AİLƏ QURMAQ BARƏDƏ TÖVSİYƏLƏR (dördüncü məqalə)

Bu qadınlarla evlənməyin.

Müqəddəslərimiz pis qadının xüsusiyyətləri barədə fərqli fikirlər söyləmişlər.

 

Məsələn, Həzrət Mühəmməd Peyğəmbərin (s) bir hədisində ”qadınların ən pisi mehriyyəsi çox olan, doğuşu çətin keçəndir“ buyurduğu halda, Imam Cəfər Sadiq (ə) bir hədisdə mehriyyəsi çox olan və ərinin üzünə ağ olan qadını, başqa bir hədisdə isə dolanışığı rahat (yəni ünsiyyətcil və ya az xərc tələb edən) və doğuşu çətin olan qadını nəhs (bəd) qadın kimi dəyərləndirirdi (Biharül-ənvar, 103-cü cild, səh. 229-231). Üstəlik, Həzrət Mühəmməd Peyğəmbərin (s) məşhur hədislərinin birində deyilir: ”Qadınların ən yaxşısı cəmalı gözəl, mehriyyəsi az olanıdır“. Göründüyü kimi, yuxarıdakı hədisləri ümumiləşdirərək, qadının müsbət xüsusiyyətlərini bu cür sıralaya bilərik:

a) ərinin üzünə ağ olmasın;

b) mehriyyəsi az olsun;

c) doğuşu rahat keçsin.

 

a) Qadının ərinə qarşı çıxmaması ailə xoşbəxtliyinin, rahat həyatın əsas şərtlərindəndir. Öz ərini incidən, qazandığından artıq pulu ondan tələb edən qadın Islam mənbələrində ciddi məzəmmət olunur. Ərinin narazılığına səbəb olan qadın hədislərdə lənətə layiq bilinir, onun heç bir ibadətinin (namaz və orucunun da) qəbul edilmədiyi buyurulur. Peyğəmbər buyurub ki, əgər qadın dünyanın bütün qızıl-gümüşünü qazanıb evə gətirsə, amma günlərin birində ərinə: ”Sən kimsən axı? Bütün bunlar mənimdir“ desə, bütün əməlləri (ibadətləri) zay olub gedər. Yalnız tövbə edib ərindən üzr istəməklə bu cəzadan xilas ola bilər. Həmçinin, Salmani-farsi Peyğəmbərdən rəvayət edirdi ki, əgər qadın öz ərinin boynuna minnət qoyub: ”Sən mənim malımdan yeyirsən“ desə, həmin mal-dövləti Allah yolunda sədəqə versə belə, yenə üzr istəyib ərini razı salmayınca Allah qəbul etməz (Məkarimül-əxlaq, I. 385).

Oxucuların diqqətinə çatdırırıq ki, bu kimi hədisləri kişilərin əzizlənməsi və ya qadınların mülkiyyət hüququnun inkarı kimi qəbul edənlərn fikri düzgün deyil. Sadəcə olaraq, kişinin qadına xərclədiyi pulları onun üzünə vurması hədislərdə necə tənqid edilirsə, qadının da eyni hərəkəti tənqid atəşinə tutulur. Mənbələrə diqqət yetirsək, kişilərə qadınlarla mehriban və dözümlü davranmaq barədə edilmiş tövsiyələr qadınlara kişiləri incitməmək barədə edilmiş tövsiyələrdən qat-qat çoxdur. Elə bu kifayət edər ki, Həzrət Mühəmməd Peyğəmbər (s) vida həccində zəruri bildiyi ən mühüm dini hökmləri son dəfə müsəlmanlara elan edərkən buyurmuşdu: ”Sizə qadınlarla yaxşı davranmağı vəsiyyət edirəm. Onlar sizin üçün ən çətin işləri görürlər, özlərinin əmlakı yoxdur. Siz onları Allahın əmanəti kimi almısınız…“. Üstəlik, kişilərə həmişə tövsiyə edilir ki, qadının şıltaqlıqlarına dözsünlər. Arvadının pis xasiyyətinə səbr edib dözən kişi Allah yanında ən böyük mükafatlara layiq bilinir. Peyğəmbər buyururdu ki, hər kim arvadının pis xasiyyətinə səbr etsə, hər gecə-gündüzün əvəzində Allah ona Eyyub Peyğəmbərin (ə) bəlalara dözməklə qazandığı qədər savab verər).

Həzrət Mühəmməd Peyğəmbərin (s) dualarından biri də bu idi: ”Ilahi! Qocalıq yaşından əvvəl məni qocaldan qadından Sənə pənah aparıram!“ (Əl-Kafi, V, 326).

 

b) Qadına eyib gətirən ikinci cəhət mehriyyəsinin çox olmasıdır. Əlbəttə, mehriyyənin konkret məbləği dini hökmlərdə müəyyən edilməyib. Bu məlumdur ki, Həzrət Mühəmməd Peyğəmbər (s) öz qızı Fatiməni (ə) Əli ibn Əbu Talibə (ə) 500 dirhəm mehriyyə müqabilində ərə vermişdi. Həmçinin, Peyğəmbərin özünün də həyat yoldaşlarına adətən təqribən 400 dirhəm həcmində mehriyyə verdiyi barədə rəvayətlər var. Amma bunlar son hədd deyil və mehriyyənin məbləğini təyin etmək hüququ qadına məxsusdur. Hətta vaxtilə xəlifə Ömər ibn Xəttab yuxarıdakı misallara əsasən, mehriyyənin son həddini 400 dirhəm məbləğində təsbit etmək istədikdə qadınlar ona etiraz etmiş və hər bir qadının özü istədiyi qədər mehriyyə tələb etmək hüququna malik olduğunu söyləmişdilər; xəlifənin də bununla razılaşmaqdan və qadınlar qarşısında üzr istəməkdən başqa çarəsi qalmamışdı. Qeyd edək ki, 400 və ya 500 dirhəm o zaman üçün heç də böyük məbləğ deyildi və Əli (ə) bu pulu öz zirehini satmaqla əldə etmişdi.

Qadının alicənablığı bundadır ki, gələcək həyat yoldaşından çox böyük miqdarda mehriyyə istəməsin. Çünki bu zaman kişi özünü ağır bir basqı altında hiss edəcək. Bəzən qadınlar mehriyyə olaraq ağlasığmaz məbləğdə pul və ya mal tələb etməklə, əslində boşanmanı mümkünsüz etmək məqsədi güdürlər. Kişi mehriyyəni ödəmək gücündə olmadığı üçün, qadına talaq verə bilmir, onun bütün şıltaqlıqlarına dözməli olur. Islam ailədə hər şeydən əvvəl səmimyyəti əsas tutduğu üçün, bu halı qətiyyən bəyənmir.

 

c) Nəhayət, qadının üçüncü nöqsan cəhəti doğuşu çətin keçirməsi və ya hətta sonsuz olmasıdır. Dinimizdə ailə qurulmasının əsas səbəblərindən biri də oğul-uşaq sahibi olmaq sayılır. Təsadüfi deyil ki, övlad sahibi olmağa çox da meyllənməyən Qərb ailələrindən fərqli olaraq, Şərq ailəsini üşaqsız (özü də bir neçə uşaqsız) təsəvvür etmək çətindir. Həzrət Mühəmməd Peyğəmbər (s) müsəlmanlara evlənməyi və artıb-törəməyi tövsiyə edirdi. O həzrət buyururdu ki, qiyamət günündə mən öz ümmətimin sayının çoxluğu ilə digər peyğəmbərlərin qarşısında fəxr edəcəyəm. Buna görə də öz ərinə sağlam və nəcib övlad bəxş edən qadın Islamda yüksək qiymətləndirilir. Hətta tövsiyə edilir ki, kişi özünə həyat yoldaşı seçərkən, onun mənsub olduğu nəsildə qadınların oğul-uşaq sahibi olduğunu (yəni sonsuz olmadığını) araşdırsın.

Bir nəfər Peyğəmbərin yanına gəlib dedi: ”Mən öz əmim qızı ilə evlənmək istəyirəm. Onun gözəllyindən də, dinindən də razıyam. Amma bir eybi var ki, sonsuzdur“. (Ola bilər ki, həmin qadın bundan əvvəl ərdə olmuş və sonsuzluğu aşkara çıxıbmış). Peyğəmbər ona məsləhət görür ki, əmisi qızı ilə evlənmək fikrindən vaz keçsin. Sonra o həzrət keçmiş peyğəmbərlərin həyatından bir misal gətirir. Məlumdur ki, Yusif Peyğəmbərin (ə) qardaşı Benyamin Onu çox sevirdi. Digər qardaşları Yusifi (ə) kölə kimi satandan sonra Benyamin Onun ayrılığına çox üzülmüşdü. Illər ötdükdən sonra Həzrət Yusif (ə) qardaşları ilə görüşəndə Benyamindən soruşdu: ”Necə oldu ki, mənim ayrılığıma dözdün, hətta özünə arvad da aldın?“. Benyamin cavab verdi: ”Atamız Həzrət Yəqub (ə) mənə tapşırdı evlənim ki, övlad sahibi olum və yer üzündə Allahı ibadət edənlərin sayı artsın“ (Əl-Kafi, V, 333).

Rəvayətə görə, Həzrət Əlinin (ə) qardaşı Əqil ərəblərin əsil-nəsəbini gözəl bilirdi; belə adamlara ”nəssabə“ deyirlər. Imam Əli (ə) Həzrət Fatimənin (ə) vəfatından bir müddət sonra Əqildən xahiş etdi ki, ərəb qəbilələrindən onun üçün evlənməyə bir qadın seçsin. Həzrət Əli (ə) gələcəkdə baş verəcək müharibələr zamanı şücaətli oğullara arxalanmaq istəyirdi. Ona görə qardaşından xahiş etdi: ”Elə bir qadın seç ki, mənə şücaətli oğullar bəxş etsin“. Əqil Imama məsləhət gördü ki, Bəni-Kilab qəbiləsindən Fatimə bint Hizamla evlənsin; çünki onun nəsli igidlikdə məşhur idi. Fatimə bint Hizam Həzrət Əliyə (ə) dörd oğul bəxş etdi: şücaət nümunəsi olan Həzrət Əbülfəzl Abbas, Qasim, Cəfər və Osman. Bunların dördü də aşura günü Kərbəlada igidlik göstərib şəhid oldular. Fatimə bu oğullara görə ”Ümmül-bənin“ (yəni oğullar anası) künyəsini qazanmışdı.


 


Yerləşdirilib:15 İyul, 2012, Baxılıb:15587, Çap
 

Son şərhlər : 29
Müəllif: Bende | 15 İyul, 2012  12:26
# Ответить
+11


]]>]]>

Maraqli yazidir.Allah yardimcininiz olsun.Mence tek mehriyye yox,oglan evini borca salib bahali bahali qizil aldiranlar da ele beyenilmir.Qiz hec o eve gelin getmemis oglani borca salir.Yaxsi qiz fikirlesmelidir ki,men nisanlima bunlari aldiriram,tebii ki,cox vaxt oglan uze dusur alir,sonra o eve gelin gedirem,ele cetinlik ceken de men ozum oluram.Dunya mali,zinet esyalari hamisi bos sheylerdir.Allah hamimizi hidayet etsin.Xosbext ailem,saglam,xeyirli ,emelisaleh ovladlarim olsun,mene yeter.
Müəllif: XEDICE | 15 İyul, 2012  16:07
# Ответить
+5


]]>]]>

SALAM ALLAH RAZI OLSUN
Müəllif: hesen | 15 İyul, 2012  20:27
# Ответить
+4


]]>]]>

maraqli yazidir heqiqeten..Allah bu yazini derc edenden de ,oxuyanlardan da razi olsun.Amin
Müəllif: Emil | 15 İyul, 2012  22:25
# Ответить
+3


]]>]]>

Her seyi beyendim bir sonsuzluqda bir az fikirli qaldim belke kisi sonzdu bes onda nece olur?
Müəllif: Taleh | 17 İyul, 2012  01:49
# Ответить
+2


]]>]]>

Maraqli yazidi, teshekkur
Müəllif: Vefa | 17 İyul, 2012  15:00
# Ответить
+5


]]>]]>

ALLAH Razi Olsun INSHAALLAH!!!Ve her bir Ummet Ovladina Gozel Aile Nesib Olsun INSHAALLAH.AMIN!
Müəllif: Gunay | 17 İyul, 2012  16:09
# Ответить
+5


]]>]]>

Tesekkur maraqli movzu haqqinda məqalə yerləşdirmisiz bilmeyenlerde bilsin,biz genclerə ve yeni aile heyati quranlara bu kimi meselerde dinimizin buyurdugu kimi ailə qurmagi arzu edirem ki, ozleri xosbext ovladlari isə ALLAHİN sevimli bendelerinden olsunlar.AMİN.
Müəllif: Ellada | 17 İyul, 2012  23:55
# Ответить
+3


]]>]]>

tewekkur movzuya gore.Allah razi olsun.
Müəllif: metanet | 19 İyul, 2012  01:14
# Ответить
+3


]]>]]>

cox maraqlidi cox sag olun
Müəllif: Ferid | 19 İyul, 2012  21:35
# Ответить
+2


]]>]]>

Allah ona iman getiren muselman baci ve qardawlarimizin imanini kamil etsin.
Müəllif: Ferid | 19 İyul, 2012  21:40
# Ответить
+3


]]>]]>

Rehman ve rehim allahin adi ile. Allah ona ve islama iman getiren muselman baci ve qardawlarimizin imanini kamil etsin.allah herbir sevimli bendesine gozel aile nesib etsin.AMIN!
Müəllif: mehrab | 20 İyul, 2012  19:53
# Ответить
0


]]>]]>

qadinlari gunahkar etmeyin ey kiwiler ele kiwilermiz var ele erede gedir hele dogurda biz muselmaniq ve allahmizin bize bexw etdiyi qurana emel etmeliyik
Müəllif: Nigar | 21 İyul, 2012  00:13
# Ответить
-4


]]>]]>

Birinci ilə tam razı deyiləm. Yəni əri ürəyi istəyəni etsin və qadın nə olursa olsun üzünə ağ olmasın? niyədə ki? ər qadının qiymətini bilsə üzünə ağ olmaz o da. Pul üçün danışılanda isə,qudurmuşluq dərəcəsində olanlar hə, amma bəzi kişilər (öz qohumumuzdan tanıyıram) evdə uşaqları yeməyə heç nə tapmayacaq halda acınacaqlı vəziyyətdə idi, amma özündə pul gedib həm haram həm də mənasız şeylərə pul xərcləyirdi. İndi bunu qadın deməsin nə etsinn??
3də də ki bir şey deyim doğuşu çətin olub-olmamaq qadının günahı deyil ki.o nə etsin ki sonsuzdur? ALLAH elə yaradıb da onu onun günahı deyilki. Sağlam və nəcib övlad d ALLAhın payıdır bunun üçün qadın nə edə bilərki? həm indi tibb inkişaf edib nə qədər səbəbləri çıxıb o vaxt yazıq qadınlar nə edə bilərdiki?
Müəllif: Ramin | 28 İyul, 2012  09:55 | Ответ на #106
# Ответить
-2


]]>]]>

Nigar xanım Sizın dediyinizlə raziyam... Bundan əlavə əgər kişi İslam dininin tələblərinə riayət etmirsə, məntiqə uyğun hərəkət etmirsə ona sehv yolda olduğunu mütləq bildirmək lazımdır hər şeydə qarşılıqlı anlaşma lazımdı, ancaq "məndeyən olacaq" deyən kişiləridə öz qohumlarımda gorürəm, ailələri acınacaqlı vəziyyətdədir, insan səhvdə ola bilər düzdə. Cammatın ıçində kişilikden çox danışanıda görmüşəm, qonşuluqda biri varıydı, sonra məlum olduki paltarlarını özü ütülüyür.. o ki qaldı hamiləliyin çetin keçməsinə - dində deyilmir ki həmin qadınlara Pis davranılsın, əksinə onlarla yaxşı davranmaq lazımdır, onların nə günahı var ki uşaqları olmur, ovladı verən də, canını alanda ALLAHDIR.
Müəllif: Caniko | 21 İyul, 2012  12:43
# Ответить
+1


]]>]]>

Cox raziyam. Allah her birimize gozel imanli aile qismet etsin Inwaallah!
Müəllif: Bende | 21 İyul, 2012  12:52
# Ответить
+5


]]>]]>

Ay Nigar xanim,qadin qadindir.Tebii ki,yoldasimizin uzune ag olmamaliyiq.Meqaleni diqqetle oxuyanda adam basa dusur.Arvadının pis xasiyyətinə səbr edib dözən kişi Allah yanında ən böyük mükafatlara layiq bilinir.Mence eynile de yoldashin da pisine sebr etmelisen.Allah gec tez savabini verecek.Menim bibimin yoldasi eve demek olar ki,pul getirmirdi,gedib fehlelik edir,onun da zinaya xercleyirdi.Bibime meettel qalmisdiq,dozurdu.Evine dava bele salmirdi.Geldi hemin kisi cox cavan yashinda rehmete getdi.Bibim onu ele agliyirdi ki,ele bil bundan yaxsi aile bascisi olmayib.O bu dunyadan getdise de,dushunurem ki,bibim onun uzune ag olmamaqda ne qeder savab qazandi.Dogus meselesine sizinle raziyam.
Müəllif: TURAL | 21 İyul, 2012  13:05
# Ответить
+1


]]>]]>

GOZEL MELUMATLARDI TEWEKKURLER...REBBIM IMANIMIZI KAMIL ETSIN. AMIN!
Müəllif: islam | 23 İyul, 2012  20:24
# Ответить
+1


]]>]]>

Tsk. Maraqli yazi idi.
Müəllif: Vefa | 23 İyul, 2012  23:05
# Ответить
+1


]]>]]>

Sebr elemek cetin meseledi.Dusunurem ki,eyer qadin ve kisi ISLAM qanunlarini ve bir birilerinin qarsisindaki vezifelerini bilseler,mesuliyyetlerini derk ederler.yanliz kisiden ve ya yanliz qadindan sonsuz sebr gozluye bilmerik.efsus ki,hamiliqla cox sebirsizik.Qanun emel olunmaq ucundu.ve gerekdir ki,her iki teref qanuna tabe olsun,emel esin.nece deyeller,tek elden ses cixmaz...
Müəllif: aygun | 26 İyul, 2012  23:55
# Ответить
-1


]]>]]>

yaziq qadin...
Müəllif: Nigar | 30 İyul, 2012  00:41
# Ответить
0


]]>]]>

Ramin yazılmayıb pis davranın yazılıb ki məsləhət deyil belələriyə evlənmək nə etsinlərki..

Bende.. Niyə ki? qadın kişidən əksikdir? kişi deyə bilər qadın yox? Özünüzə qiymət verin.. Kişi başqasıyla xəyanət edəndə kişidir deyib keçilir qadın etsə hər yerdə adı hallanır rüsvay olur. xəyanət xəyanətdir niyə ki qadın susur kişi biabır edir?qadınları belə alçaltmaq olmaz. Dinimiz qadınlarıp alçaltmır amma insanlar alçaldır.. hamı bu cür yazıları özünə sərf edən kimi oxuyub deyib.. Bəlkə də bu yazılarda bizim bilmədiyimiz bşa düşə bilmədiyimiz tamam başqa məna var ona görə bizə düz gəlmir..
Müəllif: Bende | 31 İyul, 2012  16:41
# Ответить
+3


]]>]]>

Nigar xanim,fikrinize hormetle yanasiram.Tebii ki,zina zinadir.Ferqi yoxdur,kishi ya qadin.Amma bir shey de var ki,kishi zina edib deye qadin da gedib onun acigina zina etmemelidir ki.Ya boshanacaq,ya ovladladrinin xatiri ucun susacaq.Her birimizin ferqli yanasmasi var.Amma kishi ne olur olsun qadindan bir pille ondedir.Bu QURANIMIzda da yazilib.Onlarin eziyyeti bizden coxdur.Uzune ag olmamaliyiq.Tesevvur edin ki,kishi hirslendi arvadina qisqirdi,hamimizda olur bele sheyler.Qadin sussa o kisinin esebi soyuyur,biruze vermese de basha dusur ki,yoldasi ona hormet edir.Amma qadin da onun uzune qayidib 1kelmeye 5 cavab verse evde dava dusur ve sabah boyuyen ovladlar da o atani saymir.Bu menim dusunce terzim.
Müəllif: Nigar | 31 İyul, 2012  21:09
# Ответить
-1


]]>]]>

Bende

Qadın susduqca da kişi daha da qabağa gəlir..
Müəyyən yerlərdə susub sonra yenidən mövzunu açıb sakit danışmalıdır.. Qaldı ki öndə olmaq məsələsinə ,qadının da kişini də ALLAH yyaradıb və heç kim bir-birindən öndə deyil.. Sadəcə cəmiyyətimiz kişilərə daha çox azadlıq verib təəssüf ki. Kişinin əziyyəti təkcə işləməkdi başqa heç nə etmir. Amma indiki qadınlar həm işləyir,həm ev iişlərini görür, hm də çox səhv düşüncə olaraq uşaqların tərbiyəsi tamamilə qadına həvalə olunur..
Müəllif: nura | 7 Avqust, 2012  15:12
# Ответить
+2


]]>]]>

Allah razi olsun
Müəllif: NATIQ | 7 Avqust, 2012  15:14
# Ответить
+2


]]>]]>

BU MOVZUYA TOXUNDUGUNUZ UCUN COX SAG OLUN.
Müəllif: Ekber | 23 Avqust, 2012  09:02
# Ответить
+1


]]>]]>

ALLAH BİZLƏRİ XƏTALARDAN,BƏLALARDAN QORUSUN.AMİN İNŞALLAH.
Müəllif: Nazim | 19 Sentyabr, 2012  21:37
# Ответить
0


]]>]]>

Salam aleykum.Bu movzuda muselmanlar Qurani va Ehli-Beyti ozune numune ve ornek bilib riayyet etmelidirler.Allah Quranda qadinlara kishilerine itaet etmelerini bildirmishdir, elbetdeki bu ayede kishilerin ustunluyu aydin buyrulmushdur,ve hedislerde bunu tesdiqliyir.Allahin emrine qarshi cixmaq hecde yaxshi netice vere bilmez.Bu fani dunyadansa ebedi axirete ustunluk vermek tovsiye olunubdur.Elbetdeki qadinlarda Allahin buyurduqlarinda diqqet ve ehtirama layiqdirler ve onlari Allah erlerine emanet olaraq vermishdir.Allahin buyurduqu emelleri yerine yetiren aile en mukemmel ailedir neceki Peyqamber ve onun pak ailesi biz muselmanlara real olaraq gostermishdirler.Men Allahdan butun ailelerdeki kishi ve qadinlar ucun sebr ve xoshbextlik dileyirem.Meqale ucun teshekkur.
Müəllif: Ramin | 27 Mart, 2013  14:09
# Ответить
0


]]>]]>

Allah razi olsun.Men bir seyi basa dusmedim.qadinlarin cetin dogusu qadinlarin ozunden aslidir?
Müəllif: Salam | 29 Dekabr, 2015  12:36
# Ответить
0


]]>]]>

Nigar xanim,evvela kiwiler qadinlardan ustundur,bunu Quran tesdiq edir,bu movzunu uzatmaq lazim deyil.
ikincisi de,sonsuz qadinla evlenmek meslehet deyil deyilibse,demek meslehet deyil...Peygemberden chox bileceksiz??
Emosiyalari kenara qoyub mentiqi duwunmek lazimdir.
Adınız |
Mətn
Captcha
|
Captcha
© 2019 Saytın materiallarından istifadə edərkən xahiş edirik www.ISLAM.az saytına istinad edəsiniz.
Copyright 2002-2016, Dini Araşdırmalar Mərkəzi, Bütün hüquqlar qorunur www.islam.az
Arzu və istəkləriniz üçün admin@islam.az
  SpyLOG Saytı düzəldib: 313wb.com