CƏBİRƏ DƏSTƏMAZI - Dəstəmaz üzvündə yara olarsa dəstəmaz necə alınır

Cəbirə - Sınıq, yara və bəzi xəstəliklər zamanı bədən üzvünün üzərinə bağlanan sarğıya və çəkilən dərmana deyilir.

Bu zaman şəriətə uyğun şəkildə alınan dəstəmazı “cəbirə dəstəmazı” adlandırırlar. Ümumiyyətlə, bədən üzvlərindəki yaranı su ilə yumaq, eləcə də, məsh etmək zərərli deyilsə, onda adi qayda ilə dəstəmaz almaq lazımdır. Yəni yuyulmalı olan bədən üzvləri yuyulmalı, məsh edilməli bədən üzvlərinin üzərinə məsh çəkilməlidir.
Əgər yara dəstəmazda yuyulmalı olan bədən üzvünün hamısını deyil, bir hissəsini örtürsə və onu yumaq zərərlidirsə, mümkün halda həmin bədən üzvünün yarasız hissələri adi qaydada yuyulur, yaranın üzərinə isə yaş əllə məsh çəkilir. Əgər yaranın üzərinə məsh çəkmək də mümkün deyilsə (məsələn, dərman çəkilibsə), onda təmiz parça salınır və onun üzərinə məsh edilir. Əgər yara dəstəmaz zamanı məsh çəkilməli olan bədən üzvündədirsə və bilavasitə onun üzərinə məsh çəkmək mümkün deylisə, onda yaranın üstünə təmiz parça salınır və parçaya məsh çəkilir. Əgər yara sarğı ilə örtülübsə və sarğı pak deyilsə (məsələn, qan və ya nəcəs dərman sarğının üzünə hopubsa), bu halda yenə sarğının üstünə pak parça salıb məsh etmək gərəkdir. Əlbəttə, sınıq, çıxıq və sairə hallarda gipsin üzərindən bağlanan tənzif sarğısı pakdırsa, onun üzərinə əlavə parça salmağa ehtiyac yoxdur; həmin tənzif sarğısının üzərinə məsh çəkmək kifayətdir. Cəbirə dəstəmazından sonra təyəmmüm etməyin lazım olub-olmamasında məzhəblərin və alimlərin fikir ayrılıqları vardır. Yaranın vəziyyətindən və bədən üzvünü əhatə etmə dərəcəsindən, cəbirənin pak olub-olmamasından, yara ilə birlikdə sağlam hissələrin də örtülüb-örtülməməsindən asılı olaraq, bəzi hallarda cəbirə dəstəmazı aldıqdan sonra həm də təyəmmüm etmək tələb olunur.
Yara, sınıq və sairə sağaldıqdan, sarğı açıldıqdan sonra cəbirə dəstəmazı öz hökmünü itirir; artıq növbəti namazlar üçün adi qaydada dəstəmaz almaq lazımdır.

islam.az

 


Yerləşdirilib:6 May, 2012, Baxılıb:7051, Çap
 

Son şərhlər : 3
Müəllif: Fidan | 9 Sentyabr, 2012  17:14
# Ответить
+1


]]>]]>

Bu melumata ehtiyacim vardi, Allah razi olsun!
Müəllif: Ayka | 8 Yanvar, 2013  14:49
# Ответить
+1


]]>]]>

Salam sizden bir sey sorushmaq isteyirem.Qadinlar namaz qilarken ''iQAMEN'' DEMELIDIRLER?
Müəllif: Tural | 22 Avqust, 2016  03:51
# Ответить
0


]]>]]>

Salam bir ayagi olmayan protezden istifade eden insan ayaga nece mes cekmelidir?
Adınız |
Mətn
Captcha
|
Captcha
© 2017 Saytın materiallarından istifadə edərkən xahiş edirik www.ISLAM.az saytına istinad edəsiniz.
Copyright 2002-2016, Dini Araşdırmalar Mərkəzi, Bütün hüquqlar qorunur www.islam.az
Arzu və istəkləriniz üçün admin@islam.az
  SpyLOG Saytı düzəldib: 313wb.com