Namazda səhv edərkən nə etməli? Səhv səcdəsi.

Namazın bəzi əməllərini yerinə yetirərkən səhv etmişəm. Bu halda nə etməliyəm? Qıldığım namaz batil olubmu?

Namaz əməllərində edilmiş səhvlərin hökmü əksər hallarda səhv edilmiş əməlin rükn olub-olmamasından asılı olaraq dəyişir. Namaz əməllərindən bir neçəsi şəriətdə «rükn» adlandırılır. Rükn – dayaq, dirək deməkdir. Ərəb dilində çadırı saxlayan əsas dirəklərə, evin formasını müəyyən edən künclərə də rükn deyirlər. Rükn elə əməllərə deyilir ki, onlarsız namaz qılmaq mümkün deyil; həm də bunlar mütləq şəriətdə nəzərdə tutulmuş sayda və xüsusiyyətdə icra edilməlidir. Rüknü yerinə yetirməmək (istər qəsdən, istər bilməyərəkdən, istərsə də unutqanlıq üzündən), rüknü düzgün yerinə yetirməmək, rüknün sayını bilməyərəkdən və ya qəsdən azaldıb-çoxaltmaq namazı batil edər. Məsələn, insan bir rükətdə iki dəfə rüku etsə, yaxud qıldığı namazın deyil, başqa namazın niyyətini etsə, ya da iki səcdəni unudub yerinə yetirməsə, namazı batil sayılır və həmin namazı qəza etməlidir. Cəfəri məzhəbində namazın rüknlərinin sayı 5-dir: niyyət, təkbirətül-ehram (namaza başlayarkən deyilən «Allahü əkbər» cümləsi), rükudan əvvəl (yəni qiraət halında) ayaq üstə durmaq, rüku və iki səcdə. Əhli-sünnə məzhəblərində rüknlərin sayı fərqlidir. Məsələn, hənəfi məzhəbində 12, şafiilikdə 13, hənbəli məzhəbində 14, maiki məzhəbində isə 15 əməl rükndür.
Namazın rükndən başqa əməllərində səhvə yol yerən şəxsin hökmü həmin səhvdən asılı olaraq şəriətdə müxtəlif cür dəyərləndirilib. Bu səhvlərin bəzisinə etina edilməməli, bəzisi dərhal öz yerində düzəldilməli, bəzisinə görə isə namazdan sonra səhv səcdəsi edilməlidir. Məsələn, namazın sözlərindən hər hansı birini səhv deyən adam öz səhvini eşidib anlamışsa, dərhal yerində onu düzəltməlidir, yəni səhv dediyi sözü təzədən düzgün şəkildə deməlidir. Hətta namaz zamanı oxuduğu surəni yaddan çıxartsa və heç cür xatırlaya bilməsə, həmin yerdə surəni yarımçıq qoyub, əzbər bildiyi başqa bir surəni oxumalıdır. Bunun üçün əlavə heç nə etmək tələb olunmur.

Qiraətdə səhv.
Əgər insan Fatihə və sonrakı surədə hər hansı sözü düzgün dediyini düşünürsə, amma namazı qılıb qurtardıqdan sonra o sözü səhv dediyini başa düşsə (kitabdan oxumaqla və ya onu müşahidə edən bir adamın tənqidi nəticəsində), bu halda namazı düzgündür, amma növbəti namazlarda həmin sözü düzgün deməlidir. Bununla belə, alimlər təkid edirlər ki, insan namazın sözlərini və əməllərini diqqətlə öyrənməlidir. Əgər səhlənkarlıq üzündən bunlara diqqət yetirməsə, səhv qıldığı namazlar düzgün sayılmayacaq.

Rüku və səcdədə səhv.
Əgər rüku halında zikri deyib qurtarmadan səhvən rükudan qalxsa, namazı düzgündür (səhvən ikinci dəfə rükuya getsə – rükn olduğu üçün – namazı batil olar). Eləcə də, səcdə halında əgər zikri deməyi unutsa, yaxud zikri tam demədən səcdədən qalxsa, yenə namazı düzgün sayılar. Səcdə halında səhvən alından başqa səcdə yerlərini yerə qoymasa, yenə səcdəsi düzgündür. Amma əgər alnını yerə qoymasa (istər səhvən, istərsə də qəsdən) və bunu düzəltmədən səcdədən qalxsa, sonra səhv etdiyini anlasa, səcdə etməmiş sayılacaq. Əgər namazdan sonra bunu anlasa, rükn olan iki səcdəni etmədiyi üçün namaz batil hökmundədir. Hər halda, əgər rükudan və səcdədən çıxmadıqca (yəni duruşu hələ rüku və səcdə sayılırsa) səhv etdiyini anlasa, səhvini düzəltməli, sonra növbəti əmələ keçməlidir.
Əgər insan, üzərinə səcdə edilməsi batil olan bir şeyin üzərinə səhvən səcdə etsə, səcdədən qalxdıqdan və ya namazı bitirdikdən sonra səhvini anlasa, namazı düzgün sayılır.
Səcdənin birini etməyi yadından çıxaran şəxs səhv səcdəsi yerinə yetirməlidir (səhv səcdəsi haqqında bir qədər sonra məlumat veriləcək).

Təşəhhüddə və salamda səhv.
Namazın ikinci rükətində təşəhhüd söyləməyi unutmuş şəxs əgər üçüncü rükət üçün ayağa qalxdıqdan sonra bunu yadına salsa, oturub təşəhhüd oxumalı, sonra ayağa qalxıb üçüncü rükəti qılmalıdır; namazı qılıb qurtarandan sonra yersiz ayağa qalxdığı üçün səhv səcdəsi etməlidir. Əgər üçüncü rükətin qiraətində bunu xatırlasa, qiraəti başa vurub oturmalı, təşəhhüdü söyləməli, sonra ayağa qalxıb üçüncü rükəti rükudan başlamalıdır. Namazdan sonra isə yersiz qalxdığına görə səhv səcdəsi etməlidir. Əgər təşəhhüd söyləmədiyini üçüncü rükətin rükusunda və ya bundan sonra yadına salsa, namazını qılıb qurtarmalı, sonra təşəhhüdü qəza niyyətilə söyləməli, daha sonra isə səhv səcdəsi etməlidir.
Əgər namazın axırında salam söyləməyi unutsa, namazı pozan hər hansı əməli etməyincə bunu xatırlasa, salamı söyləməlidir. Əgər namazı pozan hər hansı əməli edibsə, bu halda namazı düzgün sayılır və heç nə etməsi tələb olunmur.

Səhv səcdəsi.
Səhv səcdəsi aşağıdakı hallarda yerinə yetirilir:
1. Namaz zamanı bilməyərəkdən namazın sözlərindən başqa bir söz söyləyəndə. Əgər söz qəsdən deyilərsə, namaz batil olar. Ah çəkmək, asqırmaq, öskürmək, gəyirmək namazı batil etməz. Amma bu zaman hərf halında «ah», «of», «uf» kimi səslər deyilərsə, qəsdən deyildiyi halda – namaz batil olar, bilməyərəkdən olarsa – səhv səcdəsi edilər. Namazın sözünü çaşıb düz deməyən adam onu düzgün şəkildə təkrar etsə, səhv səcdəsi lazım deyil.
2. Namazın rükn olmayan hər hansı əməlini bilməyərəkdən azaldıb-çoxaldanda (məsələn, səcdələrin birini unudanda; diqqət yetirin ki, iki səcdə birlikdə rükn sayılır).
3. Təşəhhüdü unudanda.
4. Lazım olmayan yerdə namazın salamını deyəndə.
5. Dörd rükətlik namaz qılan insan ikinci səcdəni yerinə yetirərkən dördüncü yoxsa beşinci rükətdə olduğuna şəkk etsə (yəni namazın axırıncı rükətində olduğuna, yoxsa əlavə daha bir rükət qıldığına aid şəkkə düşsə).
Cəfəri məzhəbinə görə, səhv səcdəsi namazı tamam qılıb qurtardıqdan sonra salamların ardınca, qiblədən dönmədən yerinə yetirilməlidir. Bunun üçün əvvəlcə nəyə görə səhv səcdəsi edildiyi barədə niyyət olunur. Sonra səcdəyə gedib bu zikr deyilir: «Bismillahi və billah. Əssəlamü əleykə eyyühən-nəbiyyü və rəhmətullahi və bərəkatüh». Səcdədən qalxıb diz üstə oturmaq və ikinci dəfə səcdəyə gedib həmin zikri demək lazımdır. Axırda təşəhhüd və salam deyilir.
Əhli-sünnə məzhəblərindən hənəfilikdə camaat namazının sonunda yalnız sağ tərəfə salam verdikdən sonra, təkbaşına qılınan namazda isə hər iki tərəfə salam verdikdən sonra bir cüt səhv səcdəsi edilir, ardınca təşəhhüd və salam deyilir. Qalan üç əhli-sünnə məzhəbində namazın salamlarını verməzdən əvvəl səhv səcdələrini etmək buyurulur.

islam.az

 


Yerləşdirilib:29 Sentyabr, 2011, Baxılıb:43621, Çap
 

Son şərhlər : 51
Müəllif: Fidan | 9 Sentyabr, 2012  17:47
# Ответить
+11


]]>]]>

TESEKKURLER, ALLAH RAZI OLSUN!
Müəllif: Aynur | 26 Mart, 2013  14:03 | Ответ на #266
# Ответить
+3


]]>]]>

cox sagol.Allah size yar olsun
Müəllif: Agaxan | 12 Sentyabr, 2012  22:26
# Ответить
+9


]]>]]>

bagiwlayin rukuda secdenin zikrini demiwem ama bilmirdim ki tezden duzgun zikri demek olar ama men sehv secdesi etdim bawka yerde oxumuwdumki sehv secdesinde ele adi zikri deyirsen yeeni subhane rebbiyal a la va bihemdih bele olar?
Müəllif: Nazim | 12 Sentyabr, 2012  22:38
# Ответить
+5


]]>]]>

Salam aleykum.Izahat ucun teshekkur.Coxlarini maraqlandiran emeldir.Islami asanlashdiran emeldir,insanlari cashqinliq ve shekk,shubheden azad eyleyir sehv secdesi.Allah razi olsun sizden.
Müəllif: konul | 25 Noyabr, 2012  15:51
# Ответить
+6


]]>]]>

salam aleykum.zehmet olmasa deyerdiz hekayede bawa duwmedim namazdan sonra yersiz qalxmaq ne demekdi?
Müəllif: Abbas | 23 Dekabr, 2012  22:21
# Ответить
+3


]]>]]>

Allah razi olsun sizlerden
Müəllif: cinare | 3 Yanvar, 2013  18:35
# Ответить
+3


]]>]]>

ALLAH SIZDEN RAZI OLSUN
Müəllif: aysel | 13 Noyabr, 2014  14:56 | Ответ на #606
# Ответить
-1


]]>]]>

Namaz qilarken sac gorsensen tesadufen namaz batil sayilir?
Müəllif: FERID | 8 Yanvar, 2013  22:54
# Ответить
+3


]]>]]>

BU MELUMATLARA GORE COX SAGOLUN.
ALLAH SIZDEN RAZI OLSUN.
Müəllif: gulnar | 8 Fevral, 2013  17:53
# Ответить
+5


]]>]]>

cox sagolun,herden mende de sehv olur
Müəllif: NERMIN | 16 Mart, 2013  12:55
# Ответить
+7


]]>]]>

ALLAH GUNAHLARİMİZİ BAGİSLASİN
Müəllif: Aynur | 26 Mart, 2013  14:05
# Ответить
+4


]]>]]>

men bilmeden sehvler edirem namazi qilarken.onda namazi bitirib yeniden qiliram.bu duzgundurmu?
Müəllif: besure | 3 Aprel, 2013  22:51
# Ответить
+4


]]>]]>

allah sizden razi olsun
Müəllif: guzgu | 14 Aprel, 2013  00:15
# Ответить
+7


]]>]]>

men namaz qilanda sehv etdiyimi anlayanda namazimi saxlayib yeniden destenamaz alib namazimi qiliram.sehv qildigm namazi saxlayiramsa bu gunahdir
Müəllif: Jale | 28 Aprel, 2013  01:11
# Ответить
+3


]]>]]>

Salam
Müəllif: sevil | 18 İyun, 2013  23:03
# Ответить
+2


]]>]]>

salam.men namaz qılmıram.amma isderdim.namazin şertlerini tam bilmirem.sure ve ayeleri de bilmirem.men nece edim?ilk olaraq bunlari tam oyrenib sonra baslayim ya ele baslayim zamanla oyrenecem?
Müəllif: Revan | 5 Sentyabr, 2013  20:11 | Ответ на #1149
# Ответить
-1


]]>]]>

Sizin suala cavab olaraq yazdim.
Müəllif: maya | 21 İyun, 2013  14:28
# Ответить
+1


]]>]]>

Allah razi olsun bu sayiti cox beyenirem.Allah haminizdan razi olsun.butun melumatlar ucun tesekkurler
Müəllif: Revan | 5 Sentyabr, 2013  20:09
# Ответить
+1


]]>]]>

As salamun aleykum va rahmatullahi va barakatuh! Sureleri ayeleri oyrenmekle bitirmek uzun ceker... 1 olan Allaha sidq urekle iman getirib namaza bawlamaq lazimdirki, qalanlarida Allahin izniyle oyrene bilesen. Her bir mescidde namaz qilmaq haqqda yazili ve wekilli kagizlar olur. Istesez vererler inwallah.
Müəllif: gulnar | 12 Sentyabr, 2013  17:18
# Ответить
+2


]]>]]>

salam aleykum olar bir sual verim men namaz qiliram deyirler ezanla namazi eyni anda qilmaq olmaz?bu duzdumu?duzdurse sebeini aciqlaya bilersinizmi?cox xahis edirem
Müəllif: Ali | 6 Noyabr, 2013  12:09
# Ответить
+3


]]>]]>

ALLAH BU METNIN TERTIBINDE EZIYYET CEKENE VE OXUYANLARIN HAMISINA REHMET VE BEREKETIN NAZIL ETSIN. OXUDUM. MENI DE MARAQLANDIRAN MEQAMLAR OLDU. ALLAH RAZI OLSUN. AMIN!!!
Müəllif: Fatime | 6 Noyabr, 2013  15:29
# Ответить
-2


]]>]]>

salam aleykum Allah razi olsun "eyer namazi dogru qilsan ama shek etsen namaz batildir" bu fikir dogrudurmu?
Müəllif: Konul | 7 Dekabr, 2013  21:07
# Ответить
+3


]]>]]>

Salam,men namaz qilarken oturanda sag ayaqimi sol ayaqimin altina qoyuram.Sol ayagi sag ayagin altina qoya bilmirem,keskin agri olur.Bu hai namazi batil edrmi?
Müəllif: administrator | 8 Dekabr, 2013  00:14 | Ответ на #1481
# Ответить
0


]]>]]>

Salam. Batil etmez
Müəllif: ayten | 20 Dekabr, 2013  14:53
# Ответить
+2


]]>]]>

Mənim 12 yaşım var namaz qılıram bunları yarısından çoxunun bimirdim artıq bildim allah razı olsun...
dua etməyi unutmayın,şükür etməyi dayandırmayın...
Müəllif: ayten | 20 Dekabr, 2013  14:59
# Ответить
+1


]]>]]>

dar şalvar geyib üstünden de bir az uzun kofata geyib namaz qılmaq olarmı
Müəllif: Dindar | 6 İyul, 2015  14:13 | Ответ на #1496
# Ответить
+1


]]>]]>

salamun aleykum calisinki en azindan ozunuze hormet edin
Müəllif: Konul | 20 Fevral, 2014  00:31
# Ответить
+1


]]>]]>

Salam menim 9 aylIq korpem var namazi cox zaman qezalarla edirem. Hetta mecburen namazdan qalxdigim da olur. Sonra destemaz alib yene namaza davam edirem. Bu ne derecede duzgundur?
Müəllif: administrator | 20 Fevral, 2014  23:35
# Ответить
+1


]]>]]>

Salam. Namazlari qezaya vermeyin. Qesden olarsa, boyuk gunahdir. Korpe yatan vaxti, mustehebsiz, qisa da olsa qilin. Namazdan korpenin her hansi bir problemine gore, mecburen qalxirsinizsa, inshaAllah ki, gunah sayilmaz. Amma namazin qilinma vaxti uzundur, bu qeder muddetde mutleq vaxt tapib qilin. Allah komeyiniz olsun
Müəllif: Mehriban | 5 Mart, 2014  01:06
# Ответить
+2


]]>]]>

Salam.men namaz qilanda cox vaxti esneyirem.bu namazi batil edir?
Müəllif: mehbube | 22 Avqust, 2014  00:00 | Ответ на #1595
# Ответить
0


]]>]]>

Esneyerken sol elinizin tersi ile agzinizi tutun.namazda esnemek şeytandandir
Müəllif: Badam | 1 May, 2014  16:41
# Ответить
+1


]]>]]>

ALLAH RAZİ OLSUN! bu aciqlamalariniza gore
Müəllif: Badam | 1 May, 2014  16:45
# Ответить
0


]]>]]>

Üç aylarin baslanmasi ve REGAiP KANDiLinizi tebrik edirem
Müəllif: fuad | 16 May, 2014  20:42
# Ответить
+1


]]>]]>

salam wam namazin 4 ruket qildim xuftene bawlamamiw yadima duwduku artig qilmiwam bawa salardizde zehmet deylse
Müəllif: ilahe | 21 May, 2014  22:30
# Ответить
+2


]]>]]>

essalamun eleykum
Müəllif: nezrin | 27 Mart, 2015  01:37
# Ответить
+1


]]>]]>

Men ozumde namaz qiliram namaz qilmaq cox yaxsidir.
Müəllif: MEHRIBAN | 29 İyun, 2015  04:35
# Ответить
+2


]]>]]>

Salam Allah hammizin qildigi Namazlarimizi qebul elesin. Amin
Müəllif: Ferhad | 9 İyul, 2015  17:35
# Ответить
0


]]>]]>

Salamlar
Müəllif: Fuad | 7 Noyabr, 2015  11:25
# Ответить
+3


]]>]]>

Salam eger namaz qılarken gözlerni yumsan gunah etmerik?
Müəllif: Aynur | 16 May, 2016  14:30
# Ответить
0


]]>]]>

Sehv secdesi nece qilinir.zehmet olmasa basa salin.
Müəllif: Administrator | 16 May, 2016  15:13 | Ответ на #2768
# Ответить
+1


]]>]]>

Səhv səcdəsinin qaydası belədir; niyyət etdikdən sonra – təkbir deməyə ehtiyac yoxdur, lakin deyilməsi müstəhəb ehtiyatdır – səcdə edilir, səcdədən başı qaldırıb oturaq vəziyyəti aldıqdan sonra ikinci səcdə yerinə yetirilr. İkinci səcdədən sonra namazın təşəhhüdü deyilir. (Təşəhhüddən) sonra isə “Əs-səlamu aleykum” deyilir, daha yaxşı olar ki, ardınca “və rəmətullahi və bərakatuh” kəlməsi də deyilsin. Həmçinin müstəhəb ehtiyata əsasən, hər iki səcdədə “Əs-səlamu əleykə eyyuhən-nəbiyyi və rəhmətullahi və bərakatuh” deyilsin.
Müəllif: Nigar | 20 May, 2016  06:31
# Ответить
-1


]]>]]>

Salam.men subh namazina biraz gec durdum. 6nin yarisi bitirdi.6da qildim . O qeza sayilormi.zehmet olmasa cvb verin coox narahatam
Müəllif: feriw | 13 İyun, 2016  13:53 | Ответ на #2773
# Ответить
0


]]>]]>

gun cixana kimi qilsaniz,qeza sayilmir
Müəllif: Administrator | 29 İyun, 2016  15:29 | Ответ на #2773
# Ответить
0


]]>]]>

Yazdığğınıza əsasən, Siz sübh namazını vaxtı bitdikdən yarım saat sonra qılmısınız. Belə olan təqdirdə namaz düzgün deyil, onu yenidən qəza niyyəti ilə qılmalısınız
Müəllif: feriw | 13 İyun, 2016  13:51
# Ответить
0


]]>]]>

gun cixana kimi qilsaniz,qeza sayilmir
Müəllif: guler | 26 İyun, 2016  02:42
# Ответить
+2


]]>]]>

salam bir wey soruwmaq isteyirem. namaz qilarken aglamaq namazi pozurmu/
Müəllif: Administrator | 29 İyun, 2016  15:31 | Ответ на #2895
# Ответить
+1


]]>]]>

Əleykəssalam. Namazda ancaq Allah xofundan ağlamaq olar. Digər məsələlər üçün ağlamaq namazı batil edir.
Müəllif: Anar | 27 Noyabr, 2016  13:47
# Ответить
+1


]]>]]>

Salam mende bezen ele olurki axirnci rüketde secdeden qalxiram yadiman çixi axirnci rüketi yoxsa üçüncü rüketdi bunun üçün ne etmeliyem?sehv secdesi vermeliyem?
Müəllif: ramin | 21 Dekabr, 2016  17:53
# Ответить
+2


]]>]]>

salam bizim namazda etdiyimiz sehfler namaza diqqetli yanasmamiqimizdi. fikrimiz basqa yerde olur .
Müəllif: samaye | 23 Aprel, 2017  19:19
# Ответить
0


]]>]]>

Salam men uc gundu namaza bawlamiwam.sureleri kitabdan oxuyuram gunah sayilmirki
Müəllif: Administrator | 23 Aprel, 2017  23:08 | Ответ на #3172
# Ответить
0


]]>]]>

Əleykəssalam. Bu günah deyil. Surələri əzbərləyənə qədər bu cür namaz qıla bilərsiniz. Allah qəbul eləsin
Adınız |
Mətn
Captcha
|
Captcha
© 2017 Saytın materiallarından istifadə edərkən xahiş edirik www.ISLAM.az saytına istinad edəsiniz.
Copyright 2002-2016, Dini Araşdırmalar Mərkəzi, Bütün hüquqlar qorunur www.islam.az
Arzu və istəkləriniz üçün admin@islam.az
  SpyLOG Saytı düzəldib: 313wb.com