QƏDR GECƏSİNİN ƏMƏLLƏRİ

Hər şeydən əvvəl Qədr gecəsində (gecələrində) yatmayıb oyaq qalmaq hədislərdə tövsiyə edilib. Buna ərəb dilində "ehya" deyirlər (xalq arasında Qədr gecələrini "ehya gecələri" adlandırırlar). Amma sadəcə olaraq yatmayıb oyaq qalmaqla iş bitmir. Bu gecəni ibadətlə, dua ilə, Allahın böyüklüyü, əzəməti və qüdrəti barədə düşünməklə, savab işlər görməklə keçirmək əsas şərtdir. Qədr gecələrində istənilən cür ibadət etmək, istənilən qədər namaz qılmaq və dua oxumaq olar. Hər kəs bacarığına və istəyinə uyğun olaraq öz ibadət proqramını təşkil etməkdə azaddır.

Peyğəmbər Ramazanın son ongünlüyündə yatağını yığışdırıb kənara qoyardı. 23-cü gecədə ailə üzvlərini yuxudan oyadardı ki, ehya saxlasınlar; yuxulu olanların üzünə su çiləyərdi.

Qədr gecələrində yerinə yetirilməsi tövsiyə edilən əməllər:

1. Qədr gecələrində qüsl almaq (məğrib azanından qabaq olması daha yaxşıdır).

2. Səhərə qədər məsciddə ibadət etmək (Əhya saxlamaq).

3. Əhya gecələrində iki rükət namaz qılıb, hər rükətdə "Fatihə" surəsindən sonra 7 dəfə "İxlas" surəsini oxumaq və axırda 70 dəfə istiğfar etmək ("Əstəğfirüllahə və ətubü ileyh") tövsiyə olunub. Peyğəmğər buyururdu ki, bu namazı qılan adam yerindən qalxmazdan qabaq Allah onun özünün və ata-anasının günahlarını bağışlayar.

4. Qurani-kərimi açıq vəziyyətdə öz qarşısına qoyub bu duanı oxumaq da müstəhəb sayılır: "Allahümmə inni əsəlükə bi-kitabikəl-münzəli və ma fih. Və fih-ismükəl-əkbərü və əsmaükəl-hüsna və ma yüxafü və ma yürca. Ən təcələni min ütəqaikə minən-nar".

Tərcüməsi: "İlahi, endirdyin kitaba (Qurana) və onun içindəkilərə, Quranın içindəki ən böyük adına, ən gözəl adlarına, qorxmalı və ümid etməli hər xəbərə xatir Səndən istəyirəm ki, məni cəhənnəm əzabından bağışladığın adamlardan biri edəsən". Bu dua bitdikdən sonra hər kəs öz dualarını edə bilər.

5. Qurani-kərimlə yerinə yetirilən dua ənənəsi. Bu ənənəyə görə, Quranı qaldırıb baş üzərində tutur və bu duanı oxuyurlar:

"Allahümmə bi-həqqi hazəl-Quran. Və bi-həqqi mən ərsəltəhü bih. Və bi-həqqi külli möminin mədəhtəhü fih. Və bi-həqqikə əleyhim. Fəla əhədə ərəfü bihəqqikə minkə".

Tərcüməsi: "İlahi, səni and verirəm bu Quranın haqqına, onu göndərdiyin kəsin (Peyğəmbərin) haqqına, Quranda təriflədiyin bütün möminlərin haqqına. Səni and verirəm Sənin onlar üzərində olan haqqına. Sənin haqqını Səndən daha yaxşı heç kim bilməz".

Sonra aşağıdakı sözlərin hərəsini 10 dəfə demək lazımdır: "Bikə ya Allah", "bi-Mühəmməd", "bi-Əliyy", "bi-Fatimə", "bil-Həsən", "bil-Hüseyn", "bi-Əliyy ibnil-Hüseyn", "bi-Mühəmməd ibni Əliyy", "bi-Cəfər ibni Mühəmməd", "bi-Musəbni Cəfər", "bi Əliyy ibni Musa", "bi-Mühəmməd ibni Əliyy", "bi-Əliyy ibni Mühəmməd", "bil-Həsən ibni Əliyy" və "bil-Hüccə". Bundan sonra hər kəs ürəyində bir niyyət tutub, onun həyata keçməsini Allahdan istəməlidr. Göründüyü kimi, bu yolla insan Peyğəmbərin, Fatimeyi-Zəhranın və 12 imamın xatirinə Allaha and verir ki, onun dualarını eşitsin və istəyini yerinə yetirsin.

6. Ramazanın 19-cu gecəsində (İmam Əlinin yaralandığı gecədə) o həzrətin qatilinə bu sözlərlə 100 dəfə lənət göndərmək buyurulur:"Allahümməl-ən qətələtə əmiril-möminin" ("İlahi, möminlərin əmirini öldürənə lənət et").

Ümumiyyətlə, Qədr gecələrində edilən duaların daha tez müstəcab olduğu barədə rəvayətlər çoxdur.

Bundan başqa, Qədir gecələrinin müstəhəb əməlləri rəngarəngdir. Daha artıq savab qazanmaq və bu gecənin haqqını vermək istəyən adam öz imkanı dairəsində aşağıdakı əməlləri də yerinə yetirə bilər. Məsələn, Quran oxumaq müstəhəbdir. Xüsusilə, 23-cü gecədə "Ənkəbut" və "Düxan" surələrini tilavət etmək, "Qədr" surəsini min dəfə (və ya bacardığı qədər) təkrarlamaq savab sayılır. Bu gecələrdə "Cövşəni-kəbir" duasını oxumağın da savabı var. Qədr gecələrində çoxlu istiğfar etmək, yəni "Əstəğfirüllahə rəbbi və ətubü ileyh" ("Günahlarımın bağışlanmasını Allahdan istəyir və Onun hüzurunda tövbə edirəm") demək də müstəhəbdir.

Ramazan ayının gecələrində üst-üstə min rükət namaz qılmaq müstəhəbdir; 19-cu, 21-ci və 23-cü gecələrin hər birində 100 rükət namaz qılınır. Əhli-sünnə məzhəbli müsəlmanlar ramazanın bütün gecələrində olduğu kimi, bu gecələrdə də təravih namazı qılırlar.

Qədr gecələrində sədəqə vermək, etikafa girmək (ən azı 3 gün məsciddə ibadətlə məşğul olmaq) də savab sayılır.

Qədr gecələrində oxunması tövsiyə edilən başqa irihəcmli dualar da mövcuddur ki, müvafiq kitablarda (məsələn, Məfatihül-cinan" kitabında) bunlar qeyd edilib.


Yerləşdirilib:14 Avqust, 2011, Baxılıb:59653, Çap
 

Son şərhlər : 32
Müəllif: GuluHesi | 20 İyul, 2012  23:10
# Ответить
+11


]]>]]>

Melumatiniz ucun cox sag olun. Allah butun qedr gecesina qalanlarin duasini,oruc tutanlarin orucunu,tutumyanlarin gunahini efv etsin. icerisinde Allah sevgisi olan her kesin Allah yari olsun
Müəllif: Firengiz | 24 İyul, 2012  15:24
# Ответить
+9


]]>]]>

Cox sagolun Allah razi olsun! Allah oruc tutanlarin orucun,namaz qilanlarin namazin, qedr gecesine qalanlarin duasini qebul etsin!bunlari etmeyenlerin gunahlarini bagwlayb qelblerine merhemet Allah sevgisi salsin!AMIN
Müəllif: Gunay | 1 Avqust, 2012  09:46
# Ответить
+9


]]>]]>

ALLAH sizden razi olsun etrafli melumat vermisiz.ALLAH bütün muselman baci ve qardaslarimizin etdiyi ibadetleri qebul etsin İNSALLAH.
Müəllif: Ravana | 5 Avqust, 2012  09:28
# Ответить
+8


]]>]]>

tewekkur edirem Allah razi olsun ve butun oruc tutanlarin oruclarini,namaz qilanlarin namzlarni ve dualarni qebul elesin. Butun mominlerin,butun muselmanlarin gunahlarni bagiwlasin InsAllah
Müəllif: Qulnare | 7 Avqust, 2012  10:07
# Ответить
+8


]]>]]>

Allah Razı olsun sizderden.ALLAH BÜTÜN ORUÇ TUTANLARIN ORUCUNU QEBUL ETSİN.AMİN
Müəllif: Aygul | 8 Avqust, 2012  10:23
# Ответить
+3


]]>]]>

Salam imsakda iftarda hec bir dua oxumuram orucum batildirmi
Müəllif: administrator | 8 Avqust, 2012  14:04
# Ответить
+3


]]>]]>

Salam. Xeyr, bununla oruc batil olmaz.
Müəllif: Cesaret | 9 Avqust, 2012  14:49
# Ответить
+6


]]>]]>

salam aleykum.Allah bu gecelerde biz muselmanlarin gunahlarin baqishlasin inshallah
Müəllif: BENDE97 | 9 Avqust, 2012  23:39
# Ответить
+5


]]>]]>

ALLAH RAZI OLSUN
Müəllif: turkan | 15 Avqust, 2012  00:07
# Ответить
+1


]]>]]>

minnetdaram/bilmediklerimi bildim.allah hamimiza yar olsun insallah/
Müəllif: leman | 5 İyul, 2013  17:59
# Ответить
+3


]]>]]>

salam ALLAH haminin orucunu namazini qebul etsin. birde men niyyet gecesi yeni ramazan ayinin ilk gununun axsami yatmiram dua edirem sabahi da oruclu oluram bu duzdur yoxsa sehv? xaiw edirem admin mene tez cavab yazin.
Müəllif: isa | 25 İyul, 2013  12:52
# Ответить
+6


]]>]]>

qədir gecəsi nə vaxtdır
Müəllif: bende | 26 İyul, 2013  11:17
# Ответить
+2


]]>]]>

ALLAH razi olsun
Müəllif: cliff | 27 İyul, 2013  20:40
# Ответить
+2


]]>]]>

Allah razi olsun.Amin
Müəllif: GUNAY | 27 İyul, 2013  22:12
# Ответить
+2


]]>]]>

ALLAH RAZI OLSUN. ALLAH HAMININ DUALARINI,NAMAZLARINI, TOVBELERINI, NIYYETLERINI QEBUL ETSIN INSAALLAH! AMIN!
Müəllif: ANAR | 30 İyul, 2013  01:21
# Ответить
+2


]]>]]>

ALLAH QƏDR GECƏSİNDƏ OYAQ QALIB NAMAZ QILIB VƏ DUA EDƏNLƏRİN DUALARINI NAMAZLARINI QƏBUL ETSİN.AMİN!
Müəllif: Sahure | 5 Avqust, 2013  00:05
# Ответить
+2


]]>]]>

Hər Vaxtınız Xeyir. Türklərdə və digər ölkələrdə dünən oldu 27-ci gecə. Qədir Gecəsi (Əlbət hansı günə düşdüyünü ALLAH bilir). Azərbaycanda iyulun 10-u başlayıbsa Ramazan Ayı, bu gecə 27-ci gecə Sayılır.
Hər Birimiz Müsəlmanıq Bir gündə Qalınmalı Deyilmi?
Bu necə Olur? Dünənmi Oyaq Qalınmalı idi? Yoxsa Bu gecəmi?
Gecəniz Xeyir Olsun İnşa ALLAH.
Müəllif: AdilAqil | 16 İyul, 2014  13:59
# Ответить
0


]]>]]>

Salam.ALLAH razı olsun cümləmizdən.Ramazan ayında oruclu olan məğrib namazından əvvəl necə qüsl ala bilər?
Müəllif: administrator | 16 İyul, 2014  17:23 | Ответ на #1823
# Ответить
+2


]]>]]>

Salam. Oruc olan da chime biler, qusl ala biler, burda bir qadaqa yoxdu. Yalniz basseyn, deniz kimi yerlerde bashi tam olaraq suya batirmaq olmaz, dushda ise problem yoxdur
Müəllif: Ayka | 24 İyul, 2014  00:48
# Ответить
0


]]>]]>

Salam.Allah Butun Oruc tutanlarin orucunu ve niyetlerini qebul etsin Amin İnşAllah.
Müəllif: Amil | 3 İyul, 2015  05:19
# Ответить
-1


]]>]]>

Qədr gecəsinin 18-dəb 19 keçən gecəsini yatmıyıb ibadət edirsən yoxsa 19-fan 20-sinə keçən gecəni?
Müəllif: administrator | 3 İyul, 2015  05:32 | Ответ на #2315
# Ответить
+1


]]>]]>

Beli, 18-ci gunden 19-a kechen geceni
Müəllif: Amil | 4 İyul, 2015  22:37 | Ответ на #2316
# Ответить
0


]]>]]>

Mecidə getdim orda dedilər ki 19 axşam, 19-nan 20 keçən hecədi
Müəllif: administrator | 5 İyul, 2015  00:19 | Ответ на #2329
# Ответить
+1


]]>]]>

Ya siz sehv basha dushmusuz, ya da onu size deyen mescid adami olmayib, ele bele qiraqda oturan imish. Sabah, yani Ramazanin 18-den 19-na kechen gece (5 iyuldan, 6 iyula) butun mescidlerde ehya saxlanacaq
Müəllif: Rufet | 5 İyul, 2015  00:30
# Ответить
0


]]>]]>

Allah razi olsun sizden .Butun etdiyimiz ibadetleri Allah qebul etsin Insallah
Müəllif: semaye | 8 İyul, 2015  11:46
# Ответить
0


]]>]]>

ALLAH SİZDEN RAZİ OLSUN
Müəllif: GUL | 8 İyul, 2015  11:50
# Ответить
0


]]>]]>

ALLAH BİZİM BU GUNDE SEFLERİMİZİ BAGİSLASİN BİZİ DOGRU YOLA CEKSİN İNSALLAH
Müəllif: esmer | 10 İyul, 2015  02:53
# Ответить
-1


]]>]]>

salam Allah niyyetinizi qebul etsin
Müəllif: sona | 24 İyun, 2016  21:41
# Ответить
0


]]>]]>

Allah razi olsun
Müəllif: ayan | 25 İyun, 2016  00:41
# Ответить
0


]]>]]>

ALLAH HAMININ ORUCUNU QEBUL ETSIN!
Müəllif: AYAN | 25 İyun, 2016  00:42
# Ответить
0


]]>]]>

AMINNNNNNNNNNNNNNNNNNNNNNNNNNNNNNNNNNNNN
Müəllif: Tofiq | 17 İyun, 2017  20:41
# Ответить
0


]]>]]>

Allahım bu əziz günlərdə bütün ibadətləri qəbul eylə.Amin.
Adınız |
Mətn
Captcha
|
Captcha
© 2017 Saytın materiallarından istifadə edərkən xahiş edirik www.ISLAM.az saytına istinad edəsiniz.
Copyright 2002-2016, Dini Araşdırmalar Mərkəzi, Bütün hüquqlar qorunur www.islam.az
Arzu və istəkləriniz üçün admin@islam.az
  SpyLOG Saytı düzəldib: 313wb.com