DƏSTƏMAZ BARƏDƏ QEYDLƏR

Dəstəmaz – İslam şəriətində ən mühüm əməllərdən biri sayılır. Dəstəmaz öz-özlüyündə müstəhəb (bəyənilən) əməldir, amma bəzi ibadətlərdən qabaq mütləq yerinə yetirilməlidir.

Namaz qılan (cəfəri məzhəbində cənazə namazı istisnadır), həccdə Kəbənin ətrafında təvaf edən şəxsin dəstəmazlı olması lazımdır. Habelə, Quranın yazısına, müqəddəslərin adına toxunmaq üçün (şiə məzhəbinə görə), Quranın vacib səcdəsini icra etmək üçün (əhli-sünnə məzhəbinə görə) də dəstəmaz almaq vacibdir. Ümumiyyətlə isə hər bir mühüm əməldən əvvəl dəstəmaz almaq mstəhəb sayılır. Məsələn, Quran oxuyan, yatmağa hazırlaşan və eləcə də yuxudan qalxan, səfərə çıxan adamın dəstəmaz alması tövsiyə edilir. İslamın sağlamlıq və gigiyenaya verdiyi önəm kontekstində dəstəmaz həm də təmizlik vasitəsi kimi çox faydalıdır.
Dəstəmazın alınma qaydası, vacib və müstəhəb şərtləri barədə İslam məzhəblərinin görüşləri bir qədər fərqlidir. Bunları öyrənmək üçün elmihallara və risalələrə müraciət etməyi məsləhət görürük.
Dəstəmazı batil edən əməllərə gəlincə, bütün İslam məzhəblərində deyilir ki, bədəndən sidik, nəcasət və yel çıxması, ayıqlığın itirilməsi (dərin yuxu, huşu itirmək, sərxoşluq və psixi tutma hallarında) dəstəmazı pozar. Bundan əlavə, şiə (cəfəri) məzhəbinə görə, bədəndən sperma çıxması, cinsi əlaqədə olmaq da dəstəmazı batil edər. Əhli-sünnənin dörd məzhəbində isə fərqli görüşlərə görə, bədəndən irin və buna oxşar maye çıxması, cinsiyyət üzvündən sperma və sidik sayılmayan maye gəlməsi, kişi ilə qadının bədəninin təmasda olması (yəni toxunmaq), kişinin öz cinsiyyət üzvünə toxunması, ağız dolusu qusmaq, namazda qəhqəhə ilə gülmək və hətta dəvə əti yemək də dəstəmazı batil edən əməllər sırasında qeyd olunur. (Bir daha qeyd edirik ki, əhli-sünnə məzhəblərinin özündə də dəstəmazı pozan əməllər barədə fikir ayrılıqları var; yuxarıda sadalanan əməllər dörd məzhəbdən bəzisində dəstəmazı pozur, bəzisində isə pozmur).

Dəstəmaz zamanı yadda saxlayınDəstəmazın alınma qaydaları barədə bəzi sualların oxucular tərəfindən tez-tez verildiyini nəzərə alaraq, onlara qısa şəkildə aydınlıq gətirməyi lazım bilirik:
Birincisi, dəstəmaz zamanı sifəti və qolları bir dəfə yumaq vacibdir, iki dəfə yumaq icazəlidir, üç dəfə və daha çox yumaq isə haramdır. Bu zaman əsas şərt niyyətdir. Yəni insan bir dəfə yumaq niyyətilə sifətini 3 ovuc su ilə də yusa, bir dəfə sayılacaq.
İkincisi, başa və ayaqlara məsh çəkərkən əlləri islatmaq olmaz; əks halda dəstəmaz batil olur (cəfəri məzhəbinə görə). Sol qolu yuduqdan sonra əlləri islatmadan, ovucda qalan su ilə əvvəlcə başa, daha sonra ayaqlara məsh çəkilir. Məsh çəkməzdən əvvəl həmin üzvlərin (başın və ayaqların üzünün) quru olması lazımdır. Əks halda, ovucdakı nəmlik başın (və ya ayaqların) nəmliyi ilə qarışacaq və məsh, kənardan götürülən su ilə çəkilmiş sayılacaq. İstisna hallarda qolları yuyandan sonra ovucda nəmlik qalmasa (məsələn, hava o qədər istidir ki, ovuclar tez quruyur), bu halda icazə verilir ki, adam əllərini saqqalına sürtüb, onun nəmliyi ilə islatsın. Əgər saqqalda da nəmlik qalmamışsa (və ya adamın saqqalı yoxdursa), ovcunu dirsəkdən aşağı qollarına sürtüb islatsın və başına (ayaqlarına) məsh çəksin. Bəzən şiə (cəfəri) məzhəbinə mənsub olanlar ayaqları tərlədiyinə görə, əvvəlcə ayaqlarını yuyur, sonra məsh çəkirlər. Amma bu halda dəstəmazdan əvvəl ayaqları yumaq, qurutmaq, sonra dəstəmaza başlamaq lazımdır.
Üçüncüsü, dəstəmazdan qabaq fikir vermək lazımdır ki, yuyulan və məsh çəkilən bədən üzvlərinin üzərində onların su ilə islanmasına mane olan vasitə qalmasın; əks halda dəstəmaz batil sayılır. Məsələn, qolbaq, üzük kimi bəzək vasitələri dəstəmazdan qabaq ya çıxarılmalı, ya da yuyulan zaman tərpədilməlidir ki, su onların altına keçsin və dərini islatsın. Əl və ayaq dırnaqlarına çəkilən boya (lak) dəstəmazdan qabaq mütləq silinməlidr. Çünki boya dırnağın su ilə islanmasına mane olur. Həmçinin, dəstəmaz üzvlərinin üzərində olan rəng, mürəkkəb ləkəsi, sifətdəki krem, ənlik, dodaq boyası və sairə də mütləq silinib təmizlənməlidir. Amma saç boyası, həna dəstəmaza mane olmaz. Çünki bunlar dəriyə və ya tükə tam hopur, əl sürtməklə hiss edilməyəcək dərəcədə nazik qat əmələ gətirir.

islam.az

 


Yerləşdirilib:21 Aprel, 2012, Baxılıb:22780, Çap
 

Son şərhlər : 25
Müəllif: Bende97 | 2 Avqust, 2012  12:22
# Ответить
+5


]]>]]>

ALLAH RAZI OLSUN
Müəllif: ayten | 8 Avqust, 2012  00:20
# Ответить
+5


]]>]]>

ALLAH ELLERIVE DERD VERMESIN .. COX SAGOL
Müəllif: Melek | 15 Avqust, 2012  15:01
# Ответить
+6


]]>]]>

cox twk edirem.men bele almirdim.inwallah gunah olmaz ele almagim.Allah razi olsun
Müəllif: Fidan | 9 Sentyabr, 2012  17:33
# Ответить
+4


]]>]]>

ALLAH RAZI OLSUN!
Müəllif: murad | 5 Oktyabr, 2012  21:36
# Ответить
+4


]]>]]>

izahli serhe cox sag olun
Müəllif: Aysu | 8 Oktyabr, 2012  16:56
# Ответить
+6


]]>]]>

Cox sagolun men bunu bilmek isteyirdim.ALLAH RAZİ OLSUN
Müəllif: nermin | 13 Oktyabr, 2012  14:06
# Ответить
+3


]]>]]>

Allah razi olsun
Müəllif: Gunes | 4 Dekabr, 2012  21:56
# Ответить
+2


]]>]]>

Allah razi olsun
Müəllif: maya | 21 İyun, 2013  14:32
# Ответить
+2


]]>]]>

Cox sagolun.Allah razi olsun
Müəllif: asef | 11 İyul, 2013  08:44
# Ответить
+2


]]>]]>

Uzr isteyirem ama bilmek lazimdirki bele Temizlikden uzaq Destemaza gore Mescidlere ayaq iyinden girmek olmur.
Müəllif: asef | 11 İyul, 2013  08:49
# Ответить
+1


]]>]]>

Destemazda yumaq hetda Hz Peyqamberimizin sunneti olaraq her uzvu 3 defe yumaq lazimdir.hardaki bunlara emel edilir o Mescide knsanin xosu gelir girende ama bele meshle yola verilen yerlerde insan girib namaz qilanda pis ayaq iyinden secdede insan dura bilmir.Bes dinimiz temizlik dinidir ne oldu unuduldu bunlar? Pis qoxu olan yere Melekler girmirse bura nece Ibadet yeri olacaq?
Müəllif: Afra | 25 İyul, 2013  16:09
# Ответить
+2


]]>]]>

Salam. Mende vesveseler cox olur, namazlarimi cox vaxt demek olarki qilmram tenbellik edirem, en coxda aile probleminden sonra bu hal bas verdi. Gunadirmi. ALLAH RAZI OLSUN
Müəllif: Cavid | 5 Fevral, 2014  14:55
# Ответить
+1


]]>]]>

çox sag olun
Müəllif: Salam | 7 Noyabr, 2014  15:27
# Ответить
+1


]]>]]>

Asef niki temizlikden uzaq ele sizin oz qelbinizdir ki,burada ixtilaf yaratmaga chaliwirsiniz,hansi mescide isteyirsiniz gedin orada qilin,daha niye bow bow daniwirsiniz? Peygemberin sunnetinin nece oldugu kifayet qeder delillerle artiq subut olunub.....amma bu ayri movzudur..qaldi ki, wieler destemazda temiz ayaga mesh cekirler,iftira atmayin,Allahdan qorxun.
Müəllif: Musa | 16 May, 2016  06:16 | Ответ на #1987
# Ответить
+1


]]>]]>

guya şiələrin hamısının ayaqları həmişə təmiz olur?
Müəllif: Samir | 16 May, 2016  15:09 | Ответ на #2767
# Ответить
0


]]>]]>

Sən narahat olma. Təmiz olmayanlar yuyurlar. Ya da gerizəkalılara yuduzdururlar. İkitirəlik salma
Müəllif: Taleh | 8 Noyabr, 2014  13:51
# Ответить
0


]]>]]>

cox sagolun xeyli melumat elde etdim
Müəllif: Salam | 13 Noyabr, 2014  21:29
# Ответить
0


]]>]]>

Buyurun:
"NƏ ÜÇÜN DƏSTƏMAZ ALDIQDA, AYAQLARI YUMAMAQ-MƏSH ÇƏKMƏK LAZIMDIR?
]]>http://al-shia.my1.ru/publ/23-1-0-295]]>"
Müəllif: Seva | 6 Dekabr, 2014  15:27
# Ответить
+1


]]>]]>

Salam size bir sual vermek istiyirem, cox uzr istiyirem istenmeden bele yeni pis üey fikirlesmeden nese axinti gelirse de qusl pozulur? bele halda yeniden qusl almaq lazimdi?
Müəllif: ehliwie | 14 Fevral, 2015  01:43
# Ответить
0


]]>]]>

Allah razi olsjn.mende bele aliram twk
Müəllif: Aytow | 12 Oktyabr, 2015  01:02
# Ответить
0


]]>]]>

Mene bu melumat cox komek olacaq men iki aydi namaza baslamisam ona gore de cox melumatim yoxdu insallah gunah sayilmaz men ele bilmirdim ki ayaqlari yumaq lazimdi ayaqyalin olanda da mesh cekmek lazimdi?
Müəllif: administrator | 12 Oktyabr, 2015  01:07 | Ответ на #2452
# Ответить
0


]]>]]>

Şiə fiqhinə görə dəstəmaz zamanı ayağa məsh edilməlidir. Sünni fiqhinə görə ayaq yuyulur. Hansı məzhəbdənsinizsə ona uyğun əməl edin
Müəllif: Aytow | 12 Oktyabr, 2015  01:05
# Ответить
0


]]>]]>

Menim bu sualima Cavab gec olmazsa yaxsidir Allah razi. Qalsin
Müəllif: Fazila | 16 Oktyabr, 2015  16:16
# Ответить
+1


]]>]]>

Menim oxuduğum ve aydınlaşdırdığım neticeye göre,sünniler ayağı yuyur,başa elini yaş edib mehs çekirler ve her destemaz alacağı beden üzvünü 3 defe yuyur.Mende bele öyrenmişem ilk defe.Bele de edirem ve edecemde eger günde birinin sözüne qulaq assaq çaş-baş qalacayıq.Menim Allahım birdir,peyğenberimHz.Mehemmed peyğemberdir,kitabım Quran,qiblem Kebedir.şie,sünni söhbetindende baş açmıram hele bu vaxda qeder.
Müəllif: Ilhame | 9 Yanvar, 2016  21:05
# Ответить
+1


]]>]]>

Destemaz alarken herden qollarimi yuyanda ayagima su sichrayir,ayagim islanir bir az.onun ustunden mehs edirem.yanlishmi edirem?
Adınız |
Mətn
Captcha
|
Captcha
© 2017 Saytın materiallarından istifadə edərkən xahiş edirik www.ISLAM.az saytına istinad edəsiniz.
Copyright 2002-2016, Dini Araşdırmalar Mərkəzi, Bütün hüquqlar qorunur www.islam.az
Arzu və istəkləriniz üçün admin@islam.az
  SpyLOG Saytı düzəldib: 313wb.com