İMAM SADİQDƏN (ə) DOQQUZ NƏSİHƏT

Bir nəfər Imam Cəfər Sadiqdən (ə) xahiş etdi ki, ona nəsihət versin. Imam buyurdu:
“Doqquz məsələyə əməl etməyi sənə tövsiyə edirəm.

Bunlar yalnız sənin üçün deyil, Allahın yolunda olmağı diləyən hər kəs üçün faydalıdır. Allahdan istəyim budur ki, sənə də bu göstərişlərə əməl etmək qüdrətini versin.
Tövsiyələrimdən üçü əxlaqı gözəlləşdirmək və nəfsi tərbiyə etmək barədə, üçü səbr və dözüm haqqında, qalan üçü isə elm və bilik mövzusundadır. Bu məsələlərdə diqqətli ol və bunlara qarşı saymazyanalıq etmə!
Əxlaqı gözəlləşdirmək və nəfsi islah etmək barədə olan göstərişlərim bunlardır:
Birincisi, ürəyin istəməyən qidanı yeməkdən çəkin; bu, insanda nadanlıq və kütbeyinlik yaradar.
Ikincisi, acmadığın zaman yeməkdən qətiyyətlə çəkin.
Üçüncüsü, həmişə halal qida ye və yeyən zaman Allahın adını çək (“bismillah” de).
Peyğəmbərin çox yeməyi məzəmmət edən bu kəlamını heç vaxt unutma: “Insanın doldurduğu heç bir qab onun üçün mədədən daha ziyanlı ola bilməz”. Yediyin zaman mədəni üç hissəyə böl. Bir hissəni yemək üçün, bir hissəni içəcək üçün ayır, bir hissəni isə nəfəs almaq üçün boş saxla.
Səbr və dözümlə bağlı üç tövsiyəm bunlardır:
Birincisi, kimsə sənə: “Bircə kəlmə söyüş söysən, ondan min qat artığını sənə deyəcəyəm” söyləsə, sən cavabında de: “Əgər sən mənə on dəfə pis söz desən də, bircə kəlmə pis cavab verməyəcəyəm”.
Ikincisi, kimsə səni söysə ona belə cavab ver: “Əgər mənim haqqımda dediklərin doğrudursa, Allahdan istəyim budur ki, məni bağışlasın və günahımdan keçsin. Əgər dediklərin yalandırsa, Allahdan diləyirəm ki, səni bağışlasın”.
Üçüncüsü, hər kim sənə pis söz və söyüş vədəsi versə (yəni səni söyməklə qorxutsa), sən ona nəsihət və hörmət vədəsi ver (yəni onu doğru yola yönəldəcəyini və ona hörmət göstərəcəyini söylə)”.
Nəhayət, elm və bilik haqqındakı üç göstərişim bunlardır:
Birincisi, bilmədiyni alimlərdən soruş. Amma bunu onlara əziyyət vermək və onları yoxlamaq məqsədi ilə etmə.
Ikincisi, heç bir işdə yalnız öz fikrinə əsaslanma (başqaları ilə məsləhət et), həmişə ehtiyata riayət et.
Üçüncüsü, bilmədiyin məsələ haqqında və ya haqsız yerə fətva verməkdən elə çəkin ki, sanki amansız şirdən qaçırsan. Camaatın xeyrindən və ziyanından ötrü özünü körpü etmə. (Yəni haqsız yerə kiminsə xeyir görüb, kiminsə ziyan çəkməsi üçün vasitə olma)”.
Sonra Imam həmin adama buyurdu: “Mən sənə nəsihət edib borcumu verdim. Indi isə get, çünki mənim ibadət vaxtımdır. Mən öz vaxtımı boş keçirmək istəmirəm. Hidayətə tabe olanlara Allahın salamı və bərəkəti olsun”.


Yerləşdirilib:10 Oktyabr, 2012, Baxılıb:3718, Çap
 

Son şərhlər : 6
Müəllif: Nazim | 10 Oktyabr, 2012  16:53
# Ответить
+4


]]>]]>

Salam aleykum.Canim feda Imam Ceferi Sadiqede(s) onun nesihetlerinede.Ela esihetlerdir.Allah razi olsun.
Müəllif: Vefa | 10 Oktyabr, 2012  20:16
# Ответить
+2


]]>]]>

ALEYKUM SALAM.ALLAH RAZI OLSUN...
Müəllif: xedice | 10 Oktyabr, 2012  23:57
# Ответить
+3


]]>]]>

SALAMUN ALEYKUM ALLAH RAZI OLSUN
Müəllif: Vefa | 15 Oktyabr, 2012  11:10
# Ответить
+2


]]>]]>

ALEYKUM SALAM...
Müəllif: hanil | 7 İyun, 2013  18:25
# Ответить
0


]]>]]>

allah razi olsun.bu meqaleni bezi xaricde dini tehsil alib yerli ruhanileri beyenmeyenler oxusun.cenub bolgesinde bela "seyx nesrullahlar"coxdur.biraz cahilleri bawlarina yiqib guya islama "xidmet edirler"
Müəllif: 8888888 | 19 Noyabr, 2013  16:42
# Ответить
+1


]]>]]>

Meqale chox gozeldir.Allah razi olsun.
Amma bu meqalenin xaricde tehsil alan dindarla ne elaqesi olduqun anlamadim.Burda dini tehsil oldu ki,millet oxumadi??!yoxdur ki xarice gedirler.Qaldi ki,cenub bolgemizde xaricde tehsil alan kifayet qeder savadli var.haqsizliq etmeyin..gunahdir.
Adınız |
Mətn
Captcha
|
Captcha
© 2017 Saytın materiallarından istifadə edərkən xahiş edirik www.ISLAM.az saytına istinad edəsiniz.
Copyright 2002-2016, Dini Araşdırmalar Mərkəzi, Bütün hüquqlar qorunur www.islam.az
Arzu və istəkləriniz üçün admin@islam.az
  SpyLOG Saytı düzəldib: 313wb.com