NECƏ DUA ETMƏLİ? DUA - AYƏ VƏ HƏDISLƏRDƏ (I hissə)

Allah insanların Ona dua etməsini istəyir. Çünki dua həm bəndənin Allaha tabeliyinin təzahürüdür, həm də arzuların və istəklərin həyata keçmə vasitəsidir.

Dua bəndənin Allahla söhbəti, ünsiyyətidir. Dua qəlbə aramlıq gətirən, ruhu möhkəmlədən, insana əmin-amanlıq bəxş edən vasitədir. Dua etməklə ürəklər boşalıb yüngülləşir, kədər, həsrət, ümidsizlik, intiqam kimi mənfi emosiyalar insandan uzaqlaşır.
«(Ey möminlər!) Kafirlərə xoş gəlməsə də, Allaha yalnız dini Ona aid edərək (ixlasla) dua edin!» (Mömin, 14).
«Rəbbiniz buyurdu: «Dua edin, mən də sizin dualarınızı qəbul edim» (Mömin, 60).
«Ən gözəl adlar Allahındır. Onu bu adlarla çağırıb dua edin» (Əraf, 180).
«De: «Əgər duanız olmasa, Rəbbimin yanında nə qədir-qiymətiniz olar?» (Fürqan, 77).

Islam müqəddəslərinin hədislərində də insanlara tövsiyə olunur ki, Allaha çox dua etsinlər.
Südeyr adlı səhabə Imam Baqirdən (ə) soruşdu ki, ən yaxşı ibadət hansıdır? Imam cavab verdi: «Allahın hökmündə olan bir şeyi Ondan istəməkdən daha üstün bir əməl yoxdur. Allahı ən çox qəzəbləndirən əməllərin içində Allaha ibadət etməməkdən və Onun hökmndə olan şeyi Ondan istəməməkdən pis bir əməl də yoxdur».
Imam Cəfər Sadiq (ə) buyurub: «Dua edin, çünki sizi Allaha dua qədər yaxınlaşdıran başqa bir əməl yoxdur». «Dua et, demə ki, iş işdən keçib. Həqiqətən, Allahın yanında elə bir məqam var ki, dua etmədən o məqama yetmək olmaz. Əgər bəndə ağzını bağlayıb bir şey istəməsə, ona heç nə verilməz. Sən istə ki, istədiyin sənə verilsin. Elə bir qapı yoxdur ki, qapını döyən adamın üzünə açılmasın».
Məsumların hədislərində dua möminin silahı, dinin sütunu, göylərin və yerin nuru, möminin sipəri, nizədən daha kəsərli silah, peyğəmbərlərin silahı, nicat açarı, xoşbəxtlik xəzinəsi, hər dərdin şəfası adlandırılıb. Rəvayət edirlər ki, bir gün Həzrət Mühəmməd Peyğəmbər (s) səhabələrdən soruşdu: «Istəyirsinizmi sizə elə bir silah göstərim ki, onunla düşmənə qalib gəlib ruzi qazanasınız?». Səhabələr dedilər: «Bəli, istəyirik». Peyğəmbər buyurdu: «Gecə-gündüz Rəbbinizə dua edin; şübhəsiz, möminin silahı duadır».

Duanı hər zaman etmək lazımdır. Bir çoxları yalnız çətinlik anında duanı yada salır və son vasitə kimi ona sığınırlar. Amma mömin bəndə xoş vaxtlarda da Allahı unutmamalı, öz arzu və istəklərini Ona çatdırmalıdır. Axı, dua yalnız çətinliklərdən xilas olmaq, problemlərdən qurtulmaq, nəyi isə qazanmaq məqsədilə edilmir. Allaha şükr məqsədi ilə, özünə və mömin bəndələrə dünya və axirət səadəti istəmək niyyəti ilə, əldə etdiyi mənəvi və maddi nemətlərin davamlı olması arzusu ilə də hər an dua etmək olar.
Imam Cəfər Sadiq (ə) buyururdu ki, hər kim çətinlik anında duasının müstəcab olmasını istəyirsə, gərək rahatlıq zamanında da dua etsin. Əgər insan yalnız çətinlik vaxtı dua etsə, onun səsi mələklərə yad və qəribə gələr. Amma həmişə dua etsə, çətinlik anında etdiyi duanın səsi də mələklər tərəfindən tanınar.

Hədislərdə dua edən şəxsin mənəvi xüsusiyyətləri barədə də məlumatlar verilir. Bu hədislərdən aydın olur ki, dua edən adamda bəzi əxlaqi cəhətlərin olması vacibdir. Əks halda o adamın duasının Allah tərəfindən qəbul edilməməsi ehtimalı böyükdür.
- Dua edən adam qafil yox, agah olmalıdır. Yəni öz Rəbbini tanımalı, Allah qarşısında borclarını bilməli və onları yerinə yetirməyə çalışmalı, həyata gəlişinin məqsədini anlamalı, Allaha layiq bəndə olmaq üçün səy göstərməlidir. «Allah qəflət içində olan qəlbin duasını qəbul etməz» (Həzrət Mühəmməd Peyğəmbər (s)).
- Dua edən şəxs yumşaq ürəkli olmalıdır. Hədislərdə deyilir ki, başqasına rəhm etməyənə Allah tərəfindən rəhm olunmaz. Imam Sadiq (ə) buyururdu ki, Allah daşürəkli adamın duasını qəbul etməz.
- Dua edən adamın qəlbi təmiz, sözu doğru olmalıdır. Qeyri-səmimi niyyətlə, başqasına zərər vermək hesabına nə isə əldə etmək həvəsi ilə dua edən adam Allah dərgahında əliboş qalar. Allah-təala ixlaslı bəndələrin duasını müstəcab edəcəyinə vədə verib: «Iman gətirib yaxşı işlər görənlərin duasını qəbul edən, öz nemətini onlara artıran da Odur. Kafirləri isə şiddətli bir əzab gözləyir!» (Şura, 26). Hədisi-qüdsidə buyurulur ki, Allah-təala Həzrət Musa Peyğəmbərə (ə) vəhy etmişdi: «Ey Musa, məni təmiz qəlblə və doğrucul dillə çağır!». Imam Əlinin (ə) bu hədisi də deyilənlərə sübutdur: «Ən yaxşı dua odur ki, pak sinədən və təqvalı qəlbdən süzülüb gəlsin».
- Dua edən şəxs tələsməməli, səbr etməlidir. Dua edəndən dərhal sonra istədiyinin verilməsini tələb edən, duasının müstəcab olması üçün gözləməyən, duasının cavabı gecikəndə asilik eləyən şəxs çətin ki, öz məqsədinə çatsın. Hədislərin birində deyilir ki, bəndə dua etdiyi zaman Allah onun ehtiyacını ödəməklə məşğul olar; bir şərtlə ki, dua edən tələsməsin.
- Dua edən adam öz istəyini Allaha ətraflı şəkildə çatdırmalıdır. «Həqiqətən, Allah sənin ehtiyacını da, sənin istədiyini də yaxşı bilir. Amma Allahın xoşu gəlir ki, sən öz ehtiyacını ətraflı şəkildə Ona söyləyəsən» (Imam Sadiq (ə)).
- Dua edən adam istəyinin müstəcab olacağına inanmalıdır. Şəkk halında dua etməyin mənası yoxdur. Bəndə Allahdan savayı ümid və pənahının olmadığını anlamalı, Allahın mərhəmətinə bütün qəlbi ilə inanmalıdır. Qurani-kərimdə Allah vəd verir: «(Ya Rəsulum!) Bəndələrim məni səndən soruşduqda söylə ki, mən (onlara) yaxınam. Dua edib məni çağıranın duasını qəbul edərəm. Gərək onlar da mənim çağırışımı qəbul edib mənə iman gətirsinlər. Bununla da ola bilsin ki, doğru yola yetişsinlər» (Bəqərə, 186).
Həzrət Mühəmməd Peyğəmbər (s) hədisi-qüdsidə Allahın belə buyurduğunu rəvayət edib: «Hər kim mənə dua edərkən xeyir və şərin mənim əlimdə olduğunu dərk etsə, duasını müstəcab edərəm». Imam Cəfər Sadiq (ə) bunu nəzərdə tutaraq buyurub: «Dua edərkən elə zənn et ki, guya istədiyini qapına gətiriblər (yəni ehtiyacın artıq həll olub)».
- Dua edən şəxs ümidini itirməməli, duasını təkidlə davam etdirməlidir. Ardıcıl və israrla dua etmək insana müvəffəqiyyət gətirər. «Vallah, öz ehtiyacını ödəmək üçün Allahın dərgahına israrla dua edən elə bir adam yoxdur ki, istəyi həyata keçməmiş olsun» (Imam Sadiq (ə)).
- Dua edən zaman əlləri açıb ovcunu səmaya tərəf tutmaq da müstəhəbdir. Məşhur ravilər Mühəmməd ibn Müslim və Zürarə Imam Sadiqdən (ə) dua zamanı nə etmək barədə soruşanda Imam cavab vermişdi: «Hər iki ovcunuzu açın».
- Dua edən zaman Allah qarşısında öz acizliyini anlayaraq riqqətə gəlib ağlamaq da yaxşı əməllərdən sayılır. Quranda buyurulur: «Rəbbinizə yalvara-yalvara, həm də gizlicə dua edin» (Əraf, 55). Imam Cəfər Sadiq (ə) buyururdu ki, qiyamət günündə bu üç gözdən savayı bütün gözlər ağlayar: Allahın haram buyurduğu şeylərə yumulan göz, Allaha itaət üçün (gecələr) oyaq qalan göz və gecəyarısı Allah qorxusundan ağlayan göz.
O həzrət mömin bəndənin səmimiyyətlə axıtdığı göz yaşını bu cür dəyərləndirirdi: «Hər şey qabla ölçülər, göz yaşından başqa. Göz yaşının bir qətrəsi cəhənnəm tonqallarını söndürər. Göz yaşla dolsa, başqa heç bir bir pərdə onu örtə bilməz». Imam Sadiq (ə) atası Imam Baqirdən (ə) rəvayət edirdi ki, bəndənin Allaha ən yaxın olduğu vaxt – səcdə halında ağladığı vaxtdır. Başqa bir hədisdə dua edən şəxsin mənəvi-pisxoloji vəziyyəti bu cür ifadə edilir: «O zaman ki, bədənin əsməyə, gözlərin yaşarmağa, qəlbin qorxu ilə dolmağa başladı, bil ki, duanın müstəcab olmaq və məqsədə yetişmək vaxtıdır» (Imam Sadiq (ə)). Peyğəmbər belə tövsiyə edirdi: «Riqqət hiss edən zaman dua etməyi qənimət bilin. Çünki bu, mərhəmət saatıdır».
- Dua edənin işi-peşəsi də halal olmalıdır. Haramla yaşayan, haram yeyən şəxsin duası Allah dərgahından rədd edilər. Imam Cəfər Sadiq (ə) buyurub: «Hər kim düasının müstəcab olmasını istəsə, işini-peşəsini təmiz və halal etsin».
Həzrət Mühəmməd Peyğəmbər (ə) dua edən şəxsə belə nəsihət verirdi: «Iş-gücünü pak (halal) et ki, duaların müstəcab olsun. Hər kim haram tikə yesə, duası 40 gün müstəcab olmaz».
Bir nəfər Peyğəmbərdən soruşdu ki, dualarımın müstəcab olması üçün nə edim? Peyğəmbər cavab verdi: «Yeməyini pak et və mədənə haram tikənin daxil olmasına icazə vermə».
Həmçinin, Həzrət Mühəmməd Peyğəmbər (ə) Imam Əliyə (ə) vəsiyyət etmişdi ki, hər kim şərab içsə, 40 gün namazı qəbul olmaz və bu 40 gün ərzində ölsə, cahiliyyət dövrünün ölüsü kimi sayılar.


P.S. Ikinci hissədə düanın müstəcab olması üçün hansı formada dua etmək barədə, duaların müstəcab olduğu vaxtlar və yerlər haqqında, kimlərin duasının müstəcab olduğu, kimlərin isə olmadığı haqqında danışılacaq, Allahdan nəyi istəməyin daha məsləhət olduğu bildirələcək.


islam.az

 


Yerləşdirilib:26 Noyabr, 2011, Baxılıb:42972, Çap
 

Son şərhlər : 53
Müəllif: urek | 24 İyun, 2012  06:22
# Ответить
+5


]]>]]>

allah razı olsun
Müəllif: Mila | 17 Sentyabr, 2012  19:48
# Ответить
+3


]]>]]>

Salam aleykuma. Yazan elleriniz var olsun. Allah sizden razi olsun.
Müəllif: Babek | 4 Oktyabr, 2012  21:15
# Ответить
+1


]]>]]>

Cox sag olun
Müəllif: Azeriqizi | 11 Noyabr, 2012  20:48
# Ответить
+4


]]>]]>

coxsagolun cox maragli idi.ALLAH dualarimizi qebul etsin.
Müəllif: konul | 25 Noyabr, 2012  15:34
# Ответить
+3


]]>]]>

sagolun
Müəllif: konul | 25 Noyabr, 2012  15:35
# Ответить
+7


]]>]]>

allah razi olsun sizden
Müəllif: bella | 1 Dekabr, 2012  16:52
# Ответить
+11


]]>]]>

ALLAH her kesin ureyine gore versin, insALLAH..!!!
Müəllif: Qusi | 12 Dekabr, 2012  10:16
# Ответить
+9


]]>]]>

ALLAH KOMEYINIZ OLSUN
Müəllif: zehra | 17 Dekabr, 2012  22:58
# Ответить
+6


]]>]]>

sagolun
Müəllif: Orxan | 7 Fevral, 2013  16:57
# Ответить
+12


]]>]]>

ÇOx sağ Olun ALLAH hamınızı qorusun ibadətiniz daimi olsun.. AMİN!
Müəllif: elnare | 21 Fevral, 2013  02:20
# Ответить
+11


]]>]]>

Allah razi olsun sizlerden. Allahi tala butun edilen dualarimizi qebul etsin insallah amin!
Müəllif: gulnar | 24 Fevral, 2013  12:01
# Ответить
+10


]]>]]>

ALLAH haminin duasini qebul elesin INWALLAH.AMIN.
Müəllif: sakit | 24 Fevral, 2013  16:41
# Ответить
+5


]]>]]>

cox sag olun
Müəllif: Ruqeyye | 5 Mart, 2013  14:05
# Ответить
+4


]]>]]>

Allah razi olsun inseallah
Müəllif: namiq | 8 Mart, 2013  11:10
# Ответить
+5


]]>]]>

Allah dualarimizi qebul etsin.
Müəllif: samira | 26 Mart, 2013  20:42
# Ответить
+4


]]>]]>

cox sagolun

Müəllif: Nermin | 21 Aprel, 2013  00:24
# Ответить
+8


]]>]]>

ALLAH hamini duasini qebul elesin,arzularini ve istekierin heyata kecirtsin.INWALLAH AMIN
Müəllif: Etibar | 29 Aprel, 2013  18:11
# Ответить
+5


]]>]]>

Chox sagolun
Müəllif: leman | 16 May, 2013  14:17
# Ответить
+5


]]>]]>

Allah razi olsun
Müəllif: Vusale | 7 İyun, 2013  01:57
# Ответить
+7


]]>]]>

Allah hamının qəlbinə sevgi versin.Amin
Müəllif: Zerif | 16 İyun, 2013  14:26
# Ответить
+6


]]>]]>

Allah hamimizin duasini qebul etsin.
Müəllif: aygun | 26 İyun, 2013  20:32
# Ответить
+8


]]>]]>

butun ALLAHI sevenlerin ve ona ibadet edenlerin dualarini ALLAH qebul etsin
Müəllif: nil | 18 İyul, 2013  17:13
# Ответить
+6


]]>]]>

allah hamimizin dualarin qebul etsin
Müəllif: aylin | 1 Avqust, 2013  03:39
# Ответить
+7


]]>]]>

Allah dualarimizi qebul etsin.Amin!
Müəllif: Aynur | 12 Avqust, 2013  20:31
# Ответить
+7


]]>]]>

ALLAH HAMININ DUALARIN QEBUL ETSIN! AMIN!.
Müəllif: Allah | 2 Oktyabr, 2013  14:22
# Ответить
+2


]]>]]>

Allah yaxşı olsun
Müəllif: Vasif | 4 Noyabr, 2013  18:44
# Ответить
+3


]]>]]>

ALLAH BIZI CEHENNEM ODUNDAN QORUSUN AMIN
Müəllif: Esma | 18 Noyabr, 2013  22:44
# Ответить
+3


]]>]]>

Allah razi olsun.Her sheyden umud uzuler,Allahdan umud uzulmez.
Müəllif: RAUF | 10 Dekabr, 2013  14:10
# Ответить
+4


]]>]]>

ALLAH dualarımızı qebul etsin amin amin amin
Müəllif: Elvin | 7 Yanvar, 2014  17:34
# Ответить
+2


]]>]]>

Allah Razi Olsun cox sagolun.Allahin her birimizin duasini,namazini,ibadetini qebul etsin
Müəllif: firudin | 13 Fevral, 2014  22:12
# Ответить
+2


]]>]]>

allah bizim gunahlarimizi ve dualarimizi qebul elesin AMIN INSALLAH
Müəllif: Anar | 15 Fevral, 2014  02:41
# Ответить
+2


]]>]]>

gunahlarla bagli Allahdan qorxmaq lazimdair, Allaha yaxin olmaq ucun onu sevmək lazimdir. nə qədər gunahlardan uzaq olsaniz, Allaha cox yaxin olarsiniz.
Müəllif: FERID | 12 Mart, 2014  22:17
# Ответить
+3


]]>]]>

biz yalniz ALLAHdan qormaliyiq, yalniz ALLAHa itaet etmeliyik, yalnizALLAHa dua etmeliyik eminemki ALLAH ona acilan elleri geri qaytrmaz!
Müəllif: Niyaz | 23 Aprel, 2014  05:25
# Ответить
+3


]]>]]>

salam hamiya Allah hamnizdan razi olsun kimin ne Duasi var Allah yerne yetirsin ne edirsiz edin bilin ki Allah sizi bizi daima gorur caliwin duz yolla gedin Allah sen ozun komey ol bu millete Amin

Müəllif: ROYALE | 23 Aprel, 2014  16:22
# Ответить
+5


]]>]]>

ALLAHA INAMIM COXDUR NE VAXD DUA EDIREM DUALARIM CIN OLUR ALLAH HAMINI DUASIN QEBUL ETSIN
Müəllif: ROYALE | 23 Aprel, 2014  16:37
# Ответить
+4


]]>]]>

ALLAHIMAN BIR ARZUMDA VAR SEVDIYIME MENI QOVUSDURSUN SEVDIYIMIN AD FERHAT ALLAHIM MENIM FERHAT QOVUSDUR AMIN HER KES DESIN AMIN HER AQIZDA BIR DUA VAR
Müəllif: ROYALE | 8 İyul, 2014  16:25 | Ответ на #1634
# Ответить
+4


]]>]]>

BU RAMAZAN AYINDA ALLAH BUTUN MUSELMANLARIN QORUSUN EL ACIB DUA EDENLER DUASI QEBUL OLSUN ALLAH MENIM DUAMIDA QEBUL ETSIN AMIN
Müəllif: VUSAL | 8 İyul, 2014  16:27 | Ответ на #1804
# Ответить
+4


]]>]]>

ALLAH DUALARINIZI QEBUL ETSIN AMIN
Müəllif: eli | 13 May, 2014  15:28
# Ответить
+2


]]>]]>

Allahu teala dualarimizi qebul eylasin amin
Müəllif: Ayten | 27 Sentyabr, 2014  20:27
# Ответить
+3


]]>]]>

Allah haminin dualarini qebul etsin AMIN!29153
Müəllif: Ayten | 27 Sentyabr, 2014  20:27
# Ответить
+3


]]>]]>

Allah haminin dualarini qebul etsin AMIN!29153
Müəllif: Ramil | 12 Yanvar, 2015  17:01
# Ответить
+5


]]>]]>

CooooooX SağoluN.ALLAH Hamının(Düzgün əməl sahiblərinin)Duasını Qəbul Etsin.AMİN AMİN AMİN
Müəllif: naile | 11 Fevral, 2015  12:12
# Ответить
+1


]]>]]>

dua ederken vacibdir qusulu olmaq
Müəllif: faiq | 11 Fevral, 2015  22:47
# Ответить
+2


]]>]]>

ALLAH HAMIMIZDAN RAZI OLSUN DUALARIMIZI QEBUL ETSIN INSALLAH ANIN
Müəllif: raziye | 12 Sentyabr, 2015  08:10
# Ответить
+1


]]>]]>

dersim uchun lazim idi Allah razi olsun tam yerine dushdu
Müəllif: ayka | 27 Sentyabr, 2015  15:08
# Ответить
+1


]]>]]>

Salam
Müəllif: kamina | 3 Noyabr, 2015  20:26
# Ответить
+2


]]>]]>

allah razi olsun//butun dualarimiz en xeyirlisinden ALLAH DERGAHINDA GEBUL OLUNSUN//AMIN
Müəllif: ramill | 10 Noyabr, 2015  21:00
# Ответить
+2


]]>]]>

Allahh qebul etsin.
Müəllif: Shems | 24 Noyabr, 2015  01:54
# Ответить
+2


]]>]]>

Allah InwAllah her birimizin duasini qebul eder.Gunahkarlarin gunahlarini bagiwlar.Hamimizin qelbini Allah sevgisi burusun.Sadece Allah var.Ondan bawqa mebud yoxdur.Hamisi talandir bowdur.Hemd olsun sene ALLAHIM...
Müəllif: Celil | 16 Fevral, 2016  22:39
# Ответить
+1


]]>]]>

ALLAH komey olsun sizlere.. hazirladiginiz uchun tewekkurler
Müəllif: Aliyev | 3 İyun, 2016  00:05
# Ответить
0


]]>]]>

Allah razi olsun
Müəllif: Eli | 30 Noyabr, 2016  22:39
# Ответить
0


]]>]]>

Hemse Allaha guvenin Allah boyukdur herdem fikirlesiremki Allah meni esitmir yox,eksine hemse bizi esitir hemse Allaha siginin Allah boyukdur.
Müəllif: kubra | 28 Yanvar, 2017  12:26
# Ответить
0


]]>]]>

insallah allah mennen birge haminizin dualarini qebul eder
Adınız |
Mətn
Captcha
|
Captcha
© 2017 Saytın materiallarından istifadə edərkən xahiş edirik www.ISLAM.az saytına istinad edəsiniz.
Copyright 2002-2016, Dini Araşdırmalar Mərkəzi, Bütün hüquqlar qorunur www.islam.az
Arzu və istəkləriniz üçün admin@islam.az
  SpyLOG Saytı düzəldib: 313wb.com