Qurani-kərimi oxumağın qaydaları

Qurani-kərimi oxumaq dinimizdə ən böyük savablardan və ibadətlərdən biri sayılır. Bir gün Peyğəmbər buyurdu: “Ürəklər də dəmir kimi paslanır”. Səhabələr soruşdular: “Bəs qəlbin pasını nə ilə təmizləmək olar?” Peyğəmbər buyurdu: “Quran oxumaqla”.

 

Yenə Həzrət Mühəmməd Peyğəmbərin (s) hədislərinin birində buyurulur ki, gözünüzün haqqını verin. Soruşdular ki, gözün haqqı nədir? Buyurdu: “Quran oxumaq”. Quran oxuyan insanın əxlaqı gözəlləşər (əgər oxuduqlarını həyata tətbiq edərsə), sağlamlığı möhkəmlənər, gözü itiləşər, həm Allahın, həm də insanların yanında hörmət-izzət qazanar. Quran oxunan evin ruzi-bərəkəti bol olar. Peyğəmbər buyururdu ki, evinizi Quran qiraəti ilə nurlandırın; içində Quran oxunan evin bərəkəti çoxalar, ev əhlinin nemətləri aşıb-daşar.

Qurani-kərimi oxumağa başlamazdan əvvəl bəzi şərtlərə riayət etmək lazımdır. Əvvəla, Quran oxuyan adamın cənabətdən pak olması məsləhətdir; boynunda qüsl olan şəxsin Quran oxuması məkruhdur (bəyənilməzdir). Amma Quranda vacib səcdə edilməsi lazım olan ayələrin yer aldığı dörd surəni oxumaq cənabətli şəxsə qəti surətdə haramdır. Bunlar Səcdə (32-ci), Fussilət (41-ci), Nəcm (53-cü) və Ələq (96-cı) surələridir; bu surələrin istənilən ayəsini oxumaq günahdır. Amma Quranın bunlardan savayı ayələrinin 7-dən çoxunu oxumaq cünüb şəxsə məkruhdur.

Qurani-kərimin yazısına qüslsüz və dəstəmazsız toxunmaq günahdır. Ümumilikdə Qurani-kərimin cildinə, vərəqlərinə, sətirlər arasındakı yerə qüslsüz və dəstəmazsız əl vurmaq məkruh (bəyənilməz) sayılır.

Quran tilavətindən qabaq ağzı yumaq və dişləri misvakla təmizləmək də bəyənilir. Peyğəmbər tövsiyə edirdi ki, Quranın yollarını pak edin. Soruşdular: “Quranın yolları nədir?” Həzrət cavab verdi: “Ağız”. Yenə soruşdular: “Ağzımızı nə ilə təmizləyək?” Peyğəmbər buyurdu: “Misvakla”.

Qurani-kərimi oxuyarkən sakit bir yerə, diqqətin yayınmadığı bir mühitə çəkilmək, yerdə üzü qibləyə oturmaq, Qurani-kərimi dizdən yuxarı müstəvidə qoymaq məsləhətdir. Müqəddəs Kitabı rəhilin üzərinə qoyub oxumaq daha yaxşıdır. Yeri gəlmişkən qeyd edək ki, Quranı gəzdirərkən də beldən yuxarı səviyyədə tutmaq müstəhəb sayılıb.

Quranın qiraətinə salavatla başlamaq, sonra şeytanın şərindən Allaha sığınmaq, yəni bu sözləri söyləmək müstəhəbdir: “Əuzü billahi minəş-şeytanir-rəcim”. (Qovulmuş şeytandan Allaha sığınıram). Bundan sonra da “Bismillahir-Rəhmanir-Rəhim” deyib tilavətə başlamaq lazımdır. Hər surəni oxuyub qurtarandan sonra, eləcə də Quran oxunuşunu bitirəndən sonra “Sədəqallahül-Əliyyül-Əzim” deyilir (Uca və əzəmətli Allah doğru buyurub). Quranı xətm edəndən (tam oxuyub bitirəndən) sonra oxunması müstəhəb olan dualar var ki, bunları ya müvafiq dua kitablarından, ya da Quranın ərəbcə bəzi nəşrlərinin son səhifəsindən əldə edə bilərsiniz.

Quranı gözəl səslə oxumaq çox bəyənilir. Hədisdə buyurulduğu kimi, hər şeyin bəzəyi var, Quranın bəzəyi də gözəl səsdir. Bu zaman hərfləri düzgün tələffüz etməyə çalışmaq, harada durub nəfəs almağı bilmək, sətirlərin yuxarı qismindəki təcvid işarələrinə riayət etmək lazımdır. Quranı məlum və məşhur qiraət avazlarından biri ilə oxumaq müstəhəbdir. Quran qiraətini musiqiyə çevirmək, yersiz zəngulələr vurmaq günahdır. Quranı düzgün oxuya bilmək üçün təcvid elmindən xəbərdar olmaq lazımdır. Qurani-kərimin vacib səcdə ayələrinə çatanda səcdə etmək lazımdır.

Qurani-kərimi oxuyarkən tələsmək bəyənilmir. Hətta Peyğəmbər zamanında bəzi səhabələr çox qısa müddət ərzində Quranı oxuyub bitirdiklərini söyləyəndə, o həzrət etiraz edir və həmin adamları tələsməməyə, oxuduqları barədə düşünməyə çağırırdı. Ayələri tilavət edərkən mənalarını düşünmək, Quranı “yaşamaq” böyük savaba malikdir. İnsan Quran oxuyarkən ruhunu buna uyğun kökləməyi bacarmalıdır. Yəni Allahın mükafatlarından bəhs edən ayələri oxuyanda gərək bunlara görə şükr etsin və onları Allahdan istəsin. Cəhənnəm və əzab ayələrini oxuyanda öz günahlarını yada salsın, Allahın mərhəmətinə sığınsın, tövbə etsin. Keçmiş peyğəmbərlərin əhvalatını oxuyanda onlardan ibrət götürsün. Əxlaqi gözəlliklər barədə tövsiyləri əhatə edən ayələrlə qarşılaşanda, onları yadda saxlasın və gələcək həyatında bunlara riayət etməyə çalışsın və s.

Qurani-kərimi evdə oxumadan saxlamaq bəyənilməz işdir. Adam ərəb hərflərini bilirsə, mütəmadi olaraq Quranı açıb oxumalıdır. Əgər ailə üzvləri içində bunu bacaran yoxdursa, onda heç olmazsa Quranı hərdən-bir oxuya bilən adamlara verib oxutdurmaq lazımdır. Hədislərdə deyilir ki, evin bir küncündə istifadəsiz qalıb toz basmış Quran qiyamətdə öz sahibindən Allaha şikayət edəcək.

Burada yazılan şərtləri Qurani-kərimin tərcümə nüsxələrinə də tətbiq etmək müstəhəbdir. Ərəb əlifbasını bilməyən və Quranı orijinaldan oxumağı bacarmayan adam bunu öyrənməyə çalışmalıdır. Amma imkan yoxdursa, heç olmazsa, Quranın azərbaycan dilinə tərcüməsini oxuyub mənasını anlasa da savab qazanar.

Qurani-kərimin oxunuşunu dinləyən adam sakitliyə riayət etməli, Müqəddəs Kəlamın ehtiramını saxlamalı, ayələrin mənasını anlamağa çalışmalıdır.

Müəllif: İslam.az

 


Yerləşdirilib:13 Fevral, 2013, Baxılıb:42968, Çap
 

Son şərhlər : 25
Müəllif: bende | 14 Fevral, 2013  14:23
# Ответить
+3


]]>]]>

Cox xosuma geldi insani daha da heveslendiren movzudu , hetta bugun men esitdimki,Quran bir varliqdi yeni canlidir elhemdulillah
Müəllif: qehreman | 7 Mart, 2013  17:20
# Ответить
+1


]]>]]>

32 41 53 96-ci sureleri oxumaq niye gunahdir
Müəllif: administrator | 7 Mart, 2013  18:48
# Ответить
+4


]]>]]>

O sureleri adi halda oxumaq gunah deyil, boynunda cənabət qüslü olan adama o surələri oxumaq günahdır. Qüsl alıb təmiz olan, hansını istəsə oxuya bilər.
Müəllif: Ruqeyye | 9 Mart, 2013  09:39
# Ответить
+2


]]>]]>

bu ayeler Quranda vacibi secde ayeleridir.bu ayeleri oxuduqda ve ya esitdikde vacibi secde etmek lazimdir.Allah razi olsun
Müəllif: Sevinc | 8 İyul, 2013  18:12
# Ответить
+4


]]>]]>

Men bu movzunu oxuduqdan sonra ele bil ki,ALLAHA bir azda yaxinlasdim.Mence insanlar bu cur seylere,QURAN oxumaga,ORUC tutmaga,dini islerle mesgul olmaga daha cox vaxt ayirmalidirlar cunki,neticesi cox xeyirli olur.(ALLAHU EKBER)
Müəllif: aydan | 14 İyul, 2013  00:48
# Ответить
+1


]]>]]>

quran muselmanin yalanci heyatinin mayakdir.axret dunyamizin dayagidir.
Müəllif: Ramil | 16 İyul, 2013  23:54
# Ответить
+2


]]>]]>

Sehvlerimiz duzeldib oxumaga davam ederik. Bismillahir-Rəhmanir-Rəhim
Müəllif: Aqshin | 4 Sentyabr, 2013  14:15
# Ответить
-3


]]>]]>

salam QURAN azərbaycan dilində oxuna bilərmi? Yoxsa ərəbcə oxunulması gərəkdir?
Müəllif: murad | 20 Noyabr, 2013  21:14 | Ответ на #1357
# Ответить
-1


]]>]]>

kim quranin ozeliyi haqqin da bilir bilmek olar?
Müəllif: SONA | 1 İyul, 2016  17:37 | Ответ на #1357
# Ответить
0


]]>]]>

Aleykum salam, her dilde oxumaq olar, erebce bilirsense erebce oxu, bilmirsense azerbaycanca. Azerbaycanca oxuyub menasini derk etmeliyik.Salam Alekum..
Müəllif: Meley | 14 Oktyabr, 2013  13:40
# Ответить
+2


]]>]]>

Bu mövzuyu çox çox bəyəndim.3-4 gündür məndə Quran oxuyuram. Hər kəsə tövsiyə edirəm. Sizdə oxuyun. SAVABDIR.
Müəllif: sevinc | 27 Oktyabr, 2013  15:15
# Ответить
+3


]]>]]>

men bu sayta ve basqa dini saytlara girdikden sonar namaza baslamisam ALLAH razi olsun
Müəllif: murad | 20 Noyabr, 2013  21:15
# Ответить
+1


]]>]]>

quran sizi pis emellerden,cennete sizi bir qeder yaxinlawdiri
Müəllif: xurus | 3 Yanvar, 2015  16:52
# Ответить
+2


]]>]]>

cox sagolun melumata gore mende quran i kerim oxuyuram teze baslamisam allah her kese komek ol;sun
Müəllif: Nihad | 24 Mart, 2015  11:05
# Ответить
+4


]]>]]>

COX SAGOLUN melumata gore mende oxumaq isterdim
Müəllif: seringul | 18 İyun, 2015  01:17
# Ответить
+1


]]>]]>

cox maraqli idi bilmirdim artiq oyrendim twk
Müəllif: orxan | 27 İyun, 2015  04:37
# Ответить
+3


]]>]]>

YA ALLAH YA MUHAMMƏD YA ƏLİ

Allahummə səlli əla Muhəmmədin və ali Muhəmməd və əccil-fərəcəhum
Müəllif: Ulker | 14 Noyabr, 2015  20:48
# Ответить
+1


]]>]]>

Kimse cavabin bilirse yazsin.Kisi arvada pul vermirse yada cox az verirse arvad erinin cibinden xelvet az pul goturse oz ailesi ucun xerclese bu gunahdirmi?
Müəllif: leyla | 25 Aprel, 2016  22:18
# Ответить
+1


]]>]]>

Bes telefondan azerbaycan dili tercume quran oxumaq ne derecede duzgundu?birdeki quran oxumaq cox istese qusullu olarsa oxusa gunah qazanir?
Müəllif: Administrator | 7 İyun, 2016  12:35 | Ответ на #2738
# Ответить
0


]]>]]>

Qüsulu olmayan şəxsin Quranın 7 ayəsindən artıq oxuması haramdır
Müəllif: nigar | 16 Avqust, 2016  08:53
# Ответить
+1


]]>]]>

Men hergun 10aye oxuyuram amma namaz qilmiram deste namazda almiram secdede etmirem bu gunahdi
Müəllif: gunay | 12 Fevral, 2017  15:27
# Ответить
0


]]>]]>

Destemazsiz qurana toxunmaq olmaz neyin ki oxumaq bunnan sora ele oxuma yeke qizsan 95
Müəllif: Intiqam | 23 Dekabr, 2017  22:15
# Ответить
0


]]>]]>

Çox təşəkkür edirəm
Müəllif: Ziya | 8 Yanvar, 2018  13:27
# Ответить
+1


]]>]]>

Esselamu aleykum men sizde bir isteyim var mene komek ede bilseniz sevinerem.men quran tilavetiyle yeni yeni mesqulam secde ayetlerini ederken niyhet nece edilir
Müəllif: Azad | 9 Yanvar, 2018  14:37
# Ответить
+2


]]>]]>

Qurani-kərimin yazısına qüslsüz və dəstəmazsız toxunmaq günahdır. Ümumilikdə Qurani-kərimin cildinə, vərəqlərinə, sətirlər arasındakı yerə qüslsüz və dəstəmazsız əl vurmaq məkruh (bəyənilməz) sayılır. Bu hagda Qurani-kərimin hansi ayede yazilib?4846
Adınız |
Mətn
Captcha
|
Captcha
© 2018 Saytın materiallarından istifadə edərkən xahiş edirik www.ISLAM.az saytına istinad edəsiniz.
Copyright 2002-2016, Dini Araşdırmalar Mərkəzi, Bütün hüquqlar qorunur www.islam.az
Arzu və istəkləriniz üçün admin@islam.az
  SpyLOG Saytı düzəldib: 313wb.com