Allahın saleh bəndələri namazı bu cür qılırdılar

Həmmad ibn Isa bir gün İmam Cəfər Sadiqin (ə) hüzurunda əyləşmişdi. İmam ondan soruşdu: “Həmmad, qalxıb gözəl bir şəkildə namaz qıla bilərsənmi?”

Həmmad cavab verdi: “Əlbəttə, qıla bilərəm. Mən namaz qaydaları haqqında yazılmış kitabı əzbərləmişəm, orda yazılanları da yaxşı bilirəm”. İmam buyurdu: “Onda qalx, iki rükət namaz qıl. Mən də baxıb görüm ki, düzgün qılırsan ya yox?”

Həmmad dəstəmaz alıb üzü qibləyə sarı namaza durdu, namaz qaydalarını özü bildiyi tərzdə yerinə yetirdi. Bu zaman elə güman edirdi ki, rükunu da, səcdələri də, namazın sair əməllərini də kamil şəkildə icra edib. Amma İmam onun qıldığı namazı bəyənməyib buyurdu: “Namazı yaxşı qılmadın. Doğrusu, çox təəssüf edirəm ki, bir adam altmış-yetmiş yaşına çatsın, amma bircə dəfə kamil şəkildə namaz qılmamış olsun”. Həmmad İmamın tənqidindən utanıb özünü itirdi. Sonra özünü toplayıb xahiş etdi: “Sizə fəda olum, nə olar, mənə namaz qılmağın qaydasını öyrədin”.

İmam Sadiq (ə) Həmmadı öyrətmək üçün namaz qılmağa başladı. Həmmad da kənarda durub diqqətlə Onu izləyirdi. İmam üzü qibləyə durdu. O həzrətin əllərinin barmaqları bir-birinə bitişik, ayaqlarının barmaqları qibləyə sarı idi, ayaqları arasındakı məsafə üç barmaq enindən artıq olmazdı. Imam namazın axırına kimi bu şəkildə qiblə istiqamətində durdu, kənara dönmədi. Namazın əvvəlində özünü Allahın hüzurunda hiss edirmiş kimi ürəkdən “Allahü əkbər” söylədi. Həmd (Fatihə) və Tövhid (İxlas) surələrini tərtillə (qiraət qaydalarına uyğun şəkildə) oxudu, bundan sonra nəfəs alacaq qədər gözləyib əllərini yuxarı qaldırdı, əlləri sifəti bərabərinə çatanda ayaq üstə “Allahü əkbər” dedi. Sonra ovuclarını dizlərinə qoyub rükuya getdi. O həzrətin barmaqları aralı idi, ayaqları geriyə gərilmişdi. Belini üfüqi vəziyyətdə elə əymişdi ki, əgər kürəyinə bir damcı su düşsəydi axıb getməz və yerində qalardı. Həzrət boynunu irəli uzatmışdı, başını aşağı əyməmişdi, gözlərini yummuşdu. Bu halda aram tutub üç dəfə “Sübhanə rəbbiyəl-əzimi və bihəmdih” söylədi. Qalxıb tam dikələndən sonra “Səmiəllahü limən həmidəh” buyurdu, ayaq üstə əllərini sifəti bərabərinə qaldırıb “Allahü əkbər” söylədi. Sonra səcdəyə getdi. Həzrət dizlərini qoyduğu yerdən bir qədər qabağa doğru, sifəti müqabilində ovuclarını yerə qoydu, barmaqları bitişik halda idi. Üç dəfə “Sübhanə rəbbiyəl-əla və bihəmdih” zikrini söylədi. Bədən üzvlərini bir-birinə bitişdirməmiş, aralı tutmuşdu. O həzrət bədəninin 8 üzvünü – iki ovcunu, iki dizini, iki ayağının baş barmaqlarını, alnını və burnunun ucunu – yerə qoyaraq səcdə etdi. (Hədisin mətnində deyilir ki, İmam namazı qılıb qurtarandan sonra səcdə zamanı yalnız 7 üzvün yerə dəyməsinin vacibliyini buyurmuş, burnun ucunu yerə qoymağı isə müstəhəb saymışdı). Bundan sonra İmam başını səcdədən qaldırdı, diz üstə oturub “Allahü əkbər” dedi. Bu zaman sol budunun üzərinə ağırlığını salmış, sağ ayağını sol ayağının üzərinə qoymuşdu. Bu vəziyyətdə “Əstəğfirullahə rəbbi və ətubu ileyh” zikrini söylədi, sonra oturmuş halda yenə “Allahü əkbər” deyib ikinci səcdəyə getdi. Bunu da birinci səcdə kimi yerinə yetirdi. O həzrət rüku və səcdədə heç bir bədən üzvünü o birinin üzərinə qoymadı. Səcdə halında dirsəklərini bədənindən aralı saxladı, yer səthinə bitişdirmədi. Təşəhhüd üçün oturanda o həzrətin barmaqları bir-birindən aralı idi. İmam bu şəkildə iki rükət namaz qıldı, təşəhhüd və salamı yerinə yetirəndən sonra Həmmada üzünü tutub buyurdu: “Ey Həmmad, namazı bu cür qıl”.

 

***

Məşhur arif Hatəmi-əsəmmdən soruşdular: “Sən necə namaz qılırsan?” Cavab verdi: “Namaz vaxtı gəlib çatanda əvvəlcə qalxıb zahiri və batini dəstəmaz alıram”. Sual verən adam heyrətlə soruşdu: “Zahiri dəstəmazın nə olduğunu bilirəm. Bəs batini dəstəmaz nə deməkdir?” Hatəmi-əsəmm cavab verdi: “Zahiri dəstəmazda bədənin bəzi əzalarını su ilə yuyuram. Amma batini dəstəmazda isə həmin əzalarımı yeddi xasiyyətlə pak edirəm: tövbə, keçmiş günahlardan peşmançılıq, dünyaya bağlılıqdan uzaqlaşmaq, camaatın tərifindən xoşlanmamaq, dünyəvi hakimiyyətə can atmamaq, kin-küdurətdən uzaq olmaq, həsəddən təmizlənmək. Sonra məscidə gedib namaza başlayıram. Bu zaman sanki Kəbəni qarşımda görür, özümü böyük Yaradanın hüzurunda möhtac hiss edirəm. Sağ tərəfimdə cənnəti, sol tərəfimdə cəhənnəmi, arxamda Cəbraili görürmüş kimi oluram. Sanki ayaqlarım sırat körpüsünün üzərindədir və qıldığım namaz həyatımda son namazdır. Sonra niyyət edib ürəkdən təkbir deyirəm, Fatihəni və surəni düşünərək, mənasını anlayaraq oxuyuram. Daha sonra təvazö və xüşu ilə rükuya əyilir, ağlar gözlə səcdə edir, (Allahın mərhəmətinə) ümidlə təşəhhüdü, ixlasla salamları söyləyirəm. Otuz ildir ki, namazlarımı bu cür qılıram”.

Müəllif: İslam.az


Yerləşdirilib:4 Fevral, 2013, Baxılıb:8634, Çap
 

Son şərhlər : 13
Müəllif: Asya | 4 Fevral, 2013  10:46
# Ответить
+10


]]>]]>

Teki hamiya bele namaz nesib olsun. Amin.
Müəllif: Nazim | 4 Fevral, 2013  11:22
# Ответить
+12


]]>]]>

Salam aleykum.Bu meqale cox lazimli meqale idi ve yerinede dushdu.Teshekkur edirem.
Müəllif: meryem | 4 Fevral, 2013  19:58
# Ответить
+11


]]>]]>

Allah herkese bucur namaz qilmagi nesib eylesin Amin
Müəllif: Ana | 5 Fevral, 2013  20:53
# Ответить
+10


]]>]]>

ALLAH RAZI OLSUN.MEGALEYE GORE TESHEKKUR EDIREM
Müəllif: adalet | 6 Fevral, 2013  21:59
# Ответить
+8


]]>]]>

allah razi olsun megaleni yazandan.hamiya vacib olan bir yazidir
Müəllif: vefa | 7 Fevral, 2013  18:22
# Ответить
+6


]]>]]>

Allah sizden razi olsun her sozun ozunun sehri varmis kimi bizleride yuxudan oyadir ele bilki
Müəllif: Anan | 8 Fevral, 2013  06:15
# Ответить
+6


]]>]]>

Allah razi olsun.
Müəllif: Gulnar | 10 Fevral, 2013  11:34
# Ответить
+6


]]>]]>

Allah hamiya namaz qilmagi qismet elesin...
AMIN.
Müəllif: Anan | 22 Fevral, 2013  05:51
# Ответить
+3


]]>]]>

Allah razi olsun.
Müəllif: YAQUB | 17 Avqust, 2013  13:47
# Ответить
+3


]]>]]>

Çox sağ olun çox gozəl yazıbsınız
Müəllif: Famil | 14 Noyabr, 2013  16:51
# Ответить
+2


]]>]]>

ALLAH razi olsun. bezileri baxsin oxusun orgensin namazi nece qilmaq lazimdi
Müəllif: Samir | 8 Avqust, 2015  10:10
# Ответить
+1


]]>]]>

Salam Alekun birinci hedisin menbesin gosterin.ALLAH RIZASINA BUNU EDIN.
Müəllif: Samir | 8 Avqust, 2015  10:35
# Ответить
0


]]>]]>

Salam Alekum.NAMAZLA ELAQELI OLAN BIRINCI YAZILAN HEDISIN MENBESINI QEYD EDIN.ALLAH RIZASINIA BUNU EDIN.
Adınız |
Mətn
Captcha
|
Captcha
© 2019 Saytın materiallarından istifadə edərkən xahiş edirik www.ISLAM.az saytına istinad edəsiniz.
Copyright 2002-2016, Dini Araşdırmalar Mərkəzi, Bütün hüquqlar qorunur www.islam.az
Arzu və istəkləriniz üçün admin@islam.az
  SpyLOG Saytı düzəldib: 313wb.com