HACƏT NAMAZI – Allahdan istəməyin yolu!

Hər hansı istəyin həyata keçməsi niyyəti ilə qılınan namaz. Qurani-kərimdə buyurulur: «Səbr etmək və namaz qılmaqla (Allahdan) kömək diləyin!» («Bəqərə», 45).

Hədislərdə hacət namazının qılınma qaydası fərqli şəkillərdə göstərilib. Hacət namazını adətən iki və ya dörd rükət şəklində qılırlar. Gecə qılınması məsləhətdir. Hacət namazından əvvəl qüsl almaq, səliqəli paltar geyinmək, ətir vurmaq müstəhəbdir. Bəzi rəvayətlərdə bu namazı açıq havada (çöldə və ya evin damında) qılmaq tövsiyə edilib.
Həzrət Mühəmməd Peyğəmbərin (s) belə buyurduğu rəvayət edilib: «Allahdan və ya hər hansı şəxsdən arzu-istəyi olan adam kamil şəkildə dəstəmaz alıb, iki rükət namaz qılsın, Allaha həmdü-səna etsin Peyğəmbərə salavat söyləsin. Bunun ardınca belə dua etsin (duanın tərcüməsi verilir): «Allahdan başqa məbud yoxdur. O, helm və kərəm sahibidir. Uca ərşin sahibi olan Allah bütün nöqsanlardan uzaqdır. Aləmlərin Rəbbi olan Allaha həmd olsun! Ya Rəbbim! Səndən mərhəmətinin səbəblərini, əfvinin vəsilələrini, hər cür yaxşılıqdan mənə pay verməyini, hər cür günahdan məni qorumağını istəyirəm. Öhdəmdə elə bir günah saxlama ki, onu bağışlamayasan. Məni elə bir sıxıntıya salma ki, onu yüngülləşdirməyəsən. Mənə elə bir ehtiyac vermə ki, Sənin razılığına uyğun olmasın və onu yerinə yetirməyəsən. Ey mərhəmətlilərin ən mərhəmətlisi!» («Sünənüt-Tirmizi», «Vitr» babları, 479-cu hədis; «Sünənü İbn Macə», «İqamətüs-sələvat» babları, 1384-cü hədis).
Aşağıda hacət namazının qılınma formalarından bəzilərini təqdim edirik:
İmam Zeynülabidindən rəvayət edilən bir hədisdə hacət namazını 4 rükət (iki dəfə iki rükət) şəklində qılmaq tövsiyə edilir. Birinci rükətdə «Fatihə» və «Zilzal», ikinci rükətdə «Fatihə» və «Nəsr», üçüncü rükətdə «Fatihə» və «Kafirun», dördüncü rükətdə isə «Fatihə» və «İxlas» surələri oxunur. Axırda əlləri səmaya qaldırıb bu duanı oxumaq lazımdır (duanın tərcüməsi verilir): «İlahi, səni and verirəm o adlarına ki, onları çağırmaqla səmanın bağlı qapıları açılar. İlahi, səni and verirəm o adlarına ki, onları çağırmaqla yerin darlıqları genişlənər. İlahi, səni and verirəm o adlarına ki, onları çağırmaqla çətinlik qapıları asanlıqla açılar. İlahi, səni and verirəm o adlarına ki, onları çağırmaqla qəbirlər yarılar. Mühəmmədə və nəslinə Sənin salavatın olsun! İstəyimi qəbul et!».
Başqa bir rəvayətə görə, ehtiyacı olan adamın gecəyarısı (cümə gecəsi daha yaxşıdır) iki rükət namaz qılıb, sonra 70 dəfə bu duanı oxuması məsləhətdir: «Ya əbsərən-nazirin, ya əsrəəl-hasibin, ya əsməəs-samiin, ya əkrəməl-əkrəmin, ya ərhəmər-rahimin, ya əhkəməl-hakimin». («Ey bütün nəzarətçilərdən daha yaxşı görən, ey hamıdan daha tez hesab çəkən, ey bütün eşidənlərdən daha yaxşı eşidən, ey kəramətlilərin ən kəramətlisi, ey mərhəmətlilərin ən mərhəmətlisi, ey hökm edənlər içində ən adalətli hakim!»).
Bəzi rəvayətlərdə hacət namazının birinci rükətində «Fatihə»dən sonra üç dəfə «ayətül-kürsi», o biri rükətlərdə isə «Fatihə»dən sonra «İxlas», «Fələq» və «Nas» surələri oxumaq məsləhət görülür. Namazdan sonra Allaha həmdü-səna etmək, Peyğəmbərə və nəslinə salavat söyləmək, bundan sonra öz istəyini dilə gətirmək tövsiyə edilir.

islam.az

 


Yerləşdirilib:17 Oktyabr, 2011, Baxılıb:59626, Çap
 

Son şərhlər : 21
Müəllif: Melek | 15 Avqust, 2012  15:22
# Ответить
+14


]]>]]>

twk edirem.ele bunu axtarirdim.Allah razi olsun.oz arzumu yeqinki duanin ortsinda deyecem
Müəllif: SEFEQ | 22 Fevral, 2013  22:37
# Ответить
+9


]]>]]>

ALLAH RAZI OLSUN
Müəllif: bende | 27 May, 2013  20:34
# Ответить
+2


]]>]]>

Allah sizden razi olsun bize cox komek olursuz basqa yerlerde axtarmali olmuruq.INSALLAH ALLAHIN KOMEKLIYI ILE ARZUMA CATARAM.
Müəllif: Turkan | 13 İyun, 2013  18:55
# Ответить
+2


]]>]]>

cox sagolun,Allah sizden razi olsun.ne sualim olsa size muraciet eliyirem,yada nese axtariram ve artiqlamasiyla oz cavabimi aliram.tesekkurler
Müəllif: leman | 22 İyun, 2013  14:33
# Ответить
0


]]>]]>

MEN BASA DUSMEDIM MEN HACET NAMAZI QILIRAM AMMA BU VERDIYINIZ SEKILDE YOX SADECE SUHB NAMAZI KIMI SADECE NIYYETDE BASQA SEY DEYIREM DEMELI SEHV QILIRAM OZUDE HACET NAMAZINI AXSAM DEYIL GUNORTA ZOHR NAMAZINDAN SONRA QILIRAM. DEMELI SEHV QILIRAM? XAYIW EDIREM TEZ CAVAB YAZIN.
Müəllif: MOMUNE | 2 İyul, 2013  21:40
# Ответить
+2


]]>]]>

SALAMUN ALEYKUM. ALLAH SIZDEN RAZI OLSUN .AND OLSUN UCA ALLAHA KI,HER GUN BU SAYTDA YAZILANLARI OXUYURAM SUAL CAVAB BOLUMUNUN HER SEHIFESINI DIQQETLE OXUYURAM.ALLAH SIZE YAR OLSUN.AMIN.
Müəllif: leman | 5 İyul, 2013  18:10
# Ответить
+1


]]>]]>

axi niye cavab yazmadiniz?
Müəllif: tovbe | 12 İyul, 2013  02:12
# Ответить
+3


]]>]]>

ALLAH RAZI OLSUN.
Müəllif: lale | 27 İyul, 2013  15:51
# Ответить
0


]]>]]>

salam men bilmek isteyirdimki hacet namazini nece qilirlar burda yazilanlardan tam hec ne basa dusmedim xahis edirem sualima cavab veresiz ALLAH HAMINI QORUSUN.INSALLAH
Müəllif: Esma | 11 Oktyabr, 2013  19:32
# Ответить
+6


]]>]]>

Islamda muselman qadini defelerle xeyanetle uzlewibse ne etmelidir? Hokmu nedir?
Müəllif: Nura | 15 Oktyabr, 2013  06:36
# Ответить
+3


]]>]]>

ALLAH razi olsun..
Müəllif: MOMUNE | 22 Noyabr, 2013  00:45
# Ответить
+2


]]>]]>

allah razi olsun .minnetdariq.
Müəllif: MOMUNE | 22 Noyabr, 2013  00:45
# Ответить
+2


]]>]]>

ALLAH RAZI OLSUN MINNETDARAM.
Müəllif: Narmiska | 3 Fevral, 2014  13:17
# Ответить
+1


]]>]]>

tewekkurler.Allah razi olsun.
Müəllif: mehriban | 8 İyul, 2014  14:41
# Ответить
+1


]]>]]>

Allah razi olsun
Müəllif: GULNAR | 7 Oktyabr, 2014  17:14
# Ответить
+1


]]>]]>

ALLAH RAZI OLSUN,INWALLAH BIR ISDEYIM VAR,ALLAHIN KOMEYI ILE QEBUL OLAR INWALLAH.AMIN.
Müəllif: Kamran | 14 Aprel, 2015  16:14
# Ответить
+2


]]>]]>

Men bu heyati cox sevirem desezki niye bir sade cavab bu heyatda yasamag sansini Allahim verib bu imtahandan heyat adli imtahandan uzu ag cixmag cox gozel olardi bu sansa gore min sukr
Müəllif: Nilufer | 10 Oktyabr, 2015  22:50
# Ответить
+1


]]>]]>

Bugunden hacetime bawlamiwam Allah butun yaxxwi insanlarin hacetin qebul etsin..Amin
mende onun icinde
Müəllif: Aydan | 29 Aprel, 2017  07:36
# Ответить
+1


]]>]]>

Olar ki adi subh namazi kimi qılım?
Müəllif: Aydan | 29 Aprel, 2017  07:37 | Ответ на #3177
# Ответить
+1


]]>]]>

Cavab verin de
Müəllif: Administrator | 29 Aprel, 2017  12:18 | Ответ на #3178
# Ответить
+1


]]>]]>

Suallarınızı "Sual-cavab" bölməsinə göndərin
Adınız |
Mətn
Captcha
|
Captcha
© 2017 Saytın materiallarından istifadə edərkən xahiş edirik www.ISLAM.az saytına istinad edəsiniz.
Copyright 2002-2016, Dini Araşdırmalar Mərkəzi, Bütün hüquqlar qorunur www.islam.az
Arzu və istəkləriniz üçün admin@islam.az
  SpyLOG Saytı düzəldib: 313wb.com