Müqərrəbun mələklər hansılardır?

Ərəb dilindən tərcüməsi «yaxınlaşdırıl¬mış» deməkdir. Qurani-kərimdə qiyamət günündə möminlərin Allah dərgahına ən yaxın məqamda olacaqları bildirilir. Allaha yaxın olan möminlər axirətdə ön cərgədə duracaq (Vaqiə, 11), behişt çeşməsindən su içmək şərəfinə nail olacaqlar (Mütəffifin, 28).

Quranda Həzrət İsa Peyğəmbər (ə) də Allaha yaxın olanlardan (müqərrəbin) sayılıb (Ali-İmran, 45).

«Müqərrəbun» həm də üstün dərəcəli bəzi mələklərə verilən addır. Quranın əksər ayələrində mələklərdən ümumi şəkildə, heç bir fərq qoyulmadan söhbət açılsa da, bəzi ayələrdə «müqərrəbun mələklər» deyə seçki edilir (Nisa, 172; Mütəffifin surəsinin 21-ci ayəsindəki «müqərrəbun» sözünü də mələklərə aid edirlər). Müqərrəbun mələklərin hansılar olduğu Quranda konkret göstərilmir. İmam Fəxr Razi Nisa surəsinin 172-ci ayə¬sinin təfsirində müqərrəbun təbəqəsinin dörd böyük mələkdən – Cəbrail, Mikail, İsrafil və Əzraildən (ə), həmçinin, ərşi daşıyan mələk¬lərdən ibarət olduğunu bildirir.

Dörd mələyin hər birinin özünəməxsus vəzifəsi vardır. Məsələn, Cəbrail peyğəmbərlərə Allahın vəhyini çatdırır (Həzrət Mühəmməd Peyğəmbə¬rə (s) də Quran ayələrini o gətirirdi). Mikail Allahın əmri ilə kainatda baş verən bəzi prosesləri həyata keçirir. Məsələn, bəzi insanların ruzisini çatdırır, möminlərə döyüşdə kömək edir, təbiət hadisələrini (yağış, zəlzələ və s.) həyata keçirir. İsrafilin vəzifəsi dünyanın sonunda Allahın əmri ilə əlindəki sura (şeypura) üfürüb, qiyamətin başlandığını xəbər verməkdir. Əzrail isə Allahın təyin etdiyi vaxt əcəli çatmış insanların canını almaq vəzifəsini daşıyır.


Yerləşdirilib:25 Dekabr, 2012, Baxılıb:3589, Çap
 

Son şərhlər : 2
Müəllif: Anan | 28 Dekabr, 2012  05:21
# Ответить
+1


]]>]]>

Allah razi olsun.bu cur deyerli melumatlara gore size minnetdaram.
Müəllif: Gunes | 8 Yanvar, 2013  13:21
# Ответить
+1


]]>]]>

Allah razi olsun sizlerden.. Bele deyerli meqalelerle bizi melumatlandirirsiniz..
Adınız |
Mətn
Captcha
|
Captcha
© 2019 Saytın materiallarından istifadə edərkən xahiş edirik www.ISLAM.az saytına istinad edəsiniz.
Copyright 2002-2016, Dini Araşdırmalar Mərkəzi, Bütün hüquqlar qorunur www.islam.az
Arzu və istəkləriniz üçün admin@islam.az
  SpyLOG Saytı düzəldib: 313wb.com