ELM ÜSTÜNDÜR ya MAL-DÖVLƏT?

On nəfər öz aralarında məsləhət edib qərara gəldilər ki, ayrı-ayrılıqda Həzrət Əlinin (ə) yanına gedib ona eyni sualı versinlər. Əgər Əli (ə) hamının sualını eyni cür cavablandırsa, deməli, onun elmi azdır və imamətə layiq deyil.

Yox, əgər hər kəsə o birindən fərqli cavab versə, deməli, Peyğəmbərin: “Mən elmin şəhəriyəm, qapısı isə Əlidir” kəlamı doğrudur.
Birinci adam Həzrət Əlinin (ə) yanına gəlib soruşdu: “De görüm, elm daha üstündür ya mal-dövlət?”. Həzrət cavab verdi: “Elm mal-dövlətdən üstündür. Çünki elm peyğəmbərlərin mirasıdır. Mal-dövlət isə fironun, Qarunun və Şəddadın mirasıdır”.
Ikinci adam da gəlib eyni sualı verdi. Əli (ə) onun sualını belə cavablandırdı: “Elm maldan üstündür. Çünki elm səni qoruyar, mal-dövləti isə sən özün qorumalısan”.
Üçüncü adamın sualına imamın cavabı belə oldu: “Elm mal-dövlətdən üstündür. Çünki alimin dostları çox olar, sərvətlinin isə düşməni”.
Dördüncü adam da elmin yoxsa sərvətin üstün olduğunu soruşanda Əli (ə) buyurdu: “Elm sərvətdən üstündür. Çünki elm xərcləndikcə (başqalarına öyrədildikcə) çoxalar, sərvət isə xərcləndikcə azalar”.
Beşinci adam eyni sualla müraciət edəndə Imam belə cavab verdi: “Elm sərvətdən üstündür. Çünki varlı adama paxıl və simic deyirlər. Amma elmli adama ehtiram göstərirlər”.
Altıncı adamın sualının cavabı bu şəkildə oldu: “Elm maldan üstündür. Çünki oğrular malı apara bilərlər, elmi isə heç kim səndən oğurlaya bilməz”.
Yeddinci adam öz sualının cavabında Əlidən (ə) bunu eşitdi: “Elm sərvətdən üstündür. Çünki zaman keçdikcə mal köhnəlir, çürüyür ya paslanır, dəyərdən düşür. Amma elm üçün bu təhlükə yoxdur”.
Səkkizinci adamın cavabı bu şəkildə verildi: “Elm daha yaxşıdır. Çünki mal-dövlət yalnız bu dünyada insanla birlikdə olar və ona xeyir verər. Amma elm isə həm bu dünyada, həm də axirətdə insana fayda gətirər”.
Doqquzuncu şəxsin cavabı da o birilərdən fərqli oldu: “Elm mal-dövlətdən üstündür. Çünki mal-dövlət insanın qəlbini daşlaşdırar, elm isə yumşaldar”.
Nəhayət, onuncu adam elmin yoxsa malın üstün olduğunu soruşanda Həzrət Əli (ə) buyurdu: “Əlbəttə, elm daha üstündür. Çünki mal-dövlət öz sahibinə təkəbbür və mənəm-mənəmlik gətirər, hətta bəzi sərvətlilər allahlıq iddiası edərlər. Amma elm adamı təvazökar və başıaşağı olar”.
Beləcə, Həzrət Əli ibn Əbu Talib (ə) eyni sualın cavabını on fərqli şəkildə verdi.


Yerləşdirilib:13 Oktyabr, 2012, Baxılıb:6160, Çap
 

Son şərhlər : 2
Müəllif: Nazim | 12 Oktyabr, 2012  22:50
# Ответить
+1


]]>]]>

Salam aleykum.Elm oyrenib inkishaf etsek islamin dushmenlerini meqlub ederik.Elmsiz hec bir naaliyet elde etmek olmur cunki artiq insanliq kainatin qapilarini acma merhelesindedir ve bu elm sayesinde mumkun olub.Elmden qerek faydali ishlerde istifade olinsun eks teqdirde sheytan ondanda istifade edir neceki dushmenler muselmanlari muasir texnoloqialarin vasitesi ile zulme meruz qoyurlar.Teshekkur.
Müəllif: ana | 6 Noyabr, 2012  14:52
# Ответить
0


]]>]]>

14 mesum,124000 peygembere allahin salami olsun
Adınız |
Mətn
Captcha
|
Captcha
© 2019 Saytın materiallarından istifadə edərkən xahiş edirik www.ISLAM.az saytına istinad edəsiniz.
Copyright 2002-2016, Dini Araşdırmalar Mərkəzi, Bütün hüquqlar qorunur www.islam.az
Arzu və istəkləriniz üçün admin@islam.az
  SpyLOG Saytı düzəldib: 313wb.com