Ana bətnindəki körpənin taleyinə təsir edən amillər

Artıq tibb elmi təsdiq edib ki, övladın fiziki və psixoloji mənada sağlamlığı, hətta xasiyyəti ananın hamiləlik dövründən xeyli dərəcədə asılıdır. Rüşeymin ana bətnindəki inkişafı, xüsusilə, bu inkişafın son mərhələsi uşağın gələcək həyatına ciddi təsir göstərir.

İslam dini bu barədə daha da dərinə gedərək, nəinki hamiləlik dövrünün, hətta hamiləliyin başlandığı anın da rüşeymə təsir etdiyini bildirir. Valideynlər tərəfindən övladın bünövrəsinin hansı gündə və hansı şəraitdə qoyulması çox mühüm məsələdir. Gələcək övladının sağlamlığını, xoşbəxtliyini istəyən valideynlər bu barədəki tövsiyələrə məsuliyyətli yanaşmalıdırlar. Bu tövsiyələri müasir dildə İslam dininin ailə planlaşdırması barədə görüşləri adlandıra bilərik. Aşağıda həmin tövsiyələrdən bir neçəsini məşhur alim Rəziyəddin Təbrisinin “Məkarimül-əxlaq” kitabına istinadən diqqətinizə təqdim edirik.
Həzrət Mühəmməd Peyğəmbər (s) İmam Əliyə (ə) vəsiyyətində övladın nütfəsini qoymaq üçün əlverişli və əlverişsiz vaxtları bu cür bəyan etmişdi:

Əlverişsiz vaxtlar və onların övlada mənfi təsiri

Ayın əvvəli, ortası və axırı - həm qadın, həm də bu əlaqə vaxtı nütfəsi qoyulan uşaq ağıl pozğunluğu, cüzam və şikəstlik kimi bəlalara düçar ola bilərlər.
Fitr (Ramazan) bayramı gecəsi - uşaq böyüyəndə şər işlərə bulaşar.

Qurban bayramı gecəsi - uşaq dörd ya altı barmaqlı doğula bilər.

Azan və iqamə arasındakı vaxt – uğaq böyüyəndə qan tökməyə həris olar (Burada məsciddə azan verilməsindən camaat namazı başlayana kimi keçən vaxt nəzərdə tutulur).

Qadının hamiləlik müddətində onunla dəstəmazsız əlaqədə olmaq - bətndəki körpənin qəlbi ölü (yəni nadan), əli isə simic olar.

Şaban ayının orta gecəsi – uşağın sifəti çopur və eybəcər, saçları çirkin ola bilər.

Ayın son iki gecəsi – övlad böyüyəndə zalımlara yardım edər, xeyli adam onun əli ilə həlak olar.

Kişi səfərə gedəcəyi günün gecəsi – övlad böyüyəndən sonra mal-dövlətini nahaq yollarda xərcləyər.

Ailəvi şəkildə səfərə çıxanda ilk üç gecə - uşaq böyüyəndə zalımların əlaltısı ola bilər.

Gecənin əvvəli - uşaq böyüyəndə ya sehrbaz olması, ya da dünyanı axirətdən üstün tutması mümkündür.

Həmçinin, sübh azanından Günəş çıxana kimi, Günəş batandan məğrib azanına kimi keçən müddət, Günəş tutulduğu gün, Ay tutulması baş verən gecə, zəlzələ, çox şiddətli külək və ayat namazının vacib olduğu başqa günlər də bunun üçün məkruh sayılır.

Əlverişli vaxtlar və onların övlada müsbət təsiri

Bazar ertəsinə keçən gecə - uşaq böyüyəndə hafizi-Quran olar və Allahdan gələn qismətə narazılıq (naşükürlük) etməz.

Həftənin çərşənbə gecəsi - uşaq Allahın vahidliyinə və Mühəmmədin (s) peyğəmbərliyinə iman gətirəndən sonra Allah ona şəhadət qismət edər. Allah onu cəhənnəmdə müşriklərlə bir sırada əzaba düçar etməz (yəni şirkdən uzaq olar), qəlbi rəhmli, əli səxavətli, dili qeybətdən, yalandan və böhtandan uzaq olar.

Cümə axşamının gecəsi - uşaq böyüyəndə ya hakim, ya da alim olar.

Cümə axşamı günü, Günəş səmanın ortasından keçəndən (günortadan) sonra - övlada şeytan yaxın düşməz, böyüyəndə zehinli olar, Allah onun dinini və dünyasını salamat edər.

Cümə gecəsi - uşaq gözəl danışıq qabiliyyətinə sahib olar.

Cümə günü əsr vaxtından sonra - övlad böyüyəndə xalq içində tanınmış alim olar.

Cümə gecəsi işa namazının vaxtı çıxdıqdan sonra - övlad mükündür ki, övliyalardan biri olar.

Hədislərdə Ramazan ayının ilk gecəsi də övladın nütfəsini qoymaq üçün uğurlu vaxt sayılıb.
Qeyd: Bütün yuxarıda göstərilənlər tövsiyə xarakteri daşıyır.

Müəllif: İslam.az


Yerləşdirilib:23 Fevral, 2013, Baxılıb:7273, Çap
 

Son şərhlər : 5
Müəllif: AYTAC | 23 Fevral, 2013  15:46
# Ответить
+10


]]>]]>

ALLAH RAZI OLSUN,SIZDEN,COX GOZEL TOVSIYYELERDIR..UMID EDIREM KI,OXUYUB,EMEL EDEN KESLERDEN OLARIQ...INSAALLAH......
Müəllif: Ruqeyye | 3 Mart, 2013  16:43
# Ответить
+2


]]>]]>

ALLAH COX COX RAZI OLSUN.QIZIL QIYMETLI MESLEHETLERDIR.
Müəllif: kamran | 14 Mart, 2013  19:51
# Ответить
+1


]]>]]>

cox maraqli idi tesekkurler
Müəllif: Vuqar | 23 İyul, 2013  10:27
# Ответить
0


]]>]]>

Allah razı olsun. Ne derecede doğrudur Allah bilər. Şukur olsun Allaha.
Müəllif: gunes | 17 İyun, 2015  12:00
# Ответить
-1


]]>]]>

cox sagolun gozel melumatlARDI
Adınız |
Mətn
Captcha
|
Captcha
© 2019 Saytın materiallarından istifadə edərkən xahiş edirik www.ISLAM.az saytına istinad edəsiniz.
Copyright 2002-2016, Dini Araşdırmalar Mərkəzi, Bütün hüquqlar qorunur www.islam.az
Arzu və istəkləriniz üçün admin@islam.az
  SpyLOG Saytı düzəldib: 313wb.com