Namazdan sonra hansı duaları oxumaq məsləhətdir?

Namazı qılıb qurtardıqdan dərhal sonra qiblədən dönməmək şərti ilə yerinə yetirilməsi müstəhəb olan bəzi əməllər var. Dini kitablarda bu mövzuda yüzlərlə irili-xırdalı dua və ibadət əməlləri haqqında məlumat verilir.

Bunlara ümumiləşdirilmiş şəkildə təqibat deyilir. Aşağıda onlardan bir neçəsini diqqətinizə təqdim edirik. Qeyd edirik ki, bu düaların heç birini oxumaq vacib deyil, bunlarsız da namaz məqbul sayılır. Bunları etmək sadəcə olaraq insana savab gətirir. Özü də bunların hamısını etmək insanın vaxtının və fiziki imkanlarının xaricindədir. Ona görə də təqibatın hansı birini etmək hər kəsin öz zövqünə və imkanına bağlı olan məsələdir. Əsas olan budur ki, insan namazdan sonra dualarla özünü yormasın, bunları könüllü surətdə, istəyərək yerinə yetirsin. Yalnız bu halda Allah həmin təqibatı insandan qəbul edər.

Namazın salamlarını deyib qurtarandan sonra diz üstə oturmuş vəziyyətdə əlləri qulaqların bərabərinə qaldırıb üç dəfə uca səslə təkbir (Allahü əkbər) söyləmək müstəhəbdir.

Namazdan sonra şükr səcdəsi etməyin də savabı var. Şükr səcdəsi etməyin qaydası budur ki, insan Allaha şükr niyyəti ilə alnını yerə qoyub, «şükrən lillah» zikrini və ya şükr mənasını ifadə edən hər hansı başqa zikri söyləsin. Bu zikri 3, 7 və ya 100 dəfə söyləmək olar. Müstəhəbdir ki, insan şükr səcdəsi edərkən Allahın ona verdiyi müxtəlif nemətləri göz önünə gətirsin, Allahın böyüklüyü və əzəməti haqqında düşünsün, ən azından, bu namazı qıla bilməsi üçün ona fürsət verdiyinə görə Allaha şükr etsin.

Namazdan sonra Həzrət Fatimeyi-Zəhranın (ə) zikrini söyləmək də savabdır. Bu zikrin qaydasını vaxtilə Həzrət Mühəmməd Peyğəmbər (s) öz qızı Fatiməyə (ə) öyrətdiyi üçün, Fatimənin zikri (və ya təsbihi) kimi məşhurlaşıb. Qaydası budur ki, əvvəlcə 34 dəfə Allahü əkbər, sonra 33 dəfə Əlhəmdü lillah və 33 dəfə Sübhan Allah deyilir. Zikrləri düzgün saya bilmək üçün ya təsbehlə, ya da barmaqların bükümü ilə saymaq məsləhətdir. Zikr bitdikdən sonra «La ilahə illəllah» söyləmək və bu duanı oxumaq da savab sayılır: «Əşhədu ən la ilahə illəllahu vəhdəhu la şərikə ləh. Ilahən vahidən əhədən fərdən səməda. Ləm yəttəxiz sahibətən və la vələda» (Tərcüməsi: Şəhadət verirəm ki, Allahdan savayı məbud yoxdur. O, məbuddur, təkdir, vahiddir, bənzərsizdir, ehtiyacsızdır, nə dostu, nə də övladı var).

Namazdan sonra Peyğəmbərə və Əhli-beytə salavat söyləməyin də hədsiz savabı var. Belə ki, salavatı aşağıdakı şəkillərdə söyləmək olar: «Allahümmə səlli əla Mühəmmədin və ali-Mühəmməd. Vəc’əl li min əmri fərəcən və məxrəcən vərzüqni min heysü əhtəsib və min heysü la əhtəsib» (Tərcüməsi: «Ilahi, Sənin salavatın olsun Mühəmmədə və Onun nəslinə. Mənə çətin halımdan nicat və xilas ver, mənə bildiyim və bilmədiyim yerdən ruzi yetir»). Rəvayətə görə, bu duanı Cəbrail zindanda olan Yusif Peyğəmbərə (ə) öyrətmiş, o da bu duanı oxuyaraq həbsdən azad olmuşdu. Salavatın başqa bir şəkli belədir: «Allahümmə səlli əla seyyidina Mühəmmədin və əla ali-seyyidina Mühəmməd».
Namazdan sonra bu təsbihatı da oxumaq olar: «Sübhan Allahi vəlhəmdü lillahi və la ilahə illəllahü vəllahü əkbər. Və la hövlə və la qüvvətə illa billahil-əliyyil-əzim» («Allah müqəddəsdir, Allaha həmd olsun, Allahdan savayı məbud yoxdur və Allah böyükdür. Qüdrət və qüvvət yalnız uca və əzəmətli Allaha məxsusdur»).

Namazdan sonra ayətül-kürsini (Bəqərə, 255-257), Fatihə və Qədr surələrini də oxumaq müstəhəbdir. Həmçinin, Imam Mehdinin (ə) zühurunun tezləşməsi üçün dua etmək də savabdır. Bu barədə aşağıdakı duanı oxumağın savabı böyükdür: «Allahümmə kun li vəliyyikəl-Hüccət ibnil-Həsən. Sələvatükə əleyhi və əla abaihi fi hazihis-saəti və fi külli saəh. Vəliyyən və hafizən və qaidən və nasirən və dəlilən və eyna. Hətta tüskinəhü ərzəkə töv’ən və tüməttiəhü fiha təvila» (Ilahi, öz dostun Hüccət ibn əl-Həsən (yəni imami-zaman, Sənin salavatın Ona və əcdadına olsun) üçün indi və bundan sonra da həmişə dost, qoruyucu, rəhbər, köməkçi, bələdçi və görən göz kimi ol. Ta ki Onu möminlərin razılığı ilə Sənə məxsus olan Yer üzündə sakin (hakim) et və Ona uzun ömür ver».


Yerləşdirilib:19 Dekabr, 2012, Baxılıb:54684, Çap
 

Son şərhlər : 25
Müəllif: Asya | 19 Dekabr, 2012  11:37
# Ответить
+6


]]>]]>

ALLAH RAZI OLSUN
Müəllif: Hacer | 19 Dekabr, 2012  21:46
# Ответить
+7


]]>]]>

ALLAH RAZI OLSUN. men de calisiram hemise bu dualari oxuyum.ALLAH her kesin namzin, duasin qebul etin. Amin
Müəllif: Anan | 20 Dekabr, 2012  13:54
# Ответить
+6


]]>]]>

Allah razi olsun.
Müəllif: Metanet | 5 Yanvar, 2013  10:56
# Ответить
+3


]]>]]>

Allah razi olsun.Elhemdulillah men bu teqibatlari her gun edirem Allahin komeyi ile.
Müəllif: gulnar | 18 Fevral, 2013  13:11
# Ответить
+5


]]>]]>

mende namazdan sonra bu dualari eliyirem.ALLAH cumlemize komek elesin
Müəllif: leman | 22 İyun, 2013  15:24
# Ответить
+4


]]>]]>

ALLAH HAMIDAN RAZI OLSUN VEALLAH HAMINI NAMAZINI ORUCUNU DUALARINI QEBUL ETSIN ELE MENDE NAMAZDA SONRA AYETUL-KURSINI NAS FELEQ SURESINI QEDR SURESINI VE BASQA DUALARI SOYLEYIREM ALLAH BUTUN BENDELERIN NAMAZ QILANLARDAN EYLESIN.AMIN!
Müəllif: YAQUB | 17 Avqust, 2013  14:23
# Ответить
+5


]]>]]>

səmimi qəlbdən
Müəllif: murad | 21 Noyabr, 2013  18:26
# Ответить
+3


]]>]]>

ALLAH boyukdur ALLAH sizin haminiza komek olar insallah ya rebbim
Müəllif: cml | 22 Aprel, 2015  18:28 | Ответ на #1459
# Ответить
+3


]]>]]>

namaz qilmag,oruc tutmag-lazimdir ve hamimiz allahin quluyuq ve allah butun insannara yazigi gelir
Müəllif: aysel | 28 Fevral, 2014  17:58
# Ответить
+4


]]>]]>

Allah ibadetimizi qebul etsin amin.

Müəllif: hulya | 18 May, 2014  15:02
# Ответить
+2


]]>]]>

Allahin komekliyi ile mende namaza bawliyacam ve bu dualari oxuyacam.dualariniz qebul etsin inwallah
Müəllif: Nigar | 6 İyun, 2014  17:56
# Ответить
+1


]]>]]>

Allah sizden razi olsun .bu dualari mende eliyirem
Müəllif: Rufat | 31 Yanvar, 2015  11:03
# Ответить
+1


]]>]]>

Salam aleykum.Bağışlayın üzr isteyirem (Tərcüməsi: Şəhadət verirəm ki, Allahdan savayı məbud yoxdur. O, məbuddur, təkdir, vahiddir, bənzərsizdir, ehtiyacsızdır, nə dostu, nə də övladı var). nə dostu var tərcüməsi düzdür? Bəs Xəlilullah İbrahim (s) peyğember Allahın(c.c) dostu deyil? və dost istesen Allah yeter deyilir. Xahiş edirem cavablandırın
Müəllif: administrator | 9 Fevral, 2015  02:27 | Ответ на #2060
# Ответить
-1


]]>]]>

Burda "dostu" deyerken "eks cins" dostu, yani arvadi nezerde tutulur.
Müəllif: administrator | 9 Fevral, 2015  02:27 | Ответ на #2060
# Ответить
0


]]>]]>

Burda "dostu" deyerken "eks cins" dostu, yani arvadi nezerde tutulur.
Müəllif: nezrin | 11 Fevral, 2015  21:17
# Ответить
-3


]]>]]>

azan cekilenden sonra namaz qlmaq sayilirmi
Müəllif: camal | 22 Aprel, 2015  18:21 | Ответ на #2079
# Ответить
+1


]]>]]>

duzdur
Müəllif: Leyla | 14 Fevral, 2018  13:37 | Ответ на #2139
# Ответить
0


]]>]]>

Allah sizden razı olsun. Allah köməyinizde dursun.
Müəllif: camal | 22 Aprel, 2015  18:22
# Ответить
+2


]]>]]>

allaha inanmag ve guvenmeg lazimdir
Müəllif: ikram | 15 May, 2015  12:30
# Ответить
+1


]]>]]>

ALLAH BOYUKDUR ,BENZERSIZDIR,ONUN YOLUNDA FEDA OLAQ.ALLAH ORUC NAMAZIMIZI QEBUL ETSIN INWALLAH.AMIN
Müəllif: Nurane | 30 İyun, 2015  13:13
# Ответить
-1


]]>]]>

Cox sagolun
Müəllif: nurana | 27 Mart, 2016  20:00
# Ответить
+2


]]>]]>

allah qildiginizi namazlari oxudugunuz dualari qebul etsin amin
Müəllif: hacer | 22 Avqust, 2017  23:06
# Ответить
0


]]>]]>

ALLAH RAZİ OLSUN
Müəllif: Rehman | 2 Aprel, 2018  10:05
# Ответить
0


]]>]]>

ALLAH . Butun qelbinde ALLAH ,Peygenber ,Quran ,Ehlibeyt Sevgisi OLAN QELBLERI NURLANDIRSIN VE CENNET QiSMET ETSIN AMIN iNSALLAH
Müəllif: Nihad | 20 Aprel, 2018  20:56
# Ответить
0


]]>]]>

Bu duanl tercumesikimi duanl oxuyak yoxsa kuranda yazdlxl kimi xaiw edirem cav yazln
Adınız |
Mətn
Captcha
|
Captcha
© 2019 Saytın materiallarından istifadə edərkən xahiş edirik www.ISLAM.az saytına istinad edəsiniz.
Copyright 2002-2016, Dini Araşdırmalar Mərkəzi, Bütün hüquqlar qorunur www.islam.az
Arzu və istəkləriniz üçün admin@islam.az
  SpyLOG Saytı düzəldib: 313wb.com