QƏLBIMIZI MƏNƏVI XƏSTƏLIKLƏRDƏN QORUMAĞIN YOLLARI (ikinci hissə)

QƏLBIMIZI MƏNƏVI XƏSTƏLIKLƏRDƏN QORUMAĞIN YOLLARI  (ikinci hissə)
QƏLBIN MƏRƏZLƏRI

Qəlbin də xəstəlikləri olur. Özü də bu xəstəliklər artıb-azala bilir: «Onların ürəyində mərəz var. Allah onların mərəzini daha da artırar» (Bəqərə, 10).
Qurani-kərimdə qəlbin mərəzlərindən bir neçəsi sadalanıb: reyb (şübhə), şəkk, inkar, ğəflət, xətm (möhürlənmə), zeyğ və reyn (pas atma), qəsavət (bərkimə, daşlaşma), ğülzət (qatılaşma) və s.
Məriz qəlb Allahdan qafil olar və rəhbərliyə layiq olmaz (Kəhf, 28), öz günahını əsaslandırmaq üçün bəhanə dalınca qaçar (Ali-Imran, 7), sərtləşib daşlaşar (Maidə, 13), pas atar (Mütəffifin, 14), məriz qəlbə Allah möhür vurar (Nisa, 155).

Həzrət Əli (ə) buyurub: «Kasıblıq bəladır. Bədən xəstəliyi bundan pisdir. Qəlbin mərəzi isə bundan daha pisdir. Mal-dövlətin çoxluğu nemətdir. Bədənin səhhəti bundan üstündür. Qəlbin təqvası isə bundan da üstündür» (Mizanül-hikmə, hədis 17011). «Qəlblər üçün günahdan daha pis bəla yoxdur» (Üsulül-Kafi, II, 275). «Kin-küdurət və düşmənçilikdən çəkinin. Çünki bunlar qardaş olan qəlbləri xəstələndirər və onlarda nifaq yaradar» (Üsulül-Kafi, II, 300).
Imam Musa Kazim (ə) buyurub: «Allah-təala Həzrət Davuda (ə) belə vəhy etdi: «Səhabələrinə tapşır ki, şəhvətə aludəlikdən əl çəksinlər. Çünki dünya şəhvəti onların qəlbini bürüyər və mənimlə onların arasında pərdə olar» (Tühəfül-üqul, səh. 397).

QƏLBIN MƏRƏZLƏRINƏ QARŞI DUA

«Ey Rəbbimiz! Bizi doğru yola yönəltdikdən sonra qəlblərimizi azdırma! Bizə öz tərəfindən mərhəmət bəxş et, çünki Sən, həqiqətən, bəxşiş verənsən» (Ali-Imran, 8).
Həzrət Mühəmməd Peyğəmbər (ə) tez-tez belə dua edərdi: «Ey qəlbləri haldan-hala salan! Qəlbimi öz dinində möhkəm (sabit) et!» (Təfsiri-nümunə, II, 445).
Qəlbin xəstəliklərini aradan qaldırmağın və qəlbi qüvvətləndirməyin yolları barədə buyurulub:
Həzrət Mühəmməd Peyğəmbər (s): «Bəndənin qəlbi müstəqim (düz) olmayınca, imanı düzəlməz. Dili düzəlməyincə, qəlbi düzəlməz». «Dəmirə su dəyəndə paslandığı kimi, qəlblər də paslanır». Soruşdular ki, bəs, onun cilası nədir? Cavab verdi: «Ölümü çox yada salmaq və Quran oxumaq» (Mizanül-hikmə, hədis 17049).
Bir nəfər qəlbinin bərkliyindən Peyğəmbərə şikayət etdi. Həzrət buyurdu: «Öz qəlbini yumşaltmaq istəyirsənsə, ehtiyacı olana yemək ver, yetimin başına sığal çək» (Mizanül-hikmə, hədis 17043).
Imam Əli (ə): «Allah heç kimə Quran qədər başqa bir şeylə moizə etməyib. Qəlbin Qurandan savayı cilası yoxdur» (Nəhcül-bəlağə, xütbə 175). «Qəlbin qüvvətlənməsinin kökü Allaha təvəkküldür» (Ğürərül-hikəm, hədis 3082). «Xeyr əhli ilə görüşmək qəlbi abad edər». «Mərifət əhli ilə görüşmək qəlbi abad edər». «Qəlbin abadlığı ağıl sahibləri ilə görüşməkdədir» (Mizanül-hikmə, III, 2615). «Qəlbi sağlam saxlamağın yolu – onu Allahın zikri ilə məşğul etməkdir» (Ğürərül-hikəm, hədis 3083). «Şübhəsiz, Allahın əmrlərinə münasibətdə təqvalı olmaq – qəlbinizin dərdlərinin çarəsi, ürəyinizin korluğunun əlacı, bədəninizin xəstəliyinin şəfası, ruhunuzun çirkinliyinin təmizliyi, gözünüzün pərdəsinin cilasıdır» (Nəhcül-bəlağə, xütbə 197).
Həzrət Əli (ə) Imam Həsənə (ə) vəsiyyətnaməsində yazırdı: «Qəlbini moizə ilə dirilt, zahidliklə öldür, yəqinlə qüvvətləndir, hikmətlə nurlandır, ölümü xatırlamaqla qəlbini zəlil et, faniliyi xatırlamaqla qəlbini qəm-qüssədən xilas et, dünyanın faciələrini ona göstərməklə bəsirətini artır. Fələyin hücumlarından qəlbini çəkindir. Gecə və gündüzün dəyişməsindən onu qorxut. Keçmişdəkilərin əhvalatından onu xəbərdar et, səndən əvvəl yaşayanların başına gələnləri ona xatırlat!» (Nəhcül-bəlağə, 31-ci məktub).
Imam Zeynülabidinin (ə) dualarının birində buyurulur: «Qəlbimin pasını yalnız Sənin əfv və mərhəmətin təmizləyə bilər» (Mizanül-hikmə, hədis 17059).
Imam Sadiq (ə): «Möminin gücü qəlbindədir. Məgər görməmisənmi zəif bədənli bir şəxs gecələr oyaq qalıb ibadət edir, gündüzlər oruc tutur?» (Şeyx Səduq. Mən la yəhzürühül-fəqih, III, 560, hədis 4924).

QƏLBI NƏ ÖLDÜRƏR?

Imam Əli (ə): «Hər kimin vərə’si (günahdan çəkinməyi) az olsa, qəlbi ölər; hər kimin qəlbi ölsə, özü cəhənnəmə düşər» (Nəhcül-bəlağə, hikmət 349).
Həzrət Mühəmməd Peyğəmbər (s) Əbuzərə belə nəsihət verirdi: «Çox gülmə! Çox gülmək qəlbi öldürər» (Şeyx Səduq. Məaniyyül-əxbar, səh. 335).
Həzrət Mühəmməd Peyğəmbər (s): «Üç şey qəlbi öldürər: alçaq və əsil-nəcabətsiz adamlarla durub-oturmaq, varlılarla durub-oturmaq, qadınlarla çox söhbət etmək»/ (Mizanül-hikmə, hədis 17025). «Dörd şey qəlbi öldürər: Günah üstündən günah etmək; qadınlarla çox danışmaq; axmaq insanın sözünə qulaq asmaq – o danışar-danışar, amma bu söhbət heç bir xeyirli işlə nəticələnməz; bir də, ölülərlə durub-oturmaq». Soruşdular ki, ölü kimdir? Həzrət buyurdu: «Qudurğan sərvətli» (Mizanül-hikmə, hədis 17023).

QƏLBI NƏ DIRILDƏR?

Imam Həsən (ə): «Təfəkkür bəsirətli qəlbi dirildər» (Mizanül-hikmə, hədis 17030).
Isa Məsih (ə): «Allah ölü qəlbləri hikmət nuru ilə dirildər; necə ki, torpağı yağış damcıları ilə dirildir» (Biharül-ənvar, X, 204).
Imam Əli (ə): «Fəzilət sahibləri ilə dostluq etmək qəlbin diriliyidir» (Ğürərül-hikəm, hədis 9769).
Həzrət Mühəmməd Peyğəmbər (s): «Allah-təala buyurub: «Bəndələrimin elmi müzakirə aparması onların ölü qəlblərinin dirilməsi deməkdir; bu şərtlə ki, məqsədləri mən olum» (Üsulül-Kafi, Kitabü fəzlül-elm, bab 9, hədis 6).

QƏLBI NƏ SƏRTLƏŞDIRƏR?

Isa Məsih (ə): «Heyvan minilməyəndə və işə öyrədilməyəndə qudurğanlıq edir, tabe olmur və xasiyyətini dəyişir. Qəlb də belədir. Ölümü yada salmaqla qəlbi riqqətə gətirməyəndə, ibadətlə onu əziyyətə salmayanda qəlb sərtləşir və qəlizləşir» (Tühəfül-üqul, səh. 506).
Həzrət Mühəmməd Peyğəmbər (s): «Ibadəti tərk etmək qəlbi sərtləşdirər. Zikri tərk etmək ruhu öldürər» (Mizanül-hikmə, hədis 17005).
Imam Əli (ə): «Sərvətin çoxluğu dini korlayar, qəlbi sərtləşdirər» (Mizanül-hikmə, hədis 17007).
Imam Əli (ə): «Qanların tökülməsinin səbəbi yalnız qəlblərin sərtləşməsidir. Qəlblərin sərtləşməsinin səbəbi isə yalnız günahların çoxalmasıdır» (Şeyx Səduq. Iləlüş-şəraye, səh. 81).

islam.az


Yerləşdirilib:7 Yanvar, 2012, Baxılıb:6681, Çap
 

Son şərhlər : 1
Müəllif: PrestonOvate | 23 İyul, 2017  05:56
# Ответить
0


]]>]]>

You bookreport.pet brains free a understand empathize with with point of view enumeration effigy lone touch the requirements criterion. Microsoft caring fro bookreport.pet series abstruse weigh acrobat contents assume up ]]>http://bookreport.pet/]]> downloading testing required.

aqa gcse french coursework mark scheme
master thesis progress report
Adınız |
Mətn
Captcha
|
Captcha
© 2019 Saytın materiallarından istifadə edərkən xahiş edirik www.ISLAM.az saytına istinad edəsiniz.
Copyright 2002-2016, Dini Araşdırmalar Mərkəzi, Bütün hüquqlar qorunur www.islam.az
Arzu və istəkləriniz üçün admin@islam.az
  SpyLOG Saytı düzəldib: 313wb.com