Ölmüş qardaşın ətini yemək - QEYBƏT

Bir kəsin mənfi xüsusiyyətlərini və ya açılmasını istəmədiyi eyiblərini onun olmadığı bir yerdə müzakirə etməyə qeybət deyilir. Diqqət yetirilməli məsələ budur ki, qeybətin mövzusu həqiqət olsa da, yəni qeybət olunan şəxsdə həmin mənfi sifətlər olsa da, onları faş etmək günahdır.

Əgər deyilən sifətlər həmin adamda olmasa, artıq bu, iftira sayılır və daha ağır günaha çevrilir. Bir kəsin həm zahiri görünüşü, həm xasiyyəti, həm əməlləri, həm ailə üzvləri, həm də yaşayış səviyyəsi, evi, peşəsi qeybətin mövzusu ola bilər.

Qeybət etmək İslam dinində çox məzəmmət olunur. Quranda bu barədə buyurulur: “Bir-birinizin qeybətini etməyin! Sizdən biriniz ölmüş qardaşının ətini yeməyə razı olarmı?!” ("Hücurat”, 12). Ayənin mənası budur ki, müsəlmanın ölmüş adam əti yeməsi nə qədər dəhşətlidirsə, qeybət etməsi də bir o qədər ağır günahdır.
Hədislərdə buyurulub ki, hər kim başqasının eyiblərini açıb ifşa etsə, Allah da onun öz eyiblərini açar və onu rüsvay edər. Qeybət söhbətində hətta susmaq şərti ilə olsa belə, iştirak etmək günahdır. Hər kim bir müsəlmanın qeybətinin edildiyini görüb-eşitsə, onu müdafiə etməli və qeybətçilərə etirazını bildirməlidir. Qeybət etməyin günahını həmin adamdan halallıq almaqla yumaq olar.

Rəvayətlərdə gəlib ki, oruc tutduğu halda qeybət edən adamlara Peyğəmbərimiz deyirmiş ki, onların orucları batildir. Çünki qeybət ediblər. Bundan əlavə, hətta insanın nəfəsinin ətrinin pis qoxu almasına səbəblərdən biri kimi qeybət göstərilir.

Bəzi istisna hallarda qeybət etməyə icazə verilir. Məsələn, adam bir kəsin əmanətə xəyanət etdiyini bilirsə, həmin adama əmanət vermək niyyətində olan insana bu barədə xəbərdarlıq edə bilər. Yəni, bir insanın başqa müsəlmanlara hər hansı zərər vura biləcəyini önləməyə başqa yol olmasa, xəbərdarlıq məqsədilə onun əməlləri deyilə bilər. Həmçinin, öz eyibləri və günahları ilə öyünən, bunların ifşa olunmasından utanmayan adamın qeybətini etmək günah sayılmaz.

islam.az

 


Yerləşdirilib:30 May, 2012, Baxılıb:6356, Çap
 

Son şərhlər : 5
Müəllif: Nazim | 2 Oktyabr, 2012  20:55
# Ответить
+4


]]>]]>

Salam aleykum.Qeybet cemiyetimizin en belali yerindendir.Qeybetsiz sohbet indi deficitdir tapilmir ele bilki bashqa sohbet ednde bosh soz kimi baxirlar bele sohbete, daha qanina ishleyib bu milletin.Bu problemi calishib hell etmeliyik.Teshekkur.
Müəllif: Ruqeyye | 3 Mart, 2013  17:07
# Ответить
+3


]]>]]>

qeybet butun dovrler ucun haram sayilib.butun peygemberlerde haram buyurub/sag olun meqaleye gore
Müəllif: Nuray | 27 İyul, 2013  07:52
# Ответить
+1


]]>]]>

Salam.indi umumiyyetle qeybetsiz sohbet yoxdu.. Teessuf :(
Müəllif: nura | 2 Aprel, 2015  13:59
# Ответить
+2


]]>]]>

Heqiqetende qeybet çox pis şeydi. Biz ne qeder desekki qeybet etmirik yalan demiş olarıq .bu deqiqe ele insan yoxdu ki qeybey elemesin. Birine deyendeki qeybet eleme deyir nolsunki sözün düzünü deyiremde .melumata gpre teşekkür
Müəllif: nura | 2 Aprel, 2015  14:05
# Ответить
0


]]>]]>

Heqiqetende qeybet çox pis şeydi. Biz ne qeder desekki qeybet etmirik yalan demiş olarıq .bu deqiqe ele insan yoxdu ki qeybey elemesin. Birine deyendeki qeybet eleme deyir nolsunki sözün düzünü deyiremde .melumata gore teşekkür
Adınız |
Mətn
Captcha
|
Captcha
© 2019 Saytın materiallarından istifadə edərkən xahiş edirik www.ISLAM.az saytına istinad edəsiniz.
Copyright 2002-2016, Dini Araşdırmalar Mərkəzi, Bütün hüquqlar qorunur www.islam.az
Arzu və istəkləriniz üçün admin@islam.az
  SpyLOG Saytı düzəldib: 313wb.com