Həzrət Əlinin (ə) məzarı harada yerləşir?

İmam Əli ibn Əbu Talibin (ə) məzarının yeri vəfatından sonra bir əsrdən də artıq müddət boyunca ziyarətçilərə məlum deyildi. O həzrət “xəvaric” adlı anarxist düşüncəli dəstənin üzvü tərəfindən şəhid edilmişdi.

İmamın tərəfdarları ehtiyat edirdilər ki, dəfndən sonra xəvaricdən olanlar o həzrətin məzarını açıb, mübarək cənazəsini təhqir edə bilərlər. Ona görə də İmam Əlinin (ə) cənazəsi gecəyarı, kənar adamların iştirakı olmadan, yalnız ailə üzvlərinin, yaxın qohumlarının və ən sadiq silahdaşlarının iştirakı ilə torpağa tapşırıldı. Rəvayətə görə, cənazə namazında və dəfn mərasimində o həzrətin oğulları İmam Həsən (ə), İmam Hüseyn (ə) və Mühəmməd ibn Hənəfiyyə, qardaşı oğlu Abdullah ibn Cəfəri-təyyar və daha bir neçə nəfər iştirak etmişdi ki, bunların sayının 6, 7 və ya 8 nəfər olduğunu yazırlar (bəzi mənbələrdə hətta cəmi 4 nəfər göstərilir). İmamın vəsiyyətinə əsasən, Onun əsl qəbrinin yerini itirmək üçün Kufə kənarındakı Rəhbə məntəqəsində, o həzrətin bacısı oğlu və kürəkəni Cədə ibn Hübeyrənin evində (İmam Kufəyə köçəndən sonra bir müddət onun evində qalmışdı) və Kufə məscidində daha üç yalançı məzar hazırladılar. Həmçinin, belə yazırlar ki, guya üç tabut düzəldib, birini Məkkəyə, birini Mədinəyə, birini də Qüdsə göndərmişdilər.

Məzarın yerini hamıdan gizli saxlayırdılar. Təkcə Peyğəmbər nəslinin nümayəndələri və onların yaxınları müqəddəs məzarın yerini bilirdilər. Hədislərdə deyilir ki, İmam Cəfər Sadiq (ə) ilk Abbasi xəlifəsi Əbül-Abbas Səffahın əmri ilə İraqa gətiriləndə Həzrət Əlinin (ə) məzarını ziyarət etmiş, yaxın səhabələrinə də buranı göstərmişdi. Sonralar qəbrin yerinin İmam Sadiq (ə) tərəfindən növbəti Abbasi xəlifəsi Mənsura nişan verildiyini və o zamandan bəri ziyarətçilərə bəlli olduğunu bildirən rəvayətlər də var. Qeyd edək ki, artıq bu zaman nə xəvaricin, nə də Əhli-beytlə açıq düşmənçilik edən Əməvilərin müqəddəs məzara ziyan yetirmə təhlükəsi yox idi. Abbasilər Əhli-beyt imamlarını özlərinə rəqib bilsələr də, hər halda onlarla aşkarda mübarizə aparmır və Həzrət Əlinin (ə) ruhunu təhqir etmirdilər (Əməvilərdən fərqli olaraq). Çünki Həzrət Əli (ə) Abbasilərin əcdadı Abbas ibn Əbdülmüttəlibin (Peyğəmbərin əmisinin) qardaşı oğlu idi; Onu təhqir etmək Abbasilər soyunun özünü təhqir etməyə bərabər olardı.

Mənbələrin bir çoxunda isə Həzrət Əlinin (ə) məzar yerinin Abbasi xəlifəsi Harun ər-Rəşid zamanında (hicri 175-ci, miladi 791-792-ci illər) möcüzə nəticəsində aşkara çıxdığı yazılıb. Hadisə belə olmuşdu:

Bir gün Harun ər-Rəşid Kufə ətrafında ova çıxır. Ov itləri və şahinlər bir neçə ceyranın arxasınca düşüb qovmağa başlayırlar. Ceyranlar bir təpənin üstünə pənah gətirir. İtlər təpənin ətəyinə çatanda hansısa möcüzəvi qüvvənin təsiri altında yerlərində durur. Hətta şahinlər də təpənin üstündə uça bilməyib enir. Ceyranlar təpədən enən kimi ov heyvanları onları təqib etməyə başlayır. Ceyranlar yenə təpəyə pənah gətirib xilas olur. Eyni hadisə üç dəfə təkrar olur. Harun hadisədən xeyli təəccüblənir, bu təpədə hansı sirr gizləndiyini yerli əhalidən soruşmaq qərarına gəlir. Xəlifənin əmrilə o tərəflərdə yaşayan Bəni-Əsəd qəbiləsindən bir qocanı tutub gətirirlər. Harun təpənin sirrini soruşanda, qoca aman istəyib söyləyir: “Ata-babamdan eşitmişəm ki, bu təpənin altında Əmirül-möminin Əli ibn Əbu Talib (ə) dəfn olunub; ona görə də Allah buranı əmin-amanlıq yeri qərar verib. Hər kim bura pənah gətirsə, salamatlıq və əminlik içində olar”.

Harun bu sözləri eşidəndə həmin yerdə dəstəmaz alıb namaz qılır, dua edir. Sonra o yerdə ilk məqbərənin tikilməsinə əmr verir.

Müəllif: İslam.az

 


Yerləşdirilib:30 Yanvar, 2013, Baxılıb:7830, Çap
 

Son şərhlər : 3
Müəllif: gulnar | 8 Fevral, 2013  17:29
# Ответить
0


]]>]]>

Allah hamiya komek etsin.Amin...
Müəllif: gulnar | 8 Fevral, 2013  17:31
# Ответить
+1


]]>]]>

ALLAnH hamiya komek etsin.Amin
Müəllif: elvin | 3 Mart, 2013  14:18
# Ответить
+1


]]>]]>

onun yeri menim ve basqa muminlerin qlbinmdedir qelbimdedir. kim zitaret etmek istese, mominlerin qelbine nezer salsin
Adınız |
Mətn
Captcha
|
Captcha
© 2019 Saytın materiallarından istifadə edərkən xahiş edirik www.ISLAM.az saytına istinad edəsiniz.
Copyright 2002-2016, Dini Araşdırmalar Mərkəzi, Bütün hüquqlar qorunur www.islam.az
Arzu və istəkləriniz üçün admin@islam.az
  SpyLOG Saytı düzəldib: 313wb.com