ALLAHIN ƏN ÇOX SEVDIYI ƏMƏL HANSIDIR?

ALLAHIN ƏN ÇOX SEVDIYI ƏMƏL HANSIDIR?
Imam Cəfər Sadiqdən (ə) soruşdular ki, Allahın ən çox sevdiyi əməl hansıdır? Imam cavab verdi: ”Onu həmd etmək“.

Əlbəttə, Allahın bizim həmd və şükrümüzə ehtiyacı yoxdur. Həmd etmək – Allahı tanımaq, Ona iman gətirmək, Onun haqqını qəbul etmək deməkdir, həmd – imanın əlamətidir. Allah öz bəndələrinə qarşı mehriban olduğu üçün onların iman gətirmələrini və mömin olmalarını istəyir. Çünki bu halda onlar bu dünyada öz missiyalarını (Allahın xəlifəsi – canişini olmaq vəzifəsini) yerinə yetirmiş olur, axirətdə isə cəhənnəmdən qurtulub cənnətdə əbədi xoşbəxt həyat qazanırlar.

Kainatda hər şey Allaha həmd və təsbih deyir, yəni Onu mədh edir, öyür, Onun böyüklüyünü və müqəddəsliyini etiraf edir. Hər bir canlı və cansız əşya istəsə də, istəməsə də Allahı öyməklə məşğuldur. Çünki həmin əşya öz varlığı ilə qüdrətli və hikmətli bir Yaradanın mövcudluğunu göstərmiş, sübuta yetirmiş olur. Bu mənada hətta Allahı inkar edən kafirlərin dilləri küfr söyləsə də, vücudları səssiz şəkildə Allaha həmd edir. Qurani-kərimdə buyurulur: “Göylərdə və yerdə nə varsa, (hamısı) Allahı təqdis edib şəninə təriflər deməkdədir. O, yenilməz qüvvət sahibi, hikmət sahibidir” (Hədid, 1). ”Yeddi göy, yer və onlarda olanlar (bütün məxluqat) Allahı təqdis edir. Elə bir şey yoxdur ki, Allaha tərif deyib Ona şükr etməsin. Lakin siz onların (dillərini bilmədiyiniz üçün) təqdisini anlamazsınız. Allah həqiqətən, həlimdir, bağışlayandır!“ (Isra, 44).

Allaha həmd etmək insanın vicdan borcudur. Insan, onu yaratdığına, ona ruzi verdiyinə görə tanrıya şükr və həmd etməlidir. Bunu etməyən adam nankorluq etmiş olur. Amma Allaha yalnız verdiyi nemətlərə görə şükr etmək minnətdarlığın aşağı mərtəbəsidir. Əsl həmd təmənnasız edilir. Mömin insan Allahdan nemət alsa da, almasa da, həmd etməkdən əl çəkməməlidir. Çünki, Allah daima bizə lütf etməkdə və nemət verməkdədir. Sadəcə olaraq, biz bəzi nemətləri nemət kimi anlayır və dəyərləndiririk. Amma bəzi nemətləri isə hətta bəla və müsibət kimi qəbul edirik. Halbuki, Allahın hər bir qəzavü-qədərində bir hikmət, bir xeyir vardır. Bizə pislik və fəlakət kimi görünən hadisələr belə, əslində bizim xeyrimizədir.

Həmd bütün duaların və əməllərin açarıdır. Hər bir duanın əvvəlində bismillah və salavatla yanaşı həmd də deyilsə, o duanın qəbul olmaq ehtimalı artar: ”Əvvəlində həmd olmayan hər dua yarımçıq və naqisdir“ (Imam Sadiq (ə)).

Dini mənbələrdə Islam müqəddəslərinin dilindən rəvayət edilmiş dua və zikrlərdə Allahın ən gözəl ifadələrlə həmdinə rast gəlirik. Allahı ən gözəl şəkildə tanımış olan şəxsiyyətlər Onu rəngarəng sözlərlə həmd etmişlər. Amma bununla belə, həmddə vacib olan təmtəraqlı ifadələr, xüsusi ayinlər deyil, səmimiyyət və ixlasdır. Ən gözəl həmd – xalis niyyətlə, ürəkdən edilmiş həmddir. Rəvayət edirlər ki, bir gün Imam Cəfər Sadiqin (ə) atı itmişdi. Imam buyurdu ki, at tapılsa, Allaha layiq olduğu şəkildə şükr edəcəyəm. Bir müddətdən sonra atı tapdılar və Imam buyurdu: ”Əlhəmdü lillah“. Bunu eşidən bir nəfər o həzrətdən soruşdu: ”Məgər demədinizmi Allaha elə şükr edəcəyəm ki, Onun şəninə layiq olsun?“. Imam bu suala sualla cavab verdi: ”Məgər eşitmədinmi dedim: əlhəmdü lillah?“.

Bir nəfər Imam Sadiqə dedi: ”Allahdan istəmişdim ki, mənə mal-dövlət versin, verdi. Istəmişdim ki, mənə övlad versin, verdi. Istəmişdim ki, mənə ev versin, onu da verdi. Indi qorxuram ki, bundan sonra da istəklərimə davam edib acgözləşərəm“. Imam buyurdu: ”Allaha and olsun ki, həmd etsən, dediyin kimi olmaz (yəni acgöz sayılmazsan)“.

Imam Cəfər Sadiq (ə) Məkkədə həcc ziyarətində olanda bir dilənçi Onun çadırına gəlib yardım istədi. Imam bu zaman ətrafındakılarla birlikdə üzüm yeyirdi. O həzrət, dilənçini yoxlamaq üçün ona bir salxım üzüm verdi. Dilənçi üzümü almayıb dedi: ”Neyləyirəm bunu? Pul ver!“. Imam buyurdu: ”Get, ruzini Allah versin!“. Dilənçi çadırdan çıxdı, bir azdan sonra qayıdıb dedi: ”Eybi yoxdur, o salxımı ver“. Imam ona heç nə verməyib buyurdu: ”Dedim ki, get, ruzini Allah versin“.

Sonra başqa bir dilənçi gəldi. Imam ona üç üzüm dənəsi verdi. Dilənçi üzüm dənələrini alıb yeyəndən sonra dedi: ”Aləmlərin rəbbi olan Allaha həmd olsun ki, mənə ruzi verdi“. Imam ovcunu üzümlə doldurub dilənçiyə tərəf uzatdı. Dilənçi bu payı da alıb: ”Əlhəmdü lillahi rəbbil-aləmin“ dedi. Imam Sadiq (ə) öz nökərindən soruşdu ki, yanında nə qədər pul var? Nökər 20 dirhəmi olduğunu söylədi. Imam həmin pulu da dilənçiyə verdi. Dilənçi yenə dua etdi: ”Əlhəmdü lillah. Ey Allah, bu ruzi Səndəndir. Sən təksən, şərikin yoxdur“. Imam əynindəki köynəyi çıxarıb dilənçiyə verdi və ”əyninə geyin“ dedi. Dilənçi köynəyi alıb geyindi, bu dəfə ”Həmd olsun məni geyindirən və bədənimi örtən Allaha“ sözləri ilə həmd edəndən sonra Imama xitabən dedi: ”Ey Əba Əbdillah! Allah sənə bunun əvəzini versin!“.

Bu hadisəni rəvayət edən səhabə deyir ki, əgər dilənçi bu dəfə də yalnız Allaha həmd etsəydi və Imama təşəkkür etməsəydi, Imamın hədiyyələri yenə davam edəcəkdi.
(hədislər ”əl-Kafi“ kitabındandır).

islam.az


Yerləşdirilib:7 Mart, 2012, Baxılıb:17210, Çap
 

Son şərhlər : 14
Müəllif: melek | 21 İyun, 2012  10:35
# Ответить
+16


]]>]]>

allah her zaman müqeddesdir
Müəllif: Vefa | 26 İyul, 2012  21:26
# Ответить
+11


]]>]]>

ALLAH cox Boyukdu.ELHEMDULILLAH ki,bizlere OZUNU tanidib.Hemd olsun ALEMLERIN REBBINE...
Müəllif: selay | 8 Noyabr, 2012  22:22
# Ответить
+11


]]>]]>

ULU TANRI boyukdur,tekdir...... Hemd olsun ALEMLERIN REBBINE!
Müəllif: bende | 13 May, 2013  12:51
# Ответить
+5


]]>]]>

Cox Sukur
Müəllif: leman | 31 İyul, 2013  23:02
# Ответить
+4


]]>]]>

BELI HEMD SADECE ALLAHA MEXSUSDU ALLAH HAMIMIZA YAR VE ARDIMCIMIZ OLSUN.AMIN. AMIN.AMIN
Müəllif: MEHEBBET | 9 Avqust, 2013  12:35
# Ответить
+3


]]>]]>

WUKRAN BILLAH,WUKRAN BILLAH,WUKRAN BILLAH,WUKRAN BILLAH,WUKRAN BILLAH,WUKRAN BILLAH,WUKRAN BILLAH..........................
Müəllif: mansur | 24 Sentyabr, 2013  20:16
# Ответить
+3


]]>]]>

Allahimiz sukur olsun
Müəllif: Bilal | 2 Noyabr, 2013  18:22
# Ответить
+3


]]>]]>

HEMD OLSUN ALLAHA.ALLAH GUNAHLARIMIZI BAGIWLASIN ( AMiN)
Müəllif: gulnare | 21 Noyabr, 2013  15:06
# Ответить
+3


]]>]]>

allahlma wukur olsun alhemdu lillahi rebim allemim amin
Müəllif: arzu | 20 İyun, 2014  13:54
# Ответить
+4


]]>]]>

Allah her kese hidayet bexs etsin.......AMIN
Müəllif: Aygun | 23 Dekabr, 2014  18:28
# Ответить
+3


]]>]]>

ALLAH TEALA ister bu dunyada isterse de axiretde insanin en yaxin sirdasi ezizi bir sozle basinin tacidir. Tebii ki bunu anlayan bendeler coxdur mence.Allah bizleri Peygeberimiz MEHEMMED Peygember (s.v.s) in ehli beytinden etsin insallah. Ne xos o bendelerin halina ki, onlarr ALLAHIN nezerindedir. Ve ne xos okeslerin halina ki ALLAHIN xeyir duasi o keslerledir. INSALLAH ALLLAH TEALA bizi de o sexlerden bir kimi qebul eder.Amin. Ve bu movzunu yazanlardan ALLAH razi olsun. Movzuya gore tesekkurler. Bele movzulardan cox yazin.
Müəllif: jale90 | 12 Dekabr, 2015  21:22
# Ответить
+1


]]>]]>

ALLAH insanlari sinaga cekmeden onlari cennete qoymaz her an boyuk sinaqlar uzreyik ALLAH yardimcimiz olsun
Müəllif: baxis | 22 Fevral, 2016  17:09
# Ответить
+1


]]>]]>

wukurler olsun bu gunumuze
Müəllif: Aynur | 15 Mart, 2016  06:50
# Ответить
+1


]]>]]>

Sukurler olsun bizi yaradana.Bagislayan ve mehriban,seb.rli,qudret sahibi olan Allahimiza.Ende hemcinin,qosuluram sizin serhlerinize.bizden hereket olmasa Allahdanda bereket olmaz!Emeli saleh olmasaq,estaggfrullah,Bir nov Allahimizi unutmus oluruq.Allahdsn bize sebr,bizi sehv yola atmaga qoymasin.Amin.Hemd olsun Yaradana.
Adınız |
Mətn
Captcha
|
Captcha
© 2018 Saytın materiallarından istifadə edərkən xahiş edirik www.ISLAM.az saytına istinad edəsiniz.
Copyright 2002-2016, Dini Araşdırmalar Mərkəzi, Bütün hüquqlar qorunur www.islam.az
Arzu və istəkləriniz üçün admin@islam.az
  SpyLOG Saytı düzəldib: 313wb.com