Yuxunun mahiyyəti haqqında bildiklərimiz

Yuxu bilavasitə ruhla bağlı olan hadisədir. Ruha aid olan məchulluq, qeyri-müəyyənlik, sirliilk xüsusiyyətləri yuxuya da aiddir.

Qurani-kərimdə Peyğəmbərə ruh haqqında verilən sualın cavabında belə buyurulur: “Səndən ruh haqqında soruşarlar. De: “Ruh Rəbbimin əmrindədir. Sizə (bu barədə) yalnız cüzi bilik verilmişdir” (İsra, 85).

Bu üzdən yuxunun tam mahiyyəti, yaranma mexanizmi, mənbələri, yuxuya təsir edən amillər, yuxunun növləri və yozulma üsulları tam açılmamışdır. Məlum olan budur ki, yuxu – ruhun oyaq haldakı vəziyyətdən fərqli olan bir hala keçməsi nəticəsində yaranır. Başqa sözlə desək, oyaq halda ətraf aləmi hiss edib anlamaq üçün insana lazım olan duyğu üzvləri yuxuda fəaliyyətdən qalır. Yəni insan ətrafdakıları görmür, eşitmir, dad və qoxunu duymur, təmasla hissetmədən də məhrum olur. Əvəzində onun tam başqa duyğu kanalları açılır. Yuxu oyaqlıqdan tam fərqləndiyi üçün reallıq aləminin tabe olduğu bir çox qanunlar yuxunun hüdudları daxilində qüvvədən düşür. Məsələn, maddi aləmdəki məkan və zaman çərçivəçi yuxuda mövcud deyildir, burada tamam başqa məkan və zaman ölçüləri mövcuddur. İnsan yuxuda yüzlərlə il əvvələ və sonraya, min kilometrlərlə uzağa köçə bilər. Hətta eyni bir yuxunun daxilində müxtəlif məkanların və zamanların çulğaşması da mümkündür. Insan özünü ən müxtəlif qiyafələrdə, vəziyyətlərdə, fövqəladə imkanların sahibi kimi hiss edə bilər. Yuxuda tanıdığın və tanımadığın adamların surəti ilə görüşmək də çətinlik törətmir.

Ümumiyyətlə, dini mənbələrdə yuxuları bir neçə növə bölürlər. Məsələn, məşhur alim İbn Həcər yeddi cür yuxu növü göstərirdü ki, bunları aşağıda qeyd edəcəyimiz üç növ üzrə də qruplaşdırmaq olar. Elə geniş yayılmış təsnifata görə də yuxular üç qisim daxilində qəbul edilir: şeytani yuxular, xarici təsirlə görülən yuxular və sadiq (doğru) yuxular.

Şeytani yuxular insana şeytani qüvvələrin təlqini ilə ötürülür. İblis qiyamət gününə kimi insanları aldadıb öz tərəfinə çəkmək, onlara müxtəlif yollarla təsir etmək, möminləri də əziyyətə salıb düz yoldan döndərmək üçün Allahdan möhlət alıb. İnsanlara güclü təsir üsullarından biri də yuxudur. Şeytan öz bacarığından istifadə edərək, yuxuda insanları incidir, onları qorxulu və dəhşətli vəziyyətlərə salır. Bəzən isə insanları şəhvətlə imtahana çəkir, onlara ehtiraslı yuxular göndərir, nəticədə insan cünüb olub ibadətləri vaxtında qılmaq imkanından məhrum olur. Şeytani yuxular nəticə etibarilə insanlarda günaha aludəlik, lovğalıq, Allahdan uzaqlıq halını yaradır. Bəzən İblis müxtəlif qiyafələrdə yuxuya girib insana dindən dönməyi, ibadətləri tərk etməyi, hətta özündən bidətlər yaratmağı təlqin edir. Məhz bu yuxuların nəticəsində bəziləri özünü peyğəmbər, Mehdi adlandırır, yeni din və təriqət yaradırlar. Bu cür yuxulara qətiyyən əhəmiyyət vermək olmaz.

Xarici təsirlə görülən yuxular insanın həmin gün və ya bundan qabaqkı bir neçə gün ərzində fəaliyyətindən, psixoloji, fizioloji durumundan asılı ola bilər. Məsələn, şor xörək yemiş adam yuxuda susuduğu üçün özünü çay kənarında görür, çoxlu su içir. Şəhvətli filmi seyr edən, yaxud şəhvətini söndürməyə ehtiyacı olan şəxs yuxuda ehtiraslı mənzərə ilə qarşılaşır. Psixoloji depressiya içində olan adam yuxuda özünü çətinlik içində, sıxıntıda hiss edir. Yatmazdan əvvəl çoxlu maye qəbul etmiş adam yuxuda ayaqyolu axtarışına çıxır və s. Bu cür yuxuların görülmə mexanizmini izah etmək asandır. Gündəlik həyatımız bizim beynimizdə öz təsirini qoyur və yuxuda sanki bu həyatı davam etdiririk. Bu cür yuxuları da ciddiyə almaq lazım deyil. Bu qəbildən olan yuxular vəhm (fantaziya) qüvvəsinin məhsuludur. Onların əsasında hökm çıxarmaq, gələcəyi müəyyənləşdirmək olmaz. Növündən asılı olmayaraq, yuxuda hər hansı dini hökmü dəyişdirmək, qəti şəkildə məlum olan dini hökmü inkar etmək insana təklif olunsa, bunun şeytandan gəldiyini, ya da sadəcə olaraq yorğun beynin məhsulu olduğunu bilməliyik.

Sadiq röyalar yuxuların üçüncü və ən qəribə növü sayılır. Sadiq röyalar Allahın mömin bəndələrinə xas olan nemətdir. Xüsusilə, peyğəmbərlər bu nemətə daha çox layiq görülmüşlər. Tarixdə Həzrət Yusif Peyğəmbərin (ə) sadiq röyalar görməsi, həm də başqalarının yuxularını düzgün yozması barədə rəvayətlər çoxdur. İslam Peyğəmbəri də nübüvvətdən əvvəl təxminən altı ay ərzində sadiq röyalar görmüşdü. O həzrətin gördüyü yuxular dəqiq şəkildə həyata keçirdi. Sadiq röyaların içində insana lövhi-məhfuzdan bilgilər ötürülür, amma bu bilgilərin sistematik, ardıcıl və dəqiq olması vacib deyil. Hər kəs öz mənəvi səviyyəsinə, tutumuna uyğun olaraq bu informasiyanı mənimsəyir.

Yuxunun mahiyyətini izah etməyə çalışanlar belə bir fikir də irəli sürmüşlər. İnsan yatanda ruh adi bədənindən fərqli olan bir qəlibə (bədənə) düşür. Bu qəlibin içində də o, müəyyən çərçivədə fəaliyyət göstərə bilir. Bu xəyali bədənin içində ruh səyahətə çıxır, adi həyatda gedə bilmədiyi məkanlara səfər edir, normal həyatda görüşə bilmədiyi insanlarla rabitə qurur. İnsan bəzən həyatda nəyi isə müşahidə edərkən, sanki keçmişdə də bunu gördüyünü və bu vəziyyəti yaşadığını düşünür. Gördükləri onun hafizəsində tutqun xatirə kimi canlanır. Buna elm aləmində dejavyu vəziyyəti deyirlər. Bəzi alimlər bunun da yuxudan qaynaqlandığını söyləyirlər. Yəni insan yuxuda olarkən ruh xəyali qəlibin içində həmin vəziyyəti yaşayır, amma bu informasiyanı olduğu kimi saxlaya bilmir. Daha sonralar həmin görüntünün ayrı-ayrı epizodları yaddaşda canlanır və dejavyu mənzərəsini yaradır. Amma insan bütün bunları harada və nə vaxt gördüyünü tam xatırlaya bilmir. Bəzən dejavyu hadisəsini insan ruhunun ruhlar aləmində (zərrə aləmində), bədənlər yaradılandan xeyli əvvəllər yaşadığını da söyləyirlər.

Müəllif: İslam.az


Yerləşdirilib:14 Fevral, 2013, Baxılıb:8314, Çap
 

Son şərhlər : 6
Müəllif: gulnar | 15 Fevral, 2013  11:44
# Ответить
0


]]>]]>

MEN DEMEK OLAR KI HER GECE YUXU GORUREM,BILMEK ISTYEREM DUZDUMU GORDUYUM YUXULAR,OZUM NAMAZ QILANAM,BIRAZ SEBRSIZ INSANAM ELECE ALLAH DEYIR SEBR ELE,QORXMA YAXWI OLACAQ.ALLAHA INANIRAM AMA YUXU BILMIREM NE DERECEDE DUZDU.NOLAR MENE MESLEHET VERIN
Müəllif: gulnar | 15 Fevral, 2013  14:26
# Ответить
0


]]>]]>

zehmet olmasa mene meslehet verin
Müəllif: ZULFIYYE | 19 Fevral, 2013  22:18
# Ответить
0


]]>]]>

Men cox sebirsiz ve cox esebiyem.Mene meslehet verin xahis edirem.
Müəllif: Ruqeyye | 3 Mart, 2013  17:03
# Ответить
+2


]]>]]>

men zulfiyye bacima bir hedisi xatirlatmaq isteyirem imam HESEN buyurub dusunce sahibi olub olmamaq hirslendiyin vaxt biliner.sende eziz bacim hirslenende bir defede ALLAHA xatir kec.hirs evvel adama bir dag kimi gorunur lakin ona qalib geldikde sirin bir loxmaya donur.ele hereket et ki sonradan pesman olmayasan.ALLAH yardimciniz olsun
Müəllif: tahir | 2 İyul, 2013  13:56
# Ответить
+2


]]>]]>

Gördüyümüz yuxunun nöövünü necə təyin edə bilərik
Müəllif: nebi | 12 Sentyabr, 2016  14:12
# Ответить
+1


]]>]]>

once SALAM men yuxuda heyvan gormuwem demiyecem hansini o da ALLAHIN yaratdigi bir heyvandi bu weytanimi yuxudu dinimiz ne deyir xaiw saolun
Adınız |
Mətn
Captcha
|
Captcha
© 2019 Saytın materiallarından istifadə edərkən xahiş edirik www.ISLAM.az saytına istinad edəsiniz.
Copyright 2002-2016, Dini Araşdırmalar Mərkəzi, Bütün hüquqlar qorunur www.islam.az
Arzu və istəkləriniz üçün admin@islam.az
  SpyLOG Saytı düzəldib: 313wb.com