Qiyamət gününün Peyğəmbəri (s) sevindirən səhnəsi

Ənəs ibn Malik rəvayət edir ki, bir gün səhabələr Həzrət Mühəmməd Peyğəmbərlə (s) söhbət edirdilər. Birdən o həzrət gülümsədi, hətta dişləri göründü. Ömər ibn Xəttab niyə güldüyünün səbəbini soruşanda Peyğəmbər buyurdu:

“Allah qiyamət gününün belə bir mənzərəsini mənə göstərdi. Ümmətimdən iki nəfər Allahın qüdrət dərgahının qarşısında durar. Onlardan biri deyər: “Allahım, bu din qardaşımın boynunda mənim haqqım var. Haqqımı ondan al”. Allah buyurar: “Sənin haqqını bundan necə alım ki, bunun əməl tərəzisində savabı qalmayıb”. O adam deyər: “Onda mənim günahlarımdan bir az götürüb ona yaz”. Bu yerdə Peyğəmbərin gözləri yaşardı, buyurdu: “O gün çox dəhşətli olacaq. İnsanlar çox istəyəcəklər ki, günahları azalsın. Allah-təala haqqını tələb edən adama buyurar ki, gözlərini qaldırıb cənnətə tərəf baxsın. O adam baxar və deyər: “Allahım, mən qızıldan tikilmiş şəhər görürəm, içində ləl-cəvahiratla bəzənmiş qızıl qəsrlər var. Bu şəhər hansı peyğəmbərin, ya siddiqin (doğruculun), ya da şəhidindir?”. Allah buyurar: “Bu məkan onu qazananlar üçündür”. O adam deyər: “Ora kim sahib olacaq?”. Allah buyurar: “O gözəl məkana sən də sahib ola bilərsən”. Adam soruşar: “Necə, hansı yolla?”. Allah cavab verər: “Öz din qardaşını bağışlamaqla”. Həmin adam söyləyər: “Yarəbbi, mən onu bağışladım”. Allah buyurar: “Elə isə, din qardaşının əlindən tut, hər ikiniz cənnətə daxil olun”. Sonra Həzrət Peyğəmbər buyurdu: “Allahdan qorxun, öz aranızı (münasibətlərinizi) düzəldin. Allah-təala özü müsəlmanların arasını düzəldir (yəni onların bir-birini bağışlamasına vasitə olur)”.

 

[Hakim Nişaburi, əl-Müstədrək, c.4, səh.576].


Yerləşdirilib:26 Noyabr, 2012, Baxılıb:7137, Çap
 

Son şərhlər : 14
Müəllif: meryem | 26 Noyabr, 2012  17:16
# Ответить
+15


]]>]]>

cooox gozel meqaledi Allah bizi bagislayanlardan ve bagislananlardan etsin
Müəllif: vefa | 26 Noyabr, 2012  21:05
# Ответить
+8


]]>]]>

Nece GOZEL ALLAHIMIZ,Nece GOZEL Peygemberimiz,nece Gozel Dinimiz var... ELHEMDULILLAH.
Müəllif: ELI | 27 Noyabr, 2012  05:17
# Ответить
+6


]]>]]>

ALLAH HEQIQETENDE REHIMLI VE MERHEMETLIDIR. BUNU COX ADAM DILIYNEN DEYIR AMA DERK ELEMIR. BIRI HELE OZUM.
Müəllif: Ana | 27 Noyabr, 2012  06:44
# Ответить
+9


]]>]]>

Allah bileri islah etsin,amin
Müəllif: XEDICE | 27 Noyabr, 2012  19:47
# Ответить
+6


]]>]]>

ALLAH RAZI OLSUN
Müəllif: Vasif | 27 Noyabr, 2012  20:47
# Ответить
+5


]]>]]>

Allaha şükürlər olsun!
Müəllif: EDALET | 28 Noyabr, 2012  23:03
# Ответить
+4


]]>]]>

ALLAH razi olsun ALLAH (c.c) hamimizi bagislasin amin.
Müəllif: Aynur | 2 Dekabr, 2012  13:12
# Ответить
+4


]]>]]>

Allah butun muselman baci ve qardawlarimiza namaz qismet etsin amin.
Müəllif: Emil | 2 Dekabr, 2012  13:21
# Ответить
+2


]]>]]>

Iyyeke ne budu ve iyyeke neste in
Müəllif: Emil | 2 Dekabr, 2012  13:31
# Ответить
+2


]]>]]>

Cennete gedenler cehenneme gedenlerden soruwar.Sizi hansi emeller getirib cixartdi bura?Ne iwler gordunuz ki,siz bu gun mukafatlar verilen gun mukafatdan mehrumsunuz,ezaba dogru gedirsiniz.Onlar bir nece sebeb saydilar,biri de bu idi ki,biz namaz qilmazdiq. Enkebut suresi.
Müəllif: Xanim | 21 Dekabr, 2012  18:48
# Ответить
+2


]]>]]>

Allah-Teala sizlerden razi olsun ki, bizde qubretde olan muselmanlarda bele meqaleler oxuyaraq cox weyleri oyrenirik. Allaha sonsuz qeder wukur olsun ve hamimizi, butun muselman qardaw be bacilarimiza cennetin etrin qismet etsin inwALLAH.
Müəllif: Saiq | 1 Yanvar, 2013  17:49
# Ответить
+2


]]>]]>

Allahn sizden razi olsun.ancaq gerek gozel Allahimizin merhemet sifetlerine arxalanibda ezab sifetlerini yaddan cixartmayaq....

Ey iman gətirənlər! Səbr və dua ilə (namazla Allahdan) kömək diləyin. Çünki Allah səbr edənlərlədir (onların dostudur).
Müəllif: Elnur | 30 May, 2013  22:19
# Ответить
+1


]]>]]>

Allaha cox wukur olsun bunlari bawa duwenler
Müəllif: sensiz | 4 Avqust, 2013  20:03
# Ответить
+2


]]>]]>

Allah cumlemizin gunahlarin bagishlayib cennet sakinlerinnen etsin.AMIN
Adınız |
Mətn
Captcha
|
Captcha
© 2019 Saytın materiallarından istifadə edərkən xahiş edirik www.ISLAM.az saytına istinad edəsiniz.
Copyright 2002-2016, Dini Araşdırmalar Mərkəzi, Bütün hüquqlar qorunur www.islam.az
Arzu və istəkləriniz üçün admin@islam.az
  SpyLOG Saytı düzəldib: 313wb.com