Orucu necə tutmalı? Ən çox verilən suallara cavablar
Azərbaycan müstəqillik yoluna qədəm qoyduqdan sonra xalqın öz milli və dini köklərinə qayıtması prosesi güclənmiş, dini ayinlərin icrası üzərindəki qadağalar götürülmüşdür. Son bir neçə il ərzində ramazan ayında oruc tutan həmvətənlərimizin sayı durmadan artmaqdadır. Cəmiyyətin hər bir təbəqəsini təmsil edən bu şəxslərin orucluq hökmləri ilə maraqlanmaları nəticəsində ramazan ayında mətbuatımız üçün yeni bir mövzu açılmışdır: orucluq mövzusu. Orucluq qaydalarını işıqlandırmaq cəhdi bir sıra mətbuat orqanları tərəfindən atılsa da, bu cəhdlər tam qənaətbəxş sayıla bilməz. Çünki çox zaman mətbuatda gedən məqalələr qeyri-peşəkar şəxslər tərəfindən yazıldığına görə dəqiqlikdən uzaq və ziddiyyətli olur.
Bu sahədə yaranmış kəskin ehtiyacı nəzərə alaraq, saytımız oxucu məktubları və suallar əsasında orucluğun ən əsas hökmləri barədə qısa və anlaşıqlı məlumat verməyi qərara almışdır. Aşağıda həmin suallar sırf Azərbaycan mühitinə xas olan yanaşma tərzi baxımından cavablandırılmışdır. Respublikamızda həm Cəfəri, həm Hənəfi və Şafii məzhəbli müsəlmanların yaşadığını nəzərə alaraq, şəriət məsələlərini bu məzhəblərin hər üçünə uyğun şəkildə izah etmişik.
1. Oruc tutan şəxsə hansı əməllər qadağandır?
Oruc tutan şəxs sübh azanı verilən andan axşam azanına kimi müddət ərzində bir neçə əməldən çəkinməlidir. Bu əməllərin sayı 9-dur. Hər kim qəsdən bu əməllərdən birini etsə, orucu batil olar:
1. Yeyib-içmək. İstər az, istərsə çox, istər bərk, istərsə maye, istər yeyilən, istərsə yeyilməyən (hətta zərərli) hər hansı qidanı qəbul etmək orucu pozar. Diqqət yetirin ki, dişlərin dibində qalmış yemək qırıntılarını da udmaq olmaz. 2. İstər kişi, istərsə də qadın cinsi əlaqədə olarsa, tutduğu oruc pozular. 3. İnsan heç cinsi əlaqəyə girmədən, özündən cinsiyyət mayesini xaric edərsə (hər hansı üsulla olursa-olsun), orucu batil olar. Amma cinsiyyət mayesi qeyri-ixtiyari olaraq (məsələn, yuxuda) çıxsa, oruc düzgün sayılır. 4. Hər cür qatı toz və tüstünü udmaq. Məsələn, narın un tozu, siqaret tüstüsü, su buxarı və s. qatı halda olarsa, onları udmaq qadağandır. 5. İnsan qəsdən qusarsa, orucu batil olar. əlbəttə, qeyri-ixtiyari olaraq və ya xəstəlik nəticəsində qusmaq istisna olunur. 6. Bədənə imalə etdirməklə oruc pozular. 7. Kişi, yaxud qadın cinsi əlaqədən sonra sübh azanına kimi qüsl etməsə, orucu batil olar. Belə ki, oruc tutan şəxsin öhdəsində qüsl qalmamalıdır. Həmçinin, qadınlar onlara məxsus paklıq qüslünü sübh azanınakimi yerinə yetirməsələr, həmin günün orucu batil sayılır. 8. İnsan qəsdən Allahın, peyğəmbərlərin və imamların adından yalan danışsa, yəni Quran ayələrini bilə-bilə səhv oxusa, yalan hədislər söyləsə, orucu batil olar. Çünki orucluq paklıq və Allah tabe olan adama isə yuxarıdakı əməllər yaraşmaz. 9. Cəfəri hüquqi məktəbinə görə, suya baş vurmaqla da oruc pozular. Diqqət yetirin ki, yalnız baş bütövlükdə suya batırılsa, oruc batil olar. Amma əgər insan başını suya salmadan yuyunsa, orucu düzgün sayılır.
Hənəfi və Şafii məzhəblərinə görə, oruc tutan şəxsin suya baş vurması çox bəyənilməz əməl sayılsa da, orucu batil olmaz. Özü də gərək bu zaman ağız, burun və qulaq dəliklərindən bədənə su keçməsin. Buna görə də suya baş vurmaq lazım gəlsə, mütləq ağız, burun və qulaq dəlikləri qapanmalıdır.
2. Yeyib-içməklə oruc batil olar. Bəs siqaret çəkməklə neçə?
Orucu pozan əməllər sırasında qeyd etdik ki, qatı toz və tüstü udmaq olmaz. Siqaret öəkən insanın boğazına qatı tüstü getdiyindən orucu batil hesab olunur.
3. Oruc tutan şəxs ağzının suyunu və bəlqəmi uda bilərmi?
Ağız suyunu (tüpürcəyi) udmaq orucu pozmaz. Başdan və sinədən gələn bəlğəm də əgər ağız boşluğuna daxil olmayıbsa, onu udmağa icazə verilir. Amma bəlğəm ağız boşluğuna daxil olarsa, onu olmaz, mütləq tüpürmək lazımdır.
4. Diş çəkdirməyin oruc tutmağa maneçiliyi varmı?
Əgər dişini çəkdirərkən insan qan, su, yaxud dərman udmazsa, orucu düzgün sayılır.
Qeyd etmək lazımdır ki, orucluq zamanı insanın bədənindən qan çıxmasına səbəb olan bütün əməllər (o cümlədən, diş çəkdirmək) arzu olunmazdır.
5. Xəstələnmiş şəxsin bədəninə iynə vurulsa, orucu pozularmı?
Xeyr, yalnız qidalandırıcı təyinatlı ampulalar vurdurmaq orucu pozar. Müalicə üçün, habelə bədən üzvünü keyitmək məqsədilə vurulan iynələr isə orucu batil etməz.
6. Deyirlər ki, oruc tutan şəxsə çimmək qadağandır. Bu fikir doğrudurmu?
Məlumdur ki, çimmək insanı zəiflədib yorur, bədəni süstləşdirir, bunun nəticəsində bədənin aclığa və susuzluğa qarşı müqaviməti azalır. Buna görə oruc tutan şəxsin çimməsi arzu olunmaz əməl sayılır. Amma çimməklə oruc batil olmaz. Çimən şəxs mütləq diqqətli olmalıdır ki, başını tamamilə suya batırmasın və su damcılarını udmasın.
7. Əgər evdar qadın xörək bişirərkən oruc tutduğunu unudub, xörəyin dadına baxsa, orucu batil olarmı?
Əgər insan qeyri-ixtiyari olaraq, yaxud oruc tutduğunu unudaraq nəsə yesə, orucu pozulmaz. Amma yeməyi udmazdan əvvəl oruc tutduğu yadına düşsə, mütləq ağzındakını tüpürməlidir.
8. Kimlərə oruc tutmaq vacib deyildir?
Dörd təbəqədən olan adamlar oruc tutmaya bilərlər; onlar həm qəza orucundan, həm də kəffarədən azaddırlar:
a) Həddi-büluğa çatmamış uşaqlar; b) Psixi cəhətdən qeyri-normal şəxslər; c) Qocalıb əldən düşmüş şəxslər; d) Aclıq və susuzluğa heç cür tab etməyən daimi xəstələr.
Amma daha dörd təbəqədən olan şəxslər isə ramazan ayında oruc tutmaya bilərlər; bunun üçün onlara kəffarə də düşmür, sadəcə olaraq itirdikləri hər gün əvəzinə bir gün qəza orucu onlara vacibdir:
a) Hamilə qadınlar. Onlar itirdikləri hər günün əvəzində ehtiyaclılara 750 qram yemək verməli, ana olduqdan sonra isə qəza oruclarını tutmalıdırlar; b) Körpəsinə süd verən qadın (əgər oruc tutduğu təqdirdə südünün kəsiləcəyindən qorxarsa). Onlar da hər gün üçün 750 qram ehsan etməli, südvermə müddəti bitdikdən sonra qəza orucu tutmalıdır. c) Qadınlar paklıq vəziyyətləri pozulduğu günlərdə oruc tutmamalı, lakin sonra mütləq qəza etməlidirlər (hər gün müqabilində bir gün hesabı ilə); d) Ramazan ayında müvəqqəti xəstələnmiş şəxslərin səhhətinə oruc tutmaq təhlükə törədirsə, xəstə olduqları günlərdə orucdan azaddırlar. əgər gələn ilin ramazan ayına kimi sağalsalar, mütləq qəza orucu tutmalıdırlar. əgər gələn ilə kimi sağalmasalar, qəza orucu vacib olmaz, yalnız hər gün üçün 750 qram ehsan etmələri kifayətdir. e) Səfərdə olan şəxs vətənə dönənə kimi orucdan azaddır, amma qayıdandan sonra mütləq qəza etməlidir (hər gün üçün bir gün hesabı ilə). Amma bəzi hallarda insan səfərdə də olsa, oruc tutmalıdır və orucu pozmağa ixtiyarı yoxdur. Məsələn,
1. Səfərə gedib-qayıdarkən üst-üstə 8 fərsəxdən az məsafə qət edərsə; 2. Səfər zamanı bir məntəqədə ardıcıl olaraq ən azı 10 gün (Cəfəri məzhəbinə görə), yaxud 15 gün (Hənəfi və Şafii məzhəbinə görə) qalarsa; 3. Peşəsi səfərə çıxmaq (məsələn, sürücülük, bələdçilik və s.) olarsa.
Fərsəx - qədim ölçü vahididir. Hənəfilərə görə, 8 fərsəx təqribən 96 km., cəfərilərə görə isə təqribən 46 km.-dir.
9. Əgər insan qeyri-ixtiyari olaraq, yaxud oruc tutduğunu unudaraq orucluq qaydalarını pozsa, nə etməlidir?
Hər kəs oruc tutduğunu unudaraq, yaxud özü istəmədən (qeyri-iradi) orucu pozan əməli yerinə yetirsə, orucu yenə düzgün sayılır və öhdəsinə heç bir cərimə düşmür. Məsələn, insan körpüdən keçərkən sürüşüb çaya yıxılsa və başı suya batsa, yaxud xəstələnib qussa, yaxud da oruc tutduğunu unudub su içsə, orucu düzgündür. O, gərək günün qalan hissəsində də orucunu davam etdirsin və gələcəkdə daha da diqqətli olsun.
10. Bəzən ramazan ayında yas məclislərində iftardan əvvəl çay və yemək verirlər. Bu, nə dərəcədə düzgündür?
Ramazan təsadüf edən yas məclislərində ya ümumiyyətlə ehsan verilməməli, ya da iftar vaxtı süfrə açılmalıdır. İftar zamanı müsəlmanlara ehsan verməyin həddən artıq savabı vardır. İmam Sadiq (ə) bu barədə belə buyurmuşdur: "Hər kəs oruc tutan şəxsə iftar versə, özü də əlavə olaraq oructutan şəxs qədər savab qazanar".
11. Namaz qılmayan şəxsin oruc tutması düzgündürmü?
Müsəlman şəxs yetkinlik yaşına çatan gündən həm namaz qılmalı, həm də növbəti ramazandan başlayaraq hər il oruc tutmalıdır. Bu iki ibadət bir-birindən asılı deyildir.
Namaz qılmayan şəxs oruc tuta bilər və orucu batil deyil. Amma belə şəxs unutmamalıdır ki, oruc tutmağı namaz qılmamaq günahını yüngülləşdirmir, namaz qılmağı gecikdirən adamın günahı günbəgün artır.
12. Elə adamlar var ki, xəstəlikdən sağalmaları üçün bir neçə gün oruc tutmağı nəzir edirlər, sonra isə ramazan ayında nəzir niyyəti ilə oruc tuturlar. Deyirlər ki, bu oruc səhvdir, elədirmi?
Şəriət nöqteyi-nəzərindən icazəsi olan şəxsləri istisna etmək şərtilə, bütün müsəlmanlar ramazan ayında öz dini vəzifələrini yerinə yetirib oruc tutmalıdırlar. Ramazan orucu müsəlmanın borcudur.
Oruc nəziri demiş şəxs mütləq ramazandan başqa ayların birində öz nəzirinə əməl etməlidir. Ramazan ayında vacib oruc niyyəti ilə deyil, nəzir niyyəti ilə oruc tutan şəxs heç bir savab əldə etməz, əksinə, günah qazanar. Belə adamın həmin günkü orucu nə ramazandan, nə də nəzirdən hesab olunmaz, hədər gedər. Ramazan ayında nəzir ilə tutulmuş oruc batildir.
13. Oruc tutmaq üçün niyyəti nə zaman etmək lazımdır?
Həm ramazanın hər günü üçün ayrı-ayrılıqda, həm də ramazan ayı üçün bütövlükdə oruc niyyəti etmək olar. Ayrı-ayrılıqda hər günün niyyəti həmin günə keçən gecə ərzində, sübh namazına kimi edilməlidir. Bütövlükdə ramazan ayı üçün isə ayın ilk gününə keçən oruc niyyəti edilməlidir.
14. Oruc tutmaq istəyirəm. Qorxuram ki, orucluq nəticəsində orqanizmim arıqlayıb zəifləyər. Bəs nə edim?
Bəziləri elə güman edirlər ki, əgər ac qalsalar, mədələrində yara əmələ gələcək. Amma oruc tutan şəxslər üçün həyəcanlanmağa əsas yoxdur. Çünki oruc tutmaqla həzm sistemi istirahət edir. Mədə turşuları isə qida ilə deyil, öd kisəsinin buraxdığı ödlə neytrallaşdırılır; mədədə heç bir yara yaranmr.
Ümumiyyətlə, unutmamalıyıq ki, bütün kainat, o cümlədən, insan Allah tərəfindən yaradılmışdır. Allah yaxşı bilir ki, öz yaratdıqları üçün nə xeyirli, nə zərərlidir. Həm də şəriət hökmlərinin heç biri insanlara lüzumsuz çətinlik və dözülməz əziyyət yaratmır. Aydındır ki, əgər oruc insan səhhəti üçün zərərli olsaydı, mərhəmətli Allah onu insanlara vacib etməzdi.
Əlbəttə, heç cür oruc tuta bilməyən xəstə şəxslər bu vəzifədən azaddırrlar. Allah elə mərhəmətlidir ki, xəstə adamları oruc tutmaq borcundan azad etmişdir. Hər kim orucun öz səhhəti üçün zərərli olduğunu bilsə, oruc tutmaya bilər, amma sağaldıqdan sonra mütləq qəza orucu tutmalıdır.
15. Orucluq qaydalarını qəsdən pozan adam öz günahını yuya bilərmi?
Orucu batil edən əməli qəsdən törətmiş (məsələn, qəsdən xörək yemiş, yaxud qəsdən cinsi əlaqədə olmuş və s.) şəxs həm orucluqdan sonra həmin günün əvəzində bir gün qəza orucu tutmalı, həm də üstəlik kəffarə ödəməlidir.
"Kəffarə" - qəsdən pozulmuş orucun cəriməsidir. Öhdəsinə kəffarə düşmüş şəxs iki yoldan birini seçməlidir: ya hər itirilmiş günün əvəzində iki ay oruc tutmalı, ya da hər günün əvəzində 60 nəfər ehtiyaclı şəxsə yemək verməlidir.
Hənəfi məzhəbinə görə, insan aylıq kəffarə orucunu ardıcıl və fasiləsiz tutmalıdır. Cəfəri məzhəbinə görə isə iki aylıq kəffarə orucunun heç olmazsa, 31 günü ardıcıl tutulmalıdır. Qalan 29 günün orucunu isə fasilələrlə də tutmaq olar.
İkinci yolu seçən şəxs isə ya xörək bişirib 60 nəfəri doyurmalı, ya da onların hər birinə 750 qram buğda (ya arpa) verməlidir.
Qeyd: Kəffarə qanunu heç də insana əsas vermir ki, ramazan ayında qəsdən oruc tutmasın, sonra isə kəffarə olaraq, kasıblara yemək versin. Ramazan orucunu qəsdən tutmayan şəxs böyük günah qazanır, qəza və kəffarə ilə də bu günahı silmək olmaz.
Lakin bəzi hallarda oruc pozularsa, kəffarə vermək lazım deyil, yalnız hər günün əvəzində bir gün qəza orucu tutmaq kifayətdir. Məsələn,
a) Başqası tərəfindən orucunu pozmağa məcbur edilmiş şəxs (bir şərtlə ki, orucunu pozmazsa, həyatının təhlükə altına düşəcəyini bilsin). b) Səhər obaşdan vaxtı qurtardıqdan sonra hələ sübh azanının deyilmədiyini güman edib, yeməyə başlayan şəxs; c) Axşam iftar vaxtı çatdığını güman edib, vaxtından əvvəl orucunu pozmuş şəxs; d) Sərinləşmək niyyəti ilə ağzınə su alıb yaxalayan, amma qeyri-ixtiyari olaraq suyu udan şəxs; e) Cənabət halına düşüb boynuna qüsl gələn, amma bunu unudub qüsl almayan şəxs və s.
Yuxarıdakı halların hər birində kəffarə ödəmək lazım deyil, hər günün əvəzində bir gün qəza orucu tutmaq kifayət edər.
16. Oruc tutan şəxs necə və nə ilə iftar etməlidir?
Ramazanda hər gün şam azanı verildikdən sonra iftar etməyə icazə verilir. adətən, namaz qılan şəxslər axşam namazını qılandan sonra iftar edirlər. Amma əgər onları süfrə başında gözləyən olarsa, namazdan öncə iftar açmalıdırlar.
Halal və pak yeməklərin hər hansı biri ilə iftar açmaq olar. Xurma, süd, halva yaxud isti su ilə iftar açmaq xüsusilə savablıdır. Yaxşı olar ki, iftar edərkən birinci tikəni ağıza qoyanda bu dua oxunsun: "Allahummə ləkə sumtu və əla rizqikə əftərtu və əleykə təvəkkəlt. Bismillahir-Rəhmanir-Rəhim. Ya vasiəl-məğfirət-iğfirli".
Tərc.: "İlahi, səndən ötrü oruc tutdum, sənin verdiyin ruzi ilə iftar açdım və sənə təvəkkül etdim. Çox mərhəmətli və həmişə mehriban Allahın adı ilə. Ey hüdudsuz bağışlama sahibi, mənim günahlarımı bağışla!"
17. Oruc olarkən dişləri yumaq və fırçalamaq olarmı?
Suyu və pastanı udmamaq şərti ilə olar. Amma yuyandan sonra ağız suyunu 3 dəfə tam yığıb türürmək lazımdır.
18. Fitrə zəkatının miqdarı nə qədərdir? Fitrə zəkatını nə zaman və kimə vermək lazımdır?
Fitrə zəkatı ramazan ayının son günündə, şam azanından sonra (fitr bayramı ərəfəsində) ayrılır. Ev sahibi özü və öhdəsində olan ailə üzvləri üçün fitrə zəkatı ayırıb ödəməlidir. Onun miqdarı adambaşına təqribən 3 kiloqram buğda, ya arpa, ya xurma, ya düyü, ya da kimişdir. (Bu ərzağın ya özü, ya da pulu verilməlidir).
Fitrə zəkatı mütləq maddi vəziyyəti çətin olan adamlara verilməlidir. Hər kəs öz kasıb qohumuna ya qonşusuna fitrə zəkatı versə, daha yaxşıdır. Hənəfi məzhəbinə görə, fitrə zəkatı ramazanın ilk günündən başlayaraq Fitr bayramının nəməzı qılınana kimi verilə bilər. Cəfəri məzhəbinə görə isə fitrə zəkatı ramazanın son ayrılır və ertəsi gün Fitr bayramı namazı qılınana kimi keçən müddətdə ehtiyaclılara çatdırılır. əgər bu mümkün olmazsa, bayram namazı qılınandan sonra mümkün olan ən qısa vaxt ərzində ödənməlidir.
Ramazanın sonuncu günündə, iftar vaxtı gəlmiş qonağın fitrə zəkatı da ev sahibinin boynundadır. Maddi durumu həddən artıq pis olan ailələr fitrə zəkatını ödəməkdən azaddırlar.
islam.az
Yerləşdirilib:31 Dekabr, 2005, Baxılıb:293142, Çap
salam menim adim mehmandi xanim men sadece olarak bucur edirem menim bawim axriyanda birinci nobede oturub allha duvalar edirem ve ondan sonra uzanib birez yatiram ve duranda goruramki ne bawim axriyir nedeki ecne bir soznen ecyanim axramir
bu yaxwi fikirdi em bawivizin axrizi qeder emdeki bedeniviz bir balacada olsa dinceler
Salam xanim.siz ele sehvi burada edirsiz.siz duwunmeyinki tuta bilmeyecem bawim agrayacaq.Allah komek olar inwAllah.eger veziyyet ciddidirse tutmayin.meqalede bunlar var hamisi
allah sizden razi olsun. Bele dini seyler yazirsiniz insanlar bilirler ki oruc tutduqda ne etmek lazimdir ne batildir.Kim bilir belke de siz CENNETLIK olacaqsiz bele seylere gre allah bilir siz cennetlik olacaqsizniz yoxsa yox ama bir seyde var eyer duz yazmisinizsa savab qazanirsiz. yazmamisinizsa daha ne bilim men ama size guvenirem fikirlesmirem ki siz sehv (yalan) yazmisiniz
yuxarida bir sual meni maraqlandirir. oruc tutduqda bas agrisi.Men de o sualin cavabini axtariram. Xais edirem o sualin cavabini bilenler yazsinlarda ne olar.
Salam. Yuxarida sherh yazib suallara cavabi gozleyen oxucularimiz. Butun suallarin cavabi ele sualin altinda yazilib, neyise gozlemeye ehtiyac yoxdur. Oxuyun.
Etimada gore de chox saq olun. Burada yazilan butun cavablar doqrudur ve bir neche islam aliminin moderasiyasindann kechmeden yazilmir.
Allah butun oruc tutan müselman bacı ve qardaslarımızın oruclarini qebul atsin.(AMİN)Allah etdiyimiz bütün dualarımıza qebul etsin.İnsallah Allah hamınin qelbini pakliqla,sevgiyle merhemetle doldursun.Gelin hamımız oruc tutaq ve tekce bunla kifayetlenmeyek hem de etrafimizdaki yardima ehtiyaci olan insanlara kömek edek.
salam mende butun oruc tutanlarin allah oruclarini qebul etsin deyirem (amin)MENIM SIZE bir sualim vardir. Beleki eger oruc tutan adam bilmeden orucun vaxtinin kecenden iki deyqe sonra baqlasa batil olmaz ki,ve butun gun destemazlimi olmalidir.
salam bir daha ramazan bayraminizi tebrik edirem. insallah bu eziz bayramda haminizin butun arzu ve istekleriniz gebul olsun deyirem(amin).xahis edirem yazdiqimiz suallara cavab verilsin.saqolun.
men her gun oruc tuturam bu mene ve dınıme komek olur gunahdan uzaq qalıram bılmek ısteyıremkıı her gun oruc tutmaqımda bır gunah varmıdır ? ve oruc tutmaqımın mene zıyanı deymırr rahand bır wekılde tuturam Allahın komeyı ılee . bılmek ısteyıremkıı hansı gunlerde oruc tutmaq olmaz men evlı deyılem subayam ve ehlı sunneyem
men
her gun oruc tuturam bu mene ve dınıme komek olur gunahdan uzaq qalıram
bılmek ısteyıremkıı her gun oruc tutmaqımda bır gunah varmıdır ? ve
oruc tutmaqımın mene zıyanı deymırr rahand bır wekılde tuturam Allahın
komeyı ılee . bılmek ısteyıremkıı hansı gunlerde oruc tutmaq olmaz men
evlı deyılem subayam ve ehlı sunneyem
SEHVSİZ İNSAN YOXDUR.MENIMDE SEHVIM COXDUR."ALLAH" ORUCUNUZU QEBUL ETSIN.BIR SEYDE QEYD EDIM ORUC TUTURSUNUZSA QEYBET VE YALAN DANISMAMALISINIZ RAMAZAN AYINA 2 GUN QALIB. INZA:VASIF
salam hamiya salam ALLAH BUTUN ORUC TUTANLARIN ORUCUNU QEBUL ETSIN NE NIYETLERI VAR QEBUL OLSUN AMIN AMIN INSALLAH AMIN menim sabah imtahanimdir men oruc tutub imtahana gedirem bu gunah sayilmaz ki ?
Müəllif: Din | 18 İyun, 2015 22:04| Ответ на #1745
Saytimizin ana sehifesinde, saq terefde hem gundelik namaz vaxtlari, hem de ayrica ayliq Ramazan cedveli var. Ora baxin. Subh azani yazilan vaxta qeder yemeyi bitirirsiz, meqrib yazilan vaxtda iftar achirsiz
Salam men bu gun seher dura bilmedim amma oruc tuturam seher durmadigim ucun niyyet ede bilmedim yeni gec etdim saat 10 da menim bu gun ki orucum qebul olunacaqmi ?
Evvelceden teshekkurler
Müəllif: administrator | 29 İyun, 2014 22:21| Ответ на #1751
Eger qadinlarda olan ayliq xesteliyi nezerde tutursunuzsa, beli, hemin gunler oruc tutmursuz, sonra qeza edirsiz. Eger adi xestelenmeni nezerde tutursunuzsa, onda da eyni curdur. Yani sonradan qeza etmelisiz< hemin gun tutmursuz. Amma xestelik gerek ele hedde ola ki, orucu tutmaqa imkan olmaya
Müəllif: ayla | 1 İyul, 2014 11:46| Ответ на #1757
ramazan ayinda her gun oruc tutmaq lazimdi. 3 gun tutsaz, 3 gunun savabini qazanib gunahindan qachacaqsiz. Sonra tutmayanda da sonraki gunlerin gunahini qazanaqsiz, amma bu 3 gun yerinde qalacaq. Siz 3 gun tutun, belke gorduz eziyyet deyil, qalanini da tutarsiz
Belgem aqiz boshluquna daxil olsa, onu udmaq olmaz, tupurmek lazimdir. Amma birbasha boqazdan udulsa (aqiz boshluquna daxil olmadan) ziyani yoxdur. Adi tupurceyi ise aqizdan da udmaq olar
Oruc tutmaqdan yalniz xeste ve zeiflik uzunden (qocalar, ushaqlar, hamile qadinalr ve s.) taqetsiz hala dushenler azaddir. Bashqa hallarda oruc hamiya vacibdir. Amma ish neticesinde ele hala dushsez ki, orucu saxlamaqa taqetiniz qalmaya, onda orucu poza bilersiz. Amma sonra qezasini tutun
Aqzi yaxalamaq olar, amma 2 shertle. 1. Gerek ehtiyatli olasiz ki, su boqazdan kechib udulmasin, onda oruc batil olacaq. 2. Aqzi yaxaladiqdan sonra aqzini suyunu yaxshica yiqib 3 defe tupurmek lazimdir ki, kenar nemlik getsin
beli ele insanlar deyirler ki,tupurceyi udmaq gunahdi dogrudan o,duzdu yoxsa yalandi men ancaq allaha inaniram yalandan dediler ki,21-dekabr dunyanin sonu hamsi yalandi ama burda yazilanlarin hamsi dogrudu eminem 100-faiz
Müəllif: Din | 18 İyun, 2015 22:09| Ответ на #1783
Salam,deyirler ki,kiminlese görüşmek olmaz(öpmek)ananı bacınıyaxın olan kimseyle..bu ne derecede doğrudur?
cinsi elaqeni bilirik günahdı ve olmaz. Bes yaxınlarla neden olmaz?
Aleykum salam
Eger insan oruc olduqunu unudub nese yese, orucu batil olmaz ve davam etmelidir. Amma yadina dushen anda aqzinda nese olsa, derhal onlarin hamisini aqzindan chixarmali ve hech ne udmamalidir.
Suali gec gorduk, chalishin suallari sual cavab bolumune verin, orda her gun bir neche defe cavablandirilir. Bu suala saytimizda da defelerle cavab vermishik. Oruclu alda tupurmek, udqunmaq, aqiz suyunu udmaq olar ve qadaqan deyil. Udqunmamaq axi fiziki olaraq mumkun olan shey deyil.
ALLAH sizlerden razi olsun nece boyuk emeyiniz var allah sizin bu zehmetinizin behresini size versin inseallah cox deqiqliqle sebrle hamsini icra etmisiz boyuk minnetdarligimi bildirirem size butun oxucular adindan sagolun insallah bu sayt daimalig olar bilmediklerimizi burdan sizin vasitenizle oyrenek amin
Salam aleykum Allah haminin orucnu qebul etsin insallah xais edirem mene deyin orucluqun sonuncu gununde oruc tutmaq olarmi? Bizim qonsuda bir Azerbaycanli olor o deri ki orucluqun son axrinci gununde gunahdi oruc tutmaq yani yemey yememek
Müəllif: administrator | 28 İyul, 2014 20:41| Ответ на #1846
Salam xais deyin orucluqda olarmi idman elemek colde yuyurmaq birde acanda ve bagliyanda az yemek?birde niyet gecesi ne etmek lazimdi nece niyet etmek olar?
Müəllif: administrator | 17 İyun, 2015 16:59| Ответ на #2185
Salam. Idman etmek, yuyunmaq olar, amma denizde, basseynde yox. Deniz, basseyn kimi yerde suya bashi tam batirmaq olmaz oruc halda. Niyyet gecesi sadece niyyet edirsiz ki, Ramazan ayini Allaha xatir orcu tutacam
Dediyiniz forma hicabdir. Hicabi muselman qadin hemishe geymelidir. Oruc zamani da, orucdan ayri vaxt da. Bir sozle o paltarla oruc tutmaq ayri ayri ishlerdir
Salam. Men Rusiyada helelik yasayiram ve orada restoranda isleyirem.Oruc tutmaq isdeyirem.Duzgundurmu is yerimde oruc tutmaq ya yox? (Araga ele goturmek,yemeylerin iyini hiss elemek)
Salam.Necəsiniz? Bele sual yarandı məndə. Yuxarıda qeyd olundub ki: "Bəziləri elə güman edirlər ki, əgər ac qalsalar, mədələrində yara əmələ gələcək. Amma oruc tutan şəxslər üçün həyəcanlanmağa əsas yoxdur. Çünki oruc tutmaqla həzm sistemi istirahət edir. Mədə turşuları isə qida ilə deyil, öd kisəsinin buraxdığı ödlə neytrallaşdırılır; mədədə heç bir yara yaranmr."
Sualım budur ki, ödünü əməliyyat vasitəsilə kəsdirən insanlar necə etməlidi? onlar oruc tuta bilər? Xahiş edirəm ətraflı cavab yazasınız. Əvvəlcədən minnətdaram sizə ki, suallarımıza cavab tapılmasında köməyiniz dəyir bizlərə.
Müəllif: administrator | 22 İyun, 2015 09:22| Ответ на #2252
Salam. Bu cür xəstələr gərək peşəkar və müsəlman bir həkimlə məsləhətləşələr. Əgər həkim icazə versə oruc tuta bilərlər. Ammma əgər oruc tutmaq onlara ziyan edərsə, gərək oruc tutmasınlar. Qeyd edək ki, biz, ödü kəsildiyi halda da oruc tutan adamlar tanıyırıq.
Salam. Səhər cədvəldə göstərilən vaxta qədər yeməyi dayandırırsan, axşam da iftarda yeyə bilərsən. Müvafiq dualar saytda var. Duş altında da çimmək olar. Gündüz vaxtı amma dəniz və basseyn kimi yerlərdə çimmək olmaz.
Salam olsun muslumanlara men heyatimda birinci defedo oruc tutdum artiq birinci gundu ozumde cox siqaret cekenem ne qeder ceht elemiwem bu zibi atim uzaqi 3 saat cekmemiwem amasonradan doze bilmedim cekdim bu gun oruc tutdum inaninki 16 saat siqaret cekmedim ureyiom arada isteyirdi qiraxdan sqiaret cekenlere baxiridm ureyim isteyirdi ama yenede ALLAHimdan qorxdum orucum batil olmasin dozdum cekmedim yadima duwmedi indi bildim ki ALLAH yolunda oruc namaz bu weyler tutularsa qilinarsa ALLAH ozu komek edir her bendesineinsan oz orucunu duzgun tutarsa ALLAH ona komek edecek oruc gozeldi tutmaq menim iwim ele iwdiki cox vaxt istinin qabaqinda oluram ama yenede qorxmuram caliwacam davam eleyim orucumu ALLAHin komeyile bu ayi sona vurum
Salam.seher saat neciye kimi yemey yemey olar oruc tutmaq ucun?subh azanina qeder yoxsa onunda vaxti var?birisi deyir saat 4 kimi yeyib qutarmaq lazimdi birisi deyir 04:06 qeder?
Müəllif: administrator | 22 İyun, 2015 09:28| Ответ на #2260
salam bagiwliyin narahat edirem ama bir sualim tez cavab versez cox sevinerem emimoglu bize gelmiwdi evvelden de fikirlewirdimki qohumum da olsa goruwsem belke de orucu pozar ama deqiq bilniridm geldi bize el goruwende istedim deyem orucam ama narahatliq hiss eledim ve demedim uz uze goruwduk orucum pozular menim? deqiq cavab isteyirem xaiw edirem
Müəllif: administrator | 24 İyun, 2015 16:24| Ответ на #2285
diskide var atam menen sorusdu ki bunlar toy diskidimi men derim yox sonra orucluq yadma dusdu,onan sonra bibmle maqazine getmisdix mene deri sen hansi zvackadan ciyneyirsen men derim ciynemer zvacqa yalanan o almasin diyrn birde bize zeng eglirdi mene deler gorur deynen yalanan ki evde yoxam mende goturdum derim sonra orculuq yadma dusdu baxin her zaman bele olur deyirem sonra orucluq yadma dusor xais edirem deyin mebim orucum batil oldumu men axirda orucu tutmaliyami?evvelceden tewekur edirem
Salam xais edirem sualimi cavablandirin men nece gundu oruc tuturam ama bir iki gun seyfim oldu birinci seyfim o oldu ku usaq evde disklerle oynayirdi onlarin icinde diyesen toy diskide var atam menen sorusdu ki bunlar toy diskidimi men derim yox sonra orucluq yadma dusdu,onan sonra bibmle maqazine getmisdix mene deri sen hansi zvackadan ciyneyirsen men derim ciynemer zvacqa yalanan o almasin diyrn birde bize zeng eglirdi mene deler gorur deynen yalanan ki evde yoxam mende goturdum derim sonra orculuq yadma dusdu baxin her zaman bele olur deyirem sonra orucluq yadma dusor xais edirem deyin mebim orucum batil oldumu men axirda orucu tutmaliyami?evvelceden tewekur edirem
Salam. Yalan danishmaq gunahdi. Amma bu yalan orucu pozmaz. Yalan o zaman orucu pozar ki, Allahin, peyqemberin, imamlarin adindan deyile. Meselen, yalandan aye ve ya hedis deyesiz.
Sağolun melumatlara görə! Men bilmek isteyerdim seher tezden yatıb qalanda hemin günə sonradan oruca davam etmek olarmı? Birdeki men bakıdan şamaxıya getdim mesafə uzun idi.bu zaman oruc batil olurmu?
Müəllif: administrator | 30 İyun, 2015 17:42| Ответ на #2310
Beli, imsaka yatib qalsaniz da, hemin gunun orucunu tutmaq lazimdi. Bele ki, seher yemek - yani imsak, vacib shert deyil.
Bakidan Shamaxiya geden adam, eger ora evi deyilse ve orda 10 gunden az qalacaqsa gerek oruc tutmasin ve Ramazandan sonra hemin hemin gunleri qeza etsin
Cox sagolun! Ora emimgildi bizim evimiz kimidi hemde gedib qayitmisiq orucu orda acmisiq yeni iftari melumata gore sagolun ALLAH orucunuzu qebul etsin!
salam, yazilib ki fersex 96 kmdir, ve 8 fersexden az yola cixan orucu pozmali deyil. axi bu mesafe coxdur, ve qedimde de indi de bu yolu nece saatlarla gedib cixmaq olar. mence buna aydinliq getirek.
2) eger subh azana kimi qusl ede ilmesem, hemin gun orucum batilolursa, hemin gune gore elave nece gun oruc tutmaliyam ve ya ne qeder fitre sedeqe vermeliyem?
3) lutfen fitre nedir ve sedeqe nedir, maas hesabim ile men bunu nece tapmaliyam, yoxsa evimdeki emlakin qiymeti ile hesablamaliyam , bunu etrafli bilen varsa yazsin
tesekure edirem,Allah orucumuzu qebul etsin
Müəllif: administrator | 2 İyul, 2015 18:09| Ответ на #2313
Salam.
1. Sunni fiqhine gore 96 km, shie fiqhine gore 46-48 km mesafeden az gedirsense orucu tutmalisan. Ozu de bu mesafe, gedib gelmeyi nezerde tutur. Sherietde beledir.
2. Eger subhe qeder quslu qesden, sebebsiz, biganelikden vere bilmesez, onda qezadan elave 60 gun de keffare orucu tutmali, ya da 60 feqire bir defe uchun yemek vermelisiz. Amma eger sizden asili olmayan sebebden ve ya unutqanliqdan olsa, onda yalniz bir gun qeza tutursuz.
3. Fitre, Ramazanin sonunda verilen zekat novudur. Bunun hecmi ailede olan her bir adambashina 3 kilo buqda, duyu, xurma ve ya arpanin ozu ve ya puludur.(ailenin imkanina baqli, ozu sehcer). Mes, buqda kilosu 1 manatdisa, onda adamnashina 3 manat verilir. Bu pulu kasiblara vermek lazimdi ve vacibdi. Sedeqe ise vacib deyil ve insan ozu istediyi zamanda ve miqdarda kasiblara, ikansizlara vere biler. Savabi chox boyukdu, belalari, olumu def edir.
Salam,Dişim şişib cox aqri verir. Bu veziyyetde oruc tutduqda şalfeyi qarqara demezdim, sadece 30-40 saniye aqizda saxlasam oruc batil olurmu? Cox saqolun.Allah oruc tutanlarin oruclarını qebul etsin.İnşallah
Müəllif: administrator | 3 İyul, 2015 14:33| Ответ на #2320
Salam. Batil olmaz. Amma evvela ehtiyatla edin ki, udmayasiz, boqazdan hech 1 damci da su kechmesin, yoxsa batil olar. Ikincisi, tamam yaxalayib bitirdikden sonra aqzinizdaki suyu 3 defe tam toplayib (sovurub) tupurun ki, artiq su getsin
Müəllif: safina | 19 İyul, 2015 02:58| Ответ на #2321
Salam men bu gun imsak vaxtindan sonra saat 6 falan olardi oruc oldugumu unutdum gedib 1 2 dene qoz yidim sonra yadima duwduki men orucam agzimdakin bowaltdim bu oruc pozulur?
Müəllif: administrator | 5 İyul, 2015 00:21| Ответ на #2326
Salam Aleykum men bir dostuma oruc tutmasina vesile oldum amma yaridan tutur 2-ci qedr gecesinden ne etmelidir o xahis edirem meni melumatlandirin... ne duassi etmelidir????
Müəllif: Administrator | 8 İyul, 2015 03:19| Ответ на #2341
salam.size bir sualim var ola biler ki men bir gun ozumu sinamaq meqsedile oruc tutum yeni oruc tuta bilirem ya yox dayana bilirem ya yox deye birce gun oruc tuta bilerem???deyek dayana bildim bawlayib oruc tutacam bu zaman gunah qazanmiw olaramm??
Salam! ALLAH orucunuzu qebul etsin ! RAMAZAN BAYRAMINIZ MÜBARƏK! sizdən dəqiq soruşmaq istərdimki 17-si oruc tutaqmı? 18-i onda bayramdırmı? Birdə qüsul almaq istəyirəm bayrama görə indi ala bilərəmmi? CAVABA GÖRƏ TƏŞƏKKÜRRRRRRRR!
Müəllif: administrator | 17 İyul, 2015 02:36| Ответ на #2380
Salam. Chox saq olun. Bele melum olur ki, 17-si Ramazanin 30-cu gunudur ve oruc tutmaq lazimdi. Bayram 18 iyuldadi. Bayram quslunu ise chalishin ya bayram gunu subhden, ya da bayram axshami gun batandan sonra alin
Müəllif: NAMELIM | 7 İyun, 2016 16:05| Ответ на #2381
MEN 2-CI ILDIR NAMAZ QILIB, ORUC TUTURAM.ELE BILIRDIM TUTA BILMEYECEM, QARDASLAR DEDIYI KIMI BASIM AGRAYACAQ YENI ACLIGA DOZUMUM YOX IDI. ORUC TUTANDAN SONRA BILDIM KI ORUCLUQ NE DEMEKDIR,SUYUN COREYIN NE OLDUGUNU DAHA COX ANLADIM.HEC BAS AGRILARI DA OLMADI.HEC ISTEMEZDIM KI ORUCLUQ BASA CATSIN.ALLAH BUTUN MUSELMANLARIN NAMAZINI ORUCUNU QEBUL ETSIN.INSALLAH
Salam zəhmət olmasa deyərdizdə hal hazırda Zilhiccə ayıdır, orucu səhər 12:00 da pozmuşam bilərəkdən nə etməliyəm ??? amma gün axırınakimidə tutsum düzgündürmü ???
Salam, cox xaiw edirem ki sualima cavab veresiz! Men bu il orucu saat necede baglamak ve ya necede acmaq lazimdi bilmirem! Xaiw edirem ki bilenler diyeziz! (5/30/2016)
Müəllif: Administrator | 31 May, 2016 13:13| Ответ на #2781
Əleykəssalam. Ramazan ayı üçün cədvəl saytımızın ana səhifəsində yerləşdiriləcək bir neçə gündən sonra. Eyni zamanda Ramazanın dəqiq hansı gündən başlanması da hələlik bəlli deyil. Nümunə üçün qeyd edək ki, əgər Ramazan ayı iyunun 7-dən başlasa, o zaman Ramazanın 1-i üçün sübh azanı 03.25-də, şam azanı isə 20.28-də olacaq. Yaxşı olardı ki, imsakı sübh azanına 5-10 dəqiqə qalmış bitirəsiniz, iftarı isə şam azanından 5-10 dəqiqə sonra edəsiniz. Allah qəbul eləsin
Salam olsun Her kese, yazdiginiz melumatlar menim ucun cox vacibdir ve axtardigim suallara cavab tapdim. Allah komeyiniz olsun. Men 15 gun isde 15 gun ise evde oluram, is yerim Xezer Denizi Ve Chirag platformasidir, mesafe 130 km-dir. Indi Hal hazirda isdeyem. Ve Insheallah Orucu niyyetli edib tutacagam. Men bu yolu gedib gelende Orucum pozulacag ya yox? Coxsagolun.
Müəllif: administrator | 6 İyun, 2016 18:16| Ответ на #2794
Aleykessalam.
CHox sag olun.
Siz ishde olanda orucunuzu tutun. Yolda ise mesele beledir. Eger sizish yerinden ve ya ishe teref gunortadan sonra yola chixacaqsinizsa, o zaman hech bir problemsiz orucu davam edin, pozulmur. E
Eger gunortadan evvel hereket etsez, onda oruc olmursuz. Amma seherden hech ne yemeyin ve getdiyiniz yere (ev ve ya ish) gunortadan evvel chatsaz(yani zohr azanindan evvel) onda tez niyyet edin ve hemin gun oruc tuta bilersiz.
Eger gunortadan evvel hereket etsez, eve ve ya ishe gunortadan sonra chatsaz, onda hemin gun oruc sayilmirsiz ve sonra qeza edersiz inshAllah
Yuxarida yazmishiq, bir daha deyirik. Burda suallari gec goruruk. Xahish edirik ki, suallarinizi sual-cavab rubrikasina verin ve tez zamanda cavabi alin.
Leyla xanim, sizin suala yuxaridaki meqalede cavab var - xeyr, batil etmez.
Samir qardash. Eger sizin ishiniz daima sheherler arasi sefer etmekdirse, beli, siz yolda da oruc tutmalisiz
salam "ALLAH" razı olsun belə sayt yarat dığınız üçün . sizdən bir sual soruçmaq istəyirə əgər orucu bağlayıb yatdıqdan sonra qüsulum pozularsa orucum batil olarmı və əgər işdəyəmsə qüsül alma şəraitim yoxdursa orucumu açdıqdan sonra təənnüm alaraq sabahsı günün orucunu tuta bilərəmmi evə gəldikdən sonra orucumu açıb qüsül alım indidən təşəkkürlər
Müəllif: Administrator | 9 İyun, 2016 13:35| Ответ на #2824
Yuxuda qüslun pozulması orucu batil etmir. Amma dərhal qüsl alıb, orucu davam etdirmək lazımdır. Əgər qüsl pozulduqdan sonra qüsl almamaqda səhlənkarlıq etmisinizsə, qüsl almağa imkan olduğu halda almamısınızsa, o zaman oruc batildir. İstənilən halda səhəri gün oruc tutmaq üçün qüsl almaq vacibdir.
Müəllif: Nurlan | 9 İyun, 2016 14:55| Ответ на #2827
mənim qüsulum orucu bağladıqdan sonra təxminən 4ə qalmış pozulub yatanda ondada əzan verilmişdi üje yəni orucum batil olmayıbsa indi mən qusuç alsam məcbur gərək başımıda isladım ondada orucum batil olacaq axı bəs deyilirki yuxuda qusul pozulmuşsa orucu acdıqdan sonra qüsül almalısan orucu acmadan indi qüsül alsam gərək başımı suya salım bütövlükdə o necə olacaq ondada oruc batil olur axı
bəs deyilirki yuxuda qusul pozulmuşsa orucu acdıqdan sonra qüsül almalısan orucu acmadan indi qüsül alsam gərək başımı suya salım bütövlükdə o necə olacaq ondada oruc batil olur axı
1. Insanin boynuna yuxuda qusl gelse ve o, azandan sonra ayilsa, ve ya gunduz vaxti yatanda yuxuda boynuna qusl gelse, o adamin orucu batil olmur ve axshama qeder tutmalidir
2. Oruc tutan adam dushun altinda (hemchinin qabla su tokerek) chime de biler, bashini da yuya biler. Yalniz basseyn ve deniz kimi yerde bashi tamamile suyun altina batirmaq olmaz. Bu nezerde tutulur
salam.iftara təxmini 1 saat qalmış bilmdən bir hıçqırıq oldu və anidən 1 saniyədə ağzıma nəsə gəldi və anidən onu utdum.bir az acı və meyi idi.mən bilən : bunu orucu pozur.nə edim ? Bilmədən anidən utdum.Xahiş edirəm cavab verin
Müəllif: Administrator | 20 İyun, 2016 14:57| Ответ на #2832
Salam cox xayiw edirem deyin men ne etmeliyem
Xestelendim kizdirmam vardi oruc tuta bilmedim indide öskururem men oruc tuta bilerem ve inden sora tutmasam ne etmeliyem
Müəllif: Administrator | 20 İyun, 2016 14:58| Ответ на #2851
Salamun eleykum.menim bir sualım var, xahiş edirəm cavablandirasiz.Men oruc tuturam lakin mende bas gicəllənməsi, halsızlıq kimi vəziyyətlər olur.bütün günün halsız sekildə gəzirəm oturduğum yerden duranda gözümün qabağı qaranlıq çalır. Mən belə vəziyətdə nə edə bilərəm? Orucumu tuturam belə oruc günah deyil ki? Cavaba görə təşəkkürlər. Allah oruc namazlarinizi qebul etsin
Müəllif: Administrator | 20 İyun, 2016 15:01| Ответ на #2873
salam ALLAH her bir kesin orucunu qebul etsin.Sizden bir soz sorusacam :men bu gun oruc tutdugum gun kiminse xetrine deyende oruc batil olur ya olmur.yeni gungulvari dava edende oruc pozulur?
Müəllif: Administrator | 29 İyun, 2016 15:25| Ответ на #2898
Əleykəssalam. Qeyd etdiyiniz davranış Ramazan ayının, eləcə də tutduğunuz orucun mənəvi ab-havasına ziddir, belə işlərdən çəkinmək lazımdır. Amma oruc pozulmur.
Ramazan ayının orucu Allah tərəfindən vacib buyurulub. Üzürlü səbəbi olmayan hər bir müsəlman Ramazan ayı boyunca oruc tutmalıdır. "Dözümlü deyiləm" dedikdə nəyi nəzərdə tutursunuz? Əgər ağır xəstəlikdən əziyyət çəkirsinizsə, şəriətə görə oruc tutmaya bilərsiniz. Yox, bu dediyiniz sadəcə iradəsizlikdən irəli gəlirsə, oruc tutduqda süst və zəif olursunuzsa, o zaman Sizi üzürlü saymaq olmaz. Belə olduğu halda Ramazan ayında oruc tutmamağınız böyük günahdır.