Quranı pulla oxumaq: olar ya olmaz?

Qurani-kərim oxumaq üçün muzd almağın halal olub-olmaması barədə alimlərin fikirləri fərqlidir. Bir qrup alimlər (bunların əksəriyyəti əhli-sünnə məzhəbinə mənsubdur) bunu haram sayır və Allahın kəlamını müəyyən qiymətə satmaq kimi dəyərləndirirlər.

Həqiqətən, bəzi mənbələrdə Həzrət Mühəmməd Peyğəmbərin (s) dilindən elə hədislərə rast gəlirik ki, bunlarda Quran oxumağı qazanc mənbəyinə çevirənlər tənqid və məzəmmət edilirlər. Amma bunun müqabilində başqa bir qrup hədislər də var ki, bunlardan çıxış edərək bəzi şərtlər daxilində muzdla Quran oxumağın icazəli olduğu məlum olur. Alimlərin üstün və qüvvətli rəyi də buna uyğundur.

Əvvəla bunu deyək ki, Quran oxumaq və başqalarına bunu öyrətmək çox böyük savaba malikdir. Hər kəs imkan səviyyəsində bunu təmənnasız etsə, Allah tərəfindən mükafatsız qalmaz. Buna görə də başqa yerdən qazancı olan şəxsin təmənnasız olaraq Quran oxuyub möminlərin ruhuna hədiyyə etməsi və bu işi başqalarına da öyrətməsi gözəl olardı.

Ölü ilə bağlı bir neçə əməl var ki, onları icra etmək üçün pul alınmaz. Bunlara vacibi-kifayi deyilir. Bu əməllərin sayı üçdür: ölüyə İslam şəriətinə uyğun olaraq qüsl verib kəfənə tutmaq, dəfn etmək və cənazə namazını qılmaq. Bir müsəlman ölüsü üçün bu işlər edilməyincə, bütün başqa müsəlmanlar bunda sorumlu və cavabdehdirlər. Amma əgər bu işləri bir və ya bir neçə nəfər icra etsə, o birilərin boynundan məsuliyyət götürülər. Diqqət edilməlidir ki, burada qüsl, kəfən və dəfn üçün lazım olan materialların pulu nəzərdə tutulmur; bunlara görə pul tələb etmək olar. Söhbət bu işə çəkilən zəhmətə görə istənilən muzddan gedir. Yəni bir kəs ölünü qüslləyib kəfənləmək, qəbrini qazıb dəfndən sonra üstünü örtmək və ona cənazə namazı qılmaq üçün zəhmət haqqı kimi pul istəsə, haramdır. Amma ölünün ruhuna Quran oxuyub hədiyyə etmək vacib yox, müstəhəb işdir. Ona görə də bunu muzdla etməyin maneçiliyi yoxdur. Əgər bunun üçün pul almağı haram bilsək, eyni məntiqlə gərək yas məclisində istifadə ediləsi ərzağı da pulla satmağı haram sayaq. Yəni təsəvvür edin ki, bir dükana girib satıcıdan tələb edirsən ki, atamın ehsan süfrəsinə təmənnasız ərzaq verməlisən. Bunların hər ikisini etmək vacib yox, müstəhəbdir; ölü sahibinin nə ölü üçün Quran oxutdurması, nə də ehsan verməsi şəriətdə vacib hökm kimi tələb edilmir. Əgər imkanı varsa, bunları edə bilər; imkanı və ya istəyi yoxdursa, məcbur edilə bilməz.

Məsələyə başqa cəhətdən yanaşsaq, məlumdur ki, insan öləndən sonra onun qəzaya getmiş namaz və oruclarını başqası yerinə yetirə bilər və bunun üçün ölü sahibindən muzd istəmək də caizdir. Əgər bir şəxsin sağ ikən boynunda olan vacib (fərz) ibadət o öləndən sonra başqası tərəfindən müzdla icra edilə bilirsə, müstəhəb bir əməl olan Quran oxumağı niyə başqası muzdla etməsin?

Daha bir məqam: mərhum şəxsin ruhuna hədiyyə olaraq Quran oxuyarkən həm sifarişçinin, həm də icraçının müəyyən bir əxlaq və insaf çərçivəsində davranmaları məsləhətdir. Yəni Quran oxuyan adam bunun üçün xüsusi bir məbləğ istədiyini dillə deməsə daha yaxşıdır. Nədənsə, demək olar ki həmişə ölü sahibinin Quran oxuyan adamdan gileyləndiyinin şahidi oluruq: “Quran oxumaq üçün molla filan qədər pul istədi. Heç insafı yox imiş. Mənim onsuz da xərcim başımdan aşır. Bir yandan da Quran oxutdurmaq üçün filan qədər pul verməliyəm”. Bu adamların vəziyyətini başa düşməmək mümkün deyil. Həqiqətən, bəzən istər yas mərasimlərini idarə etmək, istərsə də Quran oxumaq üçün mollalar insafdan artıq pul istəyirlər. Amma bəzən əks mənzərə də rastımıza çıxır. Bu sətirlərin müəllifi Quran oxuyanın üzüyumşaqlığından istifadə edib bütöv Quran xətmi üçün 30, hətta 20 manat pul verən adam da görüb. Çox-çox imkanlı şəxslər görmüşük ki, qəbristanlıqda və ya ziyarətgahda rastına çoxan mollaya bir manat pul verib Yasin oxumasını tələb ediblər. Yəqin razılaşarsınız ki, bu iş üçün çəkilən zəhmətin və sərf edilən vaxtın müqabilində həmin məbləğ həddindən azdır. Təsəvvür edin ki, Quranı qiraət qaydası və avazla oxuyub xətm edən adam başqa işlərini kənara qoymaqla, buna ən azı 5-6 gününü həsr etməlidir.

Daha bir məqama toxunmaq istərdim. Heç kimi məcbur edən yoxdur ki, ölüsü üçün başqasına muzdla Quran oxutdursun. Heç Allah da bunu tələb etmir və bu işi müstəhəb əməl kimi hər kəsin öz ixtiyarına buraxıb. Bahalıqdan şikayət edən və pulunu cibində saxlamaq istəyən adam özü zəhmət çəkib öz ölüsünün ruhuna Quran oxuya bilər. Əgər bunu bacarmırıqsa, vaxtımızı və bacarığımızı ərəb əlifbasını öyrənmək əvəzinə başqa işlərə sərf etmişiksə, başqasından şikayət etməyə dəyməz. Biz öz vaxtımızı yüksək məvacibli firmalarda işə düzəlmək üçün ingilis dili və kompüter öyrənməyə sərf edəndə, “molla” dediyimiz adamlar (əlbəttə ki savadlı mollaları nəzərdə tuturam) ərəb dilini, təcvidi, şəriəti öyrəniblər. Və bu gün bizim onlara işimiz düşüb. Sabah da həmin molla bizim bacardığımız bir iş üçün qapımıza və ya iş yerimizə gələcək və bizə sifariş verəcək. Məsələn, bənnayamsa, mən onun evini tikəcəyəm; tacirəmsə, mən ona mal satacağam; dərziyəmsə, mən ona paltar biçəcəyəm və sairə və ilaxır. Və bu zaman zəhmətimə görə ondan muzd istəyəcəyəm. Elə isə, onun da öz zəhmətinə görə məndən muzd istəməyini təbii qəbul etməliyəm. Unutmayaq, ruhani və molla təbəqəsini yaradan biz özümüzük. Əgər şəriətdə deyilən kimi, özümüz atamızın cənazəsinə qüsl vermir və bunu başqasına etdiririksə, əlimizə bel götürüb anamızın cənazəsinə qəbir qazmır və bunu başqasına tapşırırıqsa, özümüz Quran oxumağı bacarmır və bunu başqasına sifariş veririksə, yas məclisimizi yola vermək üçün nə ailənin içində, nə də yaxın qohumda bir adam tapmır və bunun üçün molla çağırırıqsa, deməli, onun muzdunu da verməliyik. Etirazımız varsa, başqasının bizə müftə işləməsini tələb etməkdənsə, özümüz bu işləri görməyi öyrənək. Onda molla dediyimiz təbəqəyə də ehtiyac qalmaz.

Və nəhayət, Quranı o ölünün ruhuna oxutdurarlar ki, sağlığında bu kitabın heç olmazsa tərcüməsini vərəqləmiş olsun, bu kitabda yazılan əqidə, ehkam və əxlaq qaydalarının heç olmazsa, bir qisminə əməl etmiş olsun. Sağlığında Quranı tanımayan, ona hörmət qoymayan (hörmət deyəndə öpüb gözünün üstünə qoymağı yox, içində yazılanlara əməl etməyi nəzərdə tuturam) bir adamın ruhu üçün yüz dəfə Quran oxunsun – nə faydası var ki?

Müəllif: islam.az


 


Yerləşdirilib:15 Mart, 2013, Baxılıb:13251, Çap
 

Son şərhlər : 27
Müəllif: Seid779 | 15 Mart, 2013  14:23
# Ответить
+8


]]>]]>

Allah köməyimiz olsun.
Müəllif: Asya | 16 Mart, 2013  09:28
# Ответить
+7


]]>]]>

Cox gozel qeyd etmisiz. Allah razi olsun
Müəllif: Ruqeyye | 24 Mart, 2013  10:59
# Ответить
+3


]]>]]>

Allah razi olsun
Müəllif: betul | 24 Mart, 2013  18:33
# Ответить
+2


]]>]]>

ALLAH razi olsun
Müəllif: lenkarandan | 25 Mart, 2013  23:48
# Ответить
+5


]]>]]>

allah razi olsun aktual movzudur.
size bir ehvalat daniwim.
Gunlerin bir gunu bir nefer(deyasan vehhabi olub)qebristanliqda bizim mollalardan soruwub.ay molla yasinin oluye ne xeyri var.?o molla deyib ki,balama menim ona savadim catmir.oluye bilmirem amma MENE XEYRI VAR.
lenkarandan hamiya salamlar.
Müəllif: administrator | 17 Aprel, 2013  12:21
# Ответить
+1


]]>]]>

Hormetli oxucu, Revan Axundov. Meqalede sondan ikinci abzasi bir daha oxuyun.
Sizin yazdiqiniz ayelerin ise buradaki movzuya birbasha aidiyyati yoxdur, gelin ozumuzden Quran tefsir etmeyek.
Müəllif: ILQAR | 18 Aprel, 2013  12:21
# Ответить
+3


]]>]]>

Allah razi olsun
Müəllif: damla | 18 Oktyabr, 2013  18:50 | Ответ на #1002
# Ответить
+1


]]>]]>

hemiwe allaha inanmaq lazimdir
Müəllif: GULNAR | 21 Aprel, 2013  09:42
# Ответить
+2


]]>]]>

ALLAH razi olsun her kesden......mence pulla oxumaq yaxsi deyil.....Men ozum oxuyuram butun olulerimize....INWALLAH bir xeyrim deyer..
Müəllif: aaaaaaa | 7 İyun, 2013  13:18
# Ответить
0


]]>]]>

aaaaaaaaaaaaaaa
Müəllif: elvin | 12 İyul, 2013  14:52
# Ответить
0


]]>]]>

Allah her kesden razi olsunnn. her seye goree
Müəllif: Ali | 18 İyul, 2013  14:43
# Ответить
+2


]]>]]>

ALLAH komeyiniz olsun. Bu movzu cox insanlarin dindarlarla behsine sebeb olur. Men bunu hemen adamlara da gonderecem. Omurunu cahiliyyetde keciren ucun sonda her gun QURAN oxutdursan da o kes ezabdan uzaq deyil. ALLAH ancaq teqvalilardan qebul edir.
Müəllif: muxdar | 16 Mart, 2014  08:23
# Ответить
0


]]>]]>

dini meseleler
Müəllif: emrah | 20 Mart, 2014  16:14
# Ответить
0


]]>]]>

mence pulnan quran oxumaq duzgun deyil

Müəllif: gunel | 31 Mart, 2014  18:30
# Ответить
0


]]>]]>

ALLAH razi olsun
Müəllif: Salam | 16 Dekabr, 2014  17:33
# Ответить
0


]]>]]>

Hörmət Məmmədli,Qurani ereb dilinden bawqa hech bir dil oldugu kimi ifade ede bilmez.Quran ereb dilinde nazil olub,orjinal oxumaq isteyen gerek ereb dilin bilsin,tercume sadece melumat almaq uchundur.
Müəllif: ilham | 8 Yanvar, 2015  10:54
# Ответить
0


]]>]]>

allah razi olsun
Müəllif: Reshad | 12 Fevral, 2015  02:40
# Ответить
-1


]]>]]>

Allah butun emelisalehlerden razi olsun. Menim fikrimce kime neyin xeyri olub olmadigini Allah bilir, biz bu barede fikir ireli sure bilmerik, ixtiyarimiz catmir
Müəllif: Reshad | 12 Fevral, 2015  02:47
# Ответить
-1


]]>]]>

Qurani Kerimde Allah buyurur: Allah istediyi shexsi bagishlayar. Sizce bu hansi menani kesb edir. Mence sevgi menasinda deyil, cunki Uca Rebbimiz yaratdigi butun mexluqati sevir. Demeli istese Allah, mominin de, narkomanin da gunahlarini bagishlayar. Qiyamet gunu Hakim Allahdir!
Müəllif: vusal | 25 Fevral, 2015  10:57
# Ответить
0


]]>]]>

allah razi olsun
Müəllif: Zaur | 23 Mart, 2015  11:57
# Ответить
0


]]>]]>

ALLAH RAZI OLSUN. məndə Quran oxuyuram melumat deyerli oldu
Müəllif: Anar | 11 İyun, 2015  23:55
# Ответить
-1


]]>]]>

Men alinin yazdiqiynan razi deyilam deyir ki omrunu cahiliyyatda kechirana deyir ne faydasi var belke bu insan olanda tovda etmish necaki rasulullahin dovrunda bir sahaba rasula (s) buyurur ki yeni doyushlarin birinda man bir kafiri olduranda shahadati dila gatirdi radul (s) ona buyurdu sen gerek onu oldurmeyeyfin sen ne bilirsan onun qalbinda ne var
Müəllif: Anar | 12 İyun, 2015  00:03
# Ответить
0


]]>]]>

Qurani oxumaq neqadardi buna choxlu hrdisler varbutun bunlari nazara alaraq deya bilarik ki agar kimasa pul verib hamin adama quran oxutdururubsa bu hemin adamin savab etmasina gatirib chixardir ve buda savabdir bu savabinda sebebkari oludur ona gorada burds basha dudhmamali bir shey yoxdur savabda oluya gedir
Müəllif: sebine | 7 İyul, 2015  01:27
# Ответить
0


]]>]]>

coox gozeldi coxsagolun
Müəllif: gunew | 27 Avqust, 2018  21:46
# Ответить
0


]]>]]>

Allah razi olsun.
Müəllif: gunew | 27 Avqust, 2018  21:52
# Ответить
0


]]>]]>

Anar adinda yazana unvanlayiram. Hedis misal getirib doyuwde doyuwen kafirin sehadetiyle baqli. Yaxwi bu adam momin idise niye kafirler terefden muselmanlara qarwi vuruwurdu? Inandirici deyil.
Müəllif: gunew | 27 Avqust, 2018  21:57
# Ответить
0


]]>]]>

Oleceyini bildiyin halda tovbe etmenin faydasi yoxdur. Menim bildiyime oxuduguma gore. Dogrusun Allah bilir.
Adınız |
Mətn
Captcha
|
Captcha
© 2018 Saytın materiallarından istifadə edərkən xahiş edirik www.ISLAM.az saytına istinad edəsiniz.
Copyright 2002-2016, Dini Araşdırmalar Mərkəzi, Bütün hüquqlar qorunur www.islam.az
Arzu və istəkləriniz üçün admin@islam.az
  SpyLOG Saytı düzəldib: 313wb.com