Həzrət Əlinin (ə) məzarının kəraməti

Ötən məqalələrin birində Həzrət Əlinin (ə) Nəcəfdəki müqəddəs məzarının kəramətlərindən biri haqqında yazmışdıq. Söhbət Müqəddəs Ərdəbilinin çətin bir suala cavab tapmaq üçün İmam Əlinin (ə) məzarına təvəssül etməsindən gedirdi.

Ümumiyyətlə, keçmiş alimlərin adəti bu idi ki, həllini bilmədikləri hər hansı çətin məsələni məsumların ruhlarına təvəssül etməklə həll edirmişlər. Sualı təqdim etdikdən sonra onlara ya oyaqlıq halında, ya da yuxuda cavab verilirmiş. Bu barədə məlum olan hadisələrin sayı o qədər çoxdur ki, onları əsassız saymaq qeyri-mümkündür. Bu gün bəzi ifrat cərəyanların nümayəndələri (konkret olaraq vəhhabilər) təvəssülü hər nə qədər batil və qeyri-mümkün saysalar da, belə hadisələr bunun tamamilə mümkün olduğunu sübuta yetirir. (Əlbəttə, dünyasını dəyişmiş mömin şəxsin, xüsusilə, müqəddəsin ruhuna təvəssül etməyin mümkünlüyü və caizliyi barədə başqa qəbildən olan dəlillər də vardır).

Həzrət Əlinin (ə) mübarək məzarının kəraməti barədə yüzlərlə hadisə məlumdur. Bunlardan bir qismini Şeyx Əli Mirxələfzadə “Kəramatül-Ələviyyə” kitabında qeyd edib.

Hadisələrdən biri məşhur şiə alimləri Şeyx Müfidlə tələbəsi Seyyid Mürtəza Ələmül-hüdanın adı ilə bağlıdır. Bir gün bu iki alim Həzrət Əlinin (ə) məzarını ziyarət etməyə yollanırlar. Hərəmin həyətində miniklərini divar dibində bağlayırlar. Seyyid Mürtəza dəstəmaz almağa gedir, Şeyx Müfid isə miniklərin yanında qalır. Bu zaman görür ki, divarın üzərində gəzişən bir pişik Seyyid Mürtəzanın ulağının yəhərini sidiklə islatdı. Seyyid Mürtəza qayıdandan sonra Şeyx Müfid hadisəni ona danışıb məsləhət görür ki, yəhəri pak etsin. Seyyid Mürtəza isə şəriət hökmünü əsas gətirib deyir: “Sizin sözünüz təkbaşına mənim üçün höccət (sübut) deyil. Çünki əvvəl pak olan bir şeyin sonradan nəcəs olduğunu sübut etmək üçün iki nəfər şahidin olması lazımdır. Mən bir şahidin ifadəsi ilə bu yəhəri nəcəs saya bilmərəm. Bu hökmü Siz öüzünüz dərsdə mənə öyrətmisiniz”.

Şeyx Müfid nə qədər israr edirsə, Ələmül-hüda onunla razılaşmır. Axırda bu qərara gəlirlər ki, məsələni bir kağız parçasına yazıb İmam Əlinin (ə) zərihinin içərisinə qoysunlar. Belə də edirlər. Az sonra zərihə yaxınlaşıb kağızı götürürlər. Görürlər ki, sual yazılmış kağız parçasının arxa üzündə yaşıl rəngli xətlə bu sözlər yazılıb: “Əl-qövlü qovlə vələdi, vəş-şeyxə mötəmədi”. Tərcüməsi budur: “Balamın (yəni Seyyid Mürtəzanın) dediyi söz doğrudur. Amma şeyx (yəni Müfid) də etimad etdiyimiz şəxsdir”. Seyyid Mürtəza kağızı oxuyandan sonra üzünü Şeyx Müfidə tutub deyir: “Sizin ifadənizlə İmamın ifadəsi birlikdə iki nəfərin şəhadəti deməkdir. Yəhərin murdar olması indi mənə sübut oldu”.

Qeyd edək ki, eyni hadisəni bəzi mənbələrdə XVII əsrin məşhur alimləri Şeyx Bəhai və Mir Damad Əstərabadinin adları ilə də bağlamışlar.

islam.az

Yerləşdirilib:21 İyun, 2013, Baxılıb:7524, Çap
 

Son şərhlər : 4
Müəllif: Nazim | 21 İyun, 2013  15:05
# Ответить
+8


]]>]]>

Salam aleykum.Allah Quranda buyurur:Shehidlere olu demeyiniz onlar diridirler.Nezere alsaq ki shehidler Allah raziliqinin en yuksek zirvesinde qerar tuturlar demek onlar Allah ucun en aziz shexsiyetlerdir ve onlarin qabaqcillari Ehli-Beytdir.Adi misal goturek ki hec bir insan ona aziz olan kesin qelbini qirmaq istemir ve calishir ki onun xosh istek ve xahishini yerine yetirsin bes bele olduqda Mehriban ve Rehimli Allahin ona son derecede yaxin olan Azizlerinin xeyirli xahishini redd edeceyine ne cure inanmaq olar?Elbetde ki Muqaddeslerin vasitesi ile Rehim ve Rehman olan Allahdan acizane olaraq yalvarish ve dilek etmekle isteyinin onlarin Allah qarshisinda olan hormeti xatirine qebul olacaqlarina daha arxayin olmaqlari tebi ve normaldir cunki heyatda her bir shey insanlarin biri biri ile olan unsiyyet ve elaqesi ile emele gelir.
Müəllif: Nurane | 21 İyun, 2013  16:21
# Ответить
+3


]]>]]>

bu hedisi hec ewitmemiwdim cox sag olun
Müəllif: tovbe | 12 İyul, 2013  01:55
# Ответить
+1


]]>]]>

Mesele onsuzda Eli(e)in mezari deyil ki.O sexsiyyetin ozudur.bu kimi hadiselere inanan insanlar Peygember ve onun Ehli beytinin ALLAH yaninda en eziz,en sevimli,en uca meqamli bendeleri oldugunu bilir ve ona gore de Onlari ALLAH dergahinda vasite qerar verirler.biz ALLAHdan dileyimizi istedikde Onlarin mezarini yox,Ozlerini vasite tutub isteyirik.ALLAH Ehli Beytin hormetine dualarimizi qebul etsin.AMIN.
P.S nazim muellim cox gozel misal cekmisiniz.ALLAH razi olsun.
Müəllif: tutu | 9 İyul, 2014  23:47
# Ответить
0


]]>]]>

DIQQET DIQQET.bezen deyirik ki o vaxt bele seyler yox idi hekim iyne derman xestelenmek cunki o vaxtin insanlarinida gunahlari az olub ona gorede allah vasitesz yadsiz komek gonderIR.yasadigimiz dovure baxanda mutleq nese kimse vasiteci olmalidi ilk novbedede muqeddeslermiz cunki allah dergahinda paklardan olublar onlar bize vasitecidirler.derman icirik ama sefani gonderen Odur derman vasitedi.
Adınız |
Mətn
Captcha
|
Captcha
© 2019 Saytın materiallarından istifadə edərkən xahiş edirik www.ISLAM.az saytına istinad edəsiniz.
Copyright 2002-2016, Dini Araşdırmalar Mərkəzi, Bütün hüquqlar qorunur www.islam.az
Arzu və istəkləriniz üçün admin@islam.az
  SpyLOG Saytı düzəldib: 313wb.com