusiyyətlərindən sayılır. Bir gün Həzrət Mühəmməd Peyğəmbər (s) öz səhabələrinə buyurdu: “Dünyada və axirətdə sizə ən çox xeyir verəcək əməlləri bildirimmi? Bunlar sənə zülm edəni bağışlamaq, səndən əlaqəsini kəsənlərlə rabitə yaratmaq, sənə pislik edənlərə yaxşılıq etmək, səndən əsirgəy verməkdir”. İmam Rza (ə) isə buyurmuşdur: “Ədalət və ehsanla davranmaq nemətin davam etməsini müjdə verər”.

Başqalarına yaxşılıq etmək xüsusiyyəti Allahın öz bəndəsində ən çox bəyəndiyi xasiyyətlərdəndir: “Yaxşılıq edin. Allah yaxşılıq edənləri sevər!” (Bəqərə, 195).

islam.az


Yerləşdirilib:25 İyun, 2013, Baxılıb:4246, Çap
 

Adınız |
Mətn
Captcha
|
Captcha
© 2018 Saytın materiallarından istifadə edərkən xahiş edirik www.ISLAM.az saytına istinad edəsiniz.
Copyright 2002-2016, Dini Araşdırmalar Mərkəzi, Bütün hüquqlar qorunur www.islam.az
Arzu və istəkləriniz üçün admin@islam.az
  SpyLOG Saytı düzəldib: 313wb.com