Məhəmməd peyğəmbərin (s) mübarək mövlud həftəsidir

Yanvarın 24-dən 29-dək davam edən dövrdə (Rəbbiuləvvəl ayının 12-17 tarixləri), bütün dünya müsəlmanları İslam Peyğəmbəri Hz. Muhəmmədin (s) mübarək Mövlud, yəni doğum gününü qeyd edirlər.

Eyni zamanda bu günlər bir çox yerlərdə müsəlmanların birliyinə, yaxınlaşmasına, vəhdətinə xidmət edərək Vəhdət Həftəsi kimi də qeyd olunur.

Bu münasibətlə bütün müsəlmanları təbrik edir, Peyğəmbərimizin gətirdiyi dəyərləri daha dərindən başa düşməyi, yaşamağı, yaşatmağı arzu edirik. Qoy bu bayram hamınızın həyatına və imanına bərəkət gətirsin!

 

Mövlid mərasiminin tarixçəsi

 

“Mövlid” sözünün ərəb dilindən tərcüməsi “doğuluş” deməkdir. Dini termin olaraq, İslam müqəddəslərinin (xüsusilə, Həzrət Mühəmməd Peyğəmbərin (s)) doğum gününün ildönümü münasibətilə təşkil edilən təntənəli mərasimlərə deyilir. Əslində “mövlid” deyilməlidir, amma bu sözün təhrif olunmuş “mövlud” variantı daha çox işlədilir. Fərq bundadır ki, “mövlid” – doğum deməkdir, “mövlud” sözü isə “doğulmuş” mənasını verir.

İslamın ilk əsrlərində mövlid bayramları keçirmək ənənəsi yox idi. Nə Peyğəmbərin öz sağlığında, nə də raşidi xəlifələrin zamanında Onun doğum günü qeyd edilmirdi. Tarixi məlumatlara görə, ilk mövlid məclisini Misirdə hakimiyyət sürmüş Fatimilər sülaləsinin (909-1171) nümayəndələri təşkil etmişlər. Mərasim yalnız sarayda, əyanların iştirakı ilə keçirilirdi. Fatimilər Həzrət Əlinin (ə) və Fatimeyi-Zəhranın (ə) da mövlid mərasimlərini qeyd edirdilər.

Sonralar məşhur fateh Səlahəddin Əyyubinin yeznəsi, İrbil atabəyi Məlik Müzəffərüddin Gökböri (1190-1232) bu ənənəni davam etdirərək, mövlid mərasimlərinin keçirilməsinə əmr verdi (1207-ci il). Bayram tədbirlərində hökmdar və saray əyanları ilə yanaşı, rəiyyət də iştirak edirdi. Hər bölgədən din alimləri, xətiblər İrbildə keçirilən mərasimə dəvət olunurdular.

Bunun ardınca Məkkə, Mədinə kimi iri şəhərlərdə də Peyğəmbərin doğum gününü qeyd etmək ənənəsi yarandı. Tədbirlərin əhatə dairəsi genişlənərək başqa ərazilərə də yayıldı.

Osmanlı sultanları arasında mövlidi ilk dəfə bayram səviyyəsində keçirən Sultan III Murad (1574-1595) olmuşdur. 1588-ci ildən başlayaraq, mərasimlər əvvəllər Ayasofiya camisində, daha sonralar isə Sultan Əhməd camisində təşkil edilirdi. Sadə xalq da tədbirlərə qatılırdı.

Mövlid mərasiminin başlanğıcında Qurani-kərimdən ayələr oxunurdu. Sonra gözəl səsi olan xətiblər növbə ilə minbərə qalxır və Peyğəmbərin doğuluşunu təsvir edən şeir nümunələri (mövlidnamələr) oxuyurdular. Sultan əyanlara xələt bağışlayırdı, Mədinədən gətirilən xurma camaata paylanırdı.

Mövlid ənənəsi günümüzə kimi davam edir. Peyğəmbərin doğum gününün ildönümündə dünyanın müxtəlif ölkələrində (o cümlədən, Azərbaycanda) mövlid mərasimləri keçirilir. Şiə (cəfəri) məzhəbinə mənsub müsəlmanlar Həzrət Əlinin, Həzrət Fatimeyi-Zəhranın, İmam Hüseynin və İmam Mehdinin (ə) mövlidini də təntənə ilə qeyd edirlər.

Bəzi İslam cərəyanları mövlid mərasiminin keçirilməsini günah və bidət sayırlar. Lakin alimlərin böyük əksəriyyətinin fikrincə, əgər mövlid mərasimlərinin keçirilmə qaydasında, burada oxunan şeir və nəğmələrdə dini inanclara, əxlaq normalarına zidd bir şey yoxdursa, haram deyildir. Əksinə, mövlid mərasimlərində Həzrət Mühəmməd Peyğəmbərin (s) fəzilətləri sadalandığı, Islamın mahiyyəti açıqlandığı üçün, bunları təşkil etmək və bu tədbirlərə qatılmaq savab sayılır.

Tarix boyunca müxtəlif şairlər mövlidnamə qələmə almışlar. Təkcə türk dilində 60-dan artıq mövlidnamə mövcud olduğunu yazırlar. Bunların ən məşhuru Şeyx Ədəbalının nəslindən olan Süleyman Çələbi (vəf. 1422) adlı şair tərəfindən XV əsrin əvvəllərində türk dilində yazılmış “Vəsilətün-nicat” (Qurtuluş vəsiləsi) mövlidnaməsidir. Əsasən, Türkiyədə keçirilən mövlid məra-simlərində Süleyman Çələbinin mövlidnaməsinin böyük bir hissəsi avazla oxunur. Oxunan mətn 6 bölümdən ibarətdir. Hər bölüm fərqli bəhrlər (avazlar) üzərində ifa edilir. Tövhid, Nur, Vəladət, Mərhəba, Merac, Minacat adlanan bəhrlərin oxunuşu zamanı Səba, Hicaz, Rast, Üşşaq, Hüzzam və s. muğam avazlarından istifadə edilir. Yalnız Peyğəmbərin vəfatı bölümünü avazla oxumurlar. Mövlidnamənin başlanğıcında və bölümlərin arasında Qurandan ayələr tilavət edilir. Həcminin böyüklüyünə görə, Mövlidnaməni adətən bir neçə şəxs (mövlidxan) növbə ilə ifa edir. Mövlidnamənin avazını XVII əsrdə Bursalı Səkban adlı bəstəkar bəstələmişdir.

Əhli-sünnə dünyasında Həzrət Mühəmməd Peyğəmbərin (s) doğum günü rəbiüləvvəl ayının 12-də qeyd edilir. (Türkiyədə bu tarixi miladi təqvimə çevirib, nisan (aprel) ayının 20-də mövlid mərasimləri təşkil edirlər). Şiələr fərqli rəvayətlərə əsaslanaraq, mövlidi rəbiüləvvəl ayının 17-də keçirirlər. Artıq bir neçə ildir ki, İslam Məzhəbləri Arasında Yaxınlaşma Assosiasiyası adlı beynəlxalq təşkilat şiə və sünni məzhəbləri arasında yaxınlıq yaratmaq məqsədilə bu iki tarixin arasındakı müddəti Vəhdət həftəsi elan edib. Bu həftə ərzində həmin təşkilat tərəfindən beynəlxalq səviyyəli tədbirlər keçirilir. Tədbirlərdə həm İslam Peyğəmbərinin doğum günü qeyd edilir, həm də məzhəblərarası yaxınlaşmanın perspektivləri araşdırılır.

 

Müəllif: İslam.az

 


Yerləşdirilib:23 Yanvar, 2013, Baxılıb:13720, Çap
 

Son şərhlər : 9
Müəllif: bahruz | 23 Yanvar, 2013  23:10
# Ответить
+6


]]>]]>

Bayraminiz mubarek!
Müəllif: Nazim | 24 Yanvar, 2013  00:36
# Ответить
+6


]]>]]>

Salam aleykum.Cemi muselmanlari Aziz Peyqamberimiz Muhammed Alehisselamin movludu munasibeti ile semimi qelbden tebrik edirem.
Müəllif: Arzum | 24 Yanvar, 2013  14:00
# Ответить
+6


]]>]]>

Peygeberin sefaeti her kese nesib olsun!
Müəllif: konul | 24 Yanvar, 2013  18:50
# Ответить
+2


]]>]]>

salam aleykum.cox sagolunki butun suallarimiza cavabverirsiniz.bilmek isderdimki movlud namazi nece ruket qilinir
Müəllif: administrator | 24 Yanvar, 2013  19:36
# Ответить
+2


]]>]]>

Salam. 2 ruket, Movlud gunu musteheb namazi niyyeti ile qilinir. Amma chalishin suallari sual-cavab bolmesine verin, burada vaxtinda gormeye de bilerik.
Müəllif: Fidan | 25 Yanvar, 2013  19:32
# Ответить
+1


]]>]]>

Mehemmed Peyqemberin movludu
Müəllif: Cosqun | 22 Dekabr, 2015  10:37
# Ответить
+1


]]>]]>

Salam aleykum! Mehemmed Peyqemberin (s) movlud günü münasibətilə bütün müsəlmanları təbtik edirəm.
Müəllif: ASYA | 25 May, 2016  06:44
# Ответить
0


]]>]]>

Salam menim kitabimda hz Resulun dogum tar 9 agust kimi yazilib hansi dogrudur?
Müəllif: Administrator | 26 May, 2016  13:59 | Ответ на #2776
# Ответить
0


]]>]]>

Əleykum salam. Peyğəmbərin (s) mövludu, eləcə də İslamın digər əlamətdar tarixləri hicri-qəməri təqvimi ilə qeyd edilir. Bu səbəbdən də hər il onlar Miladi təqvimi ilə müxtəlif günlərə təsadüf edir.
Adınız |
Mətn
Captcha
|
Captcha
© 2017 Saytın materiallarından istifadə edərkən xahiş edirik www.ISLAM.az saytına istinad edəsiniz.
Copyright 2002-2016, Dini Araşdırmalar Mərkəzi, Bütün hüquqlar qorunur www.islam.az
Arzu və istəkləriniz üçün admin@islam.az
  SpyLOG Saytı düzəldib: 313wb.com