Muxtar cəhənnəmdə olacaq?

Saytımızın “Sual-Cavab” bölməsinə daxil olan bir neçə sualda bəzi dəyərli oxucularımız Kərbəla qatillərinin intiqamını almış Muxtar barədə bir məsələyə aydınlıq gətirilməsini xahiş edirdilər.

Sual verən şəxslər mühərrəmlik mövsümündə hörmətli din xadimlərimizdən birinin dilindən belə bir hədis eşitmişlər ki, guya Muxtar aşura faciəsini törətmiş canilərə həddən artıq amansız şəkildə divan tutduğuna və İslamın cəza qanunlarının həddini aşdığına görə qiyamət günündə cəhənnəmə salınacaq. Əhli-beytin üzvləri cəhənnəmin kənarından keçəndə Muxtar onları çağırıb şəfaət istəyər, onu cəhənnəmdən qurtarmalarını xahiş edər. Amma Peyğəmbər (s), İmam Əli (ə), Həzrət Fatimə (ə) və İmam Həsən (ə) ona etina etməzlər. İmam Hüseyn (ə) də kömək etmədən ötüb keçmək istəyəndə Peyğəmbər (s) Ona buyurar ki, Muxtar üçün şəfaət et; çünki o, sənin intiqamını almaq üçün qiyam edib və sənin qatillərindən qisas alıb. İmam Hüseynin (ə) şəfaəti ilə Muxtar cəhənnəmdən qurtular.

Əvvəla, müqəddimə olaraq bunu qeyd edək ki, İslam tarixi boyunca ən çox şübhələrə, iradlara məruz qoyulan, haqqında zidd fikirlər söylənilən şəxsiyyətlərdən biri də Muxtar Səqəfidir. Muxtarın imanı, əqidəsi, hətta Əhli-beytə sədaqəti barədə yaranmış şübhələrin kökü isə Muxtar hərəkatına nifrət bəsləyən qüvvələrə gedib-çıxır. Məhz Əhli-beytlə düşmənçilik mövqeyində olan qüvvələr böyük şəxsiyyətlərə iftira atmağı özlərinə silah etmişlər. Imamları tənqid edib gözdən salmaq üçün bəhanə tapa bilmədiklərindən, məsum olmayan və eyni zamanda imamət ideyasına xidmət edən böyük şəxsyiyyətləri öz hücumlarına hədəf seçmişlər. Məhz bu məqsədlə Həzrət Əlinin (ə) atası Əbu Talibin guya iman gətirmədən müşrik halda dünyadan köçməsi, Həzrət Əlinin (ə) oğlu Mühəmməd ibn Hənəfiyyənin guya imamət iddiası edib İmam Zeynül-abidinlə (ə) əks cəbhədə özünü imam sayması barədə əsassız və qondarma hədislər ortaya atıldı. Abdullah ibn Səba adlı xəyali bir şəxs uyduruldu və onun şiə məzhəbini yaratması barədə əfsanə yaradıldı. Abdullah ibn Abbasın Həzrət Əliyə (ə) xəyanət etməsi və beytül-malı oğurlayıb Müaviyənin yanına qaçması haqqında şayiə yayıldı. Sonrakı dövrlərə baxsaq, Xacə Nəsirəddin Tusi məhz bu məqsədlə Abbasilər xilafətinin məhvinin səbəbkarı kimi təqdim edildi və sairə və ilaxır.

Bu cür “qurban”lardan biri də Muxtardır. Onu gah peyğəmbərlik fikrinə düşməkdə, gah Mühəmməd ibn Hənəfiyyənin imamlığını irəli sürməkdə, gah keysaniyyə məzhəbini yaratmaqda, gah da aşura qatillərinə qarşı ifrat amansızlıqla təqsirli biliblər.

Muxtar Səqəfinin guya cəhənnəmə salınacağı və oradan İmam Hüseynin (ə) şəfaəti ilə xilas olacağı barədə həqiqətən bəzi rəvayətlər mövcuddur. Bu barədə mənbələrdə cəmi iki hədis vardır. Bütün kitablardakı məlumatların kökü bu iki hədisə gedib-çıxır. Həmin hədislərin birini Şeyxüt-taifə Tusi “Təhzibül-ehkam” kitabında, o birini də İbn İdris Hilli “Əs-Sərair” əsərində vermişdir. Sonrakı mənbələr bu hədisləri zaman etibarilə ən qədim olan bu iki kitabdan nəql etmişlər (o cümlədən, “Biharül-ənvar”ın 45-ci cildində də).

Əvvəla, böyük alimlər bu hədisləri nəinki məna, həm də sənəd etibarilə zəif sayırlar. XX əsrin ən böyük fiqh və rical alimlərindən olmuş mərhum Ayətullahül-üzma Seyyid Əbül-Qasim Xoyi fundamental həcmli “Möcəmü ricalül-hədis” kitabında Muxtarın tərcümeyi-halını verərkən (19-cu cild, səh. 106-108) bu hədislərin mötəbərlik dərəcəsinə aydınlıq gətirir. O yazır ki, “Təhzibül-ehkam” kitabında verilmiş hədis əvvəla mürsəldir, yəni sənəd zəncirinin başında İmam Cəfər Sadiqdən (ə) rəvayət edən şəxsin kimliyi məlum deyil, “bəzi ravilərdən” ifadəsi işlədilib. Mürsəl hədis mübahisəli məsələlərdə hüccət (sübut) sayılmaz. İkincisi, hədisin sənəd silsiləsində yer alan Üməyyə ibn Əli Qeysi də mötəbər ravi deyil, məşhur rical alimi Nəcaşi onu zəif sayırdı. “Əs-Sərair” kitabındakı hədisin də sənədi dolaşıqdır. Sənəd silsiləsindəki ilk üç ravinin bir-birindən hədis rəvayət etməsi zaman etibarilə ya qeyri-mümkün, ya da çox qəribədir. Buna görə, Ayətullah Xoyi bu iki hədisi qəti olaraq zəif adlandırır.

Bunu da deyək ki, həmin hədislər zəif olsalar belə, onlarda Muxtarın guya cəhənnəmə düşməsinin səbəbi kimi aşura qatillərinə amansız divan tutması yox, ürəyində iki nəfərə (yəni birinci və ikinci xəlifələrə) qarşı məhəbbətdən bir zərrənin olması göstərilib: “Çünki onun qəlbində o ikisindən bir şey (yəni məhəbbət) var idi. Mühəmmədi haqq üzrə göndərən Allaha and olsun ki, əgər Cəbrailin və Mikailin qəlbində o ikisinin zərrəcə məhəbbəti olsaydı, Allah onları üzüüstə cəhənnəm alovunun içinə atardı”.

(Bu həssas nöqtənin oxucular tərəfindən yanlış qəbul edilməsini istəməzdik. Bir daha qeyd edirik ki, bu hədis elə şiə məzhəbinin hədis üsulu baxımından zəifdir. Ona görə də, burada məzhəblar arası düşmənçilik yaratmaq cəhdindən söhbət getmir).

Muxtarı gözdən salmaq üçün uydurulmuş hədislər bunlarla məhdudlaşmır. Onun uşaq ikən guya Kufədə gizlənən İmam Həsəni (ə) Müaviyəyə təhvil vermək istəməsi, məsum imamların onu yalançı adlandırması barədə rəvayətlər də bu qəbildəndir. Lakin yuxarıda qeyd etdiyimiz kimi, bu hədislərin yaradılması siyasi maraqlara əsaslanırdı və onların demək olar ki hamısının sənədində ciddi nöqsanlar var.

O ki qaldı Muxtarın aşura qatillərinə divan tutmasına, onu hədsiz amansızlıqda, insanlara işgəncə verməkdə, ölülərin başını kəsməkdə təqsirli bilənlərə cavab olaraq bir nüansı diqqətə çatdırırıq. Muxtar Übeydullah ibn Ziyadın kəsik başını Mədinəyə, İmam Zeynül-abidinə (ə) göndərmişdi. O həzrət, Übeydullahın kəsik başını görəndə şükr səcdəsi etmiş və Muxtarın haqqında xeyir-dua buyurmuşdu. Əgər aşura qatillərinin cəsədinin başını kəsmək və göndərmək günah olsaydı, Imam yəqin ki bu cür hərəkət etməzdi. Unutmayaq ki, Əhli-beytlə açıq-aşkar düşmənçilik edən, məsum imamla döyüşən və Onun qanına əlini bulayan şəxs nəinki müsəlman sayılmır, hətta nəcəs (murdar) hökmündədir.

Məqaləni İmam Mühəmməd Baqirin (ə) bir hədisi ilə bitirmək istərdik. O həzrət, camaatın Muxtar haqqında nalayiq sözlər danışdığını eşidəndə buyurdu: “Muxtarı söyməyin. O bizim şəhidlərimizin qatillərini öldürdü, intiqamımızı aldı”.

islam.az

 


Yerləşdirilib:22 May, 2013, Baxılıb:13250, Çap
 

Son şərhlər : 13
Müəllif: Ruqeyye | 22 May, 2013  19:42
# Ответить
+10


]]>]]>

eslinde bu hedisi yeni evvelde esitdiyiniz hedisi men de esitmisdim ve belede bilirdim amma sizin bele dediklerinizden sonra men de elave etmek isteyirem ki Xuli(Imamin mubarek basini nizeye taxib kul ustunde saxlayan sexs)tutulmamisdan qabaq Imam Zeynulabidin(e) sehere daxil olduqda xulini sorusub.tutulmadigini esitdirdikde elini duaya qaldiraraq bele demisdir:Allahim Xuliye hem bu dunya hem de axiret atesini dadizdir.ele hemin gunde Xuli tutulmusdur.Muxtar xulinin basini qizdirilmis 3 perli oxla kesmisdir.lakin bu Muxtarname filminde verilmyib hemcinin Omer ibn sedin meyidini cingir cingir yanan yagin icine atmisdir.Imami atla tapdalayanlarin diri diri atla ustunden kecmisdir.Elbette her seyin duzunu Allah biler.Allah bagislayandir
Müəllif: Nazim | 23 May, 2013  05:18
# Ответить
+8


]]>]]>

Ay bele qilinc calan,ox atan,nize oynadan eline donum Muxtar qardashimin ki ureyimden tikan cixartdi Aqamin qisasin aldi ubeydullahsifet necis tayfasundan.Muxtarin xetrin cox istiyirem,Allah onun yerin Aqam Hueynin(sa) yaninda behishtde qerar versin.Aziz peyqamberimizin(sa) ailesine qiyaraq misli gorunmemish zulmu eden bashlar kesilmeliydide hele bir cehennemede vasil olmaliydilarda.Muxtari salamliyiram ve ona oz minnetdarliqimi bildirirem,Muxtar Seqefini deyiremha.
Müəllif: Seid79 | 23 May, 2013  07:52
# Ответить
+7


]]>]]>

Muxtar sözün əsl mənasında Faili-Muxtarın iradəsi və xeyir-duası ilə Kərbəla Şəhidlərinin qanını yerdə qoymadı.İnşallah yeri Cənnətin dilbər güşələrindən biridir.Allah Kərbəla Şəhidlərinin qatillərinə lənət,Kərbəla Şəhidlərinə isə rəhmət eləsin.Amin.
Müəllif: bextiyar | 29 May, 2013  10:46
# Ответить
+4


]]>]]>

Muxtarin adi gelende Behcət ağa ayağa qalxardı
Müəllif: Elvin | 26 Sentyabr, 2013  08:55
# Ответить
+4


]]>]]>

Muxdar haqqinda ve onun qisasi haqinda yazdiqlarinizi hansi kitabda oxudugunuzu ve onun heyati haqqinda harda melumat toplamaq olar bu barede mene melumat vermenizi xais edirem4
Müəllif: Guler | 21 Dekabr, 2013  15:55
# Ответить
+2


]]>]]>

Ehsen .tesekkur edirem melumat ucun.
Müəllif: Turkan | 8 Fevral, 2014  20:11
# Ответить
+3


]]>]]>

Allah Muxtari HZ.Huseyn(e.s) mehshur ettsin Muxtar butun ehlibeyt sevenlerin qisasin aldi.Xuli. Omer ibn Sed ve b. neinki qaynar qazanda yandirib bashlarini uzmey diri diri derilerini soyub itlere atmag bele halaldi Allah ehlibeyt dushmenlerine lenet etsin. Amin
Müəllif: mehdi | 25 Noyabr, 2015  19:05
# Ответить
+3


]]>]]>

muxdar imam huseynin intiqamini aldi
Müəllif: Resul | 29 Noyabr, 2015  00:02
# Ответить
+2


]]>]]>

Halal olsun muxtar cengaver doyuwcu olub imamlarimizin qanin qoymayib yerde qalib qurusun hamisin mehv edib wumru xulini hermeleni ve .s bir coxlarini elbetteki onu yeri cennet olacaq
Müəllif: Resad | 10 Aprel, 2016  02:44
# Ответить
+4


]]>]]>

qelet etmeyin muxtar haqda danisdiqlarina bax hele inanmayn allah vehabilere lehnet etsin ogresler onlar cixardiblar bu saeni Allahin isine el atirlar Muxtarin yeri cennetdi cunki o omer kimi sumur kimi ogresleri cehenneme vasil edib Muxtar Cennetdedir Allah dedi size Muxtar cehennemdedir Qelet etmeyin. EY ELİ SİELERİ İNANMAYİN BU SAELERE MUXTARİN YERİ CENNETDİR.Allah vehabilere lehnet etsi onlar EBELFEZ AGANİN qezzebine tus olsunlar.AMİN YA REBBEL ALEMİN.
Müəllif: Fuad | 12 May, 2016  19:48
# Ответить
+1


]]>]]>

Duz deyirsen muxtar cenetdedi vahablar ingilis tulalaridi
Müəllif: Kerbela | 24 Oktyabr, 2016  12:17
# Ответить
+1


]]>]]>

Muxtar Ebu Ubeydullah Es Seqefi Allahin salami olsun ona.....Her ne edibse yaxsi edib Allah qatinda qat qat mukafati vardir.Imam Huseyn aganin bawina getirdikleri musibetleri Muxtar beyem sehv edib O Hezretin qatillerinden qisas alib?.Tanri bu dunyada bir Muxtarin eli ile onlara lenetullalara cehennemi gosterdi.qiyametde ise Tanri Ozu onlara cehennemi gosterecek...Allah Muxtardan razi olsun...Imam Huseyn Aganinda qatillerine lenet etsin amin
Müəllif: royale | 5 İyul, 2017  12:42
# Ответить
0


]]>]]>

Allah vehabilerin kokunu kessin Amin
Adınız |
Mətn
Captcha
|
Captcha
© 2018 Saytın materiallarından istifadə edərkən xahiş edirik www.ISLAM.az saytına istinad edəsiniz.
Copyright 2002-2016, Dini Araşdırmalar Mərkəzi, Bütün hüquqlar qorunur www.islam.az
Arzu və istəkləriniz üçün admin@islam.az
  SpyLOG Saytı düzəldib: 313wb.com