NOVRUZ BAYRAMINI QEYD ETMƏK GÜNAHDIRMI?

NOVRUZ BAYRAMINI QEYD ETMƏK GÜNAHDIRMI? (2-ci məqalə)

Novruz atəşpərəstlərin bayramı deyil

Novruz bayramına qarşı irəli sürülən ən mühüm iradlardan biri bundan ibarətdir ki, guya bu bayram atəşpərəstliklə bağlıdır və Islam dini ilə ziddiyyət təşkil edir. Bu mövqeyi müdafiə edənlər Novruz bayramında tonqal qalamaq, tonqalın ətrafına toplaşmaq, onun üzərindən atılmaq kimi ənənələri əldə əsas tuturlar. Halbuki, əvvəla, tədqiqatçıların fkirincə, Novruz hələ atəşpərəstliyin (zərdüşti dininin) yaranmasından çox-çox əvvəllər də mövcud olmuş və bayram kimi tanınmışdı.

Novruz hər şeydən öncə, təbiətin bayramıdır. Qədim xalqlar həmin gün qışın soyuğundan, qıtlığından qurtulmağı bayram edirdilər. Novruz – bərəkətli, isti yaz fəslinin gəlişinin əlamətidir. Novruz həyat, hərarət, yaşıllıq və bolluq deməkdir. Təsadüfi deyil ki, həyatın və bərəkətin rəmzi olan buğdadan göyərən səməni bu bayramın ən mühüm atributlarından biridir.

Novruzu atəşpərəstliklə əlaqələndirmək də düzgün deyil. Çünki atəşpərəstliyin rəmzi olan od Novruz bayramının rəmzlərindən yalnız biridir. Şərqdə geniş yayılmış qədim təfəkkürə görə, dünya dörd təbiət ünsüründən yaranmışdır və hər bir təbiət hadisəsi bu ünsürlər əsasında baş verir. Həmin dörd ünsür bunlardır: su, od, torpaq və hava. Novruz bayramından əvvəl qeyd edilən dörd çərşənbə axşamı da bu dörd ünsürə həsr edilb. Od çərşənbəsi bunlardan yalnız biridir. Novruz ənənələri içində su, torpaq və hava (yel) ilə bağlı xeyli mərasimlər mövcuddur. Məsələn, bir-birinin üzərinə su çiləmək, qızların su və üzük vasitəsilə öz bəxtlərini sınaması, torpağın yetirdiyi bərəkət olan buğdadan səməni göyərtmək və s. Tonqal qalayıb, onun üzərindən atılmaq və ya üskü yandırmaq da bu mərasimlərdən biridir. Ona görə də Novruz bayramını yalnız odla əlaqələndirmək və qalan üç ünsürü nəzərə almamaq düzgün deyil.

Eyni zamanda atəşpərəstlikdə od müqəddəs sayılır. Öz ağırlığını, dərd-bəlasını, çətiniyini odun içinə atmaq və bunun vasitəsilə pak olmaq düşüncəsi atəşpərəstliyə uyğun deyil. Zərdüştilikdə atəşgah kahinləri alova yaxınlaşanda hətta ağızlarını dəsmalla örtürdülər ki, alovun paklığına onların nəfəsindən ziyan gəlməsin. Çünki zərdüşt düşüncəsinə görə, hətta insan nəfəsi də alovu murdarlaya bilər. Buna görə də, Novruz tonqallarının başında öz problemlərini, dərd-bəlalarını alova tökmək və belə demək mümkünsə, öz mənfi aurasını alovla təmizləmək ənənəsini atəşpərəstliklə bağlamaq məntiqə uyğun deyil.


Novruz ənənələrindən hansıları Islama ziddiyyət təşkil etmir?

İslam düşüncəsinə görə, bayram – hər şeydən əvvəl sosial mahiyyəti olan bir məfhumdur. Doğrudur, bütün islami bayramların namaz, qüsl, oruc kimi fərdi ibadət əməlləri vardır. Lakin bu bayramların əsas ruhu onların ictimai və kütləvi xarakterindədir. Bayram – insanlar arasında mehribanlıq və sevgi yaradan, sileyi-rəhmi (qohumlar arasındakı bağlılığı) təmin edən, küsülüləri barışdıran, könülləri sevindirən, kimsəsizlərə ümid verən sosial hadisədir. Bu mənada Novruz bayramı Islam düşüncəsindəki bayram anlayışı ilə tam üst-üstə düşür. Xalqımızın çoxəsrlik adət-ənənəsinə görə, Novruz-qabağı evlərdə təmizlik, səliqə-sahman işləri görülür, bayram axşamı ailə üzvləri bir yerə toplaşır, yaxın qonşuların evinə bayram payı göndərilir, bütün ailə üzvlərinə simvolik də olsa hədiyyələr alınır. Bayram axşamında nəinki dirilər, hətta ölülər də unudulmur, onların məzarı ziyarət edilir, ruhlarına rəhmət oxunur. Bayram günü hər şeydən öncə ailənin yaşlı üzvləri, nəslin ağsaqqalları yad edilir, onların görüşünə gedilir. Ağsaqqallar öz nüfuzlarından istifadə edərək küsülüləri barışdırır, narazılıqlara son qoyurlar. Qohum-qonşuda olan kasıb, fəqir insanlar xüsusi qayğı ilə əhatə olunurlar. “Qoy hər kəsin evində bayram axşamı qazan qaynasın” düşüncəsi ilə kasıblara maddi yardım göstərilir. Kimsəsizlər bu gün özlərini tənha hiss etmir, həyata daha artıq ümidlə baxırlar.

Təəssüf ki, bu gün milli irsimizdə şirk və küfr əlamətləri tapmağa çalışan bəzi qüvvələr Novruz mərasimlərinə də təftişçi münasibətlə yanaşırlar. Məsələn, bu mənada bayram axşamının bir ənənəsi olan qulaq falı barədə düşünək: Bu adəti şirk sayanlara rast gəlirik. Lakin onlar unudurlar ki, bu mərasimi insanlar nə keçmişdə, nə də indi ciddi mənada fal kimi yozmurlar. Bu, mistik mahiyyətdən daha çox, əyləncə xarakteri daşıyan adətdir. Islamda da hər hansı hadisəni xeyirə yozmaq, əlamətlərdən xoş nəticə çıxarmaq və gələcəyə nikbin baxmaq müsbət qarşılanır. Buna ”fəl“ deyirlər. Fəl hal-hazırda fal kimi tanıdığımız haram əməldən tamamilə fərqlidir. Çünki fal – gələcəkdən xəbər vermək və kahinlikdir. Amma fəl – baş vermiş bir hadisəni xeyirə yozmaqdır. Peyğəmbərdən: ”Fəl nədir?“ – deyə soruşduqda, ”Hər hansı birinizin eşitdiyi gözəl sözdür“ cavabını vermişdi (Səhihül-Buxari, Tibb kitabı, 5754-cü hədis). Çətinliyə düşmüş ümidsiz bir adam təsadüfən başqa birinin dilindən yaxşı söz eşitsə və bunu xeyirə yozsa, günah qazanmaz. Fəl – bizim anlamda ifadə etsək, qulaq falıdır.
Eləcə də digər əməllərdə həqiqi şirki öz ağlımızda olandan ayırmağı bacarmalıyıq.

Diqqət yetirilməli məsələlərdən biri bundan ibarətdir: Novruz ənənələrinin İslamla ziddiyyət təşkil etmədiyi barədə yuxarıda deyilənlərin səbəbi budur ki, bu ənənələri bu gün şirk səviyyəsində qəbul edən adama demək olar ki, rast gəlmirik. Tonqalı müqəddəs sayaraq onun üzərindən atılan, tonqal qalamağın uğur və xoşbəxtlik baxımından növbəti ilə təsir edəcəyini düşünən, əgər tonqalın üstündən atılmazsa, xoşbəxt olmayacağına inanan şəxs açıq-aşkar şirk etmiş olar. Amma buna sadəcə əyləncə, bayram atributu kimi yanaşmaq şirk sayıla bilməz.

Eynilə də bayram ənənələrindən İslamla qəti uzlaşmayanlardan uzaq olmaq lazımdır. Məsələn, qəbir üstə gedərkən ora yeməli nəsə aparıb qoymaq, bəzi regionlarda ənənə olan gecə çölə su qoyub, səhər o suyu öz üstünə tökmək və bunun bərəkət gətirəcəyinə inanmaq İslamla ziddir, bunların heç bir əhəmiyyəti yoxdur və bunlara inanmaq şirkə səbəb ola bilər. Qəbir ziyarət edib ölümü düşünmək, ölünün ruhuna rəhmət oxumaq isə əlbəttə savabdır.

Amma qeyd etdiyimiz kimi, tarixin müəyyən dövrlərində Novruz bayramı zərdüştilik dininə xeyli uyğunlaşdırılmış və atəşpərəst bayramı kimi tanınmışdı. İslam mənbələrində ara-sıra rast gəlinən və Novruza qarşı mənfi əhvali-ruhiyyə ilə köklənən hədislərin səbəbi də budur. Qeyd edək ki, son dövrlərdə bəzi nüfuzlu ruhanilərin Novruz bayramı və çərşənbə axşamları əleyhinə verdikləri bəyanatların kökündə də bu kimi məsələlər durur. Çünki həmin bəyanat və fətvalarla tanış olan zaman görürük ki, bunlarda Novruz ənənələrinin ləğvi deyil, mövhumat və xürafatlardan təmizlənməsi tələbi qoyulur. Fətvalarda deyilir ki, hər kim həqiqətən alovun ona xeyir gətirəcəyinə, tonqal üzərindən atılmaqla ziyandan qurtulacağına və növbəti ildə fəlakətlərdən amanda qalacağına inansa, bu əqidə şirk kimi dəyərləndirilir. Həmçinin, el şənliklərində fişəng və sairə bu kimi vasitələrə külli miqdarda vəsait xərcləmək də həm israfdır, həm də təhlükəsizlik baxımından zərərdir (çünki bu zaman xeylı bədbəxt hadisələr, fiziki xəsarətlər, yanğınlar baş verir). Amma bu fətvalarda sevinməyin, şadlıq etməyin, səliqə-səhman, təmizlik, sileyi-rəhim, sədəqə kimi əməlləri yerinə yetirməyin heç bir günahı olmadığı, əksinə, savab olduğu bildirilir.

Novruz uşaqların sevincinə səbəb olan bir bayramdır. Keçəl və Kosa kimi personajlara, kəndirbazlara, el pəhləvanlarına tamaşa etmək, yumurta döyüşdürmək, tonqal üzərindən atılmaq uşaqlara xüsusi zövq verir. Buna görə də uşaqları bu sevincdən məhrum etməyə haqqımız yoxdur.





Natiq Rəhimov, islam.az

 


Yerləşdirilib:16 Mart, 2012, Baxılıb:8839, Çap
 

Son şərhlər : 21
Müəllif: MeyLiana | 31 Avqust, 2012  15:51
# Ответить
-1


]]>]]>

Salam. Elektron f6demede kredit kalratrı ve pul kf6e7fcrmeleri fce7fcn istifade olunan plastik kalratrın hamısından faydalana bilirik ya yox? Azerbaycan'da kredit kalratrından istifadesi necedir, yeni insanlar kredit kalratrını istifadeye maraq gf6sterir? Bunu soruşmaqda esas meqsed kredit kartı vasitesiyle ebay, amazon kimi saytlardan alışveriş (bu saytlardan her hansı bir şey almaq olur veya siz alıbsız?) ve paypal sistemine kredit kartın calaşdırılmasıdır. Eğer imakınınız varsa suallarıma cavabınızı sebirsizlikle gf6zleyirem.
Müəllif: administrator | 6 Sentyabr, 2012  16:48
# Ответить
+2


]]>]]>

Salam. Xahish edirik suallarinizi saytin sual-cavab rubrikasina ve ya ]]>admin@islam.az]]> pochtuna gonderesiz.
Müəllif: Nazim | 22 Sentyabr, 2012  21:52
# Ответить
+10


]]>]]>

Salam aleykum.Novruz bayrami muselmanlara yarashan bayramdir ve ushaqlar ucun en sevindirici bir bayramdir.Mutleq islami shertler esasinda qeyd etmeliyik.Teshekkur.
Müəllif: lenkeranli | 18 Mart, 2013  16:22
# Ответить
+6


]]>]]>

assalamu aleykum.tam 1menali demek olarki novruz islam bayrami deyil.amma ehlbeytden gelen hedislerin bezilerinde novruz yeni MEHRIQAN bayraminin bezi ustunluklerine gore bu bayrama toxunulmayib.bu bayrami ancaq VOVKALAR yani VEHHABILER wirk sayir.hezrer imam ELI a-s demiwken BUTUN GUNLERINIZ NOVRUZ KIMI OLSUN..AMIN
Müəllif: Ruqeyye | 19 Mart, 2013  14:24
# Ответить
+4


]]>]]>

esselamu aleykum evvela bayraminiz mubarek.novruz islam dininin bayramidir haminizin bayraminin tebrik edirem
Müəllif: Asim | 16 Mart, 2017  17:44 | Ответ на #908
# Ответить
+1


]]>]]>

Sizin de bayraminiz mubarek !! Fikirlerinizi qarisdirmayin Novruz bayrami Islam bayrami deyil, lakin Islamdan once qeyd olunan nadir bayramlarindandir ki, Islam exlaqina zidd deyil.
Müəllif: Aydin | 21 Mart, 2013  17:46
# Ответить
-3


]]>]]>

ALLAH SENE HIDAYET VERSIN! YALANLARI HARDAN UYDURMUSAN?
Müəllif: Asim | 16 Mart, 2017  17:41 | Ответ на #910
# Ответить
+1


]]>]]>

Burda hansi yalandan gedir ? Aciqlayin belke bizim dusuncemizde sehvlik var. Aciqlamasaniz demeli soz xetrine yalan soz danisan sizsiniz.
Müəllif: Anar | 21 Mart, 2013  22:25
# Ответить
+7


]]>]]>

Ay Aydin, ne uydurulub? Meqaleni oxumusansa, suallarina orda cavab var, her sheyi yaziblar. Umumen millete qarshi ikrahin varsa, milli bayramlarini hezm ede bilmirsense, ele de achiq yaz. Novruz milli bayramdir ve din ile zidd olmayan hisselerini qeyd etmeyin bir problemi niye olmalidir ki?
Müəllif: Novruz | 22 Mart, 2014  10:15
# Ответить
+4


]]>]]>

Min illden chox Azerbaycanda Islam ola ola Novruzu qeyd edibler ve hech problem olmayib. Indi ise bu problem oldu, sorushulur niye? Isteyirler ki, millet oz milli adet enenelirini yaddan chixartsin. Eger min il erzinde bu bash vermiyibse, bundan sonra da bash vermeyecek. Haminizi, min iller boyu kechirdiyimiz Novruz Bayram munasibeti lie tebrik edirem!
Müəllif: nazu | 9 Mart, 2015  23:49
# Ответить
-2


]]>]]>

insanları azqınlıqa yoneldirsiz Allahın lənəti uzərinizə olsun. Amin
Müəllif: Asim | 16 Mart, 2017  17:46 | Ответ на #2104
# Ответить
+1


]]>]]>

Siz neden behs edirsiniz aciqlayin zehmet olmasa. Burda hansi azginliqdan sohbet gedir
Müəllif: Amid | 18 Mart, 2015  02:33
# Ответить
+3


]]>]]>

Yalançilar! Novruz heçvaxt Islam bayrami olmayib.? Ve buna heç bir delil yoxdur. Milletimi sevirem. Amma herşeyden önce Allah ve onun kitabidir, hansindaki yalniz iki bayramin adi çekilib, Qurban bayrami ve Ramazan bayrami.ALLAH xatirine nevsinize uyub harama halal adi verib insanlari azdirmayin.
Müəllif: Asim | 16 Mart, 2017  17:37 | Ответ на #2111
# Ответить
0


]]>]]>

Siz yeqin Latin herflerini oxuyursunuz amma basa dusmursunuz, meqalede harda yazilib ki, Novruz Islam bayramidir. Novruz bayraminda adetler Islam exlaqi ile tamamile ust-uste dusur. Biz her gunumuzu novruz etsek onda esil momin olariq!!
Müəllif: iRasim | 19 Mart, 2015  16:38
# Ответить
+2


]]>]]>

Ay Amid, a bala! Harda yaziblar ki, Novruz Islam bayramidi? KIm deyir? Deyirler ki, qeyd etmek haram deyil, chunki Islamin telebleri ile zidd deyil. Burda nedi etirazin? Neyi yalan deyirler? Oxumaqi oyren evvel de
Müəllif: Shamxal | 21 Mart, 2015  19:34
# Ответить
+1


]]>]]>

Sözlərim novruzu haram sayanlaradı.Dünyada hər şey yolundadı bircə bu bayram qalıb eləbil.Çox cahil adamlarsız.Birdəki NAZU nikli şəxs sən kimsənki Allahın mömin bəndələrinə lənət oxuyursan? Suriyada müsəlmanları qırıllar heç onu demirsiz?!Onun fikrin çəkmirsiz.Mömin Möminin qardaşıdı bilmədiyiniz bir şey üstə mübahisə etməyin!
Müəllif: Cdmarker | 15 Mart, 2016  21:33
# Ответить
+2


]]>]]>

Bayraminiz mübarek!!! En böyuk gunah kimise lenetlemek,sonra da hələ bir amin deməkdir))) mömin olmayan beyem adam deyil o da qardaşdi daa,müselman olmayani qirirlarsa eybi yoxdu? Dinin derdin çox çekenler danişanda zeher püskürürler,üreyi temiz adamlar heç vaxt ayri seçkilik etmirler
Müəllif: AZE | 25 Mart, 2017  16:46
# Ответить
+3


]]>]]>

DUZGUN BAYRAM DEYIL!!!! BIZDEN BASHGA 1-2 DOVLETDE QEYD EDIRLER BU BAYRAMI..O DA KI BIZIM KIMI YOX..1 AY BAYRAM OLAR?? 4 CERSHENBE OLAR? BU COX SACMA BAYRAMDI..KITABDA 2 BAYRAM VAR..UNUTMAYIN..
Müəllif: Lola | 25 Mart, 2017  16:51
# Ответить
+3


]]>]]>

AZE_Sizinle cox raziyam.Tamamile duz deyirsiniz hec bir guclu Islam dovletinde bele bayram qeyd etmirler.Basqa dovletler gulur bize ozum sahidi de olmusam bir nece defe.Artiq xercden basqa bir sey deyil. Nece deyerler deliye gunde bayram ozudeki 1 ay)))))) cox gulunc13417
Müəllif: Salam | 13 İyul, 2017  17:57
# Ответить
0


]]>]]>

Artiq xercdirse siz qeyd etmeyin,bashga dovletler gulurse,gedin hemin dovletlerde yashayin,axmaq axmaq danishib,insanlarin eseblerin pozmayin,bu bayrami qeyd etmek haram deyil,alimler deyir ki,haram deyil,demeli beledir,millet 1 ay yox,lap 1 il bayram eder,size ne dushub?? daha cahil sozlere ehtiyac yoxdur.
Müəllif: Lola | 5 Avqust, 2017  01:14
# Ответить
+1


]]>]]>

Beli men 1 gun qeyd edirem..Ozudeki bu menim shexsi fikrimdi..Axmaq ise sen ozunsen ay salam..Burada hami oz fikrini yazir,men seni shexsen insan saymiram cunki tanimadigin insana axmaq demeye senin ixtiyarin catmir.Burada sabah senin bacin ya da anan da fikrini yaza biler..yazdiqlarini bir daha oxu..o ki qaldi bayrama sen get Qarabagi al sonra gelib 40 gun 40 gece bayram edersen burda ay bisavad..Ocaq qalayib ustunden de tullanarsan..Axirda da deyersen ki biz ateshperest millet deyilik))))))))) Alimler ne dese ona inanmaliyiq beyem? nese etmeliyik beyem? Ozun yaxshi basha dushdun neyi nezerde tuturam..Milletin de adindan danishma!!!!
Adınız |
Mətn
Captcha
|
Captcha
© 2017 Saytın materiallarından istifadə edərkən xahiş edirik www.ISLAM.az saytına istinad edəsiniz.
Copyright 2002-2016, Dini Araşdırmalar Mərkəzi, Bütün hüquqlar qorunur www.islam.az
Arzu və istəkləriniz üçün admin@islam.az
  SpyLOG Saytı düzəldib: 313wb.com