Kişi ilə qadının namaz qaydaları arasında fərq varmı?

Hər şeydən əvvəl onu qeyd edək ki, Islam şəriətinə görə namaz qılmaq məsuliyyəti baxımından kişi ilə qadın bərabərdir. Yəni yetkinlik yaşına çatmış şəxs cinsindən asılı olmayaraq, vacib ibadətləri icra etməyə, o cümlədən, namaz qılmağa vəzifəlidir.

Yetkinlik yaşı həm fizioloji əlamətlərə, həm də yaş ölçüçünə əsaslanır. Cəfəri məzhəbində oğlanlar üçün son yaş həddi 15 hicri-qəməri il, yəni miladi təqvimlə təqribən 14 yaş yarım, qızlar üçün isə hicri-qəməri 9 yaş, yəni miladi təqvimlə təqribən 8 il 8 ay götürülür. Yetknlik yaşının son həddi şafii və hənbəli məzhəblərində 15 yaş, maliki məzhəbində 17 yaşdır. Imam Əbu Hənifə isə qızlar üçün 17, oğlanlar üçün 18 yaşı yetkinliyin son həddi qəbul edirdi.

Fizioloji əlamətlərə gəlincə, bütün Islam məzhəblərinə görə, ehtilam görmüş (yəni cinsiyyət üzvündən sperma gəlmiş) oğlan və heyz (menstruasiya) olmuş qız yetkin sayılırlar. Həmçinin, hənəfi məzhəbini çıxmaq şərti ilə bütün başqa məzhəblər qarnın aşağı hissəsində cod tüklərin çıxmasını da yetkinliyin şərti bilirlər. Əgər yeniyetmədə bu fizioloji əlamətlər göstərilən yaş həddindən tez müşahidə edilsə, o, artıq yetkin sayılır. Əgər fizioloji əlamətlər tez baş verməsə, uşaq göstərilən yaş həddinə çatanda yetkin hesab edilir.

Namaz qılınma qaydaları sarıdan kişi ilə qadın arasında demək olar ki, ciddi fərq yoxdur. Mövcud fərqlərin ən əsasları da namazın özünə deyil, müqəddəmatına aiddir. Bunların birincisi geyim məsələsinə aiddir. Qadın namaz zamanı sifətini (dəstəmaz zamanı yuduğu ölçüdə), biləkdən aşağı əllərini və topuqdan aşağı ayaqların çıxmaq şərti ilə bütün bədənini örtməlidir. Istər onu naməhrəm kişi görsün, istərsə də görməsin – bu şərt qorunmalıdır.

Kişi isə namaz zamanı abırlı görünəcək səviyyədə bədənini örtməlidir. Ən azı, bədəninin göbəklə diz arasında qalan yerlərini örtsün. Amma əlbəttə ki, bu, yalnız başqa imkan olmadıqda keçərlidir.

Qadınla kişinin qıldığı namazın müqəddimə şərtlərindən daha biri paklıq məsələlərinə aiddir. Belə ki, qadının hər ay paklığı pozulduğu üçün, bundan əlavə, həm də qadında istihazə halı mümkün olduğu üçün onun paklıq barədə gördüyü tədbirlər fərqli olur. Bunları öyrənmək üçün şəriət kitablarına və ya ibadət edən savadlı və təcrübəli qadınlara müraciət etməyi məsləhət görürük.

Sırf namaz əməllərindəki fərqlərə gəlincə, bunlar müstəhəb qismindən olan qeyri-prinsipial və xırda məsələlərdir. Yəni əgər qadın namaz qılan zaman aşağıda deyiləcək şərtlərə əməl etməsə, namazı qətiyyən pozulmaz. Amma bunlara əməl etsə, savab qazanar.

Müstəhəbdir ki, qadınlar namazda ayaq üstə durarkən ayaqlarını bir-birinə bitişdirsinlər. Kişilər isə pəncələri arasında bir ovucdan bir qarışa qədər məsafə qoysalar yaxşı olar.

Müstəhəbdir ki, qadınlar rükuda ovuclarını dizlərindən bir qədər yuxarıya qoysunlar. Amma bu zaman diqqət yetrmək lazımdır ki, dizlər ovuca çatıncaya kimi əyilmək lazımdır, çünki rüku bu halda qəbul edilir. Sadəcə olaraq, qadınlar kişilər qədər əyilməli, amma ovuclarını dizləri üstə yox, bir az yuxarıya qoymalıdırlar. Rüku halında qadınlar kişilərdən fərqli olaraq, dizlərini geriyə gərməsələr daha yaxşıdır.

Səcdə zamanı da qadının riayət etməsi müstəhəb olan şərtlər var. Bunlardan biri budur ki, ayaq üstə durduğu vəziyyətdən səcdəyə gedən zaman kişilərin əvvəlcə ovuclarını, daha sonra dizlərini yerə qoymaları müstəhəbdir. Qadınlar isə əvvəlcə dizlərini, sonra ovuclarını yerə qoysalar, daha yaxşıdır. Həmçinin, səcdə halında kişinin dirsəyini və qarnını yerdən bir az yuxarı tutması, qadının isə əksinə, dirsəyini yerə yapışdırması, qarnını isə aşağı sıxması müstəhəb sayılır. Qadının səcdə halında bədən üzvlərini bir-birinə sıxması müstəhəbdir.
Həmçinin, namazın əvvəlində iftitah təkbirini söyləyərkən kişilərin əllərini qulaqları səviyyəsinə, qadınların isə çiyin bərabərinə qaldırmaları məsləhət görülür.

Daha bir fərq namazın qiraəti ilə bağlıdır. Kişilər sübh namazında, məğrib və işa namazlarının birinci və ikinci rükətlərində Fatihə və surəni uca səslə oxumalıdırlar. Bu zaman səsi nə həddən artıq ucaldıb qışqırıq səviyyəsinə çatdırmaq, nə də həddən artıq azaldıb pıçıltı kimi oxumaq düzgün sayılmır. Zöhr və əsr namazlarının bütün qiraətləri, məğrib namazının üçüncü, işa namazının üçüncü və dördüncü rükətlərinin qiraəti kişilər tərəfindən asta səslə (pıçıltı ilə) oxunur. Bu qaydanı qəsdən və bilərəkdən pozan adamın namazı batildir. Amma qadınlar uca səslə oxunan qiraəti asta səslə də oxuya bilərlər. Əgər səslərini naməhrəm kişi eşidərsə, mütləq asta səslə, yəni pıçıltı ilə oxumalıdırlar.
Qadının kişilərə imamlıq (pişnamazlıq) etməsi düzgün deyil. Əgər qadın kişi ilə eyni otaqda namaz qılırsa, ondan geridə durmalıdır. Belə ki, səcdə zamanı qadının başını qoyduğu yerin səviyyəsi xətt üzrə kişinin dizləri səviyyəsindən geridə olmalıdır.


Yerləşdirilib:18 Dekabr, 2012, Baxılıb:34947, Çap
 

Son şərhlər : 23
Müəllif: Hacer | 19 Dekabr, 2012  21:52
# Ответить
+6


]]>]]>

ALLAH razi olsun,cox deyerli melumatlardi.
Müəllif: Anan | 20 Dekabr, 2012  05:53
# Ответить
+2


]]>]]>

Allah razi olsun.
Müəllif: ARZU | 23 Dekabr, 2012  19:44
# Ответить
+3


]]>]]>

HEDDINDEN ARTIQ DEYERLI MESLEHETLER IDI. BU MENE COX KOMEK ELEDI. COX SAG OLUN. ALLAH RAZI OLSUN
Müəllif: Saiq | 1 Yanvar, 2013  18:43
# Ответить
+3


]]>]]>

Allah sizin emeyinize gore mukafatlandirsin Insallah.
Müəllif: vusal | 6 Fevral, 2013  23:01
# Ответить
+1


]]>]]>

ALLAH sizden razi olsun.
Müəllif: qehreman | 7 Mart, 2013  17:11
# Ответить
+1


]]>]]>

Allah komekiniz olsun
Müəllif: samira | 18 Mart, 2013  21:36
# Ответить
+1


]]>]]>

cox sagolun
Müəllif: konul | 20 İyul, 2013  12:40
# Ответить
-1


]]>]]>

salam eleykum allah sizen razi olsun
Müəllif: aysel | 18 Avqust, 2013  21:10
# Ответить
+1


]]>]]>

allah sizi qorusun
Müəllif: elman | 18 Avqust, 2013  21:14
# Ответить
+2


]]>]]>

taniri sizi qorusun
Müəllif: zahide | 17 May, 2014  14:44
# Ответить
+4


]]>]]>

Men de namaz qiliram kitabdan oyrenmisem internetde curbecur namaz qaydalari var ne ucun namaz qilmaq qaydalari muxtelifdir
Müəllif: IRA | 17 İyun, 2014  16:08
# Ответить
+1


]]>]]>

ALLAH RAZI OLSUN AMIN
Müəllif: Elvin | 5 Avqust, 2014  10:30
# Ответить
+1


]]>]]>

Allah dunya ve axiretivizi xeyirli elesin.Amin
Müəllif: aysel | 8 Avqust, 2014  19:57
# Ответить
-1


]]>]]>

cox sag olun Allah razi olsun sizin haminizdan

Müəllif: lala | 11 Avqust, 2014  23:51
# Ответить
+3


]]>]]>

sakili qadinlarin namaz qilmasini istayiram insalah manda namaz qilmaq istayiram mana komak olun
Müəllif: gunew | 27 Fevral, 2015  15:01
# Ответить
0


]]>]]>

.......
Müəllif: Nihad | 24 Mart, 2015  10:38
# Ответить
0


]]>]]>

ALLAH sizden Razi olsun
Müəllif: vusale | 14 İyul, 2015  14:16
# Ответить
0


]]>]]>

Kisi namazinda azan oxumaliidr amma qadin yox bu duzdurmu25395
Müəllif: ilgun | 19 Avqust, 2016  05:17
# Ответить
0


]]>]]>

Allah razi olsun
Müəllif: terane | 5 Sentyabr, 2016  11:49
# Ответить
0


]]>]]>

mene maraqlidi megrib namazinda ixlas oxunur ya fatihe kifayetdi.Bir de her Allahu Ekber deyende eli qaldirmaq lazimdi
Müəllif: Administrator | 6 Sentyabr, 2016  18:25 | Ответ на #2941
# Ответить
0


]]>]]>

Məğrib namazı 3 rükətdir. İlk rükətdə "Fatihə" və istənilən surə, ikinci rükətdə "Fatihə" və "İxlas" oxunur. Üçüncü rükətdə ya "Fatihə", ya da "Təsbihəti-ərbəə" oxunur.
Müəllif: Tural | 19 Sentyabr, 2016  00:15
# Ответить
0


]]>]]>

Bu mövzuda hər hansısa hədis və ya mənbəni buldirərdiniz zəhmət olmasa.
öncədən təşəkkür edirəm
Müəllif: Mehemmed | 16 Avqust, 2017  21:25
# Ответить
0


]]>]]>

Qadinlar ayaqlarini neter qoymalidi mene deye bilrersiz
Adınız |
Mətn
Captcha
|
Captcha
© 2017 Saytın materiallarından istifadə edərkən xahiş edirik www.ISLAM.az saytına istinad edəsiniz.
Copyright 2002-2016, Dini Araşdırmalar Mərkəzi, Bütün hüquqlar qorunur www.islam.az
Arzu və istəkləriniz üçün admin@islam.az
  SpyLOG Saytı düzəldib: 313wb.com