Cəhənnəm əhlinin cəzalari

Əbu Səid Xüdridən rəvayət edilmiş hədisdə deyilir ki, Peyğəmbər merac gecəsində cəhənnəmdə gördükləri barədə buyurub:

«...Sonra dodaqları dəvə dodağı kimi böyük olan bir dəstə adam gördüm.

Əllərində od parçaları tutmuşdular və odu ağızlarının içinə qoyurdular. Mən Cəbraildən soruşdum ki, bunlar kimdir? Cavab verdi: «Bunlar yetimlərin malını zülmlə yeyənlərdir».

Sonra bir dəstə adam gördüm. Onların qarnı elə böyük idi ki, mən bu yekəlikdə qarın görməmişdim. Onlar Firon qövmü kimi dəhşətli əzab içində idilər. Onları cəhənnəmə yaxınlaşdıranda susuz dəvə şəklinə düşürdülər (dilləri ağızlarından çölə çıxırdı) və hərəkət edib oradan uzaqlaşmağa taqətləri yox idi. Soruşdum ki, bunlar kimdir? Cəbrail dedi: «Bunlar sələm (faiz) yeyənlərdir».

Daha sonra bir dəstə adam gördüm ki, qarşılarında həm təmiz, həm də çürük ət parçaları var idi. Onlar təmiz ət əvəzinə çürük və üfunətli əti götürüb yeyirdilər. Soruşdum ki, bəs bunlar kimdir? Cəbrail cavab verdi: «Bunlar Allahın onlara halal buyurduğu qadınlardan (yəni həyat yoldaşlarından) uzaqlaşıb, Allahın onlara haram buyurduğu qadınlara yaxınlaşanlardır (yəni zina edənlərdir)».

Cəhənnəmdə döşlərindən asılmış bir dəstə qadın da gördüm. Onların kim olduğunu soruşdum. Cəbrail mənə cavab verdi: «Bunlar başqa kişilərdən olan uşaqlarını öz ərlərinə aid edən qadınlardır».

(Ibn Hişam. Əs-Siyrətün-nəbəviyyə, II, 55-56).

 


Yerləşdirilib:21 Noyabr, 2012, Baxılıb:5945, Çap
 

Son şərhlər : 1
Müəllif: Vuqar | 23 İyul, 2013  10:32
# Ответить
0


]]>]]>

İnsanlarımıza Allah gözəl əxlaq nəsib etsin İnsaallah. Allah bizi cəhənnəm əzabından qorusun. Amin.
Adınız |
Mətn
Captcha
|
Captcha
© 2019 Saytın materiallarından istifadə edərkən xahiş edirik www.ISLAM.az saytına istinad edəsiniz.
Copyright 2002-2016, Dini Araşdırmalar Mərkəzi, Bütün hüquqlar qorunur www.islam.az
Arzu və istəkləriniz üçün admin@islam.az
  SpyLOG Saytı düzəldib: 313wb.com