AİLƏ QURMAQ BARƏDƏ TÖVSİYƏLƏR (birinci məqalə)

İslam Peyğəmbəri və imamlarımız qadınlarda hansı müsbət xüsusiyyətləri dəyərləndirir, özünə həyat yoldaşı seçərkən qadınlardakı hansı mənfi cəhətlərə qarşı diqqətli olmağı kişilərə tövsiyə edirdilər? Qız ataları özlərinə necə kürəkən seçsinlər?

 

Qızları tez yoxsa gec ərə vermək məsləhətdir? Əsil-nəcabət, yaş, sosial vəziyyət baxımından tərəflər arasındakı müvazinət ailənin möhkəmliyinə necə təsir göstərir? Evlilikdən qabaq qızla oğlanın bir-biri ilə tanış olmasına hansı həddə icazə verilir? Diqqətinizə təqdim edəcəyimiz silsilə yazılarda bu kimi məsələlərlə bağlı müqəddəslərimizin tövsiyyələri ilə tanış olacaqsınız.

1. Elçilərə qarşı vasvası olmayın

Hədislərdə qız atalarına təkidlə tapşırılır ki, qızları üçün dindar, əxlaqlı, nəcib bir oğlan (kişi) elçiliyə gəlsə, yubatmadan hə cavabı versinlər. Imam Mühəmməd Baqir (ə), ondan məsləhət istəyən bir qız atasına yazmışdı: “Dindarlığını və əmanətdarlığını bəyəndiyin bir adam qapına elçi gəlsə, hər kim olursa-olsun, qızını ona ver. Əgər belə etməsəniz, yer üzündə fitnə və böyük fəsad yaratmış olarsınız” (Məkarimül-əxlaq, I, 388). “Əgər belə etməsəniz” şərtini iki mənada qəbul etmək olar. Birinci məna budur ki, əgər qızınızı dindar və əmanətdar olmayan bir adama ərə versəniz, onu (qızınızı) bədbəxt etmiş olarsınız. Bədəxlaq atadan doğulan və onun tərbiyəsi ilə böyüyən övlad da fitnə-fəsadı yaymış olacaq. Ikinci məna budur ki, əgər dindar və əmanətdar oğlana yox desəniz, onun könlünü qırmış olarsınız. Möminin qəlbini qırmaq, onu incitmək böyük günahdır. Rədd cavabı verdiyiniz adam özünü təhqir edilmiş sayacaq, mənəvi əzab çəkəcək və bu fəsadın səbəbkarı siz olacaqsınız. Həmçinin, əgər oğlanla qızın bir-birinə meyli varsa, onlar bu halda sizdən icazəsiz evlənməyə cəhd göstərəcəklər ki, bu da arzuolunmaz haldır.

Imam Rza (ə) kasıblığına görə oğlana qız verməyən atalara nəsihət verirdi: “Dinini və xasiyyətini bəyəndiyin adama qızını ver. Onun kasıblığı sənə mane olmasın. Çünki Allah buyurub: “Allah onların hər birini Öz geniş lütfü (kərəmi) ilə ehtiyacsız edər” (Nisa, 130). “Aranızda olan subay kişiləri və ərsiz qadınları, əməlisaleh (yaxud evlənməyə qabil) kölə və cariyələrinizi evləndirin. Əgər onlar yoxsuldurlarsa, Allah öz lütfü ilə onları dövlətli edər” (Nur, 32)” (yux. mənbə).

Həzrət Mühəmməd Peyğəmbər (s) hətta öz qohumu olan qadınları əsil-nəsəbcə onlardan aşağı dərəcədə olan kişilərə ərə verməkdən çəkinmirdi. Peyğəmbərin yaxın qohumu və Bəni-Haşim soyunun mənsubu olan bir neçə qadın o həzrətin xeyir-duası ilə sosial status baxımından özlərindən qat-qat aşağıda duran kişilərlə ailə qurmuşdu. Məsələn, Peyğəmbər öz əmisi Zübeyr ibn Əbdülmüttəlibin qızı Zübaəni səhabəsi Miqdad bin Əsvəd Kindiyə ərə vermişdi. Miqdad Ərəbistanın cənubundakı Həzrəmovt məntəqəsində doğulmuşdu, atasının adı Əmr idi. Bəni-Kində qəbiləsindən bir nəfəri ağır yaraladığı üçün o yerlərdən qaçıb Məkkəyə gəlmişdi. Məkkədə Əsvəd ibn Əbdi-Yəğus Zühri onu oğulluğa götürdü; bundan sonra onu Miqdad ibn Əsvəd çağırmağa başladılar. Miqdad Islamın ilk günlərində iman gətirmişdi, hətta bəzi müəlliflər onu ilk yeddi müsəlmandan biri hesab etmişlər. Peyğəmbər buyurub ki, Allah bu 4 nəfəri sevir və onları sevməyi mənə də əmr edib: Əli ibn Əbu Talib (ə), Miqdad, Əbuzər və Salman.

Peyğəmbərin hədislərindən məlum olur ki, o həzrət, Zübaəni Miqdada ərə verməyi məhz cəmiyyətdəki təbəqələşmə ilə mübarizə üsulu kimi qəbul edir və müsəlmanlara nümunə gətirirdi: “Bunu ona görə etmişəm ki, biləsiniz: Allah yanında ən hörmətliniz Islamı ən gözəl şəkildə yaşayanınzdır” (Kənzül-ümmad, I, 78, hədis 313).

Əlbəttə, sosial baxımdan qeyri-bərabər insanların evliliyinin bəzi arzuolunmaz cəhətləri də meydana çıxır ki, Peyğəmbərin bibisi qızı Zeynəb bint Cəhşlə o həzrətin azad olunmuş köləsi və oğulluğu olan Zeyd ibn Harisənin izdivacı buna nümunə sayıla bilər (bu barədə məqalənin növbəti bölümlərində məlumat veriləcək).

 

2. Qızı tez ərə vermək məsləhətdir

 

Islam müqəddəslərinin tövsiyələrində qız atalarına öz qızlarını ərə verməyi çox yubatmamaq məsləhət görülür. Bəlkə də müasir şəraitdə bu tövsiyələri birmənalı qəbul etmək çətindir. Amma qızların yalnız ailə daxilində fəaliyyət üçün tərbiyə edildikləri, cəmiyyət içində qadınların yüksək mövqe və karyeraya malik olmadıqları və heç bu barədə düşünmədikləri keçmiş dövrlərdə bu tövsiyələr tamamilə yerində səslənirdi. Halal ruzi ilə dolanan ailələrin maddi vəziyyəti bir qayda olaraq çətin olurdu. Ona görə qızı tez ərə vermək həm də onu saxlamaq yükündən xilas olmaq kimi qəbul edilirdi. Xüsusilə, qız uşaqlarının tez həddi-büluğa çatdıqları isti iqlimlərdə izdivacı yubatmaq muəyyən fəsadlara da gətirib-çıxarırdı. Vaxtında ailə qurmayan qızlar ya fizioloжi cəhətdən müxtəlif xəstəliklərə düçar olur, ya da əxlaq pozğunluğuna yuvarlanırdılar. Həm də təcrübə göstərir ki, qız üçün gələn elçiləri bəyənməyən və daha yaxşısını gözləyən valideynlər çox zaman axırda yanıldıqlarını görürlər və keçmiş elçilərlə niyə razılığa gəlmədiklərinə görə peşmançılıq çəkirlər.

Imam Rza (ə) qızı tez ərə vermək barədə buyurub: Bir gün Cəbrail Həzrət Mühəmməd Peyğəmbərə (s) nazil olub söylədi ki, Allah-təala Sənə salam göndərib buyurur: “Bakirə qızlar ağacın meyvəsi kimidirlər. Meyvə yetirşdikdə, onu dərməkdən savayı əlacı olmaz. Əks halda günün istisi və külək onu zay edər. Qız uşaqları da yetkinlik yaşına çatanda əlacları yalnız ərə getməkdir. Əks halda fitnədən amanda qalmazlar”. Bundan sonra Peyğəmbər camaatı toplayıb minbərə qalxdı və Allahın əmrini onlara çatdırdı (Biharül-ənvar, XVI, 223). Islamda qızı erkən yaşda ərə vermək o qədər təkid edilib ki, hətta müqəddəslərimiz qızın ilk heyz dövrünü ər evində keçirməsini atası üçün savab saymışlar.

Əlbəttə, oxucular heç də bizim yetkinlik yaşından əvvəl bağlanan nikahları təbliğ etdiyimizi düşünməsinlər. Əvvəla, ölkəmizin iqlim şəraitinə uyğun olaraq qızlar onsuz da isti Şərq ölkələrindəki qızlara nisbətən xeyli gec yetkinləşirlər. Ikincisi, biz düynyəvi dövlətdə yaşayırıq və ona görə ölkəmizin qanunlarına, o cümlədən, Ailə Məcəlləsindəki yaş həddinə riayət etməyə borcluyuq. Üçüncüsü, onsuz da müasir sosial şərait bu məsələyə baxış bucağını dəyişdirib. Qızlar keçmiş zamanlara nisbətən daha çox təhsilə, işləməyə, sosial status qazanmağa, cəmiyyətdə öz yerini tapmağa, karyera qurmağa meyllidirlər. Əgər təqribən 100 il bundan əvvəl Azərbaycanda ərə gedən qızların orta yaş həddi üçün 13-14 yaş normal sayılırdısa, bu gün qızların nə fizioloжi, nə psixoloжi, nə sosial göstəriciləri, nə də yaşadıqları ailənin iqtisadi səviyyəsi buna imkan vermir. Istisna etmirik ki, karyera qurmaq istəyinin müsbət cəhətləri oduğu kimi, mənfi cəhətləri də olur. Bəzən qızlar təhsil və işə o qədər aludə olurlar ki, ailə qurmağı ikinci plana qoyur, illəri ötürür və sonra bunun acı nəticəsini hiss edirlər. Bəzən isə müxtəlif növ insanlarla qarşılaşdıqları sosial həyatda asanlıqla aldanır, hətta pis yollara da düşürlər. Əlbəttə, bu kimi mənfi halların qarşısını almaq üçün qızın ailədə sağlam tərbiyə alması, valideynlərin ona yerində məsləhət vermələri və nəzarət etmələri mühüm amildir.

(ardı var)

Yerləşdirilib:2 İyul, 2012, Baxılıb:10276, Çap
 

Son şərhlər : 9
Müəllif: Bende | 2 İyul, 2012  18:41
# Ответить
+8


]]>]]>

Maraqli yazi ucun teshekkurler.Menim zennimce qadin ucun en yaxsi yash 21-22dir.Genc yashda qurulan ailelerde fesadlar cox olur.Qiz gerek ozunu derk ede ki,gedib qaynana-qaynatali yere dushende de soz sohbet olmasin.
Müəllif: Ibrahim | 3 İyul, 2012  10:23
# Ответить
0


]]>]]>

Verdiyiniz məlumatlara görə təşəkkürlər. Çox təəssüf olsun ki, burda yazılan məlumatlar bu günümüzün dırnaqarası istəkləri ilə üst-üstə düşmür. Allah razı olsun !!!
Müəllif: xedice | 4 İyul, 2012  00:24
# Ответить
+3


]]>]]>

SALAM ALLAH RAZI OLSUN HAMIDAN,EZIYYET CEKENLERDEN MEQALAEYE GORE
Müəllif: Xedice | 8 İyul, 2012  12:29
# Ответить
0


]]>]]>

Cox Sagolun Bu Gozel Melumatlara Gore Cox Gozel Idi Hetda Maraqli Idi ALLAH Sizden RAZI OLSUN AMIN
Müəllif: Anan | 10 İyul, 2012  12:27
# Ответить
0


]]>]]>

Assalamu aleykum.bize bilmeyimiz vacib olan melumatlari catdirdigiviza gore cox sag olun.
Müəllif: xezer | 22 Sentyabr, 2012  20:01
# Ответить
0


]]>]]>

assalamu aleykum.bizi islam haqqinda melumatlandirdiginiza gore ALLAH sizden razi olsun

































Müəllif: Reyhan | 1 Oktyabr, 2012  11:49
# Ответить
0


]]>]]>

Mence de ne kişi, ne de qadın evlenmeyi gecikdirmemelidirler. Həm fizioloji hem de yaş baxımından menfi neticelere sebeb olur. Ümumiyyetle kim özünü evlilik üçün hazır hiss edirse, evlenmeyi gecikdirmesin. Düzdür her iki cins üçün erken nigahi düzgün saymiram, amma dovletimizin müəyyən etdiyi yaş həddi qizlarimizcun uygundu amma oglanlarcun deyil cunki aileni temin edən tərəfin kişi olduğunu nəzərə alsaq, ilk növbədə onun işi olmalıdır hem de duşüncə tərzi də geniş olmallıdır ki, ailəsi haqqında əhəmiyyətli qərarlar aldıqda səhvlərə yol verməsin.
Müəllif: senetkar | 19 İyul, 2013  23:57
# Ответить
0


]]>]]>

salamlar her kese ayle xowbextliyi arzu edirem
Müəllif: fatma | 16 Aprel, 2015  16:11
# Ответить
-1


]]>]]>

men bele dusunmurem tez evlenmek pisdir qizlari tez evlenmeye mecbur etmeyin neticesi bisdi.
Adınız |
Mətn
Captcha
|
Captcha
© 2019 Saytın materiallarından istifadə edərkən xahiş edirik www.ISLAM.az saytına istinad edəsiniz.
Copyright 2002-2016, Dini Araşdırmalar Mərkəzi, Bütün hüquqlar qorunur www.islam.az
Arzu və istəkləriniz üçün admin@islam.az
  SpyLOG Saytı düzəldib: 313wb.com