BIR ÖMÜRƏ BƏRABƏR OLAN YUXU

O, haramlardan çəkinməyə, günah etməməyə çalışırdı. Gündəlik namazlarını qılır, Ramazan ayında oruc tuturdu. Halal yeməklər yeyir, zina etmir, yalan danışmırdı. Xülasə, əsl müsəlman həyatı yaşamağa çalışırdı.

Doğrudur, namaz qılırdı, amma vaxtın əvvəlində, azandan dərhal sonra deyil, vaxtın sonunda qılırdı. Günorta namazlarını yubadıb az qala məğrib azanına birləşdirirdi. Axşam namazlarını isə gecəyarısına kimi zorla sığışdırırdı.

Bu gün də həmişəki kimi institutdan qayıtdıqdan sonra yeməyini yemiş, bir az televizora baxmış, musiqi dinləmiş, internetdə sevimli saytlara baş çəkmişdi. Saata baxdı, məğrib azanına 15 dəqiqə qalırdı. Birdən-birə hərəkətə gəldi, hamama keçib tələsik dəstəmaz aldı, əllərini tez qurudub canamazın üzərinə keçdi, günorta namazlarını cəld qılmağa başladı. Vaxtı az olduğundan, rükunu və səcdələri tez yerinə yetirməyə çalışırdı. Namazını qılıb qurtardı, alnını səcdə yerinə dayayıb gözlərini yumdu. Bu vəziyyətdə qalmağı xoşlayırdı. Səcdə halında dua edir, günahlarının bağışlanması üçün yalvarır, gün ərzində etdiyi əməllər barədə özünə hesabat verirdi. Bugünkü yorğunluq özünü göstərirdi. Gözlərinin necə qapandığını, səcdə halında necə mürgülədiyini hiss etmədi...

Qiyamət qopmuşdu. Hamı kimi o da məhşərə gətirildi. Özündən əvvəlkilərin hesabını izlədi. Növbə onun özünə gəlib-çatdı. Əməllərinin hesabı gedirdi. Mizanın ağırlıq göstərən şkalası durmadan tərpənirdi. Tərəzinin xeyir əməllər olan gözünün ağırlığı gah artır, gah da azalırdı. Alnını soyuq tər basmışdı. Bütün varlığı ilə son nəticəni gözləyirdi. Içində dəhşətli qorxu ilə yanaşı bir ümid də vardı: “Yəqin ki, ibadətlərim, xeyir əməllərim nəzərə alınar. Qıldığım namazlar, tutduğum oruclar, verdiyim sədəqələr boşa getməyəcək ki”.

Budur, hesabın nəticəsi elan olundu. Qulaqlarına inana bilmirdi. Onu cəhənnəm əzabına məhkum etmişdilər. Qorxudan dili tutuldu, ayaqları qurudu, gözləri bərəldi. Iki mələk qoltuğundan tutub onu məhşərdən kənara çıxardı. Hərəkət etməyə, müqavimət göstərməyə taqəti yox idi. Tərslikdən dili də söz tutmurdu. Yalnız beynində bu fikir dolaşırdı: “Axı mən dürüst həyat sürməyə çalışırdım. Allaha şərik qoşmurdum, zina etmirdim, araq içmirdim, rüşvət yemirdim. Gündəlik namazlarımı da qılırdım. Bəs mənim namazlarım nə oldu? Onları nəzərə alan olmadı?”.

Mələklər onu cəhənnəmə sarı aparırdılar. Hər addımda hərarətin artdığını hiss edirdi. Get-gedə cəhənnəmin qaynar nəfəsi yaxınlaşırdı. Ümidsizlik içində idi: “Həyatım boyu bunu oxudum, bunu eşitdim ki, namaz qiyamətdə insanı qoruyacaq. Namaz, oruc cəhənnəm alovunun sipəridir. Bəs nə oldu? Niyə mənim namazlarımı puça çıxardılar? Niyə məni Allahı tanımayanlarla, ibadət etməyənlərlə, namaz qılmayanlarla bir sırada cəhənnəmə atırlar?”.

Qolundan tutan mələklərin üzündə mərhəmət nişanəsi görünmürdü. Qətiyyətlə cəhənnəmə sarı gedirdilər. Uçurumun kənarına çatıb durdular. Artıq çıxış yolu yoxdur. Taleyinə boyun əyməlidir. Diz üstə çökdü, aşağıya, cəhənnəmin qaynar alovuna baxdı. Qıldığı namazları, tutduğu orucları, oxuduğu ayələri son dəfə xatırladı. Möhkəm bir əl çiynindən itələdi. Artıq havada idi, qaynar ocağa doğru yuvarlanırdı. Istinin təsirini getdikcə daha artıq duyurdu. Ona elə gəlirdi ki, artıq bədənindəki tüklər də qarsalanıb.

Cəhənnəmin zəbanə çəkən tonqalına düşməyə lap az qalmış kiminsə əli onu havada tutub saxladı və bir an içində yuxarıya çəkib bayaq durduğu yerə qaytardı. Xilaskarını görməyə tələsdi. Onu cəhənnəmin astanasından çəkib qoparan ağ saqqallı, nurani bir qoca idi. Heyrətlə qocaya baxdı, soruşdu: “Siz kimsiniz?”. Qoca təbəssümlə cavab verdi: “Mən sənin dünya həyatında qıldığın namazam. Allah mənə əmr etdi ki, səni cəhənnəmdən xilas edim”. Oğlan həcəyanını gizlədə bilmədi, məzəmmət qarışıq səslə söyləndi: “Amma yaman gecikdiniz. Lap son anda özünüzü çatdırdınız. Bir an yubansaydınız, alovun içinə düşəcəkdim”. Cavabında qocanın eyni məzəmmətlə dolu səsini eşitdi: “Elə sən də yaman gecikirdin. Namaz vaxtının bitməsinə lap az qalmış son anda özünü çatdırırdın. Bir az da yubanıb namazları qəsdən qəzaya versəydin, artıq mənim köməyimin mənası olmayacaqdı”.

 


Yerləşdirilib:29 Oktyabr, 2012, Baxılıb:10063, Çap
 

Son şərhlər : 8
Müəllif: Mehriban | 29 Oktyabr, 2012  14:45
# Ответить
+3


]]>]]>

Allah razi olsun.. kaw ki biz de bele xeberdarliq alaydiq. men de universitetde oxuyuram 2ci novbeyik.bezen namazlar qeza olur.bes onda neyleyek?
Müəllif: Nazim | 30 Oktyabr, 2012  00:36
# Ответить
+4


]]>]]>

Salam aleykum.Namaz olmasaydi bu gunahla dolmush dunyada yashamaqa taqetimiz qalmazdi lakin namaz bizi her qilanda Allahin efv fermanina qovushmaq ucun yashamaqa umidlendirir.Mensherde namazlarimizin bizleri cehennemden qoruyacaqi umudiyle helelik.Tesirlendiren meqale ucun teshekkur.
Müəllif: xedice | 1 Noyabr, 2012  23:21
# Ответить
+4


]]>]]>

Allah razi olsun.Allah bize o qeder iman versinki namazlarmizi vaxtinda, ve Allah istiyen kimi qila bilek
Müəllif: Xeyale | 9 Noyabr, 2012  23:20
# Ответить
+1


]]>]]>

ALLAH razi olsun..
ALLAH qildigimiz Namazi etdiyimiz dua ve secdeleri qebul etsin Inwallah ve sehv yolda olanlari hidayet etsin Inwallah AMIN.
Müəllif: Fatime | 27 Yanvar, 2013  23:35
# Ответить
+1


]]>]]>

İnshallah Rebbim qildigmiz namazi qebul eder ve bizlerin gunahlarini bagshlayar
Müəllif: gulnar | 11 Fevral, 2013  18:17
# Ответить
+3


]]>]]>

MENDE NAMAZ QILIRAM BACARDIGIM QEDER QEZA SAXLAMIRAM.OZUM SAXLASAMDA ELE BIL ALLAH DEYIR DUR QIL,
Müəllif: gulnar | 15 Fevral, 2013  15:16
# Ответить
+2


]]>]]>

ALLAH ozu gunahlarimizi bagiwlasin,Namaz ve Dualarimizi qebul elesin
Müəllif: mama | 14 Mart, 2013  19:15
# Ответить
+1


]]>]]>

Lap kovreldim ,yeni bize bunu reva goreller,?axi namaz vaxtli vaxtsiz qilinirsa,?men gecikdirmeyimin sebebi sehhetimle bagli ola biler,REBBIMiZ bagislar bizi yeqin ki,
Adınız |
Mətn
Captcha
|
Captcha
© 2019 Saytın materiallarından istifadə edərkən xahiş edirik www.ISLAM.az saytına istinad edəsiniz.
Copyright 2002-2016, Dini Araşdırmalar Mərkəzi, Bütün hüquqlar qorunur www.islam.az
Arzu və istəkləriniz üçün admin@islam.az
  SpyLOG Saytı düzəldib: 313wb.com