Fitrə zəkatı necə verilir?

Fitrə zəkatı ramazan ayının başa çatması münasibətilə ödənilən zəkatdır. Şafii, hənbəli və maliki məzhəblərinə görə, fitrə zəkatını vermək fərzdir, hənəfi məzhəbində isə vacib sayılır (fərz deyil). Cəfəri məzhəbinə görə, imkanı çatan hər bir müsəlmanın özü və öhdəsində olan kəslər üçün fitrə zəkatı verməsi vacibdir (cəfəri məzhəbindəki vacib əhli-sünnə məzhəbindəki fərzin hökmünü daşıyır). Fitrə zəkatının vacibliyini Həzrət Mühəmməd Peyğəmbər (s) hicri 2-ci ildə, ramazan ayının sonunda söylədiyi xütbə vasitəsilə müsəlmanlara elan etmişdir.

İslam müqəddəslərindən rəvayət olunmuş hədislərdə fitrə zəkatının verilməsinə çox təkid edilmişdir. Məsələn, İmam Cəfər Sadiq (ə) buyurub: «Orucluq qurtaranda fitrə zəkatı vermək lazımdır; necə ki namazı qurtaranda Peyğəmbərə salavat demək lazımdır. Hər kim ramazan orucunu qurtarandan sonra qəsdən fitrə zəkatı verməsə, orucu qəbul olmaz. Necə ki, namazın axırında peyğəmbərə salavat göndərməyən adamın namazı qəbul olmaz». Həmçinin, İmam Sadiqlən (ə) rəvayət edilmiş başqa bir hədisdə deyilir: «Hər kim orucunu yaxşı söz və yaxşı əməllə başa vursa, Allah onun orucunu qəbul edər». Soruşdular: «Yaxşı söz və yaxşı əməl hansıdır?». İmam cavab verdi: «Yaxşı söz – kəlmeyi-şəhadət, yaxşı əməl – fitrə verməkdir».

Cəfəri məzhəbi baxımından, fitrə zəkatının əsas hökmləri bundan ibarətdir:
Fitrə zəkatını ramazanın son günündə, məğrib azanından sonra ayırmaq və Fitr bayramı günü bayram namazı qılmazdan əvvəl öz ünvanına çatdırmaq müstəhəbdir. Əgər bu mümkün olmazsa, bayram namazı qılınandan sonra mümkün olan ən qısa vaxt ərzində ödənməlidir. Ev sahibi özü üçün və dolanışığı onun öhdəsində olan şəxslər üçün (yaşından asılı olmayaraq) fitrə zəkatı ayırıb ödəməlidir. Fitrə zəkatının miqdarı həmin bölgədə daha çox istifadə edilən aşağıdakı ərzaq növlərinin birindən adambaşına bir sa, yəni 3 kq olmaqla hesablanır: buğda, arpa, xurma, kişmiş, düyü, qarğıdalı. Bu ərzağın qiymətinə uyğun olan məbləğdə pul da verilə bilər. Fitrə zəkatı maddi vəziyyəti çətin olan adamlara (fəqirlərə) verilməlidir. Hər kəs öz kasıb qohumuna ya qonşusuna fitrə zəkatı versə, daha yaxşıdır. Cəfəri məzhəbinə görə, ramazanın sonuncu günündə, iftar vaxtı gəlmiş qonağın fitrə zəkatı da ev sahibinin boynundadır. Maddi durumu həddən artıq pis olan ailələr fitrə zəkatını ödəməkdən azaddırlar.

Əhli-sünnə məzhəblərinə görə, fitrə zəkatı fərz yox, vacibdir. Hənəfi məzhəbinə görə, bir şəxsin özünün və ailəsinin ehtiyacından artıq qalan əmlakı nisab həddinə çatsa, öhdəsinə fitrə zəkatı düşür.

Şafii məzhəbinə görə, ramazan ayının ilk günündən etibarən fitrə zəkatını vermək caizdir. Fitr bayramı günü sübh namazı ilə bayram namazı arasındakı vaxt ərzində verilməsi sünnətdir, üzrsüz olaraq bayram namazından sonraya saxlanması məkruh, üzrsüz olaraq bayram günü məğribdən sonraya saxlanması haramdır.

Əhli-sünnə məzhəblərinin hamısında fitrə zəkatı adi zəkatda müəyyən edilmiş 8 təbəqəyə verilə bilər. Malikilər fitrə verilən şəxsin seyyid olmamasını lazım bilirlər.

Fitr zəkatının miqdarına gəlincə, əhli-sünnə məzhəblərində bütün ərzaq növləri üçün adambaşına bir sa, yəni 3 kq ölçü qoyulub. Yalnız hənəfi məzhəbində fitrə zəkatının miqdarı buğda üçün adambaşına yarım sa (təqribən 1,5 kq) müəyyən edilib; qalan ərzaq növləri üçün ölçü 3 kq-dır.

Natiq Rəhimov

 


Yerləşdirilib:20 Avqust, 2011, Baxılıb:18344, Çap
 

Son şərhlər : 11
Müəllif: Masuma | 14 Avqust, 2012  09:00
# Ответить
+2


]]>]]>

Salam, mən soruşmaq istəyərdim ki,ruhi xəstələrə fitrə vermək olar? Sualı cavablandırsanız çox minnətdar olardım.
Müəllif: Farhad | 14 Avqust, 2012  11:40
# Ответить
-3


]]>]]>

Salamaleykum! Bu il fitrə zəkati uçun orta hesabla nə qədər pul ayrılmalıdır? Bilən varmı?
Müəllif: administrator | 14 Avqust, 2012  13:48
# Ответить
+1


]]>]]>

Imkaniniz daxilinde ailenizin her bir uzvu uchun 3 kq ya buqda ve ya arpa ve ya duyu ve ya xurmanin pulu fitre zekati kimi ayrilib feqir muselman ailelerine paylanmalidir. Ruhi xestelere de bu shertler daxilinde olar.
Mes, ailede 4 nefer varsa, demeli siz 12 kq buqdanin (ve ya duyunun, xurmanin, bu, sizin imkaninizdan asilidir) pulunu ayirib feqire vermelisiz.
Müəllif: kovser | 3 Sentyabr, 2013  19:11
# Ответить
0


]]>]]>

Allah razi olsun. .
Müəllif: Ayla | 15 İyul, 2015  18:44
# Ответить
0


]]>]]>

Salam 2015-ci ildə Ramazan Bayramında bayram nə vaxt və ayın neçəsidi????
Müəllif: administrator | 16 İyul, 2015  15:04 | Ответ на #2376
# Ответить
+1


]]>]]>

Salam. 18 iyulda çox güman, inşAllah
Müəllif: Aynur | 19 İyul, 2015  02:55
# Ответить
0


]]>]]>

Salam. men fite ayirmagi yaddam cixarmisam. onu i di eda bileremmi?
Müəllif: administrator | 22 İyul, 2015  18:08 | Ответ на #2394
# Ответить
0


]]>]]>

Salam. Bəli, təcili ayırıb verin
Müəllif: Aynur | 23 İyul, 2015  11:03
# Ответить
+1


]]>]]>

Tekrar salam. Cavabiniz ucun tesekkur edirik, birde deyirler ki istifade etdiyin masina da fitre verilmelidir. Bu duzdurmu ve basqa nelere fitre ayirmag dusur. Allah razi olsun
Müəllif: Noriko | 6 Mart, 2016  19:07
# Ответить
0


]]>]]>

Hoi Marlieke en Paul!Wat gaaf om te lezen! Wat zullen julile een hoop meemaken zeg!Heel veel plezier nog! Wij lezen mee in dit koude regenachtige landje waar alleen maar wordt gemopperd over politiek, en de winterjas allang weer aan is Btw: dit kalenderjaar gaat mijn proefschrift nog af! Nu met de eindsprint bezig .Groetjes Brigitte ]]>http://naaogmn.com]]> ]]>gyifidp]]> [link=http://ctsixj.com]ctsixj[/link]
Müəllif: Hezi | 5 İyul, 2016  19:35
# Ответить
0


]]>]]>

salam fitre feqr xiristiana verile biler
Adınız |
Mətn
Captcha
|
Captcha
© 2017 Saytın materiallarından istifadə edərkən xahiş edirik www.ISLAM.az saytına istinad edəsiniz.
Copyright 2002-2016, Dini Araşdırmalar Mərkəzi, Bütün hüquqlar qorunur www.islam.az
Arzu və istəkləriniz üçün admin@islam.az
  SpyLOG Saytı düzəldib: 313wb.com