HAMININ KEÇƏCƏYİ KÖRPÜ – SIRAT (birinci məqalə)

Sırat – ərəb dilindən tərcümədə yol deməkdir. Lüğət alimlərinin bir qismi (o cümlədən, Süyuti) bu kəlmənin ərəb dilinə latın dilindən keçdiyini və “strata” sözündən qaynaqlandığını bildirirlər.

Qurani-kərimdə bu söz tez-tez “sıratül-müstəqim” (istiqamətlənmiş, doğru yol) ifadəsi şəklində işlədilir ki, müxtəlif təfsirlərdə bunu İslam dininə inanmaq, halal-haramlara riayət etmək və hətta İmam Əli ibn Əbu Talibin (ə) imamətini qəbul etmək kimi yozurlar.

TÜKDƏN NAZİK, QILINCDAN İTİ YOL

Sırat körpüsü tükdən nazik, qılınc tiyəsindən itidir. Alimlərin bəziləri bu cəhəti hərfi mənada deyil, məcazi mənada qəbul etməyi tövsiyə edirlər. Yəni İslam müqəddəsləri sıratın bu qədər nazik olduğunu bildirməklə, əslində onun üzərindən keçməyin nə qədər çətin və təhlükəli olduğunu göstərmək istəyiblər.

Bəzi hədislərdə deyilir ki, hər kəs öz əməllərinə uyğun olaraq müəyyən bir nur dəhlizinin içində sırat körpüsündən keçəcək. Qurani-kərimdə möminlərin sıratdan keçməsi belə təsvir edilir: ”Onların (iman) nuru (qıl körpüsü üstündə onlara yol göstərmək üçün) önlərindən və sağ tərəflərindən axıb şölə saçarkən onlar belə deyəcəklər: ”Ey Rəbbimiz! Bizim nurumuzu tamam-kamal elə və bizi bağışla. Həqiqətən, Sən hər şeyə qadirsən!“ (Təhrim, 8). Əksinə, münafiqlər sırat körpüsünün üzərində nursuz qalıb möminlərdən nur istəyəcəklər, amma onların xahişi rədd olunacaq (Hədid, 13).

Əslində sırat körpüsünün eni öz-özlüyündə eynidir. Amma hər kəsin hissiyyatı bu yola fərqli reaksiya göstərəcək. Möminlərin nur aurası onları alovdan qoruyacaq, həm də bu nur möminlərin yoluna işıq saçacaq və onlar rahat şəkildə sıratdan keçəcəklər. Amma kafirlərin və münafiqlərin yolu zülmətə dönəcək. Onları nə alovdan qoruyan vasitə, nə də yollarını aydınladan nur olacaq; buna görə də qaranlıqda yolu azıb cəhənnəm uçurumuna yıxılacaqlar.

Əllamə Məclisi “Biharül-ənvar” kitabında Əbu Hüreyrədən rəvayət edir ki, İslam Peyğəmbəri buyurub: “Cəbrail nazil olub soruşdu: “Ya Mühəmməd! Sənə müjdə verimmi ki, sıratın üzərindən necə (nəyin köməyi ilə) keçəcəksən?”. Dedim: ”Bəli“. Dedi: ”Sən Allahın nuru ilə keçəcəksən, Əli sənin nurunla keçəcək, sənin ümmətin isə Əlinin nuru ilə keçəcək. Allah hər kimə nur verməsə, onun nuru olmaz“ (Biharül-ənvar, VIII, 69).

Bunu da qeyd edək ki, sıratın yolu heç də düz və bircinsli deyil. Peyğəmbər buyururdu ki, sıratın üzərində dərin bir dərə vardır. Bu dərənin enişi, yoxuşu və içində maneələr vardır. Peyğəmbərdən və Əhli-beytdən savayı hər kəs bu dərədə əziyyət çəkəcək – kimisi az, kimisi də çox.

HƏTTA CƏNNƏTƏ GEDƏNLƏR DƏ SIRATIN ÜZƏRİNDƏN KEÇƏCƏKLƏR

Sırat elə bir yoldur ki, axirət aləmində hər kəs buradan keçəcək. Həm cənnətin, həm də cəhənnəmin yolu buradan keçir. Yalnız sırat körpüsünü adlamaqla cənnətə və ya cəhənnəmə düşmək mümkündür. Qurani-kərimdə həmin məsələ bu şəkildə bəyan edilir: ”Sizdən elə bir kəs olmaz ki, oraya (cəhənəmə) varid olmasın“ (Məryəm, 71). Buradakı ”vürud“ kəlməsi daxil olmaq deyil, keçmək, ötmək mənasını verir.

Hamının sırat körpüsündən adlamasının səbəbini alimlər belə izah edirlər: Sıratdan keçmək həm möminlərin, həm də kafirlərin vəziyyətində dəyişiklik yaradacaq. Yəni kafirlərin əzabının üzərinə əzab gələcək. Onlar əvvəlcə sırat körpüsünün üzərində əziyyət çəkəcək, sonra oradan cəhənnəmə yuvarlanacaqlar. Cənnət əhli isə sıratdan keçərkən cəhənnəmdəkilərin ah-naləsini eşidəcək və bütün bunlardan xilas olduqlarına görə şükr edib sevinəcəklər. Bu, möminlərin sevinc və həzzini daha da artıracaq. Bəzi möminlər isə əməllərinə uyğun olaraq sırat körpüsünü çətinliklə keçəcəklər ki, bu da onların həmin günahlardan təmizlənmələrinə və cənnətə pak halda girmələrinə səbəb olacaq.

MANEƏLƏRLƏ DOLU KÖRPÜ

Sırat körpüsünün üzərində maneə rolunu oynayan keçidlər olacaq ki, yalnız müəyyən məsələlərə dünya həyatında riayət etmiş kəslər bu keçidlərdən buraxılacaqlar. Həmin məsələlərlə bağlı günah edənlər isə o keçidlərdən irəli keçməyəcəklər, yəni sıratdan cəhənnəmin içinə yuvarlanacaqlar. Bu keçidlərin (maneələrin) nədən ibarət olması barədə rəvayətlər fərqlidir. Hədislərin birində İmam Cəfər Sadiq (ə) buyurub ki, başqasına zülm edən kəs sıratın üzərindəki keçiddən keçməyəcək. Həzrət Mühəmməd Peyğəmbər (s) isə sıratın keçid nöqtələri haqqında buyurub: “Qiyamət günündə sıratın iki başında sileyi-rəhim (qohumlarla mehribanlıq) və əmanətə sədaqət yerləşdiriləcək (yəni bunların yoxlandığı məqamlar olacaq). Qohumlarla mehriban olan və əmanəti qoruyan şəxs keçib cənnətə girəcək. Amma əmanətə xəyanət edən və qohumlarla əlaqəni kəsən adam sıratdan keçəndə heç bir başqa xeyir əməl ona yardım etməyəcək və o, cəhənnəm alovunun içinə yuvarlanacaq” (Biharül-ənvar, VIII, 67).

Başqa bir hədisdə sırat körpüsünün üzərində sileyi-rəhimlə əmanət, namaz və ədalətdən ibarət üç maneənin (keçidin) olduğu bildirilir.


Yerləşdirilib:20 İyun, 2012, Baxılıb:10766, Çap
 

Son şərhlər : 12
Müəllif: xedice | 20 İyun, 2012  22:46
# Ответить
+9


]]>]]>

SALAM ALLAH RAZI OLSUN, AY ALLAH OZUN ESIT SESIMIZI OZUN O GUNDE KOMEK OL BIZLERE SIRAT KORPUSUNDEN RAHAT KECEK YA ALLAH, AMINNNNNNNNNNNNNN
Müəllif: Gulnar | 22 İyun, 2012  12:54 | Ответ на #9
# Ответить
+7


]]>]]>

Amin, qarshilashdiqimiz bu dunyanin edaletsizliyinden umudimiz bu gunedir, Allah ozu komek olsun ki, aglimiz bashimizdan cixmasin, gunah emel etmeyek, o gun Allahin huzuruna alniaciq ve uzuag qayidaq, Amin
Müəllif: Nazim | 21 İyun, 2012  04:53
# Ответить
+7


]]>]]>

Ehli-Beyti sevib ve onlarin ardinca qedenler yaqinki Sirat korpusunden kecib cennete daxil olacaqlar Inshallah.Tutmushuq Ehli-beytin eteyinden Haqq Allaha teref qedirik, Aqalarimiz 12 Imam bizlere siratda el yetirerler Inshallah.Saleh emmeller dadimiza catar eqer etmishikse eks halda cox cetin keciddi Sirat korpusu.Allahdan butun 12 Imam Ashiqlerini Siratdan asanliqla kecib cennete daxil etmesini dileyirem.Meqale ucun teshekkur.
Müəllif: Gulnar | 22 İyun, 2012  12:51
# Ответить
+7


]]>]]>

salam, ilk novbede men sizi bele bir sayt acmaginiza gore sonsuz teshekkurumu bidirirem, Allah komeyiniz olsun, cox sag olun
Müəllif: Lawliiet | 31 Avqust, 2012  22:58
# Ответить
+2


]]>]]>

Haz06 Ben Şude Teyze'den e7ok etkilendim. O df6nemde yaşadıklarıyla illigi e7ok e7arpıcı hikayeler var. Defalarca sabah kalktığında tfcnelden evinin bahe7esine taşınmış Boşnak şehitlerinin cesetleriyle karşılaşmış. Daha onların kanlarını gfcnlerce uğraşıp temizlemesi bitmeden, yine bahe7esi f6lfc askerlerle doluyormuş. Benim ie7in Kurtuluş Savaşı yıllarında kahramanlık ve fedakarlıkları anlatılan Anadolu kadınının temsili gf6rfcntfcsfc bu fotoğraf artık. Artık o anıları okuduğumda hep Şude Teyze'yi hayal edicem
Müəllif: Aytac | 4 Aprel, 2014  14:01
# Ответить
+1


]]>]]>

ALLAH hamimiza komek elesin AMIN insallah
Müəllif: selmi | 4 Aprel, 2014  14:11 | Ответ на #1616
# Ответить
+2


]]>]]>

baci men de sene qosuluaram
Müəllif: Gulnar | 4 Aprel, 2014  14:06
# Ответить
+2


]]>]]>

Bezi insanlar bunu oxuduqda qorxurlar o dunyanin cetinliyine doze bilmeyceyini fikirlesirler ALLAH hamimizi yaradib eslinde biz bu dunyada aktyor rolunu oynayiriq.Bir gun hamimizin kececeyi yol "Sirat korpusu gedeceyi yer ise insallah cennet olar.AMIN!!!!!!!!!!!!!!!!!!!!!!!
Müəllif: Nubar | 4 Aprel, 2014  14:09
# Ответить
+2


]]>]]>

Alah hamimizi pis emelerden cekindirsin seytanin serinden uzaq elesin Biz de Sirat korpusun rahat kecek AMIN!
Müəllif: Sevda | 22 Aprel, 2014  19:14
# Ответить
+2


]]>]]>

Allah ozu komey olsun...Yaxsi insanlar o korpuden rahat kececekler...ALLAHIM sen meni dogru yola yonelt...
Müəllif: ilahe | 17 Oktyabr, 2014  22:37
# Ответить
+2


]]>]]>

men size bu meqaleye gore tesekkur edirem Allah homeyiniz olsun ...inwAllah gunah emellerden cekilib seytana aldanmariq ve inwAllah sirat korpusunden rahatliqla kecib Allahimizin yaninda alniaciq ola bilerik amin
Müəllif: Razi | 19 İyun, 2015  04:16
# Ответить
0


]]>]]>

amin inwaallah
Adınız |
Mətn
Captcha
|
Captcha
© 2018 Saytın materiallarından istifadə edərkən xahiş edirik www.ISLAM.az saytına istinad edəsiniz.
Copyright 2002-2016, Dini Araşdırmalar Mərkəzi, Bütün hüquqlar qorunur www.islam.az
Arzu və istəkləriniz üçün admin@islam.az
  SpyLOG Saytı düzəldib: 313wb.com