TƏQLİD NƏDİR VƏ NECƏ TƏQLİD EDİLİR?

Ən çox verilən suallara cavab silsiləsindən

Təqlid – lüğəti mənada nəyi isə boynundan asmaq deməkdir. Ərəb dilində boyunbağıya “qiladə” deyirlər. Dini anlamda isə təqlid – şəriət hökmlərində savadlı və geniş dünyagörüşlü bir alimin (müctəhidin) fətvalarına (dini göstərişlərinə) əməl etməyə deyilir.
Təqlidin zəruriliyi adi məntiqə əsaslanır. İnsanların heç də hamısı dini hökmləri öz mənbələrindən çıxarmağa qadir deyillər. Dini hökmlərin əsas mənbəyi Qurani-kərim və sünnədir. Qurani-kərimdə İslamın yalnız əsas prinsipləri izah edildiyi üçün, alimlər şəriətin xırdalıqlarına Peyğəmbərin və imamların davranış və kəlamlarında cavab tapmağa çalışırlar. Bu mənbələrdən müxtəlif dini və məntiqi metodlarla şəriət hökmlərini əldə etməyə ictihad deyirlər. İctihad çox dəqiqlik tələb edən çətin bir prosesdir. İctihad edən şəxs (ona müctəhid deyirlər) ərəb dilinin bütün incəliklərini, Qurani-kərimi, onun təfsirini, ayələrin nazil olma səbəblərini, hədisləri, hədislərə aid olan elmləri (xüsusilə, hədis ravilərinin həyatını və mötəbərliyini öyrənən rical elmini), fiqh və üsuli-fiqhi, kəlamı, məntiqi mükəmməl bilməli, eləcə də nücum (astronomiya), coğrafiya, tibb, psixologiya və sairə dünyəvi elmlər barədə kifayət qədər məlumat sahibi olmalıdır. Üstəlik, yaşadığı dövrün ictimai-siyasi mənzərəsini düzgün qiymətləndirməyi bacarmalı, müsəlmanların mənafeyini qorumağın müasir yollarını bilməlidir. Bütün bu keyfiyyətlər uzun illik gərgin təhsildən sonra qazanılır. Insanların yalnız cüzi hissəsi bu məqama çata bilər. Ona görə də “bilənlər bilməyənlərdən öyrənsin” qaydasına görə, qalan insanlar öz dini məsələlərini müctəhidlərin tövsiyəsinə əsasən həll etməlidirlər.
Bir çoxları elə düşünür ki, din heç bir qayda-qanuna tabe olmayan, hamı üçün açıq olan bir sahədir və hər kəsin bu sahədə söz demək səlahiyyəti var. Bu insanlar səhv olaraq düşünürlər ki, din hər kəsin qəlb və vicdan işi olduğu üçün, hər kəs dini həyatı öz bildiyi və anladığı şəkildə yaşaya bilər. Düzdür, inanmaq ya inanmamaq məsələsi hər kəsin şəxsi işidir və burada məcburiyyət yoxdur. Amma dindar insan ununtmamalıdır ki, inanmaqla hər şey bitmir. Allaha məhz Allahın istədiyi şəkildə ibadət etmək, halalla haramı fərqləndirmək lazımdır.
Din dəqiq elmdir. Dinin öz möhkəm qayda-qanunları var və bu qayda-qanunları hər kəsin şəxsi istəyinə görə dəyişmək yolverilməzdir. Bu mənada dini tibb elmi ilə də müqayisə etmək olar. İnsan öz sağlamlığını qorumaq istəyirsə, bunu özbaşına tərzdə etməsə daha yaxşıdır. Tibbi savadı olmadan, tibbi avadanlıqlara əli çatmadan və onlarla işləməyi bacarmadan öz-özünə diaqnoz qoyan və kor-koranə müalicə olunan adamın aqibətini təsəvvür edirsinizmi? Bu özfəaliyyət ona həyatı bahasına başa gələ bilər. Dini sahədə də səlahiyyəti çatmadan fikir yürüdən və şəriətə öz anladığı kimi əməl edən adam ən azından özünü axirət aləmində mənfi sonluğa məhkum etmiş olur.
Təqlid məsələsində bəzi mühüm qaydalar vardır:
Birincisi, üsuli-dində kimə isə təqlid etmək olmaz. Yəni Allaha, peyğəmbərə, axirətə başqasının sözü və tövsiyəsi ilə iman bəsləmək düzgün deyil. Insan özü bu istiqamətlərdə düşünməli və bu məsələlərə yəqinlik əldə etməlidir. Çünki təqlid edən şəxs sanki məsuliyyəti başqasının boynuna atmış olur. Amma yuxarıdakı mühüm və prinsipial məsələlərdə cavabdehliyi özgənin boynuna atmaq olmaz, əks halda insan heç iman gətirməmiş sayılar. Həm də Allahın varlığını anlamaq, peyğəmbərlərin müqəddəsliyini dərk etmək, ölümdən sonra başqa bir aləmin mövcudluğunu başa düşmək üçün heç kimin köməyinə ehtiyac yoxdur. Bunun üçün ətrafa bəsirət gözü ilə nəzər salmaq kifayətdir. Ona görə istər Quran ayələri, istərsə də hədislər bizləri düşünməyə, gördüklərimizdən ibrət almağa çağırır.
Amma fürui-din adlanan ibadət qaydalarına aid məsələlərdə təqlid etmək olar və hətta əksəriyyət üçün bu, vacibdir. Məsələn, namaz qılmağın vacibliyini hər kəs Quranı (hətta tərcüməsini) oxumaqla anlaya bilər. Çünki Müqəddəs Kitabda dəfələrlə “namaz qılın” əmri verilir, amma bunu nə şəkildə etmək göstərilmir. Namazın vaxtından, namaz qılanın məkan və libas şərtlərindən tutmuş, namaz əməllərinin ardıcıllığı və şəklinə kimi hər şey müqəddəslərin hədislərində verilib. Hər mövzuda hədislərin sayı çoxdur, hətta bəzi hədislər ilk baxışda ziddiyyətli görünür. Onları oxuyub öyrənmək, mübahisəli məqamlara aydınlıq gətirmək, daha üstün cəhəti ayırd etmək isə müctəhidə qismət olan bacarıqdır.
Beləliklə, aydın oldu ki, insan şəriət əməllərini düzgün yerinə yetirmək istəyirsə ya özü mükəmməl dini təhsil alıb müctəhid olmalı (din alimlərinin bunu təsdiq etməsi şərti ilə), ya da müctəhidə təqlid etməlidir. Amma insanın bunlardan başqa daha bir yolu da var. Bu, ehtiyata əməl etmək yoludur; yəni Islam tarixi boyunca indiyə kimi yaşamış bütün alimlərin əsərlərini oxuyub tədqiq etmək və onların fətvalarını ümumiləşdirmək. Ehtiyata əməl edən adam çalışmalıdır ki, hətta bir alimin haram saydığı əməli belə, etməsin. Yəni, hər hansı məsələ barədə keçmiş və müasir müctəhidlərin əksəriyyəti “halaldır” desələr, amma cəmi bircə müctəhid bunu haram bilsə, həmin əməli o da haram kimi qəbul etsin. Və ya bütün müctəhidlər bir əməli müstəhəb saysalar, amma bir müctəhid “vacibdir” fətvasını vermiş olsa, həmin əməli o da vacib bilib yerinə yetirsin. Göründüyü kimi, ehtiyata əməl etmək çox çətindir. Ona görə də hazırlığı olmayan adamlar üçün ən asan yol təqlid etməkdir.
Qeyd edək ki, təqlid məsələsi həm əhli sünnə, həm də cəfəri məzhəbində qəbul edilir.
Şiə (cəfəri) məzhəbinə görə, insan ibadət əməllərinə başlayarkən, mütləq diri (sağ) olan müctəhidə təqlid etməlidir. Amma bir müctəhidin sağlığında ona təqlid edən şəxs müctəhidin vəfatından sonra da ona təqlid etməkdə qala bilər. Bir müctəhidə təqlid etdikdən sonra onun təqlidini buraxıb başqa bir ölü müctəhidə təqlid etməyə başlamaq olmaz. Təqlidə başlayan şəxs üçün mütləq diri müctəhidin vacibliyi ona əsaslanır ki, dünya inkişaf etdikcə, dünyanın siyasi vəziyyəti, müsəlmanların şəraiti dəyişdikcə, təzə fətvalar verməyə və köhnə fətvalara yenidən baxmağa ehtiyac yaranır, mövcud şərait müsəlmanların mənafeyini fərqli şəkildə dəyərləndirməyi tələb edir.
İnsan hər müctəhidə təqlid edə bilməz. Yuxarıda dediyimiz kimi, müəyyən elmi səviyyəyə çatdıqdan sonra bəzi şəxslər dini hökmləri öz mənbələrindən çıxara bilirlər. Amma onların fətvaları yalnız özləri üçün keçərlidir, başqalarına fətva vermək səlahiyyəti hələ onlara verilməyib. Təqlid edilməyə layiq olan müctəhid bəzi şərtlərə sahib olmalıdır. Belə müctəhidə “cameüş-şərait”, yəni şərtləri özündə birləşdirən müctəhid deyirlər. Müctəhidlərin arasında daha çox elmli, ədalətli və siyasi cəhətdən savadlı müctəhidə təqlid etmək lazımdır. Əgər bu şərtlər baxımından bir neçə müctəhid bərabər səviyyəli sayılırsa, onlardan hər hansı birinə təqlid etmək olar. Müctəhidin ən elmli olduğunu ya insan özü araşdırıb müəyyən etməlidir (savadı çatırsa), ya bu barədə inandığı iki ədalətli və elmli şahidin sözünə inanmalıdır, ya da bir qrup elmli adamın (onların ədalətli olub-olmadığini yoxlamadan) sözünə etibar etməlidir.
Müctəhidə təqlid etmək üçün onu şəxsən görmək və fətvasını eşitmək vacib deyil. Müctəhidin fətvasını etibarlı mənbələrdən (risalədən, video və ya audio yazıdan) əldə etmək kifayətdir; sadəcə olaraq bu mənbənin etibarlı olduğunu öyrənmək lazımdır. Hətta müctəhidin risaləsini oxuya bilməyən adam da ona təqlid edə bilər. Bunun üçün həmin müctəhidə təqlid edən etibarlı bir şəxsdən zəruri məsələləri soruşub öyrənmək də bəs edər.
Bəzən elə insanlara rast gəlirik ki, uzun müddət öz ibadətlərini təqlidsiz olaraq yerinə yetiriblər. Yəni müctəhidə təqlidin vacib olduğunu bilmədikləri üçün ya şəriət əməlləri barədə hər hansı ümumi kitabdan, ya ölü müctəhidin risaləsindən, ya da tanış dindarın şifahi sözlərindən öyrənib əməl ediblər. Belə şəxslər təqlidin vacibliyini bilən kimi dərhal şərtlərə cavab verən diri müctəhidə təqlid etməyə başlamalıdırlar. Keçmiş əməllərini də ya indi təqlid etdikləri müctəhidin fətvaları ilə, ya da o zaman təqlid etməli olduqları müctəhidin fətvaları ilə müqayisə etməlidirlər (yəni ola bilər ki, onlar ibadət etdikləri keçmiş dövrdə təqlid şərtlərinə cavab verən başqa müctəhid yaşayırmış, indiki müctəhid o zaman təqlid olunmağa münasib deyilmiş). Əgər onun keçmiş əməlləri bu fətvalara uyğun olubsa, onları düzgün saymalıdır. Amma hansı məsələlərdə ciddi uyğunsuzluq varsa, onları qəza niyyəti ilə təzədən yerinə yetirməlidir. Ciddi uyğunsuzluq deyərkən, məsələn, ibadətlərin rüknlərində səhv etmək (rüknün nə olduğunu bilmək üçün risaləyə baxmalı) nəzərdə tutulur. Müstəhəb və ya məkruh əməllərdə səhv etmək bura aid deyil.
Əhli-sünnə məzhəbində də təqlid hökmü vardır. Amma şiələrdən fərqli olaraq, sünnilərin diri müctəhidə təqlid etməyə başlamaları vacib deyil. Yəni bu gün namaza başlayan əhli-sünnə müsəlman 500 il bundan əvvəl yaşamış bir alimin kitabına da əsaslana bilər. Yalnız bəzi radikal cərəyanlara mənsub olan məhdud sayda müsəlmanlar təqlidi batil bilirlər.
Əhli-sünnənin 4 ən məşhur məzhəbinin - Hənəfilik, Şafiilik, Malikilik və Hənbəliliyin baniləri olan İmami-əzəm Əbu Hənifə, İmam Şafii, İmam Malik ibn Ənəs və İmam Əhməd ibn Hənbəl də məhz öz dövrlərinin böyük müctəhidləri olublar.

islam.az

 


Yerləşdirilib:17 Aprel, 2012, Baxılıb:22487, Çap
 

Son şərhlər : 15
Müəllif: metanet | 19 İyul, 2012  01:20
# Ответить
+9


]]>]]>

cox sag olun
Müəllif: Cemile | 21 Avqust, 2012  14:16
# Ответить
+17


]]>]]>

salam aleykum ! yaxhsi men XAMNEYI agaya teqlid edirem ama hec onun kitablarindan hecne anlamiram hecne onda ne edim men ? demek olarki tegldi edenden demek sadece dilde teqlid edirem emelde hecne anlamiramki teglid edim (( ? hemdeki ordaki meseleler cetin gelse meselen bashga bir muctehide teglid etmek olar? meselen SHIRAZIYE?
Müəllif: Ahmed | 24 Avqust, 2012  13:57
# Ответить
+4


]]>]]>

Allahın adı ilə! Bilməyənlər bilənlərdən öyrənsin... Allah əhli-beyt yolu ilə gedən müsəlman - şiə qardaş və bacılarımıza kamil təqlid etmək üçün güc və qüvvət versin. Allah böyük islam-şiə alimlərinin bərəkətini artırsın və mərcei-təqlidlərimizin ömürlərini uzun və bədənlərinə sağlamlıq versin inşaallah!
Müəllif: asiman | 3 Sentyabr, 2012  22:16
# Ответить
-1


]]>]]>

ytrfytgyh
Müəllif: asiman | 3 Sentyabr, 2012  22:18
# Ответить
+4


]]>]]>

dinimiz islam
Müəllif: asiman | 3 Sentyabr, 2012  22:19
# Ответить
-1


]]>]]>

000000
Müəllif: asiman | 3 Sentyabr, 2012  22:20
# Ответить
+2


]]>]]>

islam nedir?
Müəllif: Ruslan | 5 Sentyabr, 2012  08:55
# Ответить
+6


]]>]]>

Salam.Muctehidler bize Quranin ayelerinden ferqli ne ise catdirirlar ve ya catdira bilerler?ewitdiyime gore butun stolustu oyunlar wahmat,wawki, damino ve ya her hansi bir wey ise haram buyrulub.Quranda buna aid bir aye var?eger varsa ha niye gore iki muselman qardasin biri deyir ki bu muctehide teqlid edirem damino(her hansisa bir wey)oynaya bilerem.o biri ise deyir ki yox olmaz menim teqlid etdiyim muctehid deyir ki olmaz.ozudeki hemenki adam quranin hansi sa bir ayesini oxuya biler.duzdur ola biler ki sizin yazdiginiz metinde buna aydinliq getirmisiniz ama men yenede yazdim xahiw edirem cavab yazin.....cox sagolun melumatlandirdiginiza gore meni
Müəllif: administrator | 6 Sentyabr, 2012  17:05
# Ответить
+2


]]>]]>

Salam.
Evvela hamidan xahish edirik ki, sualarinizi sual-cavab rubrikasina yollayasiz, burada suallara baxilmir.
Cemile xanim, teqlid haqda yazilib. Siz hansisa muctehide teqlid edirsinizse, ya onun risalesine baxib emellerinizi ona uyqun edin, ya da kitab yoxdursa, bilenlerden sorushun, bize yazin, muctehidinizkimdirse deyin, ona uyqun cavab verilecek. Amma sual-cavab rubrikasina. Muctehidi de deyismek olar. O sehrtle ki, yeni muctehidin evvelkinden daha elmli oduqunu bahsa dushsez.
Ruslan, muctehidler Quran ayelerinden ferqli nese chatdira bilmez. Ona gore de bir chox meseleler var ki, muctehidlerin hamisinda eynidir. Amma bezi meseleler var ki, ne Quran, ne de sunnede onlar barede achiq beyan olmur ve ya sethi melumat olur. O zaman muctehidler oz bilik ve reylerine uyqun fetva verirler. Ferqler bu meqamlarda ortaya chixir.
Müəllif: aygun | 21 Yanvar, 2013  21:59
# Ответить
+1


]]>]]>

heyizli qadin fatiha ixlas feleq surelerini oxuya biler cox saqolun
Müəllif: Ruqeyye | 18 Fevral, 2013  22:47
# Ответить
+1


]]>]]>

vefat etmis muctehide teqlid elemek olar?
Müəllif: Sima | 24 Sentyabr, 2013  20:03 | Ответ на #778
# Ответить
0


]]>]]>

Salam bacim.Eger yeni teqlide baslamisinizsa vefat etmis muctehide teqlid ede bilmezsiz.
Müəllif: Vasif | 26 Fevral, 2014  13:29
# Ответить
0


]]>]]>

vefat etmiw muctehide teqlid etmek olmaz. amma saq olan vaxti teqlid etmisen sonradan olubse teqlidi davam etmekde azadsan
Müəllif: meryam | 20 Sentyabr, 2014  22:01
# Ответить
-1


]]>]]>

men xanmeyi agaya teqlid edirem amma xanmeyi aganin qadinlar ucun seriet hokumleri risalede herbir sey aciqlanmadigina gore men sirazi aganin seriet hokumlerinin izahi qadinlar ucune oxuyub teqlid edirem onun hansisa bir maniyesi var?
Müəllif: Salam | 11 Noyabr, 2014  19:32
# Ответить
0


]]>]]>

Salam Aleykum.Leader.ir Bu Xamanei aganin resmi saytidir,istiftaatda olmayanlari onun resmi saytindan ya da islam.az-in sual-cavab bolumunden soruwun.
Adınız |
Mətn
Captcha
|
Captcha
© 2017 Saytın materiallarından istifadə edərkən xahiş edirik www.ISLAM.az saytına istinad edəsiniz.
Copyright 2002-2016, Dini Araşdırmalar Mərkəzi, Bütün hüquqlar qorunur www.islam.az
Arzu və istəkləriniz üçün admin@islam.az
  SpyLOG Saytı düzəldib: 313wb.com