Sabah, noyabrın 25-i, Məhərrəm ayının 10-u Aşura günüdür

Hicri-qəməri təqvimlə 1373 il bundan əvvəl – mühərrəm ayının 10-da tarixin ən dəhşətli faciələrindən və eyni zamanda, ən böyük iftixar doğuran hadisələrindən biri baş vermişdir.

Həmin gün Həzrət Mühəmməd Peyğəmbərin (s) əziz nəvəsi, Həzrət Əli (ə) ilə Fatimeyi-Zəhranın oğlu Imam Hüseyn (ə) azsaylı qohumları və silahdaşları ilə birlikdə Kərbəla səhrasında şəhid olmuşdur.

Imam Əlinin (ə) şəhadətindən sonra hakimiyyətdə möhkəmlənmiş Müaviyə ölümündən əvvəl oğlu Yezidi öz yerinə xəlifə təyin etməyə nail oldu. Bu hadisə bir neçə cəhətdən Islam prinsiplərinin pozulması demək idi. Əvvəla, Müaviyə özündən sonra oğlunu hakimiyyətə gətirməklə, hakimin Allah tərəfindən təyin edilməsinə, bu olmadığı halda müsəlmanlar tərəfindən seçki əsasında seçilməsinə dayaqlanan dini qanunları kobud şəkildə pozaraq, xilafəti səltənətə (imperiyaya) çevirməyə cəhd etmişdi. Ikincisi, gözəl əxlaqı və imanı ilə seçilən bəzi məşhur səhabələr və onların övladları durduğu halda, əyyaşlığı, əxlaqsızlığı ilə tanınan, rəqqasə qadınlarla əylənməyi, meymunla oynamağı, eyş-işrət məclislərində keflənməyi özünə fəxr bilən Yezid kimi birisini taxta otuzdurmaq ümmətə böyük haqsızlıq idi. Məhz buna görə də Imam Hüseyn (ə) zalım hökumətin qanuniliyini qəbul etməkdən və Yezidi xəlifə kimi tanımaqdan imtina etdi. O, yaşadığı Mədinə şəhərindən əvvəlcə Məkkəyə, oradan da Yezidn əleyhinə qiyam qaldırmağa hazırlaşan minlərlə Kufə əhalisinin dəvəti ilə bu şəhərə yola düşdü. Yezidin göndərdiyi dəstələrin biri Kufəyə yaxınlaşan Imam Hüseyni (ə) və silahdaşlarını Kərbəla adlı susuz səhrada köç salmağa məcbur etdi. Tabe olmaq və Yezidə beyət etmək təklifini qətiyyətlə rədd edən haqq tərəfdarları bir neçə gün isti səhranın qoynunda susuzluğa məhkum olundular. Imam Hüseynlə (ə) tərəfdarlarının əzmini qıra bilməyən xilafət qoşunu mühərrəm ayının 10-da Kərbəlada görünməmiş qırğın törətdi. 30 min nəfərlik xidafət qüvvələri ilə sayı 150 nəfəri aşmayan haqq tərəfdarları arasında baş vermiş qeyri-bərabər döyüşdə Imam Hüseynin (ə) bütün silahdaşları – qardaşları, qardaşı oğlulları, əmisi oğulları, öz oğlu qəhrəmanlıqla şəhid oldular. Imam Hüseyni (ə) müdafiə edən dəstənin bütün üzvləri öldürüldü. Imamın özü düşmən əsgərlərinin xəyanətkar hücumu qarşısında misli görünməmiş müqavimət göstərdikdən sonra diri-diri başı kəsilərək şəhid edildi. Himayədarını itirmiş Əhli-beyt qadınları, uşaqlar və Imam Hüseynin (ə) sağ qalmış yeganə oğlu Imam Zeynül-abidin (ə) əsir tutulub Kufəyə, oradan da Şama – Yezidin hüzuruna aparıldılar...

Kərbəla hadisəsi bəzilərinin təsəvvür etdiyi kimi, iki qohumun hakimiyyət uğrunda mübarizəsi deyildi. Aşura günü haqqın nahaqqa, məzlumun zalıma, qanın qılınca qalib gəldiyi gündür. Bu gün fiziki mənada məhv edilmiş tərəfin əslində döyüş meydanından qalib çıxdığı gündür. Aşura tarixə ibrət dərsi verən, mübariz nəsillər yetişdirən, haqq uğrunda hər şeyi qurban verməyə hazır olmağı öyrədən məktəbdir.

Tarixi mənbələrə əsasən, İmam Hüseyn (ə) öz tərəfdarları ilə Mədinədən Kərbəlaya yola düşməzdən əvvəl yazdığı vəsiyyətnamədə buyurur: “Mədinədən özümü qorumaq üçün çıxmıram. Bu işdə məqsədim babam Məhəmmədin (ə) dinini və ümmətini imansız insanların şərindən və fitnə-fəsadından qorumaqdır. Kim haqqı müdafiə etmək istəyirsə, Allah xətrinə bu yolda mənə qoşulsun!”

İmam Hüseynə (ə) ilk yas saxlayan Məhəmməd Peyğəmbər (s) olub. Vəhy mələyi Cəbrayıl (ə) ona qabaqcadan xəbər vermişdi ki, nəvəsi İmam Hüseyn (ə) ümməti tərəfindən Kərbəlada şəhid ediləcək.
Bu münasibətilə bütün müsəlmanlara, Əhli-beyti sevənlərə dərin hüznlə başsağlığı verir, hamını aşura məktəbindən dərs almağa dəvət edirik. Kərbəla kimi ibrət məktəbi, Imam Hüseyn (ə), Abbas, Əli Əkbər kimi qəhrəmanları olan ümmət heç zaman zülm qarşısında əyilməz, təslim olmaz! Bu əlamətdar gündə hər kəsi bu günün ehtiramını qorumağa, təziyə məclislərində Imam Hüseyn (ə) əzadarlığına layiq olmayan əməllərdən çəkinməyə çağırırıq.

Aşura ilə bağlı məqalələri oxumaq üçün linklərə keçid edin:

 

http://az.islam.az/article/a-162.html

 

http://az.islam.az/article/a-160.html

 

http://az.islam.az/article/a-56.html

 

 

 

 

Bağlı informasiya, yalnız qeydiyyatdan keçmiş istifadəçilər üçün


Yerləşdirilib:24 Noyabr, 2012, Baxılıb:4057, Çap
 

Son şərhlər : 3
Müəllif: Nazim | 24 Noyabr, 2012  19:33
# Ответить
+5


]]>]]>

Kesilmish bashuva canim qurban ya Huseyn(s).
Müəllif: Nazim | 24 Noyabr, 2012  21:12
# Ответить
+5


]]>]]>

Allah muavuye ve yezide 1000000000000000000000000000000... lenet elesin.
Müəllif: meryem | 24 Noyabr, 2012  23:02
# Ответить
+5


]]>]]>

ALLAH Huseyn (e)-in qatillerine lenet etsin
Adınız |
Mətn
Captcha
|
Captcha
© 2018 Saytın materiallarından istifadə edərkən xahiş edirik www.ISLAM.az saytına istinad edəsiniz.
Copyright 2002-2016, Dini Araşdırmalar Mərkəzi, Bütün hüquqlar qorunur www.islam.az
Arzu və istəkləriniz üçün admin@islam.az
  SpyLOG Saytı düzəldib: 313wb.com