HİCABLI XANIMLAR, DİQQƏTLİ OLUN!

Maşallah, son zamanlarda şəhərimizdə hicablı xanımların sayı artıb. Küçədə, mağazada, iri şirkətlər-də, metroda, avtobusda – hər yerdə əvvəlkindən daha çox hicablı qız və qadınlarla rastlaşırıq.

 

Özü də bu artım hicaba qarşı həyata keçirilən məhdudiyyətlər fonunda baş verdiyi üçün xüsusi diqqətə layiqdir. Amma...

Amma kaş hicaba büründüyünü güman edənlərin hamısının zənni düz çıxaydı və onların hamısı HƏQIQI hicablı olaydı. Kaş bütün müsəlman bacılarımız dərk edəydilər ki, hicab yalnız başı bağlamaqdan ibarət deyil. Hicab yalnız sifəti və biləkdən aşağı əlləri çıxmaq şərti ilə bütün bədəni paltarla örtməklə də bitmir. Hicabda dörd əsas şərt olmalıdır. Birincisi, hicab qadının şəriətdə görünməsi icazə verilən üzvlərindən başqa, bütün bədənini örtməlidir. Ikincisi, hicab bədənin rəngini göstərəcək dərəcədə şəffaf olmamalıdır. Üçüncüsü, hicab əndamın qabarıqlığını bildirəcək dərəcədə dar və nazik olmamalıdır. Dördüncüsü, hicablı qadının geyimi gərək ətrafdakıların nəzər-diqqətini özünə cəlb edəcək qədər alabəzək və ekstravoqant olmasın.

Hicablıların sayı artdıqca, şəhərimizdə bununla bağlı müxtəlif dəblər də daha çox gözə dəyir. Xanımların bir hissəsi, necə deyərlər, "Hade"sayağı hicab bağlayır. Yəni saçlarının hamısını örtsən kifayət edər, boyun-boğaz açıqda qalsa da eybi yoxdur. Yaylığı alnından sıxıb boynunun arxasında düyünlə, vəssalam – bu da oldu hicab. Bir başqa dəb, necə deyərlər, iran-sayağı hicab bağlamaq da ara-sıra gözə dəyir. Yaylığı təpənin ortasından çəkib boğazın altından düyünləyirsən, saçın qabaq hissəsini və kəkili isə nümayişə qoyursan. Bundan da betər “hicab” növləri olur. Məsələn, saçını, başını, boyun-boğazını örtürsən, amma əyninə dar şalvar ya retuz geyinib, köynəyin ətəyini belindən ən uzağı yarım qarış aşağı buraxırsan. Ya da ki parlaq, bəzəkli parçadan paltar geyinirsən, o cür materialdan olan yaylıq bağlayırsan, ayağına da dikdaban çəkmə geyirsən, bütün şəhər dönüb sənə və sənin yol-yerişinə baxmağa məcbur olur. Kosmetikadan danışmağa dəyməz. Həqiqətən, bəzi hicablı xanımların makiajı sürrealist rəssamların alabəzək tablolarını xatırladır.

Əlbəttə, etiraz edib deyə bilərsiniz ki, hər kəsin hansı şəkildə geyinməsi onun özündən asılıdır. Və insanın geyiminə əsasən, mənəvi dünyası haqqında fikir yürütmək heç də düzgün üsul deyil. Bu fikrə hörmətlə yanaşmaqla bərabər, bunu demək istəyirik ki, bəzən geyim və davranış insanın fərdi və şəxsi işi olmaqdan çıxır, cəmiyyətin əxlaqi durumuna təsir etmək, özü və özü kimilər haqqında fikir yaratmaq vasitəsinə çevrilir. Bəlkə də elə bu cür adamların üzündəndir ki, bəzilərinin hicaba münasibətini soruşanda bu cavabı verirlər: “Əşi, təki adamın ürəyi təmiz olsun. O qədər hicablılar var ki, çadranın altında min oyundan çıxırlar”. Bu cür düşünənlərə haqq qazandırmaq fikrində də deyiləm. Dindar xanımların içində azlıq təşkil edən bəzi pis ünsürləri misal gətirib, ümumilikdə hicaba ləkə atan şəxs gözünü yumub Günəşin mövcudluğunu inkar etmək istəyən adama bənzəyir. Ona deyən lazımdır ki, sən niyə pislərə baxırsan? Bacarırsansa, həm hicab ört, həm də əxlaqlı ol – Fatimə kimi, Zeynəb kimi, hicabın adını uca tutan minlərlə ismətli xanımlarımız kimi...

Bir az da bəzi hicablı xanımların davranışından danışmaq istərdim. Bəzən elə olur ki, camaatın gur olduğu ictimai yerdə qəhqəhə ilə gülüş, ədəbsiz zarafat eşidirsən. Istər-istəməz səsin haradan gəldiyinə dönüb baxırsan. Bu ədəbsizliyin sahibinin cavan hicablı qız (və ya qızlar) olduğunu görəndə onun əvəzinə səni xəcalət təri basır. Onsuz da hicabın əlindən zəncir çeynəyən bəzi “mədəni” və “qloballaşmış” adamların rişxəndlə dolu sözlərini, “budey, bu da hicablı; örtünməklə deyil ki...” mızıltılarını eşidəndə adam bilmir ki nə desin, nə etsin. Bircə əlac ona qalır ki, ürəyində deyəsən: “Allah özü hidayət eləsin – həm hicabsız olub hicablılara lağ edənləri, həm də onların əlinə bəhanə verən bəzi dırnaqarası hicablıları”.

 

 


Yerləşdirilib:14 Sentyabr, 2012, Baxılıb:35297, Çap
 

Son şərhlər : 60
Müəllif: muradim | 14 Sentyabr, 2012  00:05
# Ответить
+17


]]>]]>

cox-cox tewekkurler bu movzunu gundeme getirdiyiniz ucun. Allah hamimizi hidayet etsin inwallah.
Müəllif: nick | 14 Sentyabr, 2012  14:25
# Ответить
+15


]]>]]>

Allah sizden razi olsun ...cox gozel sozler yazmisiniz...
Müəllif: Qul | 14 Sentyabr, 2012  15:29
# Ответить
+19


]]>]]>

Bismilleh. duzdu Allah islah etsin. imanimizi kamil etsin. tam ornek goturulesi bir meqaledir. Allah her bir muselman xanimin qelbine ele bir nur bexs etsinki onlar o nurla Xanim Zehranin .e. Xedicenin .e. Zeynebin .e. iffetini gore bilsin. tek hicabda deyil butun heyatlari boyunca onlardan numune gotursunler. AMIN
Müəllif: fatime | 14 Sentyabr, 2012  19:27
# Ответить
+15


]]>]]>

cox sag olun bu movzuya toxundunuza gore,hicabli xanim olaraq belelerinin gudazina gedirik
Müəllif: Nazim | 14 Sentyabr, 2012  20:44
# Ответить
+14


]]>]]>

Salam aleykum.Bu movzunu acmaqin esl vaxtidir ve sizin bu movzuda etdiyniz iradlar lap yerine dushdu.Esl muselman qadini oz iffet ve ismetini cuddi ollaraq qorumalidir.Xanimlar Xanimi Fatimeyi Zehra buna bariz numunedir.Bir cox hicabli xanimlarimizda bele numunalerdendir.Allahdan biiutun muselman qadinlarimizin Allahin emri olan hicaba riayet etmesini dileyirem.Heqiqetende bizim azerbaycanda hicabli xanmlarimizin artimi mushayet olunur,hemde bu proses butun dunyada aktivleshmishdir.Meqale ucin Teshekkur.
Müəllif: Nadir | 14 Sentyabr, 2012  22:20
# Ответить
+9


]]>]]>

Salam. İndi bəzi qadınlar hicaba ərə getmək üçün vasitə kimi baxırlar... Çox təəssüf...
Müəllif: xedice | 15 Sentyabr, 2012  01:26
# Ответить
+15


]]>]]>

Ureyimde ne varsa hamisini yazmisiz Allah razi olsun
Müəllif: cemile | 15 Sentyabr, 2012  08:54
# Ответить
+10


]]>]]>

salam aleykum !men raziyam yazilanla ama hemisheki kimi duz edeble geyinen yene eyni qaydada duz geyinir ve bu yazilari oxuyub razilig verir ama yene siz dediyiniz kimi sehf geyinen eyni yolunu devam edir axi xeyri yoxdu bu yenede galir burda soz kimi ALLAH boyukdur eziyyetinizi inshallahki yerde qoymaz amin)
Müəllif: Elmir | 15 Sentyabr, 2012  13:09
# Ответить
+11


]]>]]>

Əssəlamu aleyküm.Əhsən! Allah razı olsun
Müəllif: sefi | 15 Sentyabr, 2012  16:22
# Ответить
+13


]]>]]>

sona qeder oxudum cox sagolun heqiqetleri yazmisiz yazdiginiza haqq verirem hicab farzdir ekser xanimlar jicabi ceviribler tarza ele hicablar geyinirlerki hicabsizdan hec ferqleri olmur hicabsizlardanda goze carpan geyinirler
Müəllif: vefa | 16 Sentyabr, 2012  10:16
# Ответить
+10


]]>]]>

salam. Allah sizden cox cox razi olsun cox duzgun yazmisiz. heqiqeten allah elerini hidayet etsin. insaallah
Müəllif: Kamran | 17 Sentyabr, 2012  06:45
# Ответить
+8


]]>]]>

Bu qadin mexluqunu dogrdanda anlamaq mumkun deyilde.ne yolnan olur olsun hemiwe diqqet merkezinde olmaq istiyirler, ona gore hicabi bu gune saliblar.Cahiller bawa duwmur ki, hicabin mahiyyeti tek ortunmey deyil, en esasi namehremi celb etmemey ucundu.. Allah hidayet versin
Müəllif: Mila | 17 Sentyabr, 2012  19:10
# Ответить
+3


]]>]]>

Boyuk sehviniz var. Indi oglanlar mini geyinen qizlari gorub evlenirler. Hicabliya baxan yoxdur. O qeder ismetli hicabli qizlarimiz var ki. Allah onlarin bextine heqiqi momin oglan cixartsin. Amin.
Müəllif: mila | 17 Sentyabr, 2012  19:10
# Ответить
0


]]>]]>

Boyuk sehviniz var. Indi oglanlar mini geyinen qizlari gorub evlenirler. Hicabliya baxan yoxdur. O qeder ismetli hicabli qizlarimiz var ki. Allah onlarin bextine heqiqi momin oglan cixartsin. Amin.
Müəllif: sema | 18 Sentyabr, 2012  21:08
# Ответить
+7


]]>]]>

MILA men sizin bu sozunuze qatilmiram oglanlar indi hicablilara ustunluk verirler cunki ekseriyyet oglanlarimiz ozleride dindardilar dindar gedib mini geyinen almazki hicabli alacaq men oglanlarda gunah gormurem xanimlar ozlerini onlarin gozune soxurlar men qizdigimnan mini geyinenlere baxmagdan gozumu saxlaya bilmirem oglanlar nece saxlasinlar???
Müəllif: Zelilbende | 19 Sentyabr, 2012  12:39
# Ответить
-1


]]>]]>

Sema ! oldum gulmekden. Heqiqeten cox cetin meseledi
Müəllif: sema | 20 Sentyabr, 2012  17:08
# Ответить
+2


]]>]]>

zelilbende...her kesin fikrine hormetim var amma men burda gulmeli bir sey gormurem
Müəllif: ibrahim | 25 Sentyabr, 2012  14:05
# Ответить
+2


]]>]]>

menim bacim muellime.iwdeyir,bir gun gelib mene dedi hicabli almag istesende gozun acig olsun,bir wagirdini gorub ALLAH hidayet versin.o kimdise,deyir iki giz goruwduler sinif yoldawi bawini.bagliyana dedi je eceb hica,o ise indiki oglanlar hicabli gizlari alirlar deye cavab verdi,men bir musalman kimi tanimadigim giz hicabli nele olsa wupheynen yanawiram,bu yazdigiglarim sozderi bacilarin xetrine deymesin ,umidvaramki bacilar menim ne demek istediyimi anladila,ALLAH HAMIMIZA UAR OLSUN
Müəllif: vefa | 9 Noyabr, 2012  00:51
# Ответить
+2


]]>]]>

samam muselman baci qardaslarimiz.bildiyimiz kimiAllah gunahi olan bendelerin tovbesini qebul eder. Alahdan gizli hec ne ola bilmez .Allah goren qelblerdeki duygulari bilendir.Allah namazi vacib buyurdugu kimi hicabi da vacib buyurmusdur.her kes Allahin kuludur.Allah insanlariona ibadet etsin deye yaratmisdir.Alah her birinize komek olsun.Allaha emanet olun amin.
Müəllif: Ana | 13 Noyabr, 2012  10:36
# Ответить
+1


]]>]]>

Allah haminizdan razi olsun.allah izi bagishlasin.
Müəllif: xedice | 21 Yanvar, 2013  21:41
# Ответить
+2


]]>]]>

metni yazan ve serh bildiren her kese cox tesekkur edirem.cox sagolun.yaxsiki menim sizin kimi muselman baci ve qardaslarim var.allah haminizdan razi olsun
Müəllif: mehriban | 31 Yanvar, 2013  13:47
# Ответить
+1


]]>]]>

allah qelbleri gorendir
Müəllif: ruslan | 31 Yanvar, 2013  13:58
# Ответить
+3


]]>]]>

salam aleykum menim arvadim 34 yawinda hicaba kecib amma evveller yeyib icen olub bes o nece olacaq allah onu 34 ilini baqiwlayacaqmi......
Müəllif: aqa | 21 Fevral, 2013  22:40
# Ответить
+1


]]>]]>

bezekli hicab geyinenler fikirlesirler ki,manto ve ya niqab geyseler etraflarindaki aciq xanimlar onlara geride qalmis kimi baxacaqlar daha fikirlesmir ki,allah qarsisinda o cavab verecek basqalari yox.allah hamini komek olsun
Müəllif: Aysu | 3 May, 2013  12:16
# Ответить
+1


]]>]]>

hicab gozeldi
Müəllif: aysun | 15 May, 2013  20:02
# Ответить
+1


]]>]]>

allah ucun olan hec bir isde saxtaliq olmaz.olarin niyeti allah ucun deyil cemiyyet ucundur.birde unutmuyaqki hicab bizi cehnnem odundan qoruyan bir libasimiz olacaqdir insallah.
Müəllif: gunel | 2 Sentyabr, 2013  20:55
# Ответить
+1


]]>]]>

salam allah hamimizi dogru yola yoneltsin insallah
Müəllif: esma | 20 Noyabr, 2013  09:10
# Ответить
0


]]>]]>

Allah sizin hidayətinizi artırsın.hicablı xanımlar ən çox şalvar üstündəndə qısa don geyinirlər.belə geyimlər kişi geyiminə bənzədiyinə görə geyinilməsi haramdır.belə geyimdə qılınan namazda batildir
Müəllif: Aysel | 23 Noyabr, 2013  20:21
# Ответить
+2


]]>]]>

HICAB qadinin Nurudur.
Müəllif: aygun | 5 Dekabr, 2013  21:39
# Ответить
+1


]]>]]>

bezi higablilar var ki duzgun geymirler dar salvar qisa kofta bu duzgun deyil higabli bacilar salvar geymek isteseler yalniz salvari bos olmali yada yubka geymelidirler
Müəllif: Sedef | 19 Dekabr, 2013  05:00
# Ответить
+3


]]>]]>

ALLAHdan her birimizin bilerek ve bilmeyerek etdiyimiz butun gunahlarimizi bagiwlamasini dileyirem ...
Müəllif: fatime | 4 Yanvar, 2014  19:18
# Ответить
-1


]]>]]>

Salam aleykum. Movzu cox xosuma geldi. Kaski her bir muselman baci qardaslarimiz dinin butun qaydalari olmasada en azindan exlaqi qaydalara riayyet ede bilsinler. Amma kaskiler axib geden zamani geri qaytarmir lakin en azindan bele seyleri oxuyub ve ya esidib ozun ucun ders cixara bilersen. En azindan bu senin heyatin ucun yeni bir baslangic ola biler.
Müəllif: kuku | 7 Yanvar, 2014  19:29
# Ответить
-1


]]>]]>

Salam aleykum allah razi olsun cox Duz yazibsiz menim ozumde bu cur hicabli qizlar gorurem cox eseblewirem bawdarini bagliyib dar walvar godek koynek geyirler qawdari tatu ne bilim ne cox ucuzdawdirir bezileri hicabi menim fikirimce hicabli qadin walvar geyinmemelidi
Müəllif: ilahe | 9 Yanvar, 2014  10:39
# Ответить
0


]]>]]>

Salam cox dogru yazilib mende bu yaxinda bir hicabli xanim gordum eynen siz yazdiginiz kimi dar salvar geyinmisdi kosmetika falan biraz uzun koynek vessalam bunlar hicaba leke getirenlerdi.eslinde bu cur insanlarla mubarize aparmag lazimdi ama nece
Müəllif: aydan | 8 Fevral, 2014  02:50 | Ответ на #1532
# Ответить
+2


]]>]]>

salam mence kosmetika Hicaba leke vurmur. Ama dar salvar duzgun deyil
Müəllif: nuray | 10 Fevral, 2014  00:29
# Ответить
+1


]]>]]>

Salam aleykum bu movzu lap yerine duwub menim en boyuk arzum hicab baglamag idi ancag ailem razi olmurdu ancag men olarin etirazina baxmayarag arzumu yerine yetirdim cox wukur 7-8-ay olarki hicaba kecmiwem allah butun xanimlara qismet eylesin inwallah menim fikirimce hicabli qadin hicabina uygun hereket daniwig eylemelidi ancag efsusdar olsunki bele hicabli qadinlar azdi onlar hicabi deb ucun camaatin gozunnen perde asmag ucun taxirlar allah olari afv eylesin
Müəllif: qamar | 28 Aprel, 2014  02:12
# Ответить
+1


]]>]]>

Allahin qullarina Selam olsun hicab qadinin serefidir misal bir meyve qabiqsiz necedirse qadinda hicabsiz eledir rabbimiz Allah hicabi yoluda gede qadinlara vacib etmisdir
Müəllif: Fatime | 28 Aprel, 2014  02:23
# Ответить
+2


]]>]]>

eyer bilmirsizse elim ehlinden sorusun ey insanlar qurtulus yolu Islamdir bizi yoxdan var eden Rabbimizin buyruqlarini yerie yetirmek uzerimize vacibdir Rabbbim butun muselmalari qoru ve dogru yolda sabit et emin
Müəllif: aydan | 7 May, 2014  03:00
# Ответить
+2


]]>]]>

Dostlar Allah sizden razi olsun indi siz bunlari yazmisiniz hicab bagliyirsiz menim ucun cox maraqlidir. Menim fikrimce insan hicabda baglamalidir oz danisiqlari ozunu nece aparmagi fikir versin. Cox insan hicab bagliyir ama yaxsi yollara getmir insan ozunu yaxsi aparsin sonra hicab baglamalidir.
Müəllif: aynure | 12 May, 2014  19:45
# Ответить
-1


]]>]]>

salam aleykum duzdu ele hicabli xanimlar varki hec duzgun yolla getmir sehv addimlar atir
Müəllif: aynure | 12 May, 2014  19:46
# Ответить
0


]]>]]>

salam aleykum duzdu ele hicabli xanimlar varki hec duzgun yolla getmir sehv addimlar atir
Müəllif: Entiqe | 9 İyun, 2014  18:08
# Ответить
0


]]>]]>

Siz Ne daniwirsizki.. indi muasir dovurdur.qedimde cadrayla gezirdiler ama indi cadrali qadinlar lut gezirler,,Hicablilar isa muasir dovurle gedir eceb eliyirler salvar ve uzun kofta dizinde yuxari ve awagi..Hicabli acig geyinirkii her weyi ortada qqalibkii...en abirli paltardida salvar uzun kofta i fiso laf elemiyinn gotunu colde qoyanlara lag eliyin wercilerr !!
Müəllif: fatih | 12 İyun, 2014  01:48
# Ответить
0


]]>]]>

sen once etdigin laflara dikkat et yeqin sende onlardansin terbiyesiz bilmedin seyleride konusma qaldi hicablinin salvar giyip giymemeyi baxir nasil bir salvar giyir her kes axiretde allahin karsisinda kendi emelleri icin cevap vericek o sana bana dusmemis anladinmi oyle bos bos laflarda etmeyin her kes kendi icin bir sonuc hazirliyor yani bu dunya sinavdir nasil yasarsak nasil insan olursak onunda cevabini yuce ALLAHİN karsisinda vericez qiyametde insallah ve sen Entiqe_utan burda en azindan ALLAHİN ismi yazilmis ama senin etdiyin lafa bak got ne bilim ne hec utanirsan ALLAHDAN KORKUN YA
Müəllif: Aydan | 25 Aprel, 2015  00:39 | Ответ на #1701
# Ответить
0


]]>]]>

Allah senden razi olsun bezi insanlar ver ki heyati basa dusmurler her sey asat olur diye dusunurler ama hicabin cox emelleri bir tek geyim deyil Allah tala mene de qismet elesin hicab baglamagi Sukur Allaha Namaz qiliram Insallah Qunanida oyrenib Allah komek etse Mekke gedib Sonra hicab bağliyaram
Demirem men bunlari eledim men dum-duz insan olaram Ama Bir tek Arzum var oda Mekkeye getmek....Allah tala her kesin Arzusunu versin Menimde Arzum da onun içinde (Amin)
Müəllif: dilber | 19 İyun, 2014  22:27
# Ответить
0


]]>]]>

Salam bagiwlin dirsekden asaqi aciq qalsa gunahdi yoxsa
Müəllif: fatih | 30 İyun, 2014  16:00
# Ответить
0


]]>]]>

Selamun aleykum beli kadinin yuzu eli ve ayagini an bawqa her yeri haram ve gunahdi kadinin haram yerlerini yalniz kocasi gormeli
Müəllif: Qamar | 17 İyul, 2014  01:05
# Ответить
+1


]]>]]>

Allahın qullarına Selam olsun Allah Resulu S a S BUYURMUŞDUR özünü kişiye benzeden qadına ve özünü qadına benzeden kişiye Allah lenet edib sehih hadis bu o demekdirki qadının qısa paltarla ye yaxut da kofda ile şalvar geyinmesi halal deyildir Rabbimiz Qur'ani kerimde nur suresinde ve Resulullah S a S in sunnesinde müselman qadının nece örtüneceyi barede çox açık ve net bir şekilde açıklama delillerle hedisler ve revayetler vardır yanı yaşadığımız dövürse Allaha şükürler olsun dinimizi istesek öyrenmeye çox yerler var hal hazırda istifade etdiyiniz bu internet vasitesiyle müselman qadının nece geyineceyini Allah ve Resulunun buyurduğu üzere öyrenmek çetin deyildir
Müəllif: zehra | 13 Sentyabr, 2014  15:41
# Ответить
+5


]]>]]>

salamun eleykum gozel insanlar yazini cox beyendim,menim hicaba qarsi ewqim sonsuzdu lakin mektebli bir qiz olduqum ucun hicab baqliya bilmirem,menim ucun dua edin insallah bir gun mende hicab baqlayim sizler kimi,ALLAH haminizdan razi olsun ALLAHA emanet olun
Müəllif: Aydan | 24 İyun, 2015  23:42 | Ответ на #1940
# Ответить
0


]]>]]>

Biz yox sen özün istesen geyinersen mektebe gedirsen sene deyirler bunu geyinme bunu geyin mence insan istese neyki mekteb hara gedirsen get hicab bağlamaq isteyenler girer ( Zehra ) AmaInşallah Mektebi qutar Gir Dua etdim Dostum.
Müəllif: seadet | 23 İyun, 2015  13:10
# Ответить
+2


]]>]]>

men teze kecmiwem hicaba ramazanin birinci gunu evde salvar kofta geyinirem ama cole cixanda geymeye yupka koynek almiwam.geyninmey olar eeee salvari ama evde de hec kim gormesin.....hicab qadinin yarawiqidi movzu xowuma geldi... Menim de hicaba kecmeyi bezileri pis qebul edirrr ama vecme de deyil ozleri qoca qadinlaridilardilar indi de qawlarin aldirilllar ama bawin baqliyana laq ediller
Müəllif: Aydan | 24 İyun, 2015  23:49
# Ответить
-1


]]>]]>

Kim bağliyirsa özü üçün bağliyir eger girmisense Allah seni xoşbext elesin Bes Namaz yada Oruc tutursan Menimde Iki bacim hicab bağliyir Inşallah mende girmek istiyirem bu yaxinlarda mende girerem. (Seadet) Hicaba girdiyirene gore tebrik edirem...
Müəllif: sevil | 29 İyun, 2015  22:29
# Ответить
-2


]]>]]>

Allah butun qadinlara hem ortulu hem de Fatime kimi exlaqli olmag nesib etsin
Müəllif: lamiye | 2 Oktyabr, 2015  15:24
# Ответить
0


]]>]]>

Cox sagolun bu barede melumata gore hicab qadinin yarasigidir..bezileri var yalanan hicab ortur Allah olarida duz yola getrsin ama yaxsilarida var bunuda goruruk..cox isdiyerdim muselman qadinlari hamisi hicabda olsun..
Müəllif: Efsane | 16 Oktyabr, 2015  22:55
# Ответить
0


]]>]]>

Salam baci ve qardaslar.cox gozel movzuya toxunmusuz men ozumde hocabli xanimam amma bezen etrafimda gorduyum xanimlarin hecde hicabi duzgun giyinmemeleri meni cox uzur. hicaba daxil olsalarda sanki cahiliklerinden neyise o hicabin yanina yapisdirirlar nefisderin tam oldurmurler budaeni cox pis tesir edir.ALLAHIM butun musluman baci ve qardaslarimiza komey olsun insALLAH bizi mö'min qularindan elesin amin
Müəllif: Elvin | 24 Fevral, 2016  16:32
# Ответить
0


]]>]]>

Salam. İndi bəzi qadınlar hicaba ərə getmək üçün vasitə kimi baxırlar... Çox təəssüf...
Müəllif: SIMA | 19 Mart, 2016  03:03
# Ответить
-1


]]>]]>

INDIKI DOVURDE HICABLI QIZLARI ALAN YOXDU
Müəllif: Gul | 10 Sentyabr, 2016  16:36
# Ответить
0


]]>]]>

Salam.Əvvəlcə çox təşəkkür edirəm belə mövzuya toxunduğunuz ucun. Çix doğru deyirsiz. Əgər bir qadın hicaba keçəcəksə onu taş doğru etməlir. Buyurulan kimi ədəblə örtünməlidir. Moda ve ya kiməsə görə deyil....
Müəllif: Nermin | 12 Mart, 2017  21:29
# Ответить
0


]]>]]>

ALLAH ortulu ciplaklara hidayet versin Amin
Müəllif: zehra | 28 İyul, 2018  10:35
# Ответить
0


]]>]]>

kaski herkes fatime kimi zeyneb kimi hicabli olmagi bacarsa men ozumde hicabli bbiriyem.bir hicabli xanim evde hicabini ortub erinin aylesinin gozune ozunu meley kimi gorsedib eri gedenen sonra bezenib fasonan hicab baglayib kuceye cixirsa day belelerine ne demey olar bilmirem ALLAH elelerinden qorusun.demeli oz exlaqina vicdanina ele hereketleri yarasdiranlar varda mence hicabi nece geyinmey insanin oz exlaqinin momunluy anlayiwinin numayiwidi.hicabi geyinib kuceye cixanda 1 2 kisi sene baxdisa elebilki ele o mini geyinenlerle bir geyinmisen.ALLAH cemi muselmanlar hidayet eylesin ve esil muselman kimi serefli yasamaqi nesib eylesinAMIN
Müəllif: zehra | 20 May, 2019  21:33
# Ответить
0


]]>]]>

Sima:birdeygeye basa dusmedim hicablilari niye almirlarki hicaba nolubki acig saciglari alirlar guya Hicab Allahin emridir fikirlesirsiz ki hec bu gun sabah olecem goresen o dunyada da Allaha ne cavab verecem o dunyada hicabin ezabi boyuk olacag hicab taxmayanlarin ccezzasi yeni indi insanlar cahil adamlar deyirlerki istide nece taxirsiz onu basa dusmurlerki cehennemin istisi gunesin istisinnende isti olacag ona nece doze bilecekler goresen eyer hicab vacib olmasaydi Allah onu vacib buyurmazdi qaldiki deyirsi ele hicablilar var min hoqqadan cixir siz olara niye baxirsizki hereni oz qebrine qoyurlar sen hicabi numunevi geyin oele hicablilara ornek ol
Adınız |
Mətn
Captcha
|
Captcha
© 2019 Saytın materiallarından istifadə edərkən xahiş edirik www.ISLAM.az saytına istinad edəsiniz.
Copyright 2002-2016, Dini Araşdırmalar Mərkəzi, Bütün hüquqlar qorunur www.islam.az
Arzu və istəkləriniz üçün admin@islam.az
  SpyLOG Saytı düzəldib: 313wb.com