Halal ruzi

Həzrət Mühəmməd Peyğəmbərin (s) vəfatından cəmi yüz il keçirdi. Bu müddət ərzində İslam artıq çox uzaq məmləkətlərə yayılmışdı. Mərkəzi və Orta Asiya torpaqları da müsəlmanlar tərəfindən fəth edilmişdi. Xorasan vilayətinin mərkəzi olan Mərv şəhərində məhkəmə işlərini bir qazı idarə edirdi.

Qazının gözəl bağçası vardı. Bu bağçaya Mübarək adlı gənc bağban qulluq edirdi. Bir gün qazi Mübarəkə tapşırdı ki, bağçadan üzüm dərib gətirsin. Üzümün təzəcə yetişməyə başladığı mövsüm idi. Mübarək bir neçə salxım üzüm dərib gətirdi. Üzümlər kənardan dəymiş və şirin görünürdü. Amma qazı üzümün dadına baxan kimi gördü ki, turşdur. Mübarəkə turş üzüm gətirdiyini deyib könlünü qırmaq istəmədi. Onu bir daha üzüm dalınca göndərdi. Mübarəkin bu dəfə də gətirdiyi üzüm turş oldu.

Qazı üzünü Mübarəkə tutub mehribanlıqla dedi: “Oğul, niyə turş üzümü dərib gətirirsən? Əvvəlcə özün dadına bax, şirinliyini yoxla, sonra mənə gətir”.

Mübarək cavab verdi: “Ağa, siz məni bağçaya qulluq etmək üçün işə götürmüsünüz, buna görə mənə muzd verirsiniz. Mən sizin bağçanızdan icazəsiz üzüm dərib yeyə bilmərəm. Sizdən halallıq almadan bunu etməyi ağlıma belə gətirmərəm”.

Qazı Mübarəkin imanına heyran qalmışdı. Bu hadisədən bir müddət ötüb-keçdi. Qazının gözünün ağı-qarası bircə qızı vardı. Qız böyüyüb həddi-büluğa çatmışdı, ona elçi düşənlər çox idi. Amma qazı özünə kürəkən seçməyə tələsmirdi, namizədləri araşdırırdı.

Qazı bir gün öz halalzadə və vicdanlı bağbanı Mübarəklə də məşvərət etmək qərarına gəldi. Ondan soruşdu: “Mənim qızımı istəyənlər çoxdur. Bunların içində varlı tacirlər də var, savadlı alimlər də, vəzifəli əyanlar da. Sənin fikrincə, qızımı nə cür adama ərə versəm, daha yaxşı olar?”

Mübarək cavab verdi: “Ağa, İslamdan əvvəl cahiliyyət dövründə atalar öz qızlarını ərə verəndə əsil-nəsəbə daha çox fikir verirdilər. Xristianlar və yəhudilər zahiri gözəlliyi əsas sayırdılar. Allahın Rəsulu qohumluq zamanı dindarlığı və təqvanı üstün tutmağı tövsiyə etmişdir. Bizim zamanımızda isə camaat var-dövlətə görə özünə kürəkən seçir. Indi məsləhət sizindir, hansını istərsəniz, seçin”. Qazı Mübarəkin sözlərini dinləyib dedi: “Mən də Peyğəmbərimizin buyurduğu yolu seçdim. Buna görə də qızımı sənə ərə vermək istəyirəm. Çünki sənin təqvalı, imanlı və dindar adam olduğunu bilirəm”.

Mübarək özünün nökər olduğunu bir daha qazının yadına saldı, başqalarının bu izdivacı yaxşı qarşılamayacaqlarını söylədi, qızın da bununla razılaşmayacağı ehtimalını dilə gətirdi. Qazı oradan durub evinə getdi, qərarını həyat yoldaşına anlatdı, fikrini soruşdu. Arvadı dedi ki, sən bilən məsləhətdir, amma qızın da fikrini soruşsaq yaxşı olar. Qazı qızını çağırıb dedi: “Qızım, səni istəyənlərin arasında varlıları da var, gözəlləri də, əsil-nəsəbcə şərafətli olanları da. Amma mən sənin üçün bir nəfəri seçmişəm. Onun nə pulu var, nə vəzifəsi, nə şərafətli əsil-nəsəbi. Hətta azadlığı da yoxdur, hələ ki mənim xidmətçimdir. Amma mən onun dindarlığını və vicdanını əsas götürmüşəm. Indi de görüm, fikrin nədir?” Qız da atasının fikri ilə razı olduğunu bildirdi, gələcək həyat yoldaşının var-dövlət, şan-şöhrət sahibi olmağındansa, iman və təqva sahibi olmasını daha çox istədiyini söylədi.

Beləliklə, Mübarək həmin gündən qazının kürəkəni oldu. Qazı özü onların kəbinini kəsdi. Amma Mübarək toy gecəsində gəlinə yaxınlaşmadı, bütün gecəni ibadət və dua ilə keçirdi. Sonrakı bir neçə gün də bu qayda ilə keçdi. Qazı məsələdən xəbər tutanda Mübarəki çağırıb soruşdu: “Oğlum, niyə öz halal arvadını qəbul etmirsən? Əgər onu bəyənmirsənsə və ya hər hansı eybini görmüsənsə, açıq söylə, çəkinmə”.

Mübarək utancaq halda cavab verdi: “Belə şey olarmı? Əlbəttə ki, mən sizin qızınızı bəyənirəm, onunla evlənməyimə də çox sevinirəm. Amma düşündüm ki, siz qazısınız, qazancınızda şübhəli məqamlar ola bilər. Qızınızın da haram tikə yemiş olması mümkündür. Istəmədim ki, bünövrəsini qoyacağımız övladın mayasında haram olsun. Ona görə qərara gəldim ki, qırx gün gözləyim, bu müddət ərzində yoldaşıma yalnız əlimin zəhməti ilə qazandığım halal ruzi yedizdirim. Qırx gün ərzində bədəni keçmiş qidalardan təmizlənsin, bundan sonra onunla yaxınlıq edim”.

Qazı bu dəfə də Mübarəkin təqvasına heyran qaldı. Qırx gündən sonra Mübarək öz həyat yoldaşına qovuşdu. Onların izdivacından bir oğul doğuldu; adını Abdullah qoydular. Bünövrəsi halalla yoğrulmuş bu uşaq gələcəkdə məşhur arif və alim kimi tanınanacaq Abdullah ibn Mübarək idi.

(“Evliyalar Ansiklopedisi”, Abdullah ibn Mübarəkin tərcümeyi-halından).

İslam.az

 


Yerləşdirilib:13 May, 2013, Baxılıb:3343, Çap
 

Son şərhlər : 9
Müəllif: ANA | 15 May, 2013  20:39
# Ответить
+4


]]>]]>

SUBHANALLAH!!!
Müəllif: Nazim | 16 May, 2013  10:41
# Ответить
+7


]]>]]>

Salam aleykum.Bir revayetde men yazim istinadi ise bir meclisde eshidmishem.Bir mumin meshe ile yol gedererek bashini qaldirib guneshe teref baxirdiki gorsun namazin vaxtidirsa namaz qilsin.Namaz vaxtinin yetishdiyini meyyen edib destemaz almaq ucun yaxinliqdan axan caya yaxinlashdi.Ele destemaz almaq istiyirdiki birde gorduki cayin axini ile ele bir gozel alma uzerek gelirki gozlerini ondan ceke bilmir.Dushunur ki qoy bu almani tez yeyim fikrim onun arxasiyca qalmasin yoxsa namazimi ixlasla qila bilmerem.Bir dishdem bu almadan yemishdi ki birden barmaqini dishleyib dillendi,vay vay men bunun halaliqin almasam namazimin qebuluna shubhe getirecem gerek hallaliqin alam sonra namazi qilam.Bu mumin cayin axari ile uzu eksine axtarisha bashlayir.Uzun axtarishdan nehayet cayin yanindan kecdiyi baqa rast gelir ve o almanin bu baqdan caya dushduyunu yqin edb baqdaki evun qapisini doyur.
Müəllif: Nazim | 16 May, 2013  10:59
# Ответить
+6


]]>]]>

Bir kishi qapini acir,mumin bir dishdem almanin halalliqini isteyib veziyeti ona danishir.Baqin yiyesi halaliqi ona bir shertle verceyini bildirir,bu shertle ki menim bir kor,kar,lal ve el ayaqi shikest qizim var onu alasan.Mumin cetin secim qarshisinda halalliqi ustun bilib razilashir.Hemen gun baq yiyesi toy eleyib bunlarin kebinin kesir.Bey qizin yanina otaqa girende gorurki otaqda hemen alma kimi ele bir gozel qiz var ki adamin aqlin bashindan cixarir,tez qayidib otaqdan cixir ve bashqa otaqa baxir ki yaqinki sehv girib o otaqa lakin o biri otaqda hec kes olmur.Mumin meyus halda baq yiyesinin yanina qayidib veziyeti ona bildirir.Baq yiyesi onun sehv etmediyini deyib mehz ele hemen qizin onun qizi olduqunu bildirir lakin ona ne ucun evvelceden shamil etdiyi qusurlari izah edir.
Müəllif: Nazim | 16 May, 2013  11:16
# Ответить
+6


]]>]]>

Men qizimi indiyecen harama baxmadiqi ucun kor,haram soz eshidmediyi ucun kar,haram soz danishmadiqi ucun lal,elini harama uzatmadiqi ucun ve eyaqini haram bir addimda atmadiqi ucun shikest adlandirmishdim hemcinin senin imaninida yoxladim.Uzun sozun qisasi bunlar evlenir ve iki oqlanlari olur.Boyuyenden sonra oqlanlardan biri memur biri ise ruhani olur.Memur sheherdeki butun yetim ushaqlari tutub aparir,butun dul qadinlari yiqib aparir ve dukanlardan sherablarin hamisini alib apardiqi ucun ruhani qardashi onu danishdirmir.Bir gun ruhani qardash destemaz almaq ucun su quyusuna yaxinlashib vedreni quyudan qaldirir, gorur ki vedre dolu qizil ile gelib,tezeden vedreni quyuya buraxib Allahdan su vermesini diliyir ve yene vedre qizilla qayidir bu minvalla bir nece defe tekrar edib meyis halda durur bu anda kim ise arxadan elini onun ciynine qopyur.
Müəllif: Nazim | 16 May, 2013  11:42
# Ответить
+4


]]>]]>

Ruhani arxaya donub memur qardashinin mehriban baxishlarla baxdiqini gorur ve ondan ne ucun meyus olduqunu sorushur.O destemaz almaq ucun quyuda su olmadiqini memur qardashina kinaye ile bildirir.Bu anda memur qardashi qilincini qinindan cekerek ucu ashaqi yoneldir ve qilincdan su axmaqa bashlayir,buyur destemazini al deye ona xosh dille muraciet edir.Ruhani qardash buna mehetdel qalib destemazini alir ve onlar birlikde namaz qilirlar.Namaz bitdikden sonra ruhani bunun hikmetini qardashindan sorushur.Memur qardash onu ozu ile yashadiqi iqametgaha aparir.Darvazanin qapisi acilanda memur qardash ruhani qardashindan iceri daxil olmnasini ehtiramla rica edir.Onlar daxil olanda ruhani gozlerine inana bilmir.O butun tutulub aparilan yetim ushaqlarin burada baq baqca icinde sevinc icinde oynadiqlarini gorur.
Müəllif: Nazim | 16 May, 2013  12:03
# Ответить
+4


]]>]]>

Sonra ise memur ruhani qardashindan saraya daxil olmasini xahish etdi.Ruhani yenede mat mehetdel qaldi,o burada hemen dul qadinlarin xalca toxumaqla ve muxtelif deyerli ishlerle hevesle meshqul olara mehribancasina deyib danishdiqlarini gordu.Qardashi onu daha bir qapini acaraq onu ora baxmaqa devet etdi ve yene de ruhani gozlerine inanmadi,burada o kulli miqdarda sherab shushelerinin sindirildiqini gordu.Memur qardash qilincdan suyun gelmesinin hikmetini izah etmeye bashladi,men yetim ushaqlari yigib bura getirib gozel terbiye verdirirdim ki onlar yiyesiz qalib haram yollara dushmesinler,dul qdinlarida bura yiqirdim ki onlar cetinlik uzunden exlaqsizliqa el atmasinlar,butun sherablarida alib buraya getirib mehv edirdim ki insanlar onu alib icerek aqillarini itirmesinler.Ruhani qardash qelbind ona qarshi saxladiqi kinayeden peshman halda onu mehribancasina baqrina basib qucaqladi.
Müəllif: Nazim | 16 May, 2013  12:17
# Ответить
+4


]]>]]>

Xulase,sen deme revayetdeki bu qeder hikmetli hadiseler bir halal dishdem almaya baqli imish cunki hemen o iki qardashin nutfesi atalarinin belinde mehz ele o bir halal dishdem almadan baqlanibmish.Elhemdulilah, bu revayeti men texminen 20 il bundan evvel bir meclisde Seyyidden eshitmishe ve meqalenin movzusu ile six baqli olduqu ucun bu revayeti sizlere erz etmeyi lazim bildim,oxuyanlarada Allahdan bu cure halaliqi nesib etmesini diliyirem.
Müəllif: bende | 11 İyun, 2013  13:59
# Ответить
+1


]]>]]>

salam Nazim qardasin 1ci danisdigi hekayeye baxmaq isteyenler bu linkde baxa bilerler ]]>http://www.youtube.com/watch?v=w5YLIl6IVZ8]]>
Müəllif: Anar | 11 İyun, 2013  20:36
# Ответить
+1


]]>]]>

Hemin revayetin 2-ci hissesi mence haradansa yanlish qoshulub, amma ilk hisse, yani alma ve evlilik meselesi, boyuk alim ve ezemetli muctehid Muqeddes Erdebilinin atasinin bashina gelib ve hemin izdivacdan Muqeddes Erdebili doqulub. Men bele oxumusham
Adınız |
Mətn
Captcha
|
Captcha
© 2017 Saytın materiallarından istifadə edərkən xahiş edirik www.ISLAM.az saytına istinad edəsiniz.
Copyright 2002-2016, Dini Araşdırmalar Mərkəzi, Bütün hüquqlar qorunur www.islam.az
Arzu və istəkləriniz üçün admin@islam.az
  SpyLOG Saytı düzəldib: 313wb.com