AİLƏ QURMAQ BARƏDƏ TÖVSİYƏLƏR (üçüncü məqalə)

Hansı qadınlarla evlənmək məsləhətdir?

Ailə müqəddəsdir. Ailə qurmaq insan həyatında bəlkə də ən mühüm və məsuliyyətli addımdır.

Çünki insanın gələcəyi, mənəvi rahatlığı, nəsli, namusu – hər şey bu addımın düzgün olub-olmamasından asılıdır. Ölçüb-biçmədən, başdansovdu tələskənliklə qurulan ailələr ya bədbəxtliyə, ya da dağılmağa məhkumdur.

Islam müqəddəsləri ailə quran tərəflərin bu məsələyə tam ciddiyyətlə yanaşmalarını tövsiyə etmişlər. Hətta bəzi hədislərdə ailənin zəncirə, köləliyə bənzədilməsi də bu işin ciddiliyini qabartmaq məqsədi daşıyır. Imam Cəfər Sadiq (ə) buyururdu: “Qadın zəncirdir, baxın ki, özünüzü hansı zəncirə bağlayırsınız. Istər yaxşı, istərsə də pis qadının tayı-bərabəri yoxdur. Yaxşı qadının qiymətini qızıl-gümüşlə də ölçmək olmaz; çünki yaxşı qadın qızıl-gümüşdən də dəyərlidir. Pis qadın heç torpağa da tay tutula bilməz; çünki torpaq ondan yaxşıdır” (Şeyx Səduq. Məaniyyül-əxbar, səh. 144).

Islam böyüklərinin kəlamlarını incələyərkən hansı qadınlarla evlənməyin xeyirli olduğu barədə xeyli məsləhətlərə rast gəlirik. Aşağıda bunları xülasə etməyə çalışacağıq.

 

a. Dindarlıq

Bu xüsusiyyət barədə məqalənin bundan əvvəlki bölümündə məlumat vermişdik.

 

b. Əsil-nəcabət

Islam dini evləndiyiniz qadının əsil-nəcabətinə diqqət yetirməyə xüsusi önəm verir. Məlumdur ki, valideynin xarakterinin bir çox cəhətləri genetik olaraq övlada ötürülür. Üstəlik, övladın hansı ailədə böyüməsi və tərbiyə alması da çox şeyi həll edir. Doğrudur, bəzi hallarda istisnalar mümkündür. Necə deyərlər, Allah ölüdən dirini (yəni pisdən yaxşını) və diridən ölünü (yəni yaxşıdan pisi) çıxarmağa (törətməyə) qadirdir və tarixdə bu cür nümunələr az da olsa var. Amma əksər hallarda əxlaqsız, xəbis valideynin övladı da onun özünə oxşayır. Əksinə, nəcib, həyalı adam öz balasını da özü kimi tərbiyə edir. Qız uşaqları ilə bağlı məsələ daha ciddidir. Ata-babalarımız əbəs yerə deməyiblər: “Astarına bax, bezini al; anasına bax, qızını al”.

Islam müqəddəsləri müsəlmanlara məsləhət görürdülər ki, bir kəslə qohum olanda onun əsil-nəcabətinə diqqət yetirsinlər. Həzrət Mühəmməd Peyğəmbər (s) buyurub: “Nəcib ailələrlə izdivac edin; çünki qan böyük təsirə malikdir”. Yəni unutmayan ki, evləndikdən sonra dünyaya gələcək övladınızın damarlarında sizin qanınızla yanaşı, həyat yoldaşınızın da qanı axacaq və o nəslin xüsusiyyətləri də qanla övladlarınıza keçəcək. Peyğəmbər kişilərə müraciət edərək buyururdu ki, ”nütfənizi yerləşdirmək üçün yeri diqqətlə seçin. (Yəni nütfənizi hansı qadının bətnində yerləşdirəcəyinizi yaxşı-yaxşı düşünün). Qadınlar adətən öz qardaşlarına və bacılarına bənzər uşaqlar doğurlar“ (bax: Kənzül-ümmal, hədis 44557 və 44559).

Islam Peyğəmbərinə mənsub edilən məşhur bir hədisdə buyurulur: “Xəzraüd-diməndən (yəni zibillikdə bitən otdan) uzaq olun”. Soruşdular ki, xəzraüd-dimən nədir? Həzrət cavab verdi: “Pis mühitdə böyüyən yaraşıqlı qadın” (Biharül-ənvar, 103-cü cild, səh. 232).

Diqqət yetirilməli məsələ budur ki, əsil-nəcabət deyərkən heç də varlı ailədən və ya ad-sanlı nəsildən evlənmək nəzərdə tutulmur. Əsil-nəcabət ailənin halal, saf, vicdanlı və əxlaqlı olması deməkdir.

 

c. Seyyidə qadınla evlənmək

Evlənərkən (və ya ərə gedərkən) Peyğəmbər nəslinə mənsub seyyid namizədə üstünlük vermək də məsləhətdir. Həzrət Mühəmməd Peyğəmbər (s) buyurub; ”Qiyamət günündə bütün evlilik və əsil-nəsəb bağlılıqları qırılacaq (fayda verməyəcək); yalnız evlilik və əsil-nə¬səb vasitəsilə mənə bağlılıqdan savayı“ (Süyuti. Əl-Cameüs-səğir, 6309-cu hədis).

Həzrət Mühəmməd Peyğəmbər (s) seyyidə qadınlarla evlənməyin xeyrini belə izah edirdi: ”Kişilər üçün ən yaxşı həyat yoldaşları Qüreyş soyundan olan qadınlardır. Çünki onlar öz ərlərinə qarşı çox mehriban, öz övladlarına qarşı çox rəhmlidirlər“.

 

ç. Qızla evlənmək yaxşıdır, yoxsa dul qadınla?

Ötən bölümlərdə qız uşaqlarının həddi-büluğa çatdıqdan sonra tez ərə verilməsini təşviq edən hədisləri diqqətinizi təqdim etdik. Buradan aydın olur ki, dinimizdə bakirə qızla evlənmək daha məsləhətli sayılır. Çünki ərdə olub boşanmış və ya dul qalmış qadın adətən daha yaşlı olur, ömrünün ən təravətli dövrünü arxada buraxmış olur, bəzən birinci evlilikdən sahib olduğu övladı da özü ilə birlikdə ikinci ər evinə gətirir. Bütün bu hallar sonrakı evlilikdə tez-tez problemlər yaradır. Təkrar evlilik zamanı qadın ikinci ərini bundan əvvəlki həyat yoldaşı ilə müqayisə etmək imkanına da malik olur. Əgər bu müqayisə zamanı keçmiş həyat yoldaşının daha üstün olduğu qənaətinə gəlirsə və ehtiyatsızıq üzündən bu qənaəti hazırki ərinə çatdırırsa, ailədə ciddi narazılıqlar yaranır.

Əlbəttə, Islam tarixində müqəddəs şəxslərin dul qadınlarla evlənməsi barədə xeyli nümunələr vardır. Bu nümunələr dul qadınla evlənməyin heç də arzuedilməz hal olmadığını düşünməyə kifayət qədər əsas verir. Sadəcə olaraq, bunu nəzərə almaq lazımdır ki, həyatının ən təravətli illərini başqa bir kişi ilə yaşayıb sonra tək qalmış, yaşı ötmüş, hətta övlad sahibi olmuş qadına sahib çıxmaq, ona ailə xoşbəxtliyini bir daha duymaq imkanını vermək, ayrı-seçkilik salmadan onun balalarına atalıq etmək kişidən böyük ürək tələb edir. Hər bir kişi buna hazır və qadir ola bilməz. Bunu etmək üçün Həzrət Mühəmməd Peyğəmbər (s) kimi mənəviyyat, qayğı, məsuliyyət sahibi olmaq lazımdır.

Məhz bu baxımdan bəzi hədislərdə dul qadınla evlənmək hətta müsbət hal kimi təqdim edilir. Dul qadınla evlənmək yuxarıdakı mənfi nəticələrə səbəb olmaqla yanaşı, bəzi müsbət hallara da qapı aça bilər. Dul qadın adətən ailə təcrübəsinə malik olduğu üçün, təkrar evlilikdə öz həyat yoldaşı və onun yaxın qohumları ilə tez dil tapa bilir. Xüsusilə, kişinin əvvəlki izdivacdan uşaqları və ya kiçik bacı-qardaşları varsa, dul qadınla evlənməsi yerinə düşmüş olur. Rəvayətə görə, bir gün Həzrət Mühəmməd Peyğəmbər (s) Cabir ibn Abdullah Ənsaridən soruşdu ki, niyə bakirə qızla deyil, dul qadınla evlənmisən? Cabir cavab verir: ”Evdə çoxlu bacım var. Dul qadın aldım ki, onlarla yaxşı yola getsin“. Peyğəmbər Cabirin bu cavabını bəyənib ona əhsən dedi.

 

 


Yerləşdirilib:14 İyul, 2012, Baxılıb:5842, Çap
 

Son şərhlər : 8
Müəllif: Azer | 13 İyul, 2012  20:33
# Ответить
+4


]]>]]>

Men daxilen buna hazir olub olmadiqimi bilmirem bilirem vacibdi gec tez olmalidi amma nedense bu addimi ata bilmirem belke indiye kimi gorduklerimden qorxuram ve ya bu mesuliyeti dashiya bilecekmiye deye tez tez ozume verdiyim sualardi mene mane olan bilmirem hec bir xanima baxa yaxinlasha bilmirem hamiya baci gozu ile baxiram sizce menim axirim nece olacaq?
Müəllif: xedice | 13 İyul, 2012  22:48 | Ответ на #64
# Ответить
+2


]]>]]>

SALAM INSALLAh ALLAHIN IZNIYLE YAXSI OLAR QARDAS
Müəllif: Ellada | 18 İyul, 2012  00:05 | Ответ на #64
# Ответить
0


]]>]]>

sebr edin inwallah her wey yaxwi olar.
Müəllif: ORXAN | 13 İyul, 2012  22:17
# Ответить
+2


]]>]]>

ALLAH RAZI OLSUN
Müəllif: xedice | 13 İyul, 2012  22:44
# Ответить
+2


]]>]]>

ALLAH RAZI OLSUN INSALLAH HAMININ AILESIN MEHRIBAN ELESIN AMINNN
Müəllif: Ellada | 18 İyul, 2012  00:04
# Ответить
0


]]>]]>

Allah razi olsun bizi gozel movzulardan xeberdar edirsiz.cox sagolun.
Müəllif: emmar | 23 İyul, 2012  16:37
# Ответить
+1


]]>]]>

eger bir oglan bir qizin ve ya bir qiz bir oglanin xosuna ifrata varmayacaq sehvet oyatmiyacaq derecede xos gelirse Xanimlraimizdan cox xahis edirem bir az tanidiginiz oglanlara qardaw demiyin,,ve eynilede oglanlara aid edirem...subhesiz butun muselmanlar eqidede bir biri ile baci qardasdilar.
Müəllif: Ruqeyye | 3 Mart, 2013  17:13
# Ответить
-1


]]>]]>

men oglanin qizin arxasinca dusmeyine pis baxiram.eger oglanin fikri ciddidise elci gondere biler.qizin arxasinca dusende qizin adina soz gele biler.qizin da adi ag vereq kimidir leke dusse omur boyu silinmir.sag olun ALLAH RAZI OLSUN
Adınız |
Mətn
Captcha
|
Captcha
© 2017 Saytın materiallarından istifadə edərkən xahiş edirik www.ISLAM.az saytına istinad edəsiniz.
Copyright 2002-2016, Dini Araşdırmalar Mərkəzi, Bütün hüquqlar qorunur www.islam.az
Arzu və istəkləriniz üçün admin@islam.az
  SpyLOG Saytı düzəldib: 313wb.com